383
Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1956-cı ildə
yaranan M.P.Vaqif adına şəhər mərkəzi kitabxanası əsasında) (1976)
yaradılmasının 35 illiyi
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
N.Gəncəvi adına Naftalan şəhər kitabxanasının (1981) yaradılmasının
30 illiyi
Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1981)
yaradılmasının 30 illiyi
Bakı şəhəri H.Cavid adına kütləvi kitabxananın (1981) yaradılmasının
30 illiyi
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (1991)
yaradılmasının 20 illiyi
Bakı şəhəri Nizami rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(1991) yaradılmasının 20 illiyi
Azərbaycan Universitetinin kitabxanasının (1991) yaradılmasının 20
illiyi
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1991)
yaradılmasının 20 illiyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədris Mərkəzinin
kitabxanasının (2001) yaradılmasının 10 illiyi
İstiqlal Muzeyinin yaradılmasının (1991) 20 illiyi
384
Cavanşir Qafqaz Albaniyası-
nın hökmdarlarından biri, həm-
çinin Mehranilər sülaləsinin ən
parlaq nümayəndəsi olmuşdur.
Onun hakimiyyəti dövründə Qaf-
qaz Albaniyası uğurlu xarici
siyasət nəticəsində güclənmiş və
Şərqin ən önəmli dövlətlərindən
birinə çevrilmişdir.
Eramızdan qabaq IV əsrdə, bəlkə də daha əvvəl
Azərbaycan Respublikasının indiki ərazisində
Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz
Albaniyası deyilən bir dövlət yaranmışdır. Albaniya
dövləti Qafqazda və Ön Asiyada baş verən
hadisələrdə fəal şəkildə iştirak etmişdir. VII əsrdə
Qafqaz Albaniyası öz ağır günlərini yaşamışdır. Cə-
nubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul
etmiş Qafqaz Albaniyasında zərdüştlüyü yenidən bər-
pa etmək istəmiş, Qərbdən Bizans təzyiq göstərərək,
Alban kilsəsini öz nəzarətinə almağa çalışmış,
şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış,
cənubdan isə ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.)
yeni və yenilməz dini ilə yürüş etmişdilər.
Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi,
Girdman çayının sahillərində yerləşən eyniadlı feodal
vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu
Cavanşir, Sasanilərlə birgə döyüşə girmişdir.
Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış
Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehra-
nilərin zərdüştlüyə etiqad etmələrinə baxmayaraq və
bəlkə də elə buna görə on-
lar qısa bir müddətdə öz
nüfuzlarını bütün Albani-
yaya yayaraq, hətta paytaxtı
da Bərdəyə köçürməyə mü-
vəffəq olmuşdular.
Bizansla müharibədə
zəifləmiş Sasanilər, ərəblə-
rin hücumu qarşısında çox
böyük çətinliklə dayanmış-
lar. Ərəblərə qarşı mübari-
zədə, qeyd etdiyimiz kimi,
Varaz Qriqorun oğlu Ca-
vanşirin başçılığı ilə alban
qoşunları da iştirak etmiş-
dir. Alban tarixçisi Moisey
Kalankatlı xəbər vermişdir
ki, Cavanşir 7 il sərasər öz
dəstəsi ilə ərəblərə qarşı dö-
yüşmüş, özünü cəsur əskər,
istedadlı sərkərdə kimi gös-
tərmişdi. 636-cı ildə Sasa-
nilərin qədim paytaxtı
Mədain yaxınlığında fars-
larla ərəblər arasında daha
bir döyüş olur. Bu, ərəblər-
dən ötrü olduqca əhəmiy-
yətli bir döyüş idi. Sasani
sərkərdəsi Rüstəmin ko-
mandanlığı altında 80
2011
1395 illiyi
Cavanşir
616-680/81
Sərkərdə
385
minlik Atropatena ordusunun tərkibində Cavanşirin
dəstəsi də vuruşmuşdu. Fars ordusu bu döyüşdə məğ-
lubiyyətə uğramış, Cavanşirin dəstəsi isə Atropate-
naya doğru çəkilmişdir.
Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da
bir neçə parlaq qələbə qazandığını göstərmişdir. İran
şahənşahı Yezdəgerd, Cavanşirin xüsusi xidmətlərini
nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün
bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl
suyuna çəkilmiş qalxanlar vermişdir. Şahənşah
Cavanşiri bütün qoşun başçılarından əziz tutmuş, onu
qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl
dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla
mükafatlandırmışdır.
639-cu ildə ərəblər tərəfindən darmadağın olunmuş
Sasani qoşunlarının tör-töküntüləri onun ölkəsinə gir-
mək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur)
vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə
girmişdir. Tarixçilər onun bu döyüşdə göstərdiyi
igidliyi belə qeyd edirlər: “O, məşhur qoşun başçısı
Qeqmazini şəxsən məğlub etdi. O, özü və qoşunu
əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə
doğurdular. Onlardan xeyli əsir, at, qatır, başqa
qənimətlər alaraq geri döndülər. Onlar dağlarda yenə
qarşılaşdılar və qələbə yenə ona qismət oldu.” Farslar
hiylə işlədib, Cavanşirin qohumlarını əsir almış və
yenə Albaniyanın hüdudlarına soxulmuşlar. Nəhayət,
Cavanşir onlar üzərində tam və qəti qələbə çala
bilmişdi. Bundan sonra Cavanşir Sünik knyazının qızı
ilə evlənmişdi. Lakin Albaniyanın müstəqilliyini uzun
müddət əldə saxlamaq Cavanşirə nəsib olmamışdı.
Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması
Azərbaycan tarixində, ölkənin islamlaşması baxımın-
dan mühüm rol oynamışdır. Bəlkə də xristian meyilli
feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bu-
nunla şərtlənmişdi.
Cavanşir həmin qəsd iştirakçılarından birinin ona
vurduğu ağır yaralardan 680-(681)-ci ildə vəfat et-
mişdir.
Cavanşir Azərbaycan tarixində olduqca çətin şəra-
itdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möh-
kəmləndirmiş görkəmli sər-
kərdə və müdrik dövlət xa-
dimi, özünün ərəblər, xə-
zərlər, bizanslılarla qarşı-
lıqlı münasibətlərində or-
taya çıxan problemləri sülh
və danışıqlar yolu ilə yo-
luna qoymuş istedadlı dip-
lomat kimi daxil olmuşdur.
Cavanşir, xüsusən özü-
nün Xilafət və Bizansla
münasibətləri sayəsində Al-
baniyanın maddi və mənəvi
mədəniyyətinin inkişafı
üçün çox iş görmüşdür. Da-
hi alban tarixçisi Moisey
Kalankatlı onun dövründə
yaşayıb-yaratmışdı. Güman
ki, o, “Alban tarixi” əsərini
məhz Cavanşirin göstərişi
ilə yazmışdır. Moisey Ka-
lankatlı burada özündən əv-
vəlki tarixçilərin əsərlərin-
dən başqa, ixtiyarına veril-
miş saray arxivinin mate-
riallarından da bol-bol isti-
fadə etmişdir. Sonuncu sə-
nədlərə misal olaraq, Vaça-
qanın yepiskoplara, Cavan-
şirin Bizans imperatoru
Konstantinə, Konstantinin
Cavanşirə
məktublarını
göstərmək mümkündür.
Əsərdə həmçinin saray şairi
Dəvdəkin Cavanşirin ölü-
münə yazdığı ağı da veril-
mişdir. O, burada öz mər-
hum hökmdarını ağlayaraq,
qatilləri lənətləmişdir. Dəv-
dək mərsiyəsinin sonunda
demişdir: “O, bizim üçün