13
Adıgündə 1932-ci ildən bir müddət dərs demiş Azər-
baycan maarifçisi, qocaman müəllim, el ağsaqqalı Şərif Sul-
tanov türk kəndlərinin təbii gözəlliyini, insanlarının mənəvi
saflığını yaxşı təsvir etmişdir: «Doğrudan da, Adıgün dün-
yanın cənnəti, ucsuz-bucaqsız meyvə bağları, dağlarının
döşləri yaşıl şam meşəsi, soyuq sulu çeşmələr, sağlam bə-
dənli, mehriban, əməksevər insanlar, çadralı növrəstə qızlar,
ismətli gəlinlər, ağbirçək nurani qadınlar (türklər qadına qarı
deyirlər. – Ş.S.) mənə xoş təsir bağışlamışdı. Sanki başqa bir
aləmə düşmüşdüm. Bu yerin adamları oğurluq, əyrilik bil-
məzdilər. Qapılarda qıfıl, pəncərələrdə dəmir barmaqlıqlar,
həyətlərində çəpər, hasar görmədim. Olduqca qonaqpərvər-
dilər. Kəndlərə gedərkən qabağa gələr, «müsafirimiz olun»
– deyərdilər»
13
.
Koblıyan mahalının mənəvi mühiti 1930-cu illərdə bir
müddət Adıgündə maarif müdiri işləmiş Borçalı əsilli Azər-
baycan maarifçisi və ədibi Rza Şahvələdin də dərin sevgi və
marağını oyadıb. Burada işlədiyi dövrdə yerli əhalinin adət-
ləri, rəvayətləri ilə maraqlanan Rza Şahvələd burada məşhur
olan pəhləvan Xeveşenli Ali Sultanla bağlı əhvalatları top-
lamış və onun haqqinda pyes yazmişdir. Xeveşenli Ali Sul-
tan ədalətli, Qaçaq Nəbi kimi bir şəxs olmuş, bütün mahalda
tanınıbmış. Saatlıda rastlaşdığımız Kikinetli Toromangillər-
dən Qafur Hüseynov danışardı ki, Xeveşenli Ali Sultan ka-
sıblara kağız verərmiş – ağaya çatdırsın ki, öküz versin
kasıba. Axırda Ali Sultanı tutub qandallayırlar, qapısı açıq
pəncərə olub, əsgərlər yeməyə gedəndə deyir ki, papirosumu
çaxmaqla, pəncərədən soldatı boğur, tüfəngi alıb qaçır me-
şəyə, görür bir gürcü dəmirçisi gəlir, əllərinin qandalını kəs-
dirir, sonra ailəsini götürüb qaçır Türkiyəyə.
Səfilinin doğulub böyüdüyü Pulate kəndi də türk ruhu-
nun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin intişar
tapdığı, əski türk rəvayətlərinin, inanclarının qorunduğu qə-
dim yurdlarımızdandır. Kəndin sakinləri qədim oğuz boyla-
14
rından törəyən, türk-islam ruhunu yaşadan soylar olub – Qa-
yadədəgil, Hemidağagil, Coşğundədəgil, Təmiroğullarıgil,
Əcərəlilər, Dursundədəgil, Yuxalar, Qurtalar, Dırıcılar, Suro-
lar, Husogil, Səfərağagil, Tahirdədəgil, İşıqdədəgil, Ömürdə-
dəgil, Kuşogil, Üzeyirlər, Durojalar, Yeqanağagil və s.
Saatlının Fətəlikəndində yaşayan Kuşogillərdən Gül-
can Süleyman qızı (1910), Hemidağagillərdən Şişə Məhəm-
məd qızı (1930), Husogillərdən Qayat Rəhman qızı (1924),
Üzeyirlərdən Alisultan Məmmədov (1924), Coşğundədəgil-
lərdən Anşa İsmayıl qızı (1918) ilə 1980-ci illərdəki görüş-
lərim zamanı onların doğma kəndləri Pulate haqqında söylə-
diklərindən bəlli olur ki, bu türk yurdu Persat dağı, Saburtağ
dağı, Samasada dağı, Qarapuvar dağı, Yalbuz dağı, Baxacax
dağı, Aşağıki yayla, Yuxarıki yayla ilə əhatələnib. Kənd
Naçikev buzxanası (buzlu mağara), Pulate çərmüyü, Axaşen
çərmüyü, Sabiyet dərə çərmüyü, Coç puvarı, Qara puvar,
Cift puvar, Süd puvar, Gülbaxçanın puvarı, Nəsüret puvarı,
Dibsiz göl, Cazi gölü ilə məşhurmuş.
Pulate çərmüyü Abastuman, Zanav
14
, Sabiyet, Uravel,
Xeveşen, Axaşen, Arazinda, Küknəlli, Aqobil çərmükləri ilə
bərabər mahalın ən məşhur şəfa ocaqlarındanmış. Pulatenin
isti mineral bulağı mədə xəstəliyinə, qaşıntıya, qotura
əlacmış
15.
Bu şəfalı yerlərdə mineral sularla bərabər, müa-
licəvi otlardan da istifadə edilirmiş
16
.
Koblıyan öz bulaqları, çayları, gölləri ilə də məşhur-
muş
17
. Sirr dolu Dibsiz göldə camışlar arabayla batıb yoxa
çıxıbmış. Ecazkar Cazi gölündən quraqlıq olanda gedib qab-
larla su gətirib çöllərə, zəmilərə, çaylara çiləyər, kəpçəxatun
oxuyar, yağış yağdırarlarmış. Kəpçəxatunu adətən çocuqlar
oxuyarmış. Kəndin çocuqlarının başqa əyləncələri Hocora,
Qotsi, Tula, Qazıx, Qospoda, Qayışvurdi kimi oyunlarmış.
Axısqa mahalının digər yerlərində olduğu kimi, pula-
telilərin də həyatını Novruz, Yılbaşı, Xıdırəlləz, Mövlud,
Rəcəb, Qurban, Ramazan kimi bayramlar, «yığnax», «sıra
15
türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «sü-
pürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecə-
ləri süsləmişdir. Ən gözəl el adətlərindən biri «yığnax» ol-
muşdur. – Yazda bir neçə yaxın kəndin adamı toplaşıb dağa
«tamaşaya çıxar», «yığnax» vaxtı çalğı çalınar, cəng tutular,
el-oba şənlənərdi.
Kəndin ətrafında Axaşenlər, Qostamalar, Qırıxlar, Na-
riya, Qıraclar, Çololar, Nakordalalar, Cuvari, Gülbaxça, Va-
razan, Cami, Sukuletlər kimi bərəkətli tarlalar varmış. Fü-
sunkar təbiəti olan bu ərazidəki Qostama, Hamzula, Nakan,
Nadqur, Axaşen meşələri, Gülbaxça
18
, Qamabaxça, Çəyür-
məbaxça, Ardmulbaxça kəndin bərəkəti-gözəlliyi idi. Nanə-
zir, nənə, gügüm, ağırça, güz, qızıl kimi armud növləri, şər-
bətə, qoderzə pantaları, alçası, alması, kirəzi hər yerdə məş-
hurmuş.
Koblıyan bölgəsində qədim rəvayətlər, əski türk və is-
lam inancları qorunub saxlanıbmış. Pulate və ətraf kəndlərin
sakinləri Şəhidlər məzarlığına, Qəriblər məzarlığına, eyilər-
dən Əhmədağa türbəsinə, Aşağki məhlə məzarlığına, mum
yanan Sukuletlər türbəliyinə, Molla Məhlud türbəsinə, əv-
liya Abdul dədə türbəsinə, Lazistanlı Xoca türbəsinə, Zazola
türbəsinə sitayiş edərmiş
19
.
Müqəddəs məzarlara qarşı hörmətsizlik edən cəzala-
nırmış. Saatlının Axundov kolxozunda yaşayan Pulateli Al-
mas bibi söyləyir ki, bir dəfə babası Əhməd bir qəbir yanın-
dakı armud dibində yuxulayır. Yuxuda ikən mübarək onu
sillə ilə vurub deyir: «Qax, mum yaxacağıq, nə yatiyersən
burda!» – Bundan məlum olur ki, bura övliya qəbri imiş,
üstdə yatmaq olmazmış
20
.
Pulatenin sakinləri islamaqədərki türk inanclarını da
yaddaşlarında bugünə qədər qoruyub saxlayıb. Bu baxım-
dan, Al gəmüyünün mənşəyi haqqında Gülcan nənənin da-
nışdığı rəvayət maraqlıdır. Fərqanə faciəsindən sonra Özbə-
kistandan Saatlı rayonunun Axundov kolxozuna köçmüş
Dostları ilə paylaş: |