61
insanın əldə etdiyi və anadangəlmə olan xüsusiyyətlərinə deyil, insan kapitalının
istehsal cəhətinə diqqət yetirir.
Ümumiyyətlə, klassik siyasi iqtisadın nümayəndələri insan kapitalının tədqiqi
ilə bağlı fundamental prinsip və yanaşmaların müəyyən edən ideyaların əsasını
qoymuşlar. Bunlar aşağıdakılardır.
nsanın dəyəri – insan mili sərvətin bir hissəsidir;
nsan özünün bilik və bacarıqları, qabiliyyətləri, psixi keyfiyyətləri ilə
iqtisadiyyatda müəyyən bir ictimai modeli təmsil edir;
Bilik və yaradıcı düşüncə iqtisadi dəyərə malikdir;
Texniki tərəqqinin səviyyəsindən asılı olaraq təhsilin, zehni əməyin rolu artır.
Qərb iqtisadçılarının insan kapitalı ahqqında müasir yanaşmalarının
mahiyyətini başa düşmək üçün neoklassik iqtisadi məktəbin nümayəndələrinin
fikirlərini öyrənmək vacibdir. Bu konsepsiya 19-cü əsrin 70-ci illərincə
marjinalistlər tərəfindən (K.Menqer, O. fon Bem-Baverka, F. fon Vizer, ingilis
iqtisadçısı U.Stenli, kembric, amerirka, lozanna və stokholm məktəbinin
nümayəndələri olan A.Marşall, A.Piqu, C.B.Klark, L.-M.G.E.Valras, V.Pareto,
K.Viksel, H.Myurdal, E.Lindal, B.Olin) formalaşdırılmışdır və onun əsasını
marjinal faydalılıq nəzəriyyəsi təşkil edir. Bu dövr qərb iqtisadiyyatında bazar
münasibətlərinin inkişafı, məhsuldar qüvvələrin texnoloji amillərinin inkişafı,
ə
mək bölgüsü proseslərinin sürətlənməsi, istehsal prosesləri və bütövlükdə iqtisadi
sistemin iştirakçıları arasında qarşılıqlı əlaqələrin və ziddiyyətlərin güclənməsi,
inhisarçılığın hökmranlığı, sahibkarla muzdlu işçi arasında ziddiyyətlərin
dərinləşməsi, cəmiyyətdə sinfi ziddiyyətlərin kəskinləşməsi ilə xarakterizə olunur.
Belə bir şəraitdə neoklassik məktəbin nümayəndələri «faydalılıq» anlayışını irəli
sürmüşdülər. Onların fikrincə işçinin daxili imkanlarının (potensialının), daxili
aləminin aşkara çıxarılması istehsal prosesinin həyata keiçrilməsi müxanizmlərinin
fəaliyyətə gətirilməsi üçün daha faydalıdır. A.Marşall kapital dedikdə, «maddi
nemətlərin istehsalı və fayda əldə etmək üçün yığılan bütün ehtiyat vəsaitləri
nəzərdə tuturdu. Bu kapitalın əsas hissəsini bilik və təşkilat (təşkil etmə)
formalaşdırırdı. Bilik – istehsalın ən güclü hərəkətverici qüvvəsidir». O, işçinin
62
ə
mək qabiliyyətini nəzərdən keçirərkən, oun bütün istehsal prosesinin birnbmrəli
ə
həmiyyət malik xarakterisikası kimi qəbul edir və bu qabiliyyəti «ümumi
qabiliyyət» və «xüsusi qabiliyyət»ə ayırır. Birinci ümumi bilik və düşüncə
səviyyəsini, ikincisi isə ixtisaslaşmış qabiliyyəti, xüsusi biliklərə malik olmanı
ifadə edir.
A.Marşallın işləri rus alimlərinın də əmək sahəsində əsərlərinin yaranmasında
böyük rol oynamışdır. Belə ki, rus alimi S.Q.Strumilin öz tədqiqatlarında vərdiş
(bacarıq, təlim) və yerinə yetirilən işin keyfiyyət arasında sıx əlaqələrin olduğunu
təsdiq edirdi. şin keyfiyyətini ölçmək üçün nisbi kəmiyyət kimi o verilmiş
ixtisaslaşma səviyyəsi üçün tələb olunan vərdişləri əsas götürürdü. Əməyin
keyfiyyəti və əmək vərdişi öz saralarında sıx şəkildə əlaqəlidir. şçinin ixtisas
səviyyəsi yüksəldikcə əməyin məhsuldarlığı da artır, yaradılan əlavə dəyər də artır.
Strumilin təhsilə ayrılan dövlət xərclərini təhlil edərək belə qənaətə gəlmişdir ki,
bu xərclərlə əlaqədar əməyin məhsuldarlığının yüksəlməsi nəticəsində əldə edilən
fayda təhsil xərclərini 27,6 dəfə üstələyir. Nəticədə büdcə xərcləri 1,5 il ərzində
artıqlaması ilə qayıdır. Növbəti 35,5 il ərzində isə dövlət heç bir xərc qoymadan
hər il xalis gəlir əldə edir.
nsan kapitalının müasir konsepsiyalarının inkişafı 20-ci əsrin ikinci yarısında
qərb iqtisadi fikrinin (məktəblərinin) inkişafı ilə sıx bağlıdır. Bu konsepsiyaların
meydana gəlməsi cəmiyyətin inkişafı qanunauyğun nəticələrindən biridir.
Cəmiyyətin həyatında, eləcə də insanın həyat fəaliyyəti sferalarında elmin və
təhsilin rolunun artması ilə əlaqədar baş verən əsaslı dəyişikliklər də buna gətirib
çıxarırdı. 50-ci illərin sonu 60-cı illərin əvvəllərində baş verən və bu günümüzdə
də davam etməkdə olan sürətli ETT (kosmosun fəthi, nüvə fizikasının inkişafı, elm
və istehsal arasında inteqrasiyanın dərinləşməsi) insan kapitalının müasir
nəzəriyyələrinin, konsepsiyalarının yaranmasını şərtləndirmişdir.
nsan kapitalının müasir nəzəriyyələri üzrə əsas işlər amerikalı iqtisadçılar
T.Şults və H.Bekkerin adı ilə bağlıdır. nsan kapitalı ideyasının məşhurlaşmasında
T.Şultsün əməyi xüsusi olmuşdur. 1958-ci ildə nəşr etdirdiyi «Ali iqtisadi təhsil və
iqtisadi inkişafda onun rolu» əsərində T.Şults təhsili insan kapitalının əsas tərkib
63
komponenti kimi nəzərdən keçirmişdir. 1960-ci ildə nəşr etdirdiyi «Təhsil
kapitalının yaradılması» adlı məqaləsində təhsil xərcləri də daxil olmaqla işçi
qüvvəsinin dəyərinin qiymətləndirilməsi nəzərdən keçirilmişdir. O, insan kapitalını
«gələcək əmək haqqının və ya tələbatların təmin edilməsinin mənbələrindən biri
olaraq nəzərdən keçirməklə, ona kapital forması kimi yanaşmışdır. nsanın tərkib
hissəsi olduğu üçün də onu insan kapitalı adlandırırlar».
T.Şultsun 1960-cı ildə nəşr olunan «Təhsil kapitalın formalaşması mənbəyi
kimi», 1961-ci ildə nəşr olunan « nsan kapitalına investisiya» əsərləri, eləcə də
H.Bekkerin 1962-ci ildə nəşr olunan « nsan kapitalına investisiyalar», 2 il sonra isə
çap olunan « nsan kapitalı: nəzəri və empirik təhlillər» adlı əsərlər insan kapitalı
sahəsində müasir nəzəri bazanın əsasını formalaşdırdı.
Nəzəriyyələrdə sübut olunurdk ki, təhsil sistemi elə bir fəaliyyət sferasıdır ki,
orada maliyyə kapitalı insan kapitalına çevrilir, yəni təhsilə ayrılan maliyyə
xərcləri insanın intellektinin, mədəni səviyyəsinin yüksəlməsi nəticələrinə çevrilir
ki, bu da həm insanın özü üçün, həm də cəmiyyət üçün müəyyən mənfəət yaradır.
Daha doğrusu təhsilin maliyyələşdirilməsi ən səmərəli, faydalı kapital yatırımı
hesab edilir.
nsan kapitalının müasir nəzəriyyələrinin yaranmasının əsas səbəblərindən biri
də kapital anlayışının daha geniş miqyasda tətbiq edilməsi, başa düşülməsi oldu.
ctimai sərvətin bütün elementlərinə kapitalı kimi yanaşılırdı. T.Şultsüun fikrincə
bu kapital 2 yerə ayrılırdı: insan kapitalı və qeyri-insan kapitalı. nsan kapitalı
insanın qabiliyyətləri, bilik və bacarıqları, vərdişlərindən asılı olan əlavə gəlir
mənbəyi kimi ifadə olunurdu.
Dostları ilə paylaş: |