Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   ...   14   15   16   17   18   19   20   21   22

52 

 

 



-qarşıya  qoyulan  məsələ  çox  çətin  olmamalıdır  (yəni,  ekspertin  bu  məsələni  həll 

etməsi imkanı həftələrlə deyil, bir neçə saat və ya gün olmalıdır);  

-məsələlər rəsmi şəkildə ifadə olunması zərurəti olmasa da, bu sahədə çalışanlar üçün 

(ən  azından  ekspert  üçün)  anlaşılan  olan  ümumi  anlayış  və  məfhumlarla  ifadə 

olunmalıdır.  

 

2.3 Ekspert kimdir 

Ekspert  və  ya  mütəxəssislə  iş  prosesi  biliklərin  çıxarılması  və  ya  biliklərin  daha 

düzgün  və  korrekt  əldə  olunmasından  ibarətdir.  Bu  texniki,  psixoloji,  istehsal  və 

sosial  xarakter  faktorları  özündə  saxlayan  çətin  və  zəhmət  tələb  edən  bir  prosesdir. 

Sözügedən  prosesdə  biliklər  mühəndisi  əsas  rol  oynayır.  Uzun  zaman  kəsiyində 

biliklər mühəndisi tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydınlaşdırmaq 

və bu anlayışlar arasında qaydaların müəyyənləşdirilməsi və formalaşdırılması üçün 

ekspertlə  birgə  işləyir.  Biliklər  mühəndisi  tədqiqat  sahəsini  yaxşı  bilməli,  biliklərin 

formalaşması və təqdim olunması metodlarına malik olmalı və müxtəlif vəziyyətlərə 

tez oreintasiya olunan psixoloq olmalıdır. 

Ekspert sistemlərin hazırlanması kollektivində minimum dörd nəfər olmalıdır: 

-Ekspert;  

-Biliklər üzrə mühəndis;  

-Proqramçı;  

- stifadəçi. 

Ekspert  intellektual  sistemə  tədqiqat  sahəsinin  öyrənilməsinə  kömək  edə  biləcək 

vəziyyətdə və arzuda olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş yerində 

gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə ona kömək üçün nəzərdə tutulub. 

Biliklər mühəndisi adətən determinləşdirilmiş daxili quruluşu olmayan pis müəyyən 

olunmuş tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi fəaliyyətində bu tapşırıqları 

məsələnin  bütün  parametrlərinin  analizini  qeyri-mümkün  edən  məsələninhəll 

operativliyi  şərtləri  və  ya  problemin  mənasının  başa  düşülməsində  olan 

çatışmazlıqları  empirik  qaydalar  olan  evristikalardan  istifadə  etməklə  həll  edirlər. 




53 

 

 



Buna  görə  də  tapşırıqların  həllində  intellektual  sistemlər  evristik  prosedurların 

yerləşdirilməsinə çalışırlar. 

Biliklər  mühəndisinin  işində  çətin  məqam  ekspertə  predmet  konsepsiyalarını 

müəyyənləşdirən  və  formalaşdıran  tədqiqat  biliklərinin  strukturlaşdırılmasına  cəhd 

zamanı kömək edilməsidir. 

Konkret  şəxsə  aid  olan  biliklərin  əldə  olunması  ilə  əlaqəli  iş,  yəni  biliklərin 

çıxarılması biliklərin mühəndisliyində elə də aşağısəviyyəli rol oynamır. 

ntellektual və ekspert sistemlər üçün biliklərin çıxarılmasının xüsusiyyətləri nədədir? 

Bu  sualın  cavabı  digər  bir  sualın  –  “Haradan,  nə  və  necə  çıxarmalı?”  sualının 

cavabındadır. 

Bilikləri  haradan  çıxarmalı?  Yuxarıda  qeyd  edildiyi  kimi  intellektual  və  ekspert 

sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu kitabçaları, konkret tədqiqat 

sahəsinə aid araşdırılmış materiallar, iqtisadi informasiya və s. çıxış edə bilər. 

Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin sahənin ekspertidir, hansıki onun 

biliklərini sistem hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi mənimsəyir.[6] 

ES-ri iki rejimdə işləyir: 

- biliklərin əldə edilməsi rejimi  

-məsələnin həll olunması rejimi.  

Biliklərin əldə edilməsi rejimində ES ilə ünsiyyəti ekspert yerinə yetirir (biliklər üzrə 

mühəndis  vasitəsilə).Bu  re  jimdə  eispert  biliklərinəldə  edilmə  komponentindən 

istifadə  edərək,  sistemi  biliklərlə  doldurur  ki,  sonradan  bu  biliklər  problem 

oblastından  məsələləri  sərbəst  (ekspertsiz)  həll  etməyə  imkan  verəcək.  Ekspert 

problem  oblastını  verilənvə  qaydalartoplusu  kimi  təsvir  edir.  Verilənlər  obyektləri, 

onların  xarakteristikalarını,  ekspertiza  sahəsində  mövcud  olan  qiymətləri  təyin 

edir.Qaydalar problem oblastı üçün xarakter olan verilənlərlə manipulyasiya üsularını 

təyin edir. 

Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən yüksək ixtisaslı mütəxəssisdir, ya 

da  xam  və  ya  təzə  işçidən  fərqli  olan  təcrübəli  insandır.  Aydındır  ki,  tədqiqat 

sahəsində ekspertin bacarığı nə qədər yüksəkdirsə, onun tapşırığın həlli üçün istifadə 



54 

 

 



etdiyi  biliklərin  təsviri  bacarığı  bir  o  qədər  aşağıdır.Votermen  bunu  bilik 

mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz ekspertdən soruşsaq ki, hər hansı 

bir tapşırığı  yerinə  yetirərkən konkret nə iş görür, o  buna  cavab  olaraq özünün  ağlı 

kəsdiyi  formada,  lakin  mühakimələrin  real  prosesindən  tamam  ayrı  olan  bir  prosesi 

izah edəcək ki, burada da ehtiyatlı olmaq lazımdır. 

Belə  bir  fikir  də  var  ki,  ekspertin  bilikləri  məsələlərin  daxili  modelləri  ilə  sistemli 

hala  düşür  və  eyni  zamanda  ekspertin  konkret  vəziyyətdə  ilk  dəfə  qarşılaşdığı 

problemin  həlli  onun  yaddaşından  seçilir  və  seçim  ümumi  qanunauyğunluqlar 

şə

klində süurlu olaraq müəyyən olunur. 



Hansı  bilikləri  seçmək  və  ya  nəyi  çıxarmaq?  Əgər  sistemin  funksiyaları 

müəyyənləşibsə, onda təbii olarq ən vacib olanı bu funsiyaların realizəsi üçün lazım 

olan çıxış qaydalarını əldə etməkdir. 

Hər  şeydən  əvvəl  bu  baza  quruluşudur.  Problem  sahəsinin  baza  quruluşunu 

formalaşdıran  obyekt,  anlayış  və  atributları  saymaq  və  sahənin  xüsusiyyətlərini 

bilmək vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə qaydalar çıxışı vasitəsilə 

təşkil edilir. 

Daha  sonra  şüurluluq  meyarları  (kriteriya)ortaya  çıxır,yəni  nəyə  görə  ekspert 

problemi məhz bu üsulla həll edir? Ola bilər bu üsul yüksək evristik qiymətə malikdir 

və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı formada kömək etmək olar? 

Ekspert  tərəfindən  istifadə  olunan  vasitələrə,  məsələn,  həllin  qəbulunda  istifadə 

edilən modellər aiddir. 

Bilikləri  necə  seçmək  lazımdır?  Aşağıdakı  cədvəldə  sahənin  eksperti  və  onun 

təsvirinin əsasbiliklərin çıxarış metodlarıverilmişdir. 

Biliklərin seçmə texnikasını altı əsas sinfə bölmək olar:  

-köməkçi suallarla sorğu, 

- quruluş verilmiş sorğu,  

-özünü müşahidə, 

-öz işi haqqında hesabat,  

-dialoq,  

-tənqidi icmal.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə