III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1465
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bunlar Azərbaycan sovet tarixşünaslığında sovet xalqının özünün Böyük vətəninin müdafiə-
sində ədalətli müharibə kimi təqdim olunmuşdur
Müharibənin ilk illərində cəbhəyə 40 minə yaxın azərbaycanlı könüllü olaraq getmişdir.
Sonrakı illərdə Azərbaycanlılardan ibarət təşkil olunmuş atıcı briqadalar, düşmən arxasındakı
partizan hərəkatı, Qafqazın və Moskvanın müdafiəsində azərbaycanlıların rəşadəti Azərbay-
can sovet tarixşünaslığında əks olunsa da azərbaycanlı döyüşçülər, onların döyüş yolları barə-
də ətraflı məlumat verilməmişdir.Müharibə dövründə Almaniya tərəfdən Azərbaycanın
azadlığı naminə döyüşən milli legionlar vətən satqını kimi qələmə verilmiş, Berlində
yaradılmış Azərbaycan Mühacir Höküməti Faşist Almaniyasının əlaltısı kimi göstərilmişdir.
Həmçinin, Azərbaycan sovet tarixşünaslığında Faşist Almaniyası tərəfdən əsir alınmış azər-
baycanlıların Məmməd Əmin Rəsulzadə tərəfindən xilas edilməsi faktlarına toxunulmamışdır.
Azərbaycanlı döyüşçülərin ön cəbhədə qəhrəmanlıqları bu dövrü araşdıran müəlliflər tərəfin-
dən qeyd olunsa da, onların fədakarlığına səthi qiymət verilmişdir. Dövrün ideoloji təsirinə
baxmayaraq bu dövrü tədqiq edən tarixçilərimiz azərbaycanlıların müharibədə iştirakını yük-
sək qiymətləndirmiş, faşizm üzərində əldə olunan qələbədə onların əməyinə böyük dəyər
vermişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan sovet tarixşünaslığında bu müharibə Böyük
Vətən müharibəsi kimi təqdim olunmuş,cəbhəyə 600 mindən çox azərbaycanlının iştirak
etdiyi, 128 nəfərin Sovet İttifaqı qəhrəmanı adını alması göstərilmişdir. 1941-1945-ci illər
müharibəsini araşdıran Q.Mədətov,M.Abbasov və digər tarixçilərimizin əsərlərindən məlum
olur ki, Azərbaycan SSR ərazisində 87 batalyon,1123 özünümüdafiə dəstəsi yaradılmış,
həmçinin, 77,223,396 və 402 saylı milli atıcı diviziyalar təşkil edilmişdir. Hərbi hissələr üçün
15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi,3min sürücü hazırlanmışdır.
“Motorlar müharibəsi” adlanan bu müharibədə SSRİ-yə qələbənin qazanmasında Bakı
neftinin əvəzsiz əhəmiyyəti olmuşdur.Müharibə üçün SSRİ-də hasil edilən neftin 80 faizə
qədəri - 17 mln ton neftin 13mln tonu, aviasiya benzininin 85 faizi Azərbaycanın payına dü-
şürdü. Cəbhə üçün 200-ə yaxın yerli məhsulun istehsal edilməsinin xüsusi əhəmiyyəti olmuş-
dur. Bütün bu faktlar tarixşünaslığımızda təsvir olunsa da SSRİ rəhbərliyi Bakının qəhrəman
şəhər adlanmasına biganə yanaşmış,arxa cəbhədəki əmək qəhrəmanlarının əməyini lazımınca
qiymətləndirməmişlər.
Bir sözlə,1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakı dövrün ideoloji təsiri
altında yazılmış,azərbaycanlı döyüşçülərin təkcə SSRİ ərazisində deyil, Avropadakı antifaşist
müqavimət hərəkatında iştirakı səthi verilmiş, Azərbaycan iqtisadiyyatının qələbə üçün əvəz-
siz xidmətləri çox qabardılmamışdır. Müstəqillik əldə etdikdən sonra tarixşünaslığımız üçün
əhəmiyyətli olan bu dövrün obyektiv araşdırılması hərbi vətənpərvərliyin təbliğ olunması
baxımından əhəmiyyətlidir.Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması bu
dövrün öyrənilməsinin aktuallığını göstərir.
TÜRKIYƏDƏ IŞIQ ÜZÜ GÖRƏN İLK MÜHACİR NƏŞRLƏRİ
Mətanət HÜSEYNOVA
Bakı Slavyan Universiteti
metanet-h@hotmail.com
AZƏRBAYCAN
Azərbaycan mühacirət mətbuatı tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Bu dövr
haqqında daha geniş təsəvvürə malik olmaq üçün isə mühacirət mətbuatına nəzər salmaq va-
cibdir. Ona görə də mühacir nəşrlərinin, xüsusilə ilk dövrlərdə işıq üzü görən mətbuat orqan-
larının nəzərdən keçirilməsi həmin dövr, onun çətinlikləri, mühacirlərin üzləşdiyi problemlər
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1466
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
haqqında dolğun təsəvvür əldə etmək baxımından önəmlidir. Mühacirlərin nəşr etdirdikləri ilk
mətbuat orqanları isə Türkiyədə işıq üzü görən “Yeni Qafqasya”, “Azəri Türk” və “Odlu
Yurd” olmuşdur.
“Yeni Qafqasya” jurnalının Azərbaycan mühacirət mətbuatı tarixində xüsusi yeri vardır.
O, ilk nömrəsindən özünün əsas vəzifəsi olaraq Azərbaycan, Qafqaz və əsir türklərin milli
istiqlal davasına xidmət etdiyini bəyan etmiş və doğrudan da, bu nəşr mühacirlər arasında
böyük canlanmaya səbəb olmuşdur. Bununla bağlı Ankarada nəşr olunan “Azərbaycan”
jurnalındakı “Yeni Qafqasya” adlı məqalədə qeyd olunur: “... “Yeni Qafqasya” özündən sonra
gələn bütün milli nəşriyyat orqanlarının piridir; dost və düşmən tərəfindən böyük bir ilgi ilə
qarşılanmışdır”.
“Yeni Qafqasya” jurnalı çox çətin bir tarixi şəraitdə işıq üzü görmüşdür. Belə ki,
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xarici ölkələrdə məskunlaşan
mühacirlər beynəlxalq aləmdə 1920-ci il aprelin 27-də Bakıda baş verən hadisələr və XI Qızıl
Ordunun təcavüzü barədə rəy formalaşdırmağa cəhd etsələr də, bu təşəbbüslər istənilən nəti-
cəni vermirdi. Səbəb isə mühacirlərin vahid proqramla çıxış etməmələri və təşkilatlanma-
maları idi. M.B.Məmmədzadə mövcud məsələ ilə bağlı “Milli Azərbaycan hərəkatı” adlı
kitabında qeyd edirdi: “Mühacirət başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi”.
Məcmuənin ilk sayının imtiyaz sahibi və məsul müdiri Seyid (Məhəmməd) Tahir
olmuşdur. Rəhbəri və redaktoru M.Ə.Rəsulzadə olsa da, jurnalın məsul müdiri və imtiyaz
sahibi kimi Seyid Tahirin adının qeyd olunması barədə M.Ə.Rəsulzadə irsinin dəyərli araş-
dırıcılarından olan dr. Yavuz Akpınar “Bayraqlaşan şəxsiyyət; Məmməd Əmin Rəsulzadə”
adlı məqaləsində yazır: “1922-ci ilin yazından İstanbulda olan Rəsulzadə “Yeni Qafqasya”
dərgisini çıxarmağa başladı. Noyabr 1927-yə qədər on beş gündən bir çıxarılan bu dərginin
cəmi 100 nömrəsi nəşr edilir. Fəqət anlaşıla biləcək bəzi səbəblər üzündən dərginin sahibi-
imtiyaz və məsul müdiri Seyid Tahirlidir”.
Jurnalın ilk nömrələrində M.Ə.Rəsulzadənin açıq imzalı yazılarına rast gəlinmir. Onun
açıq imzalı ilk yazısı “Zəruri bir izah” adlı məqalə ilə olmuşdur. Ümumiyyətlə isə, “Yeni Qaf-
qasya”da M.Ə.Rəsulzadəyə aid olduğu düşünülən və ya imzasız 215-ə yaxın məqalə olduğu
bildirilir. Jurnalın redaksiya heyəti də Azərbaycanın istiqlal mücadiləsinə sadiq mücahidlər -
Ə.Bəttəl, Ə.Cavad, Ə.Həmdi, A.Şeyxülislamzadə Dr. Abdullah Cövdət, Ayn Ayn, Ayn Kaf,
Cəfər Sadiq və başqaları idilər.
“Yeni Qafqasya” yalnız azərbaycanlı mücahidlərin deyil, digər türkdilli və Qafqaz
xalqlarının da tribunası idi. Ona görə də bura Türkiyənin müxtəlif bölgələrindən, Almaniya və
Fransadan məktublar, məqalələr göndərilir, əməkdaşlıqlar edilirdi.
“Yeni Qafqasya”dan sonra azərbaycanlı mühacirlərin nəşr etdikləri ikinci mətbuat
orqanı “Azəri Türk” jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi məcmuə olan “Azəri
Türk”ün ilk sayı 1928-ci il fevralın 1-də işıq üzü görmüşdür. On beş gündən bir nəşr olunan
jurnalın 20 sayı ərəb (1928-ci ilin sonunadək), sonrakı sayları isə (1929-cu ildən) latın əlifbası
ilə nəşr olunmuşdur. Jurnalın məsul müdiri Məmməd Sadıq idi.
Bu jurnal da çətin tarixi şəraitdə işıq üzü görmüşdür. Belə ki, həmin dövrdə Azərbaycan
mühacirlərinin Türkiyədəki fəaliyyəti ciddi narahatlığa səbəb olurdu. Mühacirlər və onların
nəşrlərinə qarşı SSRİ daxilində, eyni zamanda, kənarda təsirli tədbirlər həyata keçirilirdi.
Sovet hökuməti Türkiyə dövlətindən Azərbaycan mühacirlərinin fəaliyyətinə son qoyulmasını
tələb etməklə bərabər, həm də daxildə mühacir mətbuatına qarşı əks-təbliğat aparır, onlara
maraq, məhəbbət bəsləyənlərə təzyiq və terroru gücləndiriridi. Elə bunların nəticəsi idi ki,
1927-ci ildə Sovet diplomatiyasının səyi ilə nəşrini dayandıran “Yeni Qafqasya”nın ideya və
məramı “Azəri Türk” dərgisi ilə davam etdirilməyə başladı.
Mövcud vəziyyətlə əlaqədar olaraq, əvvəlki dərgidəki kəskin və sərt mübarizə üsulu
“Azəri Türk”də özünü bir qədər yumşaq şəkildə büruzə vermişdir. Ümumiyyətlə isə, “Azəri