III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
883
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
halında nəzərdən keçirildikdə sabit söz birləşmələri üçün o da xarakterikdir ki, onlar şeiri fikir
və məzmunca, forma və üslubi cəhətdən zənginləşdirdiyi kimi, poetik təəssüratı qabardır, bədii
mətləbi xüsusi ekspressivliyə yüksəldir, emosional çalarları xeyli tündləşdirir. Şeirin canlı dil
26 üzərində qurulmasında da frazeologizmlər fəal başlanğıc təşkil edir, məişət-ünsiyyət esteti-
kasının mətndə sıxlaşmasının təminatçısı olmaqla yanaşı, onları xəlqi ifadə tərzinin yaranma-
sına istiqamətləndirir. Beləliklə, frazeoloji tərkiblər canlı nitq ünsürlərinin sadə və aydın şeir
dili üçün əsas mənbə rolunu gücləndirir. Frazeoloji birləşmələrin obrazyaratma tipologiyası
məcazi leksikaya çox yaxındır və poetik söz ustalığının yaratdığı məzmun zənginliyi
frazeologizmlər üçün də xasdır. Bədii-estetik və linqvistik tipoloji yaxınlıq bədii dil daxilində
gedən üslubi yaradıcılıq bəhrəsidir, sözün müsbət mənasında sözün məcazlaş- ma prosesinin
nəticəsidir. Bu proses şeir nitqində özünü daha kəskin formalarda göstərir ki, bunun da təbii
elmi-təcrübi əsasları vardır. Məlum olduğu kimi, yaradıcılıq fəaliyyətində hər bir söz
sənətkarının qarşısında biri-biri ilə bağlı üç sual – nə?», «necə?», «niyə?» sualları dayanır və
bunlardan «necə?» daha kəskin xarakter daşıyır. Bədii formaya, sənətkarlıq problemlərinə
ciddi münasibət istər-istəməz bu sualın aktuallığını bütün dövrlərdə qoruyub saxlayır. 1960-
1980-ci illər Azərbaycan poeziyasında kamil forma yaradıcılığı uğrunda mübarizə şəraitində
dil sisteminin bütün ünsürləri kimi, frazeoloji birləş- mələr və məcazlaşmağa məruz qalmış
leksik vahidlər şeir dilinin ən fəal üslubi faktlarına çevrildilər. Frazeoloji birləşmələrin
semantik mənasına uyğun məcazi sözlərin işlənmə tezliyi, kəmyyət üstünlüyü bir daha
göstərdi ki, idiomatik birləşmə və onunla bağlı poetizmlərin müvaziliyi şeir dilinin spesifik
cəhətlərindən biridir, şeirə məxsus dil mühitinin vacib tərəflərinin üslubi təzahürüdür.
SOMATİK FRAZEOLOGİZMLƏR
Vüqar HÜSEYNOV
Azərbaycan Müəllimlər İnstitutu Quba filialı
bdu-filoloq@mail.ru
AZƏRBAYCAN
Qədim yunanlar bədənin “ölümə məhkum hissəsini” “soma” adlandırırdı. Terminoloji
mənası “bədənə aid olan” - “somatik” sözü də buradan götürülmüşdür. Müasir anlayışlar və
terminlərin qısa lüğəti somatizm sözünü bədənlə (psixika istisna olaraq) bağlı olan insan orqa-
nizminin hadisə və sistemlərinin mənasını ifadə etmək üçün müəyyənləşdirmişdir. Somatizm-
lər baş, üz, ürək, qan, sümük və s.dir.
Frazeoloji birləşmələr tərəflərinə, komponentlərinə ayrıla bilməyən söz birləşmələridir.
Frazeoloji birləşməni əmələ gətirən sözlərin ya hamısı, ya da bəziləri öz mənasını itirir və
yaranmış birləşmə bütövlükdə bir leksik vahi ifadə edir. Azərbaycan dilində, xüsusən məişət
üslubunda və bədii üslubda frazeoloji birləşmələrdən aktiv formada istifadə olunur. Bunların
içində rəqəmlərlə bağlı, heyvan adları ilə bağlı və bədən üzvləri ilə bağlı frazeoloji birləşmə-
lər kəmiyyət baxımdan üstünlük təşkil edir.
Somatik frazeologizmlər öz sabitliyinə rəğmən, fasiləsiz olaraq dəyişir və inkişaf edirlər.
Azərbaycan ədəbi dilində işlənən somatik frazeologizmlər ən çox aşağıdakı orqanlarla bağlıdır:
1. “Əl” və “ayaq” komponenti ilə yarananlar: Əl açmaq, əl-ayağa dolaşmaq, əl-ayağa
düşmək, əl-ayağa salmaq, əl-ayağı qurumaq, əl-ayağı soyumaq, əl-ayaqdan uzaq, əl bulaşdır-
mağa dəyməz, əl çəkmək, əl gəzdirmək, əl qaldırmaq, əl-qol açmaq, əl-qol atmaq, ayağını kəs-
mək, ayağı ardınca getməmək, ayaqları yerə mıxlanmaq və s.
2. “Baş” komponenti ilə yarananlar: Başını alıb qaçmaq, başını bağlamaq (evləndirmək
anlamında), başını bişirmək, başını daşa vurmaq, başını əkmək, başını xarab eləmək, başını
işə salmaq, başının altına yastıq qoymaq, başının üstünü almaq, başına çıxmaq, baş-beynini
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
884
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
aparmaq, başı işləmək, başına at təpmək, başına cin vurmaq, başına gəlmək, başına daş düşmək,
başına girmək, başına itin suyunu tökmək, başda gəzdirmək, başına turp əkmək, başından elə-
mək, başından tük əskik etməmək və s.
3. “Göz” komponenti ilə yarananlar: Göz açmağa qoymamaq, göz dağı çəkmək, göz
dəymək, göz gözü görməmək, gözü götürməmək, göz-qaş eləmək, göz oxşamaq, göz üstə sax-
lamaq, göz verib – işıq verməmək, göz yummaq, gözdə-qulaqda olmaq, gözdən əski asmaq,
gözə kül üfürmək, gözə soxmaq, gözünün qurdunu öldürmək, gözünün ucu ilə baxmaq, gözün
üstündə qaşın var deməmək və s.
4. “Hulqum” komponenti ilə yarananlar: hulqumunu üzmək, hulqumu olmamaq.
5. “Kirpik” komponenti ilə yarananlar: Kirpiyi ilə od götürmək.
6. “Qulaq” komponenti ilə yarananlar: Qulağına gəlib çatmaq, qulağı dəng olmaq, qula-
ğagirənlik eləmək, qulağı dinc olmaq, qulağı səsdə olmaq, qulaq asmaq, qulağına deyil, qula-
ğında sırğa olmaq, qulağının ardını görəndə, qulağının dibində top da atılsa, eşitməz, qulaqar-
dına vurmaq, qulaqlarının ucuna qədər qızarmaq və s.
7. “Ürək” komponenti ilə yarananlar: ürək-dirək vermək, ürəyi düşmək, ürəyi daş olmaq,
ürək eləməmək, şir ürəyi yemək, ürəyi qızmaq, ürəyi yanmaq, ürəkdən çalışmaq, ürəyini bo-
şaltmaq, ürək vermək, ürək qırmaq, ürəyi açılmaq, ürəyi ağzına gəlmək, ürəyi bulanmaq, ürəyi
getmək (özündən getmək və bir şeyi çox istəmək anlamlarında), ürəyi qana dönmək, ürəyi part-
lamaq, ürəyi yerinə gəlmək, ürəyinə daş bağlamaq, ürəyində oxumaq, ürəyində tutmaq, ürə-
yindən xəbər vermək, ürəyindən qara qanlar axmaq, ürəyinə dammaq, ürəyini oxumaq və s.
8. “Üz” komponenti ilə yarananlar: üz vermək, üz götürüb getmək, üz verdikdə, astar is-
təmək, üzdən-gözdən iraq, üzə durmaq, üzə vurmaq, üz-gözündən zəhrimar tökülmək, üzlülük
eləmək, üzü bu yana olmaq (xəstənin sağalmasına ümid olduqda), üzü ağ olmaq və s.
9. “Ağız” komponenti ilə yarananlar: ağzı açıla qalmaq, ağız büzmək, ağız şirin olmaq,
ağı-ağıza vermək, ağız burnunu əzmək, ağız dolusu, ağızdan çıxan başa dəyər, ağzı fal olmaq,
ağzı ilə milçək tutmaq, başqasının ağzı ilə oturub durmaq, ağzı isti yerdə olmaq, ağzı qatıq
kəsməmək, ağzı qıfıllanmaq, ağzı qızışmaq, ağzı sulanmaq, ağzı süd qoxusu vermək, ağzına
su alıb oturmaq və s.
10. “Boğaz” komponenti ilə yarananlar: boğazını yırtmaq, boğaza qədər borc içində
olmaq, boğazına keçmək, boğazını islatmaq (azacıq içmək), boğazından kəsmək və s.
11. “Ciyər” komponenti ilə yarananlar: ciyəri yanmaq, ciyərini çıxarmaq, ağciyər olmaq
və s.
12. “Çiyin” komponenti ilə yarananlar: çiyinlərinə düşmək, sanki çiynindən ağır yük
götürülmək, çiynindən atmaq və s.
13. “Dil” komponenti ilə yarananlar: dili acı olmaq, dili açılmaq, dili tutulmaq, dili quru-
maq, dil boğaza qoymamaq, ağzında dili yoxdur (mülayim, sakit adam haqqında), dili dinc
durmamaq, dili iki metr çıxır, dilim ağzımda bişər, dilindən kağız almaq, dilini heç ne dəymə-
mək (çoxdan yemək yeməyən adam haqqında), dilini pişik yemək, dilini təmiz saxlamaq və s.
14. “Diş” komponenti ilə yarananlar: dişi batmamaq, diş qıcamaq, dişə vurmağa bir şey
olmamaq, dişi dişinə dəymək, dişi-dırnağı ilə çalışmaq, dişlərini itiləmək və s.
Bu somatik frazeoloji birləşmələrə nəzər saldıqda görürük ki, xalqın düşüncəsində, ya-
radıcılığında “görünən”, yəni xarici orqanlarla (əl, ayaq, baş, diş, göz, çiyin, dil, boğaz, üz)
bağlı frazemlər daha çox işlənmə aktivliyinə malikdir.
Somatik frazeoloji birləşmələri həm həqiqi, həm də məcazi mənada anlamaq olur. Bu
xüsusiyyətdən isə ədəbiyyatımızda obrazlılıq yaratmaq üçün məharətlə istifadə olunmuşdur.
Ömrün ən dolaşıq, çətin anında
Gözlər bu dünyadan bir pay umurlar.
Diriykən hər şeyə göz yumanın da
Ölərkən gözünü güclə yumurlar.