Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

46

Qaçmayın kardaşlar, olalım koçax, 



Ər olanlar cəngin kapusın açax, 

Sıyırın kılıcı, bağlanın bıçax, 

Qurt qoyun içinə girə Koblıyan. 

 

Qırın düşmanları, vurun bozulsun, 



Kəsin kəllələri qanı süzülsün, 

Falakaya cəmdəkləri düzülsün, 

Üçüncü – Valeyə girə Koblıyan. 

 

Girdi Axısxaya, tikdi bayrağı, 



Düşman yürəğinə vurdular daği

Kəsilsin Azğurdan Andahan daği, 

Dünya durduğunca dura Koblıyan. 

 

Durup bir zaman da böyləcə qaldi, 



Yol açtı ingilis, müzəvir oldi, 

Xayın düşman Azğur qalasın aldi, 

Şimdi gəldi sizə sıra, Koblıyan. 

 

Dara qaldi da çox bunğaldi millət, 



Böyüklər içinə düşti ədavət, 

Bozuldi Azğur da, qopti qıyamət, 

Anda düşti ah-ü-zara Koblıyan. 

 

Verdilər sərini, durdular cəngə, 



Xəbər oldi ingilis, gürci, firəngə, 

Yəhudi, erməni girdilər dəngə, 

Qorxaram ki bizə vura, Koblıyan. 

 

Vurdi bu dört millət islam üstünə, 



Umum xaçpərəstlər düşti qəsdinə, 

Kimi süngi, tüfəng almış dəstinə, 

Gəlin qılax parə-parə, Koblıyan. 



 

47

Vira cəng olundi dört gün, dört gecə, 



Dövr-i-adəm görməmişti böyləcə, 

İngilis toplari yucadan yuca, 

İştər ki dağlari yara, Koblıyan. 

 

Eykara düşəndə, əgləndi qaldi, 



Talançi köylərə vəlvələ saldi, 

Həmən Axısxadan telqraf gəldi, 

Barışık bayrağın görə Koblıyan. 

 

Baxşi Bəydən ulaşti bizə yardımci, 



Axirə yetişti dastanın uci, 

Eşidənlər desin, bu da bir inci, 

Səfilidən bir ibarə, Koblıyan. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

48

DEYİŞMƏLƏRİ 



 

 

Yıxdın gönül şəhrini, xarab eylədin, 

Qaraltdın yüzümi arab eylədin, 

Neçə çavanlari turab eylədin, 

Söylənməz dunyada nəmin, ey fələk. 

                 Molla Məhəmməd Səfili 

 

22. Molla Məhəmməd Səfili və dəyirmançi 

 İbrahimin dastani

33

 



 

Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı 

dəyirmançı  vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən 

Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzar-

lığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir: 

 

Səfili: 

Bir sual sorayım, miras dəyirman, 

Aşıxların sadıx yari nec olmiş? 

Çərə yox ölümə, bulunmaz dərman, 

Çift gezən durnanın biri nec olmiş? 

 

Dəyirman: 

Kəş ver cavabına, aşıxlar piri, 

Sənin İbrahimin getdi-gəlmədi, 

Bilinməz məkəni, nerdədur yeri, 

Fələk kəməndinən tutdi gəlmədi. 

 

Səfili: 

Bundan belə əhbab olan nedərlər

Həlbət bu dünyaya gələn gedərlər, 

Fələginən alış-veriş edərlər, 

Dünyayi parasız satdi gəlmədi. 

 

 



 

49

Dəyirman: 

Bundan belə gəzem qərib elləri, 

Əhbəblərin həp bükülmüş belləri, 

Hani İbrahimin şirin dilləri, 

Boş qalmış otaği, yeri nec olmiş? 

 

Səfili: 

Diyar hani simasi, ey fələk, 

Rəhmət eylə, yarabbi, budur bir dilək, 

Gözün çıxsın sənin, ey çarxi fələk, 

Dəgirmançilərin piri nec olmiş? 

 

Dəyirman: 

Bu fağır dəgirman eylədi andi

Qohum-qardaş həm ağladi, həm yandi, 

Qurudi sulari, yıxildi bəndi, 

Dünyayi parasiz satdi gəlmədi. 

 

Səfili məzarluğa gəlib diyar: 

Bayğuş təki çölü veran dutanlar, 

Ey məzərlux, İbrahimi gördüzmi? 

Əcəl şərbətini içib yatanlar, 

Ey məzərlux, İbrahimi gördüzmi? 

 

Məzərlux: 

Al xəbəri, aşıx, qəbiristandan, 

Sənin İbrahimin gəldi, bundadur, 

Kurumuş çəsədi, üzülmüş çani

Əcəl şərbətini içdi, bundadur. 

 

Səfili: 

Fələk qəsd eylədi o şirin cana, 

Aşqindan olmuşim dəli divana, 

Nerdədür məkəni, göstərin bana, 

Ey məzərlüx, İbrahim gördüzmi? 



 

50

Məzərlux: 

Gəldi salam verdi, soruşdu bizə, 

Mərhaba eylədi, görüşdi bizə, 

Əl çaldi dünyadan, qarışdi bizə, 

Çıxdi çan bədəndən, öldi, bundadur. 

 

Səfili: 

Diyar Səfili, nə söylədi nə güldi, 

Veran qaldi bağda gülləri soldi, 

Tuyduzmi dərdini, nə oldi öldi, 

Ey məzərlüx, İbrahimi gördüzmi? 

 

Məzərlux: 

Məzəristanda der, tügənmiş güni, 

Nə yaşasa da, ölümdür soni, 

Atdi fələk, vurdi əcəl oxuni, 

Bizlərə arxataş oldi, bundadur. 

 

Səfili İbrahimin türbəsnə üzünü tutub diyar: 

Qəbiristanda yatar səvgülli qardaş

Əcəb nə yatarsın, qax, molla İbrahim, 

Toldi didalar, axar qanli yaş, 

Nəzər eylə bənə,  bax, molla İbrahim! 

 

İbrahim: 

Dinlə əziz qardaş, dinlə sözümi, 

Bən ölmişim, bən bundayim, qalxamam, 

Çarxu fələk kor eylədi gözümi, 

Görün qardaş nə gündəyim, baxamam. 

 

Səfili: 

Gözi yaşli gördün burada bəni, 

Ağlar qohum-qardaş, yad edər səni, 

Kimlərə buraxdın sən dəgirmani, 

Növbətçi çağırur, çıx, molla İbrahim. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə