Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə345/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   341   342   343   344   345   346   347   348   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1467



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Türk” “Yeni Qafqasya”nın varisi idi və onunla eyni ideya, məsləkə xidmət edirdi. Hətta hər 

iki mətbuat orqanının mövzuları kimi qələm sahibləri də eyni olmuşdur. 

“Azəri Türk”də dünyada, eləcə də Azərbaycan, Türkiyə, İran, Rusiya və Əfqanıstanda 

baş verən ictimai-siyasi, iqtisadi hadisələr təhlil edilir, münasibət bildirilir, yeni proseslərlə 

əlaqədar olaraq mühacirlərin qarşısında duran vəzifələr müəyyənləşdirilirdi. Bu mətbuat 

orqanının Azərbaycan problemlərinin və ölkədə baş verən hadisələrin Türkiyə ictimaiyyətinə 

çatdırılmasında böyük rolu olmuşdur. Qeyd edək ki, “Azəri Türk” gizli yollarla Azərbaycana 

gətirilir və xalq arasında yayılırdı.  

Azərbaycanlı mühacirlərin nəşr etdirdikləri mətbuat orqanlardan biri də “Odlu Yurd” 

jurnalı idi. Bu jurnal əvvəlki mətbuat orqanlarından fərqli olaraq, bütövlükdə latın əlifbası ilə 

nəşr edilirdi. İlk sayı 1929-cu il martın 1-də işıq üzü görən məcmuənin əsas mövzuları başda 

Azərbaycan olmaqla, Rusiya məhkumu millətlər, Qafqasiya, İslam dünyası  və beynəlxalq 

məsələlərlə bağlı idi. “Odlu Yurd” jurnalının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri 

Kamal, baş redaktoru isə M.Ə.Rəsulzadə idi.  

Jurnal demokratiya, demokratik millətçilik ideyalarını əsas tutur, milli istiqlal uğrunda 

mübarizə aparırdı. “Odlu Yurd” istiqlal davasının mənasını belə açıqlayırdı: “Milli istiqlal 

davası  mədəni millətlər ailəsi meydanında özünəməxsus bir evə, bir yuvaya malik olmaq 

davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih (qanuni) haqqında hələ 

malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə (geri 

qaytarmaq) məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir”. 

“Odlu Yurd” jurnalının nəşri çətin tarixi şəraitə, təzyiqlərlə dolu bir dövrə  təsadüf 

edirdi. Həmin dövrdə Sovet hakimiyyəti bir sıra mühacir nəşrlərinin fəaliyyətini dayandır-

mağa müvəffəq olmuşdu. Lakin müsavatçıların fəaliyyətinə tamamilə xitam verilməmişdi. 

Səbəb isə belə bir addımın Türkiyənin də  mənafeyinə uyğun olmaması  və ictimaiyyət tərə-

findən bu addımın birmənalı qarşılanmayacağı  məsələsi idi. Ümumiyyətlə isə, Türkiyə mü-

hacir nəşrlərinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atsa da, 

qəti tədbirlər həyata keçirmirdi. Bu, mühacirlər tərəfindən də anlayışla qarşılanırdı. 

“Odlu Yurd” jurnalında siyasi, elmi, mətbuat, kitabiyyət və s. ilə bağlı yazılara yer 

verilirdi. Jurnalın əsas yazarları isə A., A.Arazlı, A. B., Bir Türk, Gültəkin, Cəfər Sadiq, Də-

mirçioğlu, Kamal, Krımlı C., M., M. Ş., Məmməd  Əmin Rəsulzadə, Mir, Mirzə Bala, 

Mustafa, O. T. və digər imzalar ilə tanınan M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, 

M.Ş.Əfəndizadə, Ə.Cəfəroğlu, A.Cövdət, A.Battal və başqaları idi.  

Türkiyədə üç ilə yaxın müddətdə nəşr olunan “Odlu Yurd” jurnalı Azərbaycan müha-

cirlərinin Türkiyədə  çıxardıqları son siyasi məcmuə idi. Mühacirlərin Azərbaycan istiqlalı 

uğrunda apardıqları mübarizədə  əhəmiyyətli rol oynayan məcmuənin son sayı 1931-ci ilin 

avqust ayında nəşr olunmuşdur.  

Bu mətbuat orqanlarının fəaliyyəti Sovet ideologiyasının təsiri ilə dayandırılsa da, mü-

hacirlərin mübarizə  əzmini qıra bilməmiş  və onlar öz mübarizələrini yeni mətbu orqanlarla 

davam etdirmişlər.  

 

 

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1468



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“MİR`ATUZ-ZAMAN Fİ TƏRİXİL-Ə`YAN” ƏSƏRİNƏ ƏSASƏN 

SULTAN TOĞRUL BƏY DÖVRÜNDƏ TƏBRİZ ŞƏHƏRİNDƏ BAŞ 

VERƏN HADİSƏLƏRDƏN 

 

Könül SADIQOVA 

Azərbaycan Milli Elmlər Akademiyası  

 M.Füzuli adına Əlyazmalar İnstitutu 



sadiqova_konul@rambler.ru 

AZƏRBAYCAN 

 

Orta əsrlər Şərq tarixinin öyrənilməsində mühüm mənbələrdən biri hesab edilən “Mir` 



atuz-zaman fi tərixil-  ə`yan”  əsəri həmçinin həmin dövr Azərbaycan tarixini tədqiq etmək 

üçün də qiymətli mənbədir. Sibt ibn əl- Cövzi ləqəbi ilə tanınan Şəmsuddin Əbu-l Müzəffər 

Yusif b. Qızoğlu b.Abdullah tərəfindən qələmə alınan əsər, böyük bir tarixi salnaməni əks et-

dirir və bəşər tarixi başlayandan müəllifin ölümünə qədər (654/1256) cərəyan edən bütün ha-

disələri əhatə edir. Bu salnamədə hər ilin mühüm hadisələri göstərilmiş, həmin ildə vəfat edən 

tanınmış şəxslərin adları əlifba sırası ilə düzülərək, hər biri haqqında biblioqrafik məlumatlar 

verilmişdir. 

Bilindiyi kimi XI əsrdən etibarən Səlcuq İmperiyası, dövrünün hakim ünsürünə çevril-

mişdir. Lakin hələ də bu dövr Səlcuqlar tarixi ətraflı tədqiq edilməmişdir. Bunun başlıca sə-

bəblərindən biri də, o dövrlərdə yazılan tarixi qaynaqların günümüzə qədər gəlib çatmaması-

dır. Bu baxımdan Sibtin yazdığı“Mir’atuz-zaman” əsəri Səcuqlar tarixinin öyrənilməsi istiqa-

mətində böyük bir boşluğu doldurur. Əsərin başlıca əhəmiyyəti, onun Səlcuq dövrü Azərbaycan 

tarixinin öyrənilməsində bizə geniş imkanlar verməsidir , bu da əsərin dəyərini daha da artırır. 

Ilk Səlcuq sultanı Toğrul bəyin hakimiyyəti illərində (1038-1063) Səlcuq türkləri daha 

da qüvvətləndilər. XI əsrin əvvəllərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana 

dəfələrlə basqınlar törədən oğuzların bu yürüşləri yalnız cənubdan, İran tərəfdən deyil, tarixçi 

Rəşidəddinin yazdığı “Oğuznamə”  əsərində göstərildiyi kimi, şimaldan - Dərbənd keçidi 

vasitəsilə  də baş verirdi.  İbn  əl-Əsir, Toğrul Bəyin Azərbaycana səfəri  ərəfəsində ölkədəki 

vəziyyəti belə izah edir: "Hicri 446-cı ildə (1054/55) Toğrul Bəy Azərbaycana hərəkət edərək 

Təbrizə gəldi. O vaxt Təbrizin hakimi Vəhsudan ibn Məhəmməd Rəvvadi, Toğrul Bəyə tabe 

olduğunu bildirdi, adına xütbə oxutdurdu, sikkələr üzərində  zərb etdirdi və  hədiyyələr gön-

dərərək qəlbini ələ aldı, oğlunu girov olaraq onun yanına göndərdi". Toğrul Bəylə görüşündən 

az sonra vəfat edən Rəvvadi Vəhsudanın yerinə, sultan, onun oğlu Məmlanın keçməsini istə-

mişdir. Ancaq 1060-cı ildə Toğrul Bəy Təbriz şəhərini yenidən mühasirəyə almışdır. Bu hadi-

səni Sibt əsərində belə qeyd edir: “sultan Bağdaddan ayrıldıqdan sonra, basqınlardan dağılıb 

tökülən və  əhalisinin olduqca çətin vəziyyətdə yaşadığı  Təbrizi mühasirəyə aldı. Lakin qış 

fəsli olduğu üçün bir çox çətinliklərlə rastlaşdılar və bu səbəbdən mühasirəni buraxaraq qala 

bilmələri üçün özlərinə yer düzəltdirən sultan əsgərlərinə “qışın qurtarmasını, qarın əriməsini 

daha sonra mühasirəni davam etdirəcəklərini”  əmr etdi. Lakin qışın ağır keçməsi ilə  ərzaq 

çatışmamazlığı yaranmışdı. Əsgərlərin başçıları sultana adam göndərib bildirdilər: “bu müd-

dətdə qardan, soyuqdan donarıq. Buna görə də biz Reyə qayıtmaq istəyirik, novruz yaxınla-

şanda geri dönüb mühasirəni davam etdirərik”. Bu sözlər sultanın xoşuna gəlmədi və onları 

hədələdi. Lakin onlar qərarlarından dönmədilər, bildirdilər ki,: “ biz Bağdada gedib şəhəri və 

şəhərkənarı ərazilərə dağıdıb qarət edəcəyik, çünki biz çox az səfərə çıxırıq, daha çox istirahət 

edirik. Qərar sənindir.” Sultan onları yenə təhdid etdi, həmçinin yumuşaq şəkildə bildirdi ki, 

siz mənim övladlarımsınız və onlara Reyə getməyi icazə verdi, özü də oraya köçdü.” Dörd ay 

çəkən mühasirədən sonra sultan şəhər hakimləri ilə müqavilə bağlayaraq geri dönmüşdür. 

Müqavilənin nəticəsində Toğrul Bəy Təbriz vergisinin bir miqdarını və Məmlanın oğlunu özü 

ilə aparmışdır.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə