64
3.2. Rə qabə tli insan kapitalının inkiş afını tə min edə n texniki şə rtlə r
nsan kapitalı ilə fiziki və maddi kapital arasında həm ümumi, həm də
fərqləndirici cəhətlər vardır.
Ümumi cəhətlər aşağıdakılardar:
1. nsan kapitalı müəyyən xüsuisyyətlərin, qabiliyyətlərin məcmusunə təşkil
edir ki, bu uzun müddət ərzində istifadə oluna bilir.
2. Onun formalaşması, qorunub saxlanılması və artımı üçün əhəmmiyyətli
investisiya yatırımları tələb olunur.
3. nsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır, öz dəyərini dəyişə
bilir.
Fərqləndirici cəhətlər aşağıdakılardır:
1.
nsan kapitalı onun daşıyıcısından (sahibindən), yəni canlı insandan
ayrılmazdır, kənarda mövcud deyildir.
2.
nsan kapitalı vərdişlər və qabiliyyətlər şəklində müəyyən bir ehtiyat
halındadır, yəni toplana, yığıla bilir.
3.
nsan kapitalının istifadə edilməsi və bundan gəlir əldə edilməsi prosesinə
insan özü nəzarət edir, bu, birbaşa insanın özünün nəzarəti altında, onun birbaşa
iştirakı ilə baş verir.
4.
nsan kapitalı likvidlik dərəcəsinə görə fiziki kapitaldan fərqlənir. Onun
sahibi canlı insan olduğu üçün o, alınıb satılmır. Bu kapitalın qiyməti işçinin aldığı
ə
mək haqqıdır. nsan kapitalı fiziki kapitaldan, əmlakdan, qiymətli kağızlardan
fərqli olaraq alqı-satqı predmeti, girovu deyildir. O, ən aşağı likvidlik formasına
malik kapitaldır.
5.
nsan kapitalının fəaliyyəti (işləməsi) fərdin (kapital sahibinin özünün)
maraqları, maddi və mənəvi tələbatları, maraqları, cavaödehliyi, dünyagörüşü və
ümumi mədəni səviyyəsi ilə şərtlənir.
6.
nsan kapitalına yatırımlar sosial effekti təmin edir.
7.
Fiziki kapitaldan fərqli olaraq insan kapitalının investisiyalaşması dövrü
65
uzunmüddətlidir (məsələn, təhsil müddəti 12-20 il davam edə bilər, deməli
investisiya yatırımları bu müddətə davam edir, fiziki kapitalın investisiyalaşma
dövrü isə 1,5-2 il ola bilir).
8.
nsan kapitalına kaptal qoyuluşu daha yüksək risq dərəcəsinə və qeyri-
müəyyənlik səviyyəsinə malikdir. nvestisiya xərclərindən asılı olaraq insan
kapitalının həcminin dəyişməsini fiziki kapitalda olduğu kimi eyni dəqiqliklə
müəyyən etmək mümkün deyildir.
9.
nsan kapitalına investisiya yatırımları həcminə görə daha çox, müddəti
baxımından daha uzun dövr ərzində iqtisadi və sosial səmərəliliyi ilə fərqlənir.
10.
Fiziki kapitaldan fərqli olaraq insan kapitalı işləndikcə, sərf olunduqca
müəyyən aşınmaya məruz qalmaqla yanaşı, onun sahibinin peşə bacarıqlarının
artması, vərdişlərinin təkmilləşməsi hesabına daha da zənginləşir.
11.
nsan kapitalı yığım xüsusiyyətinə malikdir.
12.
nsan kapitalı daha mobildir.
Bu amillərə aşağıdakılar aid edilir:
1.
Bioloji amillər – fiziki keyfiyyətlərin, anadangəlmə xüsusiyytlərin və
qabiliyyətlərin məcmusudur ki, bunlar da təsərüüfat fəaaliyyəti proseslərində
istifadə oluna bilir. Bu xüsusiyyətlərin özəlliyi ondadır ki, hər hansası bir şəkildə
onlara təsir göstərmək, onları dəyişmək ya mümkünsü və ya çətin, ya da kifayət
qədər maddi və mənəvi xərclər, məsrəflər tələb edir.
2.
Sağlamlıq amili – insanın fiziki və psixi vəziyyəti, onun istehsal
proseslərində iştirak etmək qabiliyyətinin olması ilə bağlı əlamətlərin məcmusudur.
Bu amillərin məcmusu fərdin əmək qabiliyyətinin müddətinin uzadılmasını təmin
edir, insan kapitalının verimliliyinə və onun amortizasiya müddətinə bilavasitə
təsir göstərir. Bu amilin fərqləndirici xüsusiyyəti onun sistemli olaraq daima
yaxşılaşdırılması imkanlarının təmin edilməsidir.
3.
Sosial amil – insanını sosial münasibətlərin subyeki kimi ona məxsus
ə
lamətlərin məcmusudur. Buraya irqi, mili, .lkə mənsubiyyəti, müəyyən sosial
qrupp aid olması, mənsubluğu kimi cəhətlər daxildir. Burada təhsil sistemi,
həmçinin xidmətlər sisteminin inkişafı səviyyəsi mühüm rol oynayır.
66
4.
qtisadi amil – buraya əmək bazarı, əmək haqqı sistemi, işçi qüvvəsinin
mobilliyi kimi amillər daxildir.
nsan kapitalı qlobal dəyişikliklər fonunda insanın poetnsial qabiliyyətinin (iş
qabiliyyətinin) yeni təzahür forması kimi çıxış edir. Belə bir şəraitdə məhz intellekt
istehsal sferasının dayan nöqtəsi rolunu oynayır. ctimai istehsala cəlb edilmiş
insan kapitalının həcmi və keyfiyyətinin yüksəldilməsinə qarşı tələblər də artır.
Daha doğrusu, insan potensialı, insan kapitalı dövlətin beynəlxalq əmək bölgüsü
sistemində və rəqabət üstünlüyünün təmin edilməsində aparıcı amillərdən birinə
çevrilir. Bütün bunlar insan kapitalının strukturunda da əhəmiyyətli dəyişikliklərə
səbəb olur. Təkcə intellektual kapital, təhsil, elm, mobillik əhəmiyyət kəsb etmir,
eləcə də ümumi mədəniyyət səviyyəsi, istehsal mədəniyyətinin səviyyəsi,
motivasiya, mənəvi-etik və əxlaqi keyfiyyətlər, dünyagörüşü və digər cəhətlər
mühüm rol oynayır. Çünki, müasir cəmiyyətin formalaşması və inkişafı
F.Fukuyamanın təbirincə desək, «mədəni mexanizmlər vasitəsilə yaradılan ictimai
kapital ehtiyatlarının mövcudluğundan asılıdır».
nsan kapitalının strukturu ilə bağlı alimlərin, tədqiqatçıların yanaşmaları
olduqca müxtəlifdir. Bir variant olaraq insan kapitalının strukturunun aşağıdakı
elementlərdən ibarət olması əsaslandırılır:
Təhsil səviyyəsi; peşə hazırlığı səviyyəsi (iş təcrübəsi, vərdişlər, peşə
yaralığı); əmək motivasiyası (fəaliyyətə motivasiya); sağlamlıq durumu; yeni
sosial və əmək şəraitinə adaptasiya qabiliyyəti; iqtisadi əhəmiyyətli informasiyanı
ə
ləd etmə imkanı və s. Digər bir variantda isə insan kapitalı 2 struktur hissəyə
ayrılır.
1. Bioloji insan kapitalı – əmək əməliyyatların yerinə yetirmək üçün fizik
qabiliyyətin dəyər səviyyəsi, əhalinin sağlamlıq səviyyəsi – bu özü də iki hissədən
ibarətdir: bir hissəsi nəsildən gələn, digər hissəsi isə qazanılan.
2. Mədəni insan kapitalı – intellektual qabiliyyətlərin məcmusu, təhsil
səviyyəsi, bacarıqlar, vərdişlər, mənəvi keyfiyyətlər, fərdin ixtisas hazırlığı və s.
nsan kapitalı anlayışı müxtəlif səviyyələrdə nəzərdən keçirilə bilir:
1. Qlobal insan kapitalı – ölkələr arasında yaranan iqtisadi münasibətlər
Dostları ilə paylaş: |