61
Şə
kil 3. Ekspert sistemlərin quruluşu
stifadəçi – predmet sahəsinin mütəxəssisi, hansıki sistem onun üçün nəzərdə
tutulub. Adətən onun ixtisas səviyyəsi o qədər də yüksək olmur və o ekspert
sistemlərin köməyinə ehtiyac duyur.
Biliklər üzrə mühəndis – ekspert və biliklər bazası arasında aralıq bufer kimi çıxış
edən süni intellekt sahəsi üzrə mütəxəssis.
Sinonimləri aşağıdakılardır :
-koqnitoloq,
-mühəndis-interpretator,
-analitik.
stifadəçi interfeysi – informasiyanın daxil edilməsi və nəticənin alınması
mərhələsində ekspert sistemlərlə istifadəçilər arasında dialoqu yaradanproqram
kompleksi.
62
Biliklər bazası – ekspert sistemlərin əsas komponenti olub, onun “intellektual
bacarığını” təşkil edir. Ekspert sistemlərin digər komponentlərindən fərqli
olaraq biliklər bazası sistemin “dəyişilən” hissəsidir, hansı ki konsultasiyalar
arası (bəzi sistemlərdə elə konsultasiya zamanı) təcrübəsi və biliklər mühəndisinin
istifadəsi zamanı dola və modifikasiya oluna bilər.
Həlledici – biliklər bazasında olan biliklər əsasında ekspertin fikirlərinin
gedişini modelləşdirən proqramlar. Sinonimləri aşağıdakılardır:
-deduktiv maşın,
-çıxış maşını,
- məntiqi çıxış bloku.
zahat altsistemi – istifadəçiyə “Bu və ya digər məsləhətlər necə alınmışdır?”
və “Nəyə görə sistem məhz belə nəticə qəbul etmişdir?” suallarına cavab verən
proqram.“Necə” sualına cavab – məlumat bazasında istifadə olunan
fraqmentlər nəticənin alınması üçün bütün prosesin, yəni bütün addımların
zəncirvari nəticəsi kimi istiqamətlənməsi olur. “Nəyə görə” sualına cavab kimi
sistem bilavasitə əvvəlcə alınmış nəticəyə qayıdır, yəni geri bir addım atır.
Biliklər bazasının intellektual redaktoru – biliklər üzrə mühəndisin dialoq
rejimində biliklər bazası yaratmağa imkan verən proqram. Özündə, baza
ilə işləməyi asanlaşdıran yerləşdirilmiş menyu sistemini, biliklərin
təqdimolunma dili şablonunu, kömək rejimini (“help” – rejim) və digər xidmət
vasitələrini birləşdirir.
Başqa bir mənbədə isə ekspert sistemlərinin arxitekturası aşağıdakı kimi verilir:
- nterpretator
-Verilənlər bazası adlanan işçi yaddaş
-Biliklər bazası
-Biliklərin qəbul edilməsi komponentləri
- zah edici komponent
-Dialoq komponenti
63
Sxem 4. Ekspert sistemlərinin arxitekturası
Verilənlər bazası (işçi yaddaş) həll edilən məsələnin cari zamanında ilkin və ara
verilənlərin saxlanılması üçün təyin edilib.
Biliklər bazası baxılan oblastı təsvir edən uzunmeddətli verilənlərin və bu oblastın
verilənlərin məqsədəuyğun dəyişdirilmələrini təsvir edən qaydaların saxlanılması
üçün təyin edilib.
nterpretator işçi yaddaşda olan ilkin verilənlərdən bə biliklər bazasındakı biliklərdən
istifadə edərək qaydaların elə ardıcıllığını formallaşdırır ki, onlar ilkin verilənlərə
tətbiq olunaraq məsələnin həllinə gətirib çıxarır.
Biliklərin əldə olunması komponenti ekspert-istifadəşi tərəfindən yerinə yetirilən ES-
ni biliklərlə doldurulması prosesini avtomatlaşdırır.
zah edici komponent sistem tərəfindən həllin alınmasını və bu zaman hansı
biliklərdən istifadə etdiyini izah edir ki, bu da ekspert üçün sistemin testləşdirilməsini
asanlaşdırır və alınmış nəticəyə istifadəçinin etibarını artırır.
Dialoq komponenti məsələnin həlli və işin nəticəsində biliklərin alınma prosesi
zamanı istifadəçi ilə dostcasına ünsiyyətə yönəldilib.
Ekspert sisteminin işlənilməsində bu ixtisasların nümayəndələri iştirak edir:
-Problem oblastda ekspert;
BB
Ekspert
istifadə
edən
D
A
L
O
Q
zah etmə
Bilikləri
ə
ldə edən
Ümumi
faktlar
qayd
a
Həll
edən
Y və ya
B
64
-Biliklər mühəndisi – ES-nin işlənilməsi üzrə mütəxəssis;
-Alətlər vasitələrini işləyən proqramçı.
-Qeyd etmək lazımdır ki, iştirakçılar arasında biliklər mühəndisinin olmaması (yəni
onların proqramçılarla əvəzi) ya ES-nin yaradılma prosesini uğursuz edir, ya da
ə
həmiyyətli dərəcədə onu uzadır.
Ekspert problem oblastını xarakterizə edən bilikləri (verilənləri və qaydaları)təyin
edir, biliklərin tamlığını və düzgünlüyünü təmin edir.
Biliklər üzrə mühəndis ES-in işində zəruri olan bilikləri aşkarlandırmağa və
strukturlaşdırmağa espertə köməklik göstərir; verilən problem oblastı üçün ən yararlı
S-in seçimini yerinə yetirir, və bu S-də biliklərin təqdim üsulunu təyin edir; standart
funksiyaları (bu problem oblastı üçün tipik olan) seçir və proqramlaşdırır (ənənəvi
üsullarla).
Proqramçı ES-nin bütün komponentlərini tərkibində saxlayan IS-ni işləyir və sonra
istifadə olunan mühit ilə birləşdirir.
zahetmə komponenti, məsələnin həllinin alınmasını və ya alınmamasını izah edir və
bu halda hansı bilgilərdən istifadə olunmasını göstərir. Bu imkan verir ki, ekspert
alınmış nəticəni analiz etsin və ondan istifadə etbarlılığını artırsın.Dialoq komponenti
istənilən istifadə edənlə dostcasına mübadiləyə istiqamətlənib.
Məsləhət rejimində ekspert sistemləri ilə mübadiləni axırıncı istifadə edən həyata
keçirir. Onu yalnız nəticə və həllinin alınması metodu maraqlandırır. Bu halda
istifadə edənin mütəxxəssis olması heç də vacib deyil.
Ekspert sistemlərinin işlənməsinə yönəlmiş alət vasitələri proqram vasitələrindən
ə
lavə aparat və texniki vasitələri də özündə birləşdirir. Proqram alət vasitələri
aşağıdakı xarakteristikaları müəyyən edir: təyinatı; mövcud olma mərhələsini;
alətlərin növünü; istifadə olunan metod və biliklərin növünü, universallığını; əsas
xüsusiyyətini, fəaliyyət mühitini. şləmə dərəcəsinə görə adətən alət vasitələrinin
mövcudluğunu üç mərhələyə ayırılır: təcrübə, tədqiqat və kommersiya.Təcrübə
mərhələsində alət vasitələri məhdud spesifik məsələlərin həlli üçün yaradılır və
adətən onlar ləng və effektsiz işləyirlər.Tədqiqat mərhələsində alət vasitələri