67
nəticəsində formalaşmış bütün yer kürəsi əhalisinin ümumi insan kapitalı nəzərdə
tutulur.
2. Makroiqtisadi səviyyədə insan kapitalı – ölkələrin əhalisinin təhsil, peşə
hazırlığı səviyyəsi, sağlam durumu kimi xüsusiyyətlərinin məcmu həcmi nəzərdə
tutulur.
3. Mikroiqtisadi səviyyədə insan kapitalı – ayrı-ayrı müəssisələrin,
təşkilatların öz əməkdaşlarının inkişafı və ixtisas səviyyələrinin yüksəldilməsi ilə
bağlıdır.
4. Ayrı-ayrı şəxslərin insan kapitalı səviyyəsi – insanın öz inteleektual,
mənəvi səviyyəsinin yüksəldilməsi, peşə fəaliyyəti ilə bağlı inkişafı, irəliləyişi,
həyat keyfiyyətinin yaxşıdaşdırılması istiqamətində səylərini əks etdirən insan
kapitalı.
Fərdi insan kapitalının elementlərinə aşağıdakılar daxildir:
1.
Bilik – iqtisadi fəaliyyət sferalarında istifadə olunan və onun
səmərəliliyini artırmağa imkan verən informasiyanın məqsədəuyğun formasıdır .
2.
Qabiliyyətlər – hər hansı bir fəaliyyəti uğurla yerinə yetirmək bacarığı.
Səviyyə baxımından qabiliyyət 5 səviyyədə formalaşır: sıfır səviyyə (qabiliyyətin
olmaması); qismən qabiliyyətin olması; orta qabiliyyət səviyyəsi; istedad; dahi
(zəka).
3.
Fəaliyyət təcrübəsi və ya vərdişləri – uzun müddət konkret əmək
ə
məliyyatlarını yerinə yetirmək ustalığı.
4.
Mədəniyyət – cəmiyyətdə mövcud olan biliklər, qaydalar, ənənələr,
dəyərlər çərçivəsində davranış prinsipləri və stereotipləri.
5.
Motivasiya – fəaliyyətin istiqamətlənməsi, yönlənməsi, onun
intensivliyi, proses və onun nəticələrindən məmnunluq.
nsan öz qabiliyyətlərinin inkişafına vəsait yatırtdıqca, özünün insan
kapitalının həcmini artırmış olur. nsana vəsait yatırılması, kapital qoyuluşu
gələcəkdə əldə edilən gəlirlərin həcminin artırılması fonunda həyata keçirilir. nsan
kapitalına investisiya yatırımları ailənin və bütövlükdə cəmiyyətin inkişafı üçün
olduqca vacibdir.
68
S.P.Viqurskiy insan kapitalını formalaşdıran komponentlər sırasında
aşağıdakıları qeyd edir:
• sağlamlıq kapitalı;
• əmək kapitalı (istehsal proseslərini, texnoloji prosesləri yerinə yetirmək
qabiliyyəti);
• sosial kapital (mədəni-əxlaqi, işgüzar və şəxsi etibarı, reputasiyası, eləcə də
norma və naydarala əməl etməsi);
• təşkilatı-sahibkarlıq kapitalı (sahibkarlıq bacarığı, yeni məhsul istehsal
etmək, onun təşkilini həyata keçirmək qabiliyyəti);
• intellektual
kapital
(alimlərin,
konstruktorların,
texnoloqların,
səmərələşdiricilərin yaradıcı qabiliyyəti).
nsan kapitalının formalaşması (onun kapital aktivləri səviyyəsinə çatması)
olduqca mürəkkəb və xeyli zaman tələb edən bir prosesdir. Bu prosesdə insanın
həm anadangəlmə, həm də qazandığı keyfiyyət xüsusiyyətləri instutisional
mühitdə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni şəraitdə kapitala çevrilir. nsan
kapitalının struktur elementlərini təşkil edən intellektual, təhsi, mədəni-əxlaqi,
təşkilati-sahibkar formaları yaranması cəmiyyətin həyat fəaliyyətinin bir çox
sahələrinə investisiya yatırımlarının edilməsinə ehtiyac yaradır. Pul formasında
həyata keçirilən, məqsədəuyğun xarakteri daşıyan, gələcəkdə gəlirləri artmasını
təmin edən bütün növ xərclər insan kapitalına yatırılan investisiyalar kimi
qiymətləndirilir. C.Mak-Kulox qeyd edirdi ki, «Adi kapitala insan kapitalı arasında
yaxın bənzərlik vardır – insan kapitalına yönəldilən investisiyalar fərdin gələcək
həyatı boyu ona gəlir gətirməlidir, eyni zamanda bazarın faiz stavkaları ilə
müəyyənləşən normal gəlir səviyyəsini təmin etməlidir».
K.Makkonnell və S.Bryunun yanaşması isə belədir: « nsan kapitalına
investisiya yatırılması – işçinin ixtisasının və qabiliyyətlərinin artırılması və onun
ə
mək məhsuldarlığının yüksəlməsi ilə əlaqədar istənilən bir fəaliyyətdir.
Məhsuldarlığın artırılmasına kömək edən bu xərclərə investisiya kimi baxmaq olar
yaxud da cari xərclər, məsrəflər gələcəkdə gəlirlərin artırılması hesabına bu
xərclərin dəfələrlə kompensasiya olunması qənaəti ilə (nəzərə alınması əsasında)
69
həyata keçirilir». Onlar insan kapitalına yönəldilən investisiyaları 3 istiqamətdə
konkretləşdirirlər:
Təhsil xərcləri – ümumi və xüsusi təhsil xərcləri, formal və qeyri-formal təhsil
xərcləri, ix yerlərində hazırlıq, ixtisasartırma ilə bağlı xərclər nəzərdə tutulur;
Səhiyyə xərcləri – xəstəliklərin profilaktikası, tibbi xidmət, dietik qidalanma,
mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclər;
ş
çi qüvvəsinin mobiliiyi ilə bağlı xərclər – işçinin bir işyerindən digərinə, az
ə
mək haqqı olan sahədən yüksək əmək haqqı olan sahəyə yerdəyişməsi ilə bağlı
xərclər nəzərdə tutulur.
nsan kapitalı sahəsində digər bir mütəxəssis C.Kendrik bu investisiyaları iki
yerə ayırır:
1. Maddi xərclər – insanın fiziki inkişafı və formalaşması ilə bağlı xərclərdir.
2. Qeyri-maddi xərclər – təhsil xərcləri, xüsusi hazırlıq, ixtisasartırma ilə bağlı
xərclər, tibbi xidmət xərcləri, işçi qüvvəsinin yerdəyişməsi ilə bağlı xərclər
daxildir. Onun fikrincə «bu xərclər real olaraq gözlə görünməsə də, onlar
insanların bilik və bacarıqlarının artırılması, insana yatırılan investisiyaların və
bunun nəticəsi olaraq insanda təcəssüm edən, formalaşn kapitalın artmasına,
inkişafına kömək edir».
H.Bekker isə insan kapitalına investisiyaların strukturunu aşağıdakı kimi
ümumiləşdirmişdir.
1. Təhsil xərcləri;
2. Sağlamlığın qorunması, titbbi xərclərlə bağlı olan məsrəflər;
3. Mobillik, iş axtarışı;
4. Uşaqların tərbiyəsi ilə bağlı xərclər;
5. nformasiya axtarışı ilə bağlı xərclər.
nsan kapitalına investisiya yatırımları canlı insana, onun inkişafı,
qabiliyyətləri və bacarıqlarının formalaşması və artırılması, əmək qabiliyyətinin,
sağlamlığının tələb olunan səviyyədə saxlanılması prosesləri ilə əlaqədardır. Bu
baxımdan da onun bir sıra fərqləndirici cəhətləri, özəllikləri vardır:
1.
nsana yatırılan kapitanı qayıtması bu kapitalın sahibinin
Dostları ilə paylaş: |