46
Konseptualizasiya mərhələsində problem oblastının məzmuni təhlili aparılır,
istifadə olunan anlayışlar və qarşılıqlı əlaqələr açıqlanır, məsələlərin həll metodları
müəyyən olunur. Konseptuallaşdırmamərhələsində alət vasitələri seçilir və bütün növ
biliklərin təqdim olunma üsulları müəyyən edilir, əsas anlayışlar formalaşdırılır,
biliklərin təsvir üsulları müəyyənləşdirilir, sistemin işi modelləşdirilir, fiksə olunmuş
anlayış sistemlərin məqsədinin adekvatlılığının, həll metodlarının, biliklərin təqdimi
və manipulyasiyası vasitələrinin qiymətləndirilməsi həyata keçirilir.Bu mərhələdə
problem sahəsinin məzmunlu təhlili aparılır, istifadə olunan anlayışlar və onlar
arasındakı qarşılıqlı əlaqə aşkar edilir. Bu mərhələ əsas konseptləri və münasibətləri
özündə saxlayan
predmet
oblastının
modelinin
yaradılması ilə bitir.
Konseptualizasiya mərhələsində məsələnin aşağıdakı xüsusiyyətləri müəyyənolunur:
mümkün verilənlərin tipləri, ümumi məsələnin altməsələləri, istifadə olunan
strategiyalar və hipotezlər, predmat oblastının obyektləri arasındakı qarşılıqlı
ə
laqənin növləri, istifadə olunan münasibətlərin tipləri (ierarxiya, səbəb-nəticə, hissə
- tam və s.); həllin gedişatında istifadə olunan proseslər, məsələlərin həllində istifadə
olunan biliklərin tərkibi, həllin gedişatında istifadə olunan proseslərə qoyulan
məhdudiyyətlərin tipləri, həllərin əsaslandırılmasında istifadə olunan biliklərin
tərkibi).
Formalizasiya mərhələsində S-lər seçilir, biliklərin bütün növlərinin təqdim
olunma metodları təyin olunur, əsas anlayışlar formalizə edilir, biliklərin
interpretasiya üsulları müəyyən olunur, sistemin işi modelləşdirilir və s. ndi bütün
açar anlayışları və münasibətlər hər hansı formal artıq mövcud və ya yenidən təşkil
edilmiş dildə ifadə olunur. Başqa sözlə, bu mərhələdə deklarativ və prosedur
biliklərin təqdim olunma üsul və vasitələrinin tərkibi təyin olunur, bu təqdimolnma
həyata keçirilir və nəticədə bilik mühəndisi tərəfindən təklif olunan formal dildə ES
məsələsinin həllinin təsviri formalaşır. Baxılan məsələnin seçilmiş və işlənilmiş
formalizmdə necə təqdim edilməsi formalizasiya mərhələsinin nəticəsidir. Buraya
biliklərin təqdimolunma üsullarının ( freymlər, ssenarilər, semantik şəbəkələr və s.)
göstərilməsi və bu biliklərlə manipulyasiya üsullarının təyini (məntiqi nəticə, analitik
model, statistik model və s.) və biliklərin interpretasiyası aiddir.
47
Yerinə yetirilmə mərhələsi. Bu mərhələnin məqsədi — tələb olunan məsələləri həll
etmək üçün ES-in bir və ya bir neçə prototipinin təkilidir. Sonra bu mərhələdə
testləşdirmə və əməli istifadənin nəticələrinə görə istifadə üçün yaralı olan son
məhsul
alınır.
Prototipin
işlənilməsi
onun
komponentlərinin
proqramlaşdırılmasından, onların məlum instrumental vasitələrdən seçimindən və
biliklər bazasının tamamlanmasından ibarətdir. Prototipin hazırlanmasında əsas odour
ki, bu prototip biliklərin təqdim olunmasının ideya, metod və üsulların həll edilən
məsələlərə adekvatlığının yoxlanılmasını təmin etsin. Birinci protoripin yaradılması
seçilmiş həll və təqdimetmə üsullarının aktual predmet oblastının bir sıra
məsələlərinin müvəffəqiyyətlə həlli üçün əlverişli olduğunu təsdiq etməli və həm də
biliklərin həcminin artırılması yolu ilə predmet oblastının bütün məsələləri üçün
yüksəkkeyfiyyətli və səmərəli qərarların alınması tendensiyasını nümayiş
etdirməlidir.Birinci ES-1 prototipinin işlənilməsindən sonra təklif edilən məsələlərin
dairəsi genişlənir, növbəti ES-2-də nəzərə alınacaq təklif və iradlar toplanır. “Dost”
interfeysə biliklər bazasının və sistemin generasiya etdiyi nəticələr zəncirinin tədqiqi
üçün vasitələrin və həm də istifadəçilərin iradlarının yığılması və sistemin həll etdiyi
məsələlər kitabxanasının saxlanılması vasitələrinin əlavə edilməsi yolu ilə ES-1
inkişaf etdirilir. ES-1 genişləndirilmiş versiyası ilə eksperimentlərin aparılması, təklif
və iradların təhlili ikinci ES-2 prototipinin hazırlanması üçün göndəriş nöqtəsi olur.
ES-2-nin işlənilməsi prosesi iterativdir. O, predmet sahəsinin mürəkkəbliyindən,
biliklərin seçilmiş təqdiminin elastikliyindən və idarəedici mexanizmin həll edilən
məsələlərə uyğunluq dərəcəsindən asılı olaraq bir aydan bir neçə ilə kimi davam edə
bilər. ES-2-nin işlənilməsində sayılan məsələlərdən başqa aşağıdakılar da həll edilir:
-biliklər bazsının əhəmiyyətli dərəcədə genişləndirilməsində sistemin fəaliyyətinin
təhlili;
-daha geniş dairədən olan məsələlərin həllində sistemin imkanlarının tədqiqi və belə
imkanların təmini üçün tədbirlərin görülməsi;
-ES-in fəaliyyəti haqqında istifadəçilərin fikrinin təhlili;
48
-ES-2 ilə bu sahə üçün stendart kitablara yaxın formada qarşılıqlı əlaqəyə imkan
verən məhdud təbii dilin təkliflərinin sintezini və ya təhlilini həyata keçirən giriş-
çıxış sisteminin işlənulməsi.
Ə
gər ES-2 testləşdirmə mərhələsini müvəffəqiyyətlə başa vurarsa, onda sənaye
ekspert sistemi kimi təsnifləndirilə bilər.
Testləşdirmə mərhələsi. Bu mərhələnin gedişində bütıvlükdə ES-də biliklərin təqdim
olunmasının seçilmiş üsulunun qiymətləndirilməsi həyata keçirilir. Bunun üçün bilik
üzrə mühəndis ES-in işlənildiyi bütün imkanların yoxlanılmasını təmin edən
nümunələri seçir. Sistemin işində Различают следующие источники aşağıdakı kimi
uğursuzluq mənbələrini ayırırlar: test misalları, giriş-çıxış, çıxış qaydası, idarəedici
strateqiyalar. Tipik test nümunələriES-in uğursuz işinin aşkar səbəbləridir. Ən pis
halda test nümunələri ES-in ümumiyyətlə hesablanmadığı predmet oblastından
kənarda qala bilər, lakin test nümunələri çoxluğu çox eynicinslidir və bütün predmet
sahəsini əhatə etmir. Buna görə də test nümunələrini hazırlarkən çətin cituasiyaların
sərhədlərini təyin etməklə, standart halları seçməklə onları predmet sahəsinin
problemlərinə uyğun təsnifləndirmək lazımdır. Giriş-çıxış ekspertlə dialoqun
gedişində əldə edilmiş verilənlərlə və ES tərəfindən bildirilən rəylərlə xarakterizə
olunur. Verilənlərin əldə edilməsi mütodları tələb olunan nəticələri verməyə bilər,
məsələn: Düzgün olmayan suallar verilmişdir və ya bütün zəruri informasiya
yığılmamışdır. Bundan başqa, sistemin sualları çətin başa düşülər, çoxqiymətli ola
bilər və istifadəçinin biliyinə uyğun olmaya bilər. Girişdə səhvlər istifadəçi üçün
ə
lverişli olmayan giriş dilinin olmaması səbəbindən də ortaya çıxa bilər. Sistemin
çıxış məlumatları (rəylər) müxtəlif səbəblərdən istifadəçiyə (ekspertə) aydın olmaya
bilər. Məsələn, onların sayı çox və ya az ola bilər. Səhvlərin səbəbləri həm də
uğursuz təşkil, rəylərin nizamlılığı və ya istifadəçi üçün uyğun olmayan leksikanın
səviyyəsi ola bolər. Mühakimələrdəki səhvlərin ən çox yayılmış mənbəyi çıxış
qaydalarına aiddir. Mühüm səhv burada tez-tez formalaşdırılmış qaydaların qarşılıqlı
asılılığının uçotunun olmamasıdır. Digər səhv istifadə olunan qaydaların qeyri-
tamlığında, ziddiyyətli olmasındadır.
Dostları ilə paylaş: |