Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

46 

 

 



Konseptualizasiya    mərhələsində    problem    oblastının    məzmuni    təhlili    aparılır, 

istifadə  olunan  anlayışlar  və  qarşılıqlı  əlaqələr  açıqlanır,  məsələlərin  həll  metodları 

müəyyən olunur. Konseptuallaşdırmamərhələsində alət vasitələri seçilir və bütün növ 

biliklərin  təqdim  olunma  üsulları  müəyyən  edilir,  əsas  anlayışlar  formalaşdırılır, 

biliklərin təsvir üsulları müəyyənləşdirilir, sistemin işi modelləşdirilir, fiksə olunmuş 

anlayış sistemlərin məqsədinin adekvatlılığının, həll  metodlarının, biliklərin təqdimi 

və  manipulyasiyası  vasitələrinin  qiymətləndirilməsi  həyata  keçirilir.Bu  mərhələdə 

problem  sahəsinin  məzmunlu  təhlili  aparılır,  istifadə  olunan  anlayışlar  və  onlar 

arasındakı qarşılıqlı əlaqə aşkar edilir. Bu mərhələ əsas konseptləri və münasibətləri 

özündə  saxlayan 

predmet 

oblastının 

modelinin 

yaradılması  ilə  bitir. 

Konseptualizasiya  mərhələsində məsələnin aşağıdakı xüsusiyyətləri müəyyənolunur: 

mümkün  verilənlərin  tipləri,  ümumi  məsələnin  altməsələləri,  istifadə  olunan 

strategiyalar  və  hipotezlər,  predmat  oblastının  obyektləri  arasındakı  qarşılıqlı 

ə

laqənin növləri, istifadə olunan münasibətlərin tipləri (ierarxiya, səbəb-nəticə, hissə 



- tam və s.); həllin gedişatında istifadə olunan proseslər, məsələlərin həllində istifadə 

olunan  biliklərin  tərkibi,    həllin  gedişatında  istifadə  olunan  proseslərə  qoyulan 

məhdudiyyətlərin  tipləri,  həllərin  əsaslandırılmasında  istifadə  olunan  biliklərin 

tərkibi). 

Formalizasiya      mərhələsində      S-lər      seçilir,  biliklərin    bütün  növlərinin  təqdim 

olunma      metodları  təyin  olunur,  əsas  anlayışlar  formalizə  edilir,  biliklərin 

interpretasiya  üsulları  müəyyən  olunur,  sistemin  işi  modelləşdirilir  və  s. ndi  bütün 

açar anlayışları və münasibətlər hər hansı formal artıq mövcud və ya yenidən təşkil 

edilmiş  dildə  ifadə  olunur.  Başqa  sözlə,  bu  mərhələdə  deklarativ  və  prosedur 

biliklərin  təqdim  olunma  üsul  və  vasitələrinin  tərkibi  təyin  olunur,  bu  təqdimolnma 

həyata keçirilir və nəticədə bilik mühəndisi tərəfindən təklif olunan formal dildə ES 

məsələsinin  həllinin  təsviri  formalaşır.  Baxılan  məsələnin  seçilmiş  və  işlənilmiş 

formalizmdə  necə  təqdim  edilməsi  formalizasiya  mərhələsinin  nəticəsidir.  Buraya 

biliklərin  təqdimolunma  üsullarının  (  freymlər,  ssenarilər,  semantik  şəbəkələr  və  s.) 

göstərilməsi və bu biliklərlə manipulyasiya üsullarının təyini (məntiqi nəticə, analitik 

model, statistik model və s.) və biliklərin interpretasiyası aiddir.   




47 

 

 



Yerinə yetirilmə mərhələsi. Bu mərhələnin məqsədi  — tələb olunan məsələləri həll 

etmək  üçün  ES-in  bir  və  ya  bir  neçə  prototipinin  təkilidir.  Sonra  bu  mərhələdə 

testləşdirmə  və  əməli  istifadənin  nəticələrinə  görə  istifadə  üçün  yaralı  olan  son 

məhsul 


alınır. 

Prototipin 

işlənilməsi 

onun 


komponentlərinin 

proqramlaşdırılmasından,  onların  məlum  instrumental  vasitələrdən  seçimindən  və  

biliklər bazasının tamamlanmasından ibarətdir. Prototipin hazırlanmasında əsas odour 

ki,  bu  prototip  biliklərin  təqdim  olunmasının  ideya,  metod  və  üsulların  həll  edilən 

məsələlərə  adekvatlığının yoxlanılmasını təmin etsin. Birinci protoripin yaradılması 

seçilmiş  həll  və  təqdimetmə  üsullarının  aktual  predmet  oblastının  bir  sıra 

məsələlərinin müvəffəqiyyətlə həlli üçün əlverişli olduğunu təsdiq etməli və həm də 

biliklərin  həcminin  artırılması  yolu  ilə  predmet  oblastının  bütün  məsələləri  üçün 

yüksəkkeyfiyyətli  və  səmərəli  qərarların  alınması  tendensiyasını  nümayiş 

etdirməlidir.Birinci ES-1 prototipinin işlənilməsindən sonra təklif edilən məsələlərin 

dairəsi genişlənir, növbəti ES-2-də nəzərə alınacaq təklif və iradlar toplanır.  “Dost” 

interfeysə biliklər bazasının və sistemin generasiya etdiyi nəticələr zəncirinin tədqiqi 

üçün vasitələrin və həm də istifadəçilərin iradlarının yığılması və sistemin həll etdiyi 

məsələlər  kitabxanasının  saxlanılması  vasitələrinin  əlavə  edilməsi  yolu  ilə  ES-1 

inkişaf etdirilir. ES-1 genişləndirilmiş versiyası ilə eksperimentlərin aparılması, təklif 

və iradların təhlili ikinci ES-2 prototipinin hazırlanması üçün göndəriş nöqtəsi olur. 

ES-2-nin  işlənilməsi  prosesi  iterativdir.  O,  predmet  sahəsinin  mürəkkəbliyindən, 

biliklərin  seçilmiş  təqdiminin  elastikliyindən  və  idarəedici  mexanizmin    həll  edilən 

məsələlərə uyğunluq dərəcəsindən asılı olaraq bir aydan bir neçə ilə kimi davam edə 

bilər. ES-2-nin işlənilməsində sayılan məsələlərdən başqa aşağıdakılar da həll edilir:  

-biliklər  bazsının  əhəmiyyətli  dərəcədə  genişləndirilməsində  sistemin  fəaliyyətinin 

təhlili;  

-daha geniş dairədən olan məsələlərin həllində sistemin imkanlarının tədqiqi və belə 

imkanların təmini üçün tədbirlərin görülməsi;  

-ES-in fəaliyyəti haqqında istifadəçilərin fikrinin təhlili; 



48 

 

 



-ES-2  ilə  bu  sahə  üçün  stendart  kitablara  yaxın  formada  qarşılıqlı  əlaqəyə  imkan 

verən  məhdud  təbii  dilin  təkliflərinin  sintezini  və  ya  təhlilini  həyata  keçirən  giriş-

çıxış sisteminin işlənulməsi.  

Ə

gər  ES-2  testləşdirmə  mərhələsini  müvəffəqiyyətlə  başa  vurarsa,  onda  sənaye 



ekspert sistemi kimi təsnifləndirilə bilər.  

Testləşdirmə mərhələsi. Bu mərhələnin gedişində bütıvlükdə ES-də biliklərin təqdim 

olunmasının seçilmiş üsulunun qiymətləndirilməsi həyata keçirilir. Bunun üçün bilik 

üzrə  mühəndis  ES-in  işlənildiyi  bütün  imkanların  yoxlanılmasını  təmin  edən 

nümunələri seçir.  Sistemin işində Различают следующие источники aşağıdakı kimi 

uğursuzluq  mənbələrini  ayırırlar:  test  misalları,  giriş-çıxış,  çıxış  qaydası,  idarəedici 

strateqiyalar.  Tipik  test  nümunələriES-in  uğursuz  işinin  aşkar  səbəbləridir.  Ən  pis 

halda  test  nümunələri  ES-in  ümumiyyətlə  hesablanmadığı  predmet  oblastından 

kənarda qala bilər, lakin test nümunələri çoxluğu çox eynicinslidir və bütün predmet 

sahəsini əhatə etmir. Buna görə də test nümunələrini hazırlarkən çətin cituasiyaların 

sərhədlərini  təyin  etməklə,  standart  halları  seçməklə  onları  predmet  sahəsinin 

problemlərinə  uyğun  təsnifləndirmək  lazımdır.  Giriş-çıxış  ekspertlə  dialoqun 

gedişində  əldə  edilmiş  verilənlərlə  və  ES  tərəfindən  bildirilən  rəylərlə  xarakterizə 

olunur.    Verilənlərin  əldə  edilməsi  mütodları  tələb  olunan  nəticələri  verməyə  bilər, 

məsələn:  Düzgün  olmayan  suallar  verilmişdir  və  ya  bütün  zəruri  informasiya 

yığılmamışdır.  Bundan  başqa,  sistemin  sualları  çətin  başa  düşülər,  çoxqiymətli  ola 

bilər  və  istifadəçinin  biliyinə  uyğun  olmaya  bilər.  Girişdə  səhvlər  istifadəçi  üçün 

ə

lverişli  olmayan  giriş  dilinin  olmaması  səbəbindən  də  ortaya  çıxa  bilər.    Sistemin 



çıxış məlumatları (rəylər) müxtəlif səbəblərdən istifadəçiyə (ekspertə) aydın olmaya 

bilər.  Məsələn,  onların  sayı  çox  və  ya  az  ola  bilər.  Səhvlərin  səbəbləri  həm  də 

uğursuz  təşkil,  rəylərin  nizamlılığı  və  ya  istifadəçi  üçün  uyğun  olmayan  leksikanın 

səviyyəsi  ola  bolər.    Mühakimələrdəki  səhvlərin  ən  çox  yayılmış  mənbəyi  çıxış 

qaydalarına aiddir. Mühüm səhv burada tez-tez formalaşdırılmış qaydaların qarşılıqlı 

asılılığının  uçotunun  olmamasıdır.  Digər  səhv  istifadə  olunan  qaydaların  qeyri-

tamlığında, ziddiyyətli olmasındadır.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə