52
-qarşıya qoyulan məsələ çox çətin olmamalıdır (yəni, ekspertin bu məsələni həll
etməsi imkanı həftələrlə deyil, bir neçə saat və ya gün olmalıdır);
-məsələlər rəsmi şəkildə ifadə olunması zərurəti olmasa da, bu sahədə çalışanlar üçün
(ən azından ekspert üçün) anlaşılan olan ümumi anlayış və məfhumlarla ifadə
olunmalıdır.
2.3 Ekspert kimdir
Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin çıxarılması və ya biliklərin daha
düzgün və korrekt əldə olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal və
sosial xarakter faktorları özündə saxlayan çətin və zəhmət tələb edən bir prosesdir.
Sözügedən prosesdə biliklər mühəndisi əsas rol oynayır. Uzun zaman kəsiyində
biliklər mühəndisi tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydınlaşdırmaq
və bu anlayışlar arasında qaydaların müəyyənləşdirilməsi və formalaşdırılması üçün
ekspertlə birgə işləyir. Biliklər mühəndisi tədqiqat sahəsini yaxşı bilməli, biliklərin
formalaşması və təqdim olunması metodlarına malik olmalı və müxtəlif vəziyyətlərə
tez oreintasiya olunan psixoloq olmalıdır.
Ekspert sistemlərin hazırlanması kollektivində minimum dörd nəfər olmalıdır:
-Ekspert;
-Biliklər üzrə mühəndis;
-Proqramçı;
- stifadəçi.
Ekspert intellektual sistemə tədqiqat sahəsinin öyrənilməsinə kömək edə biləcək
vəziyyətdə və arzuda olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş yerində
gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə ona kömək üçün nəzərdə tutulub.
Biliklər mühəndisi adətən determinləşdirilmiş daxili quruluşu olmayan pis müəyyən
olunmuş tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi fəaliyyətində bu tapşırıqları
məsələnin bütün parametrlərinin analizini qeyri-mümkün edən məsələninhəll
operativliyi şərtləri və ya problemin mənasının başa düşülməsində olan
çatışmazlıqları empirik qaydalar olan evristikalardan istifadə etməklə həll edirlər.
53
Buna görə də tapşırıqların həllində intellektual sistemlər evristik prosedurların
yerləşdirilməsinə çalışırlar.
Biliklər mühəndisinin işində çətin məqam ekspertə predmet konsepsiyalarını
müəyyənləşdirən və formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına cəhd
zamanı kömək edilməsidir.
Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə əlaqəli iş, yəni biliklərin
çıxarılması biliklərin mühəndisliyində elə də aşağısəviyyəli rol oynamır.
ntellektual və ekspert sistemlər üçün biliklərin çıxarılmasının xüsusiyyətləri nədədir?
Bu sualın cavabı digər bir sualın – “Haradan, nə və necə çıxarmalı?” sualının
cavabındadır.
Bilikləri haradan çıxarmalı? Yuxarıda qeyd edildiyi kimi intellektual və ekspert
sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu kitabçaları, konkret tədqiqat
sahəsinə aid araşdırılmış materiallar, iqtisadi informasiya və s. çıxış edə bilər.
Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin sahənin ekspertidir, hansıki onun
biliklərini sistem hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi mənimsəyir.[6]
ES-ri iki rejimdə işləyir:
- biliklərin əldə edilməsi rejimi
-məsələnin həll olunması rejimi.
Biliklərin əldə edilməsi rejimində ES ilə ünsiyyəti ekspert yerinə yetirir (biliklər üzrə
mühəndis vasitəsilə).Bu re jimdə eispert biliklərinəldə edilmə komponentindən
istifadə edərək, sistemi biliklərlə doldurur ki, sonradan bu biliklər problem
oblastından məsələləri sərbəst (ekspertsiz) həll etməyə imkan verəcək. Ekspert
problem oblastını verilənvə qaydalartoplusu kimi təsvir edir. Verilənlər obyektləri,
onların xarakteristikalarını, ekspertiza sahəsində mövcud olan qiymətləri təyin
edir.Qaydalar problem oblastı üçün xarakter olan verilənlərlə manipulyasiya üsularını
təyin edir.
Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən yüksək ixtisaslı mütəxəssisdir, ya
da xam və ya təzə işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, tədqiqat
sahəsində ekspertin bacarığı nə qədər yüksəkdirsə, onun tapşırığın həlli üçün istifadə
54
etdiyi biliklərin təsviri bacarığı bir o qədər aşağıdır.Votermen bunu bilik
mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz ekspertdən soruşsaq ki, hər hansı
bir tapşırığı yerinə yetirərkən konkret nə iş görür, o buna cavab olaraq özünün ağlı
kəsdiyi formada, lakin mühakimələrin real prosesindən tamam ayrı olan bir prosesi
izah edəcək ki, burada da ehtiyatlı olmaq lazımdır.
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin daxili modelləri ilə sistemli
hala düşür və eyni zamanda ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı
problemin həlli onun yaddaşından seçilir və seçim ümumi qanunauyğunluqlar
şə
klində süurlu olaraq müəyyən olunur.
Hansı bilikləri seçmək və ya nəyi çıxarmaq? Əgər sistemin funksiyaları
müəyyənləşibsə, onda təbii olarq ən vacib olanı bu funsiyaların realizəsi üçün lazım
olan çıxış qaydalarını əldə etməkdir.
Hər şeydən əvvəl bu baza quruluşudur. Problem sahəsinin baza quruluşunu
formalaşdıran obyekt, anlayış və atributları saymaq və sahənin xüsusiyyətlərini
bilmək vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə qaydalar çıxışı vasitəsilə
təşkil edilir.
Daha sonra şüurluluq meyarları (kriteriya)ortaya çıxır,yəni nəyə görə ekspert
problemi məhz bu üsulla həll edir? Ola bilər bu üsul yüksək evristik qiymətə malikdir
və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı formada kömək etmək olar?
Ekspert tərəfindən istifadə olunan vasitələrə, məsələn, həllin qəbulunda istifadə
edilən modellər aiddir.
Bilikləri necə seçmək lazımdır? Aşağıdakı cədvəldə sahənin eksperti və onun
təsvirinin əsasbiliklərin çıxarış metodlarıverilmişdir.
Biliklərin seçmə texnikasını altı əsas sinfə bölmək olar:
-köməkçi suallarla sorğu,
- quruluş verilmiş sorğu,
-özünü müşahidə,
-öz işi haqqında hesabat,
-dialoq,
-tənqidi icmal.
Dostları ilə paylaş: |