357
Zeynəb Yəhya qızı Xanlarova
1936-cı il dekabr ayının 28-də
Bakının Qədirli küçəsində - el di-
lində desək, “Dağlı məhəlləsi”n-
də fəhlə ailəsində anadan olmuş-
dur. 161 nömrəli orta məktəbdə
təhsil almışdır. Məktəb vaxtların-
dan ədəbiyyata və musiqiyə böyük maraq göstərən
Z.Xanlarova Bakıdakı Mərkəzi pioner və məktəblilər
sarayında bədii özfəaliyyət dərnəyinə üzv yazılmış və
dərnəkdə “Cücələrim”in ilk dəfə xorla səslənməsində
onun da payı olmuşdur.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Məktəbəqədər
Pedaqoji Məktəbə daxil olmuşdur. Sonuncu kursda
filarmoniyada keçirilən bədii özfəaliyyət həvəskarla-
rının yekun konsertində oxuduğu “Azərbaycan
maralı” xalq mahnısı ilə birinci yeri tutmuşdur.
Münsiflər heyətində üzv olan Əfrasiyab Bədəlbəyli-
nin diqqətini cəlb edən Zeynəb xanım onun təkidi ilə
Pedaqoji Məktəbi bitirdikdən sonra, Asəf Zeynallı
adına Bakı Orta İxtisas Musiqi Məktəbinə, böyük
vokal ustadı Seyid Şuşinskinin sinifinə daxil olur.
Seyid müəllim Zeynəbin səsini dinlədikdən sonra ilk
dəfə olaraq qadın müğənniləri arasında “Çahargah”
muğamını oxumağı ona tövsiyə edir.
1960-cı ildə ilk dəfə olaraq “Çahargah” lentə yazılıb
efirdə səslənir. Beləliklə, sevimli müğənnimiz bütün
musiqisevərlərin diqqətini cəlb edir. Zeynəb Xanla-
rova muğama bütün varlığı ilə bağlanır, repertuarını
yeni-yeni muğam və təsniflərlə zənginləşdirir.
“Çahargah”la yanaşı,
“Şur” və “Dilkəş” təsnif-
lərini, “Mahur-hindi”, “Qa-
tar”, “Xaric segah”, “Hü-
mayun”, “Bayatı-kürd”mu-
ğamlarını ciddi-cəhdlə öy-
rənib oxumuşdu. Zeynəb
əsl novator ifaçı kimi hər
bir vokal əsərini uzun illər
boyu davam edən ənənəvi
halda oxuma tərzində deyil,
tamamilə yeni səpkidə oxu-
muşdu. Bu səbəbdən də
onun muğam oxumaların-
dakı şəksiz üstünlüyü da-
nılmazdır. 1961-ci ildə
məktəbi qurtardıqdan sonra
görkəmli rejissor Şəmsi
Bədəlbəyli onu Azərbaycan
Dövlət Akademik Opera və
Balet Teatrına solist gö-
türür. Əmri verilən günün
sabahı səhnədə Leylinin
məşqinə başlayır.
İlk tamaşa 1961-ci ilin
əvvəllərində olur.
Ölməz sənətkarımız Üze-
yir Hacıbəyovun “Leyli və
Məcnun” operasının həmin
gecəki tamaşanın uğuru
Dekabr
75 illiyi
Zeynəb Xanlarova
1936
Müğənni
28
358
Zeynəb Xanlarovanın teatr yaradıcılığında uğuru idi.
Beləliklə, Zeynəb Xanlarovanın
təkrarsız Leylisi
qəlblərdə yaşayır.
Leylidən sonra “Əsli və Kərəm”dəki Əsli də Zeynəb
yaradıcılığının təqdirəlayiq məhsuludur. Zeynəb
xanımın təfsirində hər iki obraz teatrın yaradıcılıq sal-
naməsinə qızıl hərflərlə yazılmışdır.
Zeynəbin ifaçılığında ümumiləşdirmə, emosionallıq,
sərrast səs həmləsi, plastiklik, müntənasiblik, aydın
tələffüz, zəngin səs palitrası hamını heyran qoyur.
1967-ci il Zeynəb Xanlarovanın həyatında əlamət-
dar oldu; musiqi ifaçılıq mədəniyyəti qarşısında mü-
hüm xidmətlərinə görə istedadlı sənətkar “Azərbay-
can SSR Əməkdar artisti” fəxri adına layiq görüldü.
Bu Z.Xanlarovanın yaradıcılıq məsuliyyətini daha da
artırdı, müxtəlif üslublu bəstəkarlarla yaradıcılıq əla-
qəsinə girdi, onlardan təzə-təzə mahnılar aldı.
Müğənninin repertuarında Fikrət Əmirovun, Cahan-
gir Cahangirovun, Tofiq Quliyevin, Arif Məlikovun,
Ramiz Mustafayevin, Şəfiqə Axundovanın, Emin Sa-
bitoğlunun, Telman Hacıyevin, Tofiq Bakıxanovun,
Ramiz Mirişlinin, Oqtay Kazımovun, Oqtay Rəcəbo-
vun və onlarca başqalarının mahnıları möhkəm yer
tuturdu.
Lirik soprano səsi olan müğəninin ifa tərzində tem-
perament, gur zəngulələri olan yaddaqalan mahnıları
onu xalqın sevimlisinə çevirmişdir. Zeynəb Xanlarova
bir çox mahnıların müəl-
lifidir. O, ABŞ, Fransa, İs-
veç, İtaliya, Kanada, Yapo-
niya, Türkiyə, Danimarka
və s. dünyanın müxtəlif
yerlərində qastrol səfərində
olmuş, konsertlər vermiş-
dir.
Müğənni 1975-ci ildən
Azərbaycanın Xalq artisti,
1980-ci ildən isə SSRİ
Xalq artistidir.1986-cı ildə
ona Ümumittifaq “Melodi-
ya” firmasının “Qızıl valı”
verilmiş, “Şöhrət” ordeni
ilə təltif olunmuşdur.
Arif Qazıyevin rejissorlu-
ğu ilə Zeynəb Xanlarova
haqqında üç seriyalı “Zey-
nəb” adlı sənədli-musiqili
film çəkilmişdir.
Görkəmli müğənni hazır-
da Azərbaycan Respubli-
kası Milli Məclisinin depu-
tatıdır.
Ədəbiyyat
Rəhmanzadə, F. Nəğmə dolu könül /F.Rəhmanzadə.- Bakı: İşıq, 1985.-176 s.
Evdə otururam, burda da olsam, Zeynəb Xanlarovayam: [Millət vəkili ilə
müsahibə] /Z. Xanlarova //Kaspi.-2006.-8-9 mart.-S.3.
Əsgərov, V. “Zeynəb” Ürəklərə yol salır mahnıları: [Xalq artisti Zeynəb
Xanlarova haqqında] /V. Əsgərov // Azərbaycan.-2009.-8 sentyabr.-S.6.
Qazıyev, A. Zeynəb, ürəklərə yol salır mahnıların /A.Qazıyev //Azərbaycan.-
2002.- 8 sentyabr.-S. 6 .
Quliyeva, Z. Xalq artisti haqqında film. [Arif Qazıyevin rejissorluğu ilə Zeynəb
Xanlarova haqqında üç seriyalı “Zeynəb” adlı sənədli-musiqili film haqqında] /Z.
Quliyeva //Azərbaycan.-2006.-17 yanvar.-S.6.
Ülkü, İ. Z.Xanlarovanın sənət yolu /İ. Ülkü //Azərbaycan.- 2002.- 21 iyul.-S.5.
Saqibə Mehrəliyeva