Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

40

 Mövzuya başlamaq üçün dərslikdə verilmiş dialoq üzrə diskussiya təşkil etmək 



olar. Müzakirə zamanı müəllim  şagirdlərdən bəzi kəmiyyətlərin ölçü vahidlərini 

soruşa bilər: məsafə, zaman, ağırlıq və s.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd təqdim olunan  

mətnin həcminin necə ölçüldüyünü müəyyənləşdirməkdir. Teleqram mətnindəki  

simvolların sayını 1 qəpiyə vurmaqla onun ümumi dəyəri tapılır. Əgər simvolların 

sayını 1 bayta vursaq, mətnin tutduğu həcmi müəyyən etmiş olarıq. Yəni bu 

tapşırıq informasiyanın həcmi barədə  şagirdlərdə müəyyən təsəvvürlər yaradır. 

Mətndə əsas fikri saxlamaqla sözləri ixtisar edib onun həcmini azaltmaq olar.  

 Tədqiqat işinin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. 

Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün “Teleqram mətninin 

böyüklüyü onun qiymətinə necə  təsir edir? Daha az ödəniş üçün nə etmək 

lazımdır? Mətndəki informasiyanın miqdarını necə azaltmaq olar?” və başqa  

suallar verilə bilər.  

 

Dərsin  şərhi zamanı  dərslikdə olan mətn oxuna bilər.  Şəkildə kompyuterdə 



yazılmış “B” hərfinin ikilik kodu göstərilmişdir. Bu zaman izah etmək olar ki, 

kompyuterdə hər bir simvol ikilik koda çevrilir. Nümunədə verilmiş misal əsasında 

müxtəlif mətnlərin həcmi hesablana bilər.  İnformasiyanın bir ölçü vahidindən 

digərinə keçirilməsini daha yaxşı izah etmək üçün şagirdlərə hesablama xarakterli 

sadə misallar vermək olar.  

 

Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıqda  şagirdlər disketi 



əldə etməkdə çətinlik çəkə bilərlər. Bu zaman disket haqqında müəllimin məlumat 

verməsi məqsədəuyğundur.  Müəllim  şagirdlərə müxtəlif tapşırıqlar verə bilər: 

“Dərsliyin şəkilsiz və sxemsiz olan bir səhifəsinin hər hansı bir abzasındakı mətnin 

informasiya həcmini hesablayın”.  

 Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və 

tapşırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 1-ci tapşırıq şagird-

lərin gündəlik həyatda rastlaşdıqları  məsələlərlə bağlıdır.  İndi, demək olar,  hamı 

DVD disklərdən istifadə edir. Həcmi 4 Gbayt olan filmi 700 Mbaytlıq disklərə yaz-

maq üçün 6 disk lazımdır. 4-cü tapşırıqda isə bütün səhifədə 30 x 60 = 1800 simvol 

olduğunu bildikdən sonra onu bitlərlə belə hesablamaq olar: 1800 x 8 = 14 400  bit. 



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər: 

1. Həcminə görə informasiyaları fərqləndirmə.   

2. İnformasiyanın necə ölçüldüyünü misallarla izah etmə. 

3. İnformasiyanın ölçü vahidlərini sadalama. 

4. Verilmiş mətn informasiyalarının həcmini müəyyənləşdirmə. 

5. İnformasiyanın bir ölçü vahidindən digərinə keçmə.  

 

 

 




 

 

41



KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  

 

1. İnsan daktil informasiyanı hansı orqanı ilə alır? 



A) burun  

B) dəri   

C) göz 

D) dil 


 

2. Müəllim dərsi izah edərkən hansı növ informasiya alırsınız? 

A) daktil        

B) səs və vizual 

C) dad     

D) qoxu 


 

3. İnsanlar televizora baxarkən hansı növ informasiya almırlar? 

A) vizual 

B) qoxu  

C) səs  

D) dad 


 

4. Vizual informasiyanın qəbul edilməsində bəzi insanlara hansı cihaz kömək 

edir? 

A) qulaqcıq   



B) eynək   

C) tərəzi 

 

5. Danışıq kağızda hansı formada saxlanılır? 



A) rəqəmlərlə 

B) hərflərlə    

C) notlarla 

D) düsturlarla 

 

6. Kağızda musiqi necə saxlanılır? 



A) notlarla 

B) hərflərlə     

C) rəqəmlərlə 

D) şəkillə 

 

7. “Ata” sözü  belə kodlaşdırılmışdır:  • –     –      • –    



    Hansı koddan istifadə olunmuşdur? 

A) Sezar 

B) Morze   

C) bayraq 

D) heroqlif 

 

8. “Gözləyin!” komandasını hansı simvolla göstərmək olar? 



A)        B)     C)       D)  

 



 

42

9. “Burada telefon var” məlumatını necə göstərmək olar? 



A)    B)      C)     D)  

 

10. Hər bir hərfi əlifbadakı yeri ilə əvəzləməklə öz adını kodlaşdır.  



_________________________ 

 

11. Nərə balığının hansı informasiya modeli verilib? 



A) cədvəl         

B) şəkil    

C) mətn    

D) sxem 


 

12. Bu cədvəl hansı obyektin informasiya modelidir? 

 Adı 

Təvəllüdü Peşəsi 



Atam Nadir 

1978  mühəndis 

Anam Sevda 

1980 


müəllim 

Mən Fuad 

2002  şagird 

Bacım Səadət 2004 şagird 

A) ata   

B) ana   

C) ailə 

 

13. Bu informasiya modeli ölkənin hansı əlamətlərini 



əks etdirir? 

A) ölkənin sərhədlərini   

B) ölkədə olan məktəblərin sayını  

C) ölkənin pul ehtiyatlarını  

 

14. “Balaban” sözünün informasiya həcmi nə qədərdir? 



A) 7 bayt      

B) 56 bayt    

C) 7 bit         

D) 54 bit 

 

15. “Payızda küləklər əsir” cümləsində neçə bit informasiya var? 



A) 19    

B) 21    

C) 168     

D) 1024 


 

16. Aşağıdakı sözlərdən hansında informasiya həcmi düzgün hesablanmayıb? 

A) təkər – 5 bayt   

B) element – 56 bit   

C) menyu – 40 bit  

D) üsul – 32 bayt 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə