49
Tətbiq edilən idarəedici strategiyalar çox vaxt ES-in işində səhvlərə gətirir. Əgər ES
ekspert üçün “təbii” olan ardıcıllıqdan fərqli olaraq mahiyyətləri təhlil edirsə, onda
strategiyanın dəyişilməsi zəruri olur. ES-in baxdığı verilənlər ardıcıllığı nəinki
sistemin səmərəliliyinə təsir edir, həm də son nəticənin dəyişilnməsinə gətiri. A
qaydasından B qaydasına qədər baxış B-nin sistem tərəfindən nəzərə alınmamasına
gətirər. Strategiyanın dəyişilməsi hətta ES-in səmərəsiz işi zamanı da vacib ola bilər.
Ə
məli istifadə mərhələsi.Bu mərhələdə ES-in istifadəçi üçün faydalılığı yoxlanılır.
Istifadəçi üçün ES-in faydalılığı əsasən onunla işin rahatlığı və mühümlüyü ilə təyin
olunur. ES-in mühümlüyü dedikdə dialoqun gedişində istifadəçinin tələbatını
müəyyənləşdirmək bacarığı, işdəki uğursuzluğun səbəblərini aşkar etmək və aradan
qaldırmaq və həm də istifadəçinin göstərilən tələbatını ödəmək (qoyulan məsələləri
həll etmək) başa düşülür.ES-in işlənilməsi zamanı həmişə onun modifikasiyası həyata
keçirilir. Sistemin modifikasiyasının aşağıdakı şəkillərini ayırırlar: anlayış və
tələblərin yenidən formallaşdırılması, biliklərn təqdim edilməsinin yenidən
layihələndirilməsivə prototipin təkmilləşdirilməsi.
Qeyd edək ki, obrazların tanınması alqoritmlərinin əksəriyyətində alqoritminni
işininin başlanğıcında bütün ilkin informasiyanın məlum olduğu nəzərdə tutulur.
Lakin bu informasiyanın alınması müəyyən səylər tələb edir. Real ekspertlər üzrə
müşahidələr bir daha təsdiq edir ki, ekspertlər çox vaxt 2-3 sualdan sonra düzgün
nəticə çıxarırlar.
1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə proqramçı tərəfindən icra
olunur. Eksperiment mərhələsində ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və
sonra eksperimentlər o vaxtaqədər keçirilir ki, alınan nəticənin reallığa adekvatlığı
ekspertləri qane etsin. lk zamanlar bir ES-in yaranmasına 20-30 il tələb olunurdu.
ndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar, instrumental vəsitələr
mövcuddur. Bu məqsədlə istifadə olunan instrumental vəsitələr bunlardır:
-Simvolik proqramlaşdırma dilləri: L SP, NTERL SP, SMALLTALK;
-Bilik mühəndisliyi dilləri: OPS-5; LOOPS, proloq, KEŞ;
-ES layihəsini avtomatlaşdırmağa imkan verən sistemlər: KEE, ART, TETRESTAS,
AGE, T MM.
50
ə
llinin insan üçün düşmən mühitdə tapılması zəruriyyətində məqsədəuyğyndur.
Ə
lavə ES metodlarına o zaman uyğundur ki, əgər həll edilən məsələ növbəti
xarakteristikalar toplusuna malikdir:
1. məsələ riyazi metodlarda və ənənəvi proqramlaşdırmada qəbul olunduğu kimi
ə
dədlərlə yox, təbii yolla simvollarla manipulyasiya vasitəsilə həll edilə bilər;
2. məsələnin təbiəti alqoritmik yox evristik olmalıdır, yəni onun həlli evristik
qaydaların tətbiqini tələb etməlidir. Bəzi formal prosedurlar vasitəsilə həll oluna
bilən məsələlər ES-in tətbiqi üçün yararlı deyil;
3. məsələ kifayyət qədər mürəkkəb olmalıdır ki, ES-in işlənilməsinə verilən xərclər
üçün bəraət qazanılsın. Lakin məsələ elə mürəkkəblikdə olmalıdır ki, ES onu həll edə
bilsin;
4. məsələ ES metodlarının həlli ilə kifayət qədər dar və praktiki cəhətdən əhəmiyyətli
olmalıdır.
ES-in işlənilməsində “dərhal prototip” konsepsiyasından istifadə edilir. Bu
konsepsiyanın məğzi ondan ibarətdir ki, işçilər sonlu məhsulun tez qurulmasına cəhd
atmır. lkin mərhələdə onlar ES-in prototipini (prototiplərini) yaradır. Prototiplər iki
ziddiyyətli tələbləri ödəməlidir: bir tərəfdən onlar konkret əlavənin tipik məsələlərini
həll etməlidir, digər tərəfdən isə - onların işləmələrinin zamanı və əmək tutumu çox
cüzi olmalıdır. Bu tələbləri ödənilməsi üçün prototipin yaradılması zamanı
layihələndirmə prosesini tezləşdirən müxtlif vasitələrdən istifadə edilir.
-Prototip verilən əlavə üçün biliklər mühəndisliyi metodlarının yararlılığını
göstərməlidir. Uğurlu olarsa eksper biliklər üzrə mühəndislə bərabər problem sahəsi
haqqında prototipin biliklərini genişlədir. Uğursuz olduqda yeni protoripin işlənilməsi
lazım ola bilər, və ya belə bir fikir irəli sürülər ki, verilən əlavə üçün ES-nin
metodları ümumiyyətlə yararsızdır. Biliklərin artırılması ilə prototip artıq verilən
ə
lavənin bütün məsələlərini həll edə bilər. Prototipin sonlu məhsula ES-in aşağı
səviyyə dillərində yenidən proqramlaşdırılmasına gətirib çıxarır ki, bu da ES-in
tezliyini və tələb olunan yaddaşın azaldılmasını təmin edir.
51
ES-in yaradılması zamanı onların işlənilməsinin 6 mərhələdən ibarət müəyyən
texnologiyası qurulmuşdur: identifikasiya, konseptualizasiya, dormalizasiya, yerinə
yetirilmə, test, təcrübi istismar.
dentifikasiya mərhələsində həll olunan məsələlər təyin olunur, layihələrin məqsədləri
açıqlanır, ekspertlər və istifadəçilər tipləri müəyyən olunur.
Konseptualizasiya mərhələsində problem oblastının məzmuni təhlili aparılır, istifadə
olunan anlayışlar və qarşılıqlı əlaqələr açıqlanır, məsələlərin həll metodları müəyyən
olunur.
Formalizasiya mərhələsində S-lər seçilir, biliklərin bütün növlərinin təqdim olunma
metodları təyin olunur, əsas anlayışlar formalizə edilir, biliklərin interpretasiy üsulları
müəyyən olunur, sistemin işi modelləşdirilir və s.
Ekspert sistemlərin hazırlanması mərhələləri digər proqram məhsullarından
ə
həmiyyətli dərəcədə fərqlənir. Ekspert sistemlərin yaradılması təcrübəsi göstərdi ki,
onların hazırlanmasında ənənəvi proqramlaşdırmada qəbul olunan medotologiyanın
istifadəsi ya ekspert sistemlərin hazırlanması prosesini həddindən artıq uzadır, ya da
ümumiyyətlə mənfi nəticələrə gətirib çıxarır.
Ekspert sistemlərin istifadəsi o zaman mümkündür ki, ekspert sistemlərin
hazırlanması mümkünlüyü, təsdiq olunması, biliklər mühəndisliyinin metodları həll
edilən məsələyə uyğundur. Ekspert sistemin hazırlanmasının mümkünlüyü üçün
ə
nazından həll ediləcək məsələ eyni vaxtda bir neçə aşağıdakı tələblərə cavab
verməlidir:
-tədqiqat sahəsində məsələləri yeni mütəxəssislərdən daha yaxşı həll edən ekspertlər
vardır;
-ekspertlər təqdim olunan məsələnin qiymətləndirilməsində eyni fikirdədirlərsə,
məsələyə ekspert sistemin qiymət verməsindən başqa bir yol qalmır;
-ekspertlər istifadə etdikləri metodları adi dillə deyə və izah etmə qabiliyyətinə
malikdirlər, əks halda ekspert biliklərini “çıxarmaq” və onları ekspert sistemlərə daxil
etmək çətin olur;
-məsələnin həlli hərəkət deyil, ancaq mühakimə və fikir tələb edir;
Dostları ilə paylaş: |