Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə341/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   337   338   339   340   341   342   343   344   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1459



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Ermənistan  ərazisindən keçən avtomobil yolunun bağlanması, muxtar respublikaya 

mavi qazın verilməsinin dayandırılması, Naxçıvan-Bakı  dəmiryolunun dayandırılması, elek-

trik enerjisinin kəsilməsi muxtar respublikanı blokada vəziyyətinə salmışdı.  

Bütün kommunikasiya xətləri Ermənistan  ərazisindən keçdiyindən Naxçıvanın yalnız 

bir çıxış yolu qalırdı ki, bu da qonşu İran və Türkiyə ilə əlaqələrin qurulması idi. Bu məsələ-

nin həlli üçün Heydər  Əliyev yorulmadan çalışaraq Naxçıvan  əhalisini zamanın bu sərt 

sınağından çıxara bildi. Azərbaycanın  əsas  ərazisindən ayrı düşən və Ermənistan tərəfdən 

blokadaya salnmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev 1992-

ci ildə qonşu Türkiyə  və  İran dövlətlərinin rəhbərləri ilə  səmimi münasibətlərindən istifadə 

edərək muxtar respublikaya yardım, kredit, humanitar kömək, elektrik enerjisi ilə  təchiz 

etmək və digər məsələlər haqqında razılığa gəlməyə müvəffəq olmuşdu  

Qonşu Türkiyəyə olan səfərləri və  həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni 

əməkdaşlıq barədə protokollar, Araz çayı üzərində Azərbaycanla (Naxçıvanla) Türkiyə ara-

sında Sədərək-Dilucu “Ümid körpüsü”nün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun 

illərdən sonra bərpa edilməsi sonrakı  mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, 

həmçinin siyasi həyatında da müstəsna rol oynadı. 

Türkiyə Respublikası hökumətinin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər 

Əliyev 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri zamanı Ankarada Türkiyə Respubli-

kasının Prezidenti T.Özal tərəfindən qəbul edilmiş, Baş nazir S.Dəmirəl ilə əlaqələrin geniş-

ləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdi. 24 mart 1992-ci ildə əmək-

daşlıq protokolu imzalanmışdı.. Müqavilədə aşağıdakı məsələlərin həlli nəzərdə tutulmuşdu: 

kənd təsərrüfatı, sənaye, qida və istehsal malları, nəqliyyat, telekommunikasiya, tikinti, turizm 

kimi sahələrin ehtiyacları üçün bütünlükdə 100 milyon dollarlıq kreditin təsis edilməsi, enerji 

xətlərinin yaradılması, Naxçıvan MR Türkiyənin enerji sisteminə daxil olması, birbaşa dəmir-

yolu və avtomobil yolu şəbəkəsinin təsis edilməsi üçün davam edən işlər sürətləndiriməsi, 

körpünün tikintisi, TRT verilişlərinin Naxçıvan MR-də yayımlanması, hava xəttinin açilması, 

telekommunikasiya sahəsində Naxçıvan MR-in zəruri ehtiyaclarının təmin edilməsi, telefon, 

faks, teleks kimi xəbər sistemlərinin  ən qısa vaxtda işlək vəziyyətə  gətirilməsi, kənd təsər-

rüfatı sahələrində ehtiyac olan toxum, avadanlıq və digər vasitələrlə təmin olunması,bank işi 

sahəsində geniş  əlaqələrin yaradılması, Ziraat Bankının Naxçıvanda bir şöbəsinin açılması, 

100 nəfər tələbənin Türkiyə Cümhuriyyətində təhsil alması və s. məsələlər. 

Türkiyə Respublikası  tərəfindən Naxçıvan MR-ə  ərzaq malları alınması üçün ayrılmış 

10 milon Amerika dolları məbləğində kredit hesabına Naxçıvana 293 ton mal əti, 250 ton kərə 

yağı, 700 ton marqarin, 182 ton zeytun yağı, 363 ton günəbaxan yağı, 460 ton toyuq əti, 2,283 

ton şəkər tozu, 400 ton düyü, 600 ton makaron, 6 min ton un gətirilmişdi. 

Bu müddət ərzində 258 ton 400 kq. ərzaq malları, 32 ton 800 kq. dərman, 6 ton 498 kq. 

tibbi ləvazimat, 4 ton 477 kq. adyal muxtar respublikaya gətirilmişdi. 1992-ci aprelin 20-dən 

etibarən Türkiyədən Naxçıvana 258 ton 400 kq ərzaq, 32 ton 800 kq dərman, 6 ton 498 kq 

tibbi ləvazimat, 4 min ədəd odeyal gətirilmişdir ki, bütün bunlar da «Qızıl Ay» cəmiyyəti 

vasitəsilə həyata keçirilirdi.  

Naxçıvanı blokada vəziyyətindən çıxarmaq üçün Heydər  Əliyevin Türkiyəyə 22-25 

mart 1992-ci il, 1-5 iyun 1992-ci il, 10-14 avqust 1992-ci il, 16 aprel 1993-cü il, 19-25 aprel 

1993-ci il tarixli, İran İslam Respublikasına isə 22-26 avqust 1992-ci il, 16-19 mart 1993-cü il 

tarixli səfərləri xüsusi əhəmiyyət daşıyır.  

1-5 iyun 1992-ci ildə Naxçıvan MR Ali Məclisin sədri Heydər  Əliyev S.Dəmirəlin 

dəvəti ilə Türkiyəyə getmişdi. Türkiyənin rəsmiləri ilə görüşlərdə bildirilirdiki, yaranmış gər-

gin vəziyyətdə danışaraq muxtar respublikada kəskin ərzaq və yanacaq qıtlığı yaranmış, cəmi 

3-4 günlük yanacaq ehtiyatı qalmışdır. 24 mart 1992-ci il protokoluna əsasən ayrılacaq 100 

milyon dollar kreditdən istifadə edilməsi məsələləri müzakirə olunmuş, 10 milyon dollarlıq 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1460



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ərzaq almaq üçün razılıq əldə edilmişdi. Kreditlərin iyunun 15-dən etibarən verilməsi, həmçi-

nin Türkiyənin Naxçıvanda konsulluğunun açılması məsələsi həll olunmuşdu. .  

Heydər  Əliyevin Türkiyəyə III rəsmi səfəri 1992-ci ilin avqust ayının 10-dan 14-nə 

qədər olan tarixə təsadüf edirHeydər Əliyev İğdır şəhərində Türkiyənin yeni İqdır vilayətinin 

yaranması ilə  əlaqədar rəsmi mərasimdə  çıxış etmiş, sonra Qars və Ankara şəhərində ol-

muşdu.  

Bu danışıqlardan sonra Türkiyə  tərəfindən ayrılan kreditlərin istifadə olunmasına baş-

lanmışdır. Bu kredit hesabına 15 sentyabr 1992-ci ilə olan məlumata görə, muxtar respub-

likaya 600 ton makaron, 200 ton zeytun yağı, 100 ton kərə yağı, 282 ton quş əti, 117 ton düyü 

gətirilmişdi

1992-ci ilin avqust ayının II yarısından başlayraq «Qızıl Ay» cəmiyyəti vasitəsi ilə 

Naxçıvana yardım olaraq 100 ton un, 700 kq günəbaxan yağı, 7850 kq şəkər tozu, 9300 kq 

makaron, 1630 kq qovurma, 810 kq toyuq əti gətirilmiş  və  gətirilən  ərzaq malları Nazirlər 

Kabinetinin Komissiyasının vasitəsilə ticarət təşkilatları tərəfindən əhaliyə satılmışdı. 

 Heydər  Əliyev 1993-cü ildə aprelin 23-ü və 24-də Ankarada baş nazir S.Dəmirəl ilə 

görüşərək işbirliyi protokoluna əsasən veriləcək 100 milyon dollardan 25 milyonundan yaxın 

günlərdə istifadəyə başlanacağı barədə razılığa gəlmişdilər. Kənd Təsərrüfatı Nazirliyi 

tərəfindən 2 min ton buğda və «Qızıl Ay» cəmiyyəti tərəfindən 2 min 330 ton ərzaq malları 

gətirilməsi haqqında razılıq əldə edilmişdi. 

Heydər  Əliyevin siyasi fədakarlığının nəticəsində  məşhur Qars müqaviləsinin  şərtləri 

bərpa olundu və qüvvəyə mindi. Azərbaycandan demək olar ki, tamamilə təcrid olunmuş, heç 

bir yardım almayan, blokada şəraitində yaşayan Naxçıvan yalnız Heydər Əliyevin titanik səy-

ləri nəticəsində öz suverenliyini qoruyub saxladı və erməni silahlı qüvvələrinin təcavüzünün 

qarşısını ala bildi . 

Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin gərgin əməyi, diplomatik fəaliyyəti nəticə-

sində Naxçıvan Muxtar Respublikasının nəqliyyat, enerji blokadası yarıldı,  əhali sözün əsl 

mənasında, aclıqdan və ölümdən xilas oldu. 

 

 

TÜRKİYƏ- RUSİYA GEOSİYASİ QARŞIDURMASININ  



ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Elgün QƏHRƏMANOV 

Bakı Dövlət Universiteti 



Elgun014@mail.ru 

AZƏRBAYCAN 

 

Avrasiya materikinin dövlətləri olan Türkiyə  və Rusiya hazırda dünyada və regionda 



baş verən hadisələrə ciddi şəkildə  təsir göstərən dövlətlərdir. Yaxın qonşuları olan bu döv-

lətlərinin qarşılıqlı münasibətləri Azərbaycan üçün də  əhəmiyyətlidir. Bu baxımdan mövzu 

Azərbaycanın beynəxalq münasibətləri üçün hər zaman aktualdır. 

Hər iki tərəf öz miqyaslarına görə regionda güclü maraqları olan dövlətlərdir. Türkiyə 

Qara dəniz regionunu sabitləşdirir, ondan Aralıq dənizinə çıxışa nəzarət edir, Rusiyanı Qaf-

qazda tarazlaşdırır və NATO-nun cənub qanadına xidmət edir. 

Rusiyanın dost və müttəfiq Qafqaz və o cümlədən Orta Asiya Türk Dövlətlərinə qarşı 

yönəlmiş imperialist düşüncələri Türkiyə dövlətinin regionda apardığı siyasətinə zidd idi. 

Qafqazda Rusiyanın ənənəvi və etibarlı müttəfiqi olan Ermənistan xüsusi geosiyasi rol 

oynayır. Şimala və Şərqə-Orta Asiyanın Türk dünyası regionuna Türkiyənin ekspansiyasının 

qarşısını almaq üçün Ermənistan strateji baza kimi xidmət göstərir. Bütün bunların içində 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə