Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   ...   14   15   16   17   18   19   20   21   22

58 

 

 



biliklər bazası – sistemin “dəyişən”hissəsidir, bu hissə ES-in istifadəsində bilik və 

təcrübə  mühəndisləri tərəfindən dəyişdirilə və tamamlana bilər. Bilik bazası: Ekspert 

sistemlər də uzunmüddətli verilənlərin saxlanması üçün istifadə olunur. Bunlar 

baxdığımız sahənin verilənlərini (biliklərini) yazır və bu verilənlərin məqsədyönlü 

çevrilməsini yazan qaydaları qabaqcadan təyin edir. 

-Verilənlər bazası və ya  işçi yaddaşcari anda həll edilən məsələnin ilkin və aralıq 

verilənlərin saxlanmaası üçün nəzərdə tutulmuşdur. Baza verilənləri hazırki anda 

məsələni həll etmək üçün əsas və aralıq verilənlərin saxlanmasını təmin edir. Burda 

VB o biri sistemlərdəki baza verilənlərindən fərqi birinci növbədə onun hazırki anda 

verilənləri saxlamasıdır. 

-Məntiqi  nəticənin  mexanizmiES-in  əsasını  biliklər  bazasının  informasiyasından 

istifadə edən, tələb olunan məsələnin həlli üzrə məsləhətləri qenerasiya edən məntiqi 

nəticə altsistemi təşkil edir. Hər şeydən əvvəl ES-də biliklərin təqdim olunması üçün 

məhsuldar  sistemlər  və  semantik  şəbəkələrdən  istifadə  olunur.  Məsələn,  biliklər 

bazası  fakt  və  qaydalardan  (əgər    onda  )  ibarətdirsə    əgər  ES 

mühakimənin  həqiqi  olduğunu  təyin  edərsə,  onda  qayda  verilmiş  konsultasiya  üçün 

yaralı  hesab  edilir  və  işə  salınır.  Qaydanın  işə  salınması  konsultasiya  prosesinin 

tərkib  hissəsi  olaraq  verilmiş  qaydanın  rəy  kimi  qəbul  edilməsini  göstərir.  ES-in 

məqsədi – iddianın məqsədi adlanan verilmiş hər hansı faktın çıxarılmasıdır, ya da bu 

faktın  rədd  edilməsidir.  ddianın  məqsədi  ya  əvvəlcədən  sistemin  biliklər  bazasına 

“qoyulmalıdırr”,  ya  da sistemlə  istifadəçinin dialoqundan  alınmalıdır.  Sistemin  işini 

işçi çoxluğun cari məzmununa tətbiq edilən hər hansı qaydanın bazadan seçimindən 

ibarət addımlar ardıcıllı təşkil edir.  ddianın məqsədi alındıqda və ya rədd edildikdə 

dövr başa çatır.Ekspert sisteminin iş dövrü başqa cür məntiqi nəticə adlanır. Məntiqi 

nəticə müxtəlif üsullarla alına bilər. Onlardan ən çox yayılan üsullar aşağıdakılardır: 

-nəticənin düz nizamı 

- nəticənin tərs nizamıdır.  

Nəticənin  düz  nizamı  işçi  çoxluqda  yerləşən  faktlardan  rəyə  aparır.    Əgər  belə  rəyi 

tapmaq  mümkün  olursa,  onda  bu  rəy  işçi  çoxluğ  yerləşdirilir.  Düz  nəticəni  tez-tez 

verilənlərlə idarə olunan nəticə adlandırırlar.  




59 

 

 



-Həllin izah edilməsiES-in izahedici komponenti sistemin həlli necə aldığını izah edir 

(və ya niyə sistem həlli almayıb və bu zaman hansı biliklərdən istifadə edib), bu da 

ekspertin testləşdirməsini asanlaşdırır və istifadəçinin alınmış nəticəyə inamını artırır. 

Biliklərə  əsaslanan  sistemlər  kompyunerlərdə  realizasiya  olunduğundan  çıxışda 

alınan  informasiya  da  kompyuterə  aydın  olan  dildə,  yəni  bitlərlə  və  baytlarla  qəbul 

edilir.  Lakin  hazırlığı  olmayan  istifadəçinin  qarşılıqlı  təsiri  üçün  kompyuterə  təbii 

dildə ünsiyyət vasitəsi daxil edilməlidir.  

Ekspert sistemlərində BB 2 hissiyə bölünür: 

 1-ci real (faktiki) biliklər, 

 2-ci evristik biliklər. 

Fakt bilikləri müxtəlif sahələrdə ortaya qoyub, işlətmək olar, ona görə ki, onların 

doğruluğu sübut olunmuş və qətiləşdirilmişdir. Evristik biliklər mütəxəssislərin bilik 

və təcrübələrini əks etdirir və subyektiv xarakter daşıyır. Bu biliklər  çoxaldıqca 

sistemin nəticələri daha etibarlı olur və nəticədə düzgün qərarlar qəbul edəcək və 

ondan asılı olaraq problemlərin həlli daha tezliklə əldə ediləcək. Qeyd etmək lazımdır 

ki, bu bilikləri işlətmək bəzi problemlərdə ola bilər ki, səhv nəticə göstərsin. Məsələn, 

aeroportda bitki dərmanlarının nəqlinin qarşısını almaq məsələsində: bu növ 

dərmanların sərnişinlərlə birlikdə daşınması təyyarədə təhlükə yarada bilər.  

Biliklərin bu sahəsi mütəxəssislər ilə müsahibə və yaxud anketlərin doldurulması ilə 

ə

ldə  edilə  bilər.  Bilik  mühəndisi  toplanmış  informasiyanı  formalaşdırır  və  formal 



qaydalarla yazır. Bu cür formal qaydalar içərisində ən sadəsi və səmərəlisi "if-then" 

strukturuna malik olan produksiya qaydası (production rule) hesab olunur. 

Çıxarış mexanizmi bu qaydalara əsasən yeni faktları ala bilər. Məsələn, fərz edək ki, 

bilik bazasında 2 məlumat var:  

1.BDU Bakı şəhərindədir.  

2.Bakı şəhəri Azərbaycan ölkəsindədir.  

Çıxarış mexanizmi bu nəticəni verir ki , BDU Azərbaycan ölkəsindədir.  

Ekspert sistemlərinin strukturunda fuzzy (qeyri-səlis) məntiqin işlənməsi  

Ekspert sistemlərində və süni intellektin digər sahələrində önəmli bir məsələ qeyri-

səlis məntiqdən istifadə edilməsidir. Qeyri-səlis məntiq 2 dəyərdən ibarət ola bilər:  




60 

 

 



-1-ci qiymət DOĞRU  

-2-ci qiymət YANLIŞ. 

Bu məntiq mükəmməl ola bilməz, çünki bir çox hallarda mühakimələrin doğru və ya 

yalan olmasını qəti şəkildə demək olmaz. Hər hansı fikir müxtəlif zamana və müxtəlif 

məkana görə bir qədər doğru və yaxud bir qədər yanlış ola bilər. 

Qeyri-səlis  məntiq  qeyri-müəyyən  anlayışlardan  istifadə  zamanı  istifadə  olunur. 

Məsələn: Ağırlıq, Soyuqluq, Hündürlük və s. Misal üçün, bir şeyin ağırlığı 500 kq-

dır, bu ağır obyekt ola bilərmi? Bunun cavabı qeyri-müəyyəndir, ona görə ki, bu ob-

yekt bir insan daşımaq üçün ağır, araba üçün ağırlığı orta səviyyədə, təyyarə və yaxud 

gəmi  ilə  daşımaq  üçün  yüngül  obyekt  kimi  nəzərə  alınır.  Buradan  da  qeyri-səlis 

məntiqə  ehtiyac  duyulur  və  istifadə  olunması  vacib  məsələyə  çevrilir  . 

Digər    mənbələrə    görə    Ekspert    sistemlər    biliklər  bazasından    və    ya      faktlar  

saxlanılan      sistem  hissələrindən,  çıxış  altsistemindən  və    ya  məsələlərin  həll 

olunması  üçün  istifadə  olunan  qaydalar  məcmusundan,  izahat  altsistemi,  biliklərin 

mənimsənilməsi  altsistemindən  və  dialoq  prosessorundan  ibarətdir  (Şəkil  3).  Çıxış 

altsistemini  yaradarkən    süni    intellekt    məsələlərinin    həll      metodlarından    da  

istifadə   olunur. 

Ümumilikdə  ekspert  sistemlərin  işləmə  prosesini  belə  təsvir  etmək  olar:  lazımi 

informasiyanı  almağı  arzulayan  istifadəçi  ekspert  sistemə  istifadəçi  intefeysi 

vasitəsilə  sorğu  göndərir;  həlledici,  biliklər  bazasından  istifadə  edərək  müvafiq 

tövsiyəni  hazırlayır  və  izahat  altsisteminin  köməyi  ilə  öz  fikirlərinin  gedişini 

istifadəçiyə çatdırır. 

Ümumiyyətlə  ekspert  sistemlərin  hazırlanması  sahəsində  terminologiya  öz  şəklini 

tez-tez dəyişir, lakin buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək.  

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə