Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

44 
 
«Yoxsa  onlar:  «Biz  [Məhəmməddən  və  mö᾽minlərdən]  intiqam  ala  biləcək  bir  zümrəyik!»  - 
deyirlər? 
[Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45). 
Bədr  döyüşü  baş  verməzdən  əvvəl, Məkkə  müşriklərinin  böyük  məğlubiyyətə  uğrayacağı  haqda 
Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun 
müqabilində  duran,  hərbi  ləvazimat  baxımından  olduqca  acınacaqlı  vəziyyətdə  olan  üç  yüz 
nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər. 
6. ƏBU LƏHƏBİN AQİBƏTİ 
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də 
qazandığı  [və  ya  oğul-uşağı].  O,  alovlu  atəş  görəcəkdir.  Onun  odun  daşıyan  [Peyğəmbərlə 
düşmənçilik edən, adamlar arasında göz gəzdirən] övrəti də həmçinin.» (Ləhəb 1-4). 
Ayə  Əbu  Ləhəbin  həyatı  haqda  nazil  olmuşdur.  Göründüyü  kimi  onun  özünün  və  övrətinin 
cəhənnəmin dəhşətli əzabına düçar olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur. 
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ 
Qur᾽ani-kərimdə  dəfələrlə  yaradılışın  sirr  və  qanunlarına  toxunulur.  Yer  və  digər  səmavi 
cisimlərin  qalaktikadakı  müntəzəm  hərəkəti,  vahid  və  dəyişilməz  qanuna  tabe  olmaları  və  s. 
mövzuları əhatə edir. 
Qur᾽anın  nazil  olduğu  bir  dövrdə,  vəhy  yolu  ilə  bunlardan  agah  olan  peyğəmbərlərdən  savayı, 
kimsənin bu kimi elmlərdən azacıq mə᾽lumatı belə yox idi. 
Qeyd  etmək  lazımdır  ki,  yunan  alimlərindən  bə᾽ziləri  astronomik  hesablamalar  apararaq 
yaradılışın  müəyyən  sirlərinə  yol  tapa  bilmişdilər.  Lakin  elm  və  svilizasiyadan  uzaq  düşmüş 
Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Qur᾽anın verdiyi 
və olduqca dəqiq olan mə᾽lumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə 
ki,  yüz illər  keçdikdən  sonra  bu elmlər bəşəriyyətə mə᾽lum olmuş və onun müxtəlif sahələrində 
araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Qur᾽anda o dövrə 
aid  olan  elmi  mövzular  olduqca  sadə  bir  tərzdə  bəyan  olunmuş,  başa  düşülməsi  bir  o  qədər  də 
asan  olmayan  mətləblərə  isə  yalnız  qısa  şəkildə  toxunulmuş  və  geniş  şəkildə  araşdırılması  isə 
gələcək  nəsillərin  üzərinə  qoyulmuşdur.  Qur᾽ani-kərimdə  yaradılış  və  onun  sirlərinə  toxunan 
ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik: 
«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19). 
Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur. 
Son  zamanlar  botanika  alimlərinə  mə᾽lum  olmuşdur ki,  təbiətdə  mövcud  olan  bitkilərin  hər  biri 
özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və 
ya  azlıq  təşkil  edərsə,  onların  xarici  görünüşündə  nəzərə  çarpacaq  fərq  və  dəyişikliklər  əmələ 


45 
 
gəlir.  Bitkilər  aləminə  hakim  olan  belə  bir  sabit  qanun,  əsrlər  boyu  dəyişmədən  qalmış  və 
qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qur᾽ani-
kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur. 
QUR᾽ANDA CÜTLƏŞMƏ QANUNU 
Qur᾽an  haqqında  söhbət  açan  əsrarəngiz  mövzulardan  biri  də,  bitkilər  aləminin  külək  vasitəsilə 
cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir. 
Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb 
olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir: 
«Biz [buludla] yüksəlmiş [bitkilərə, ağaclara həyat verən, onları tozlandıran] külək göndərdik.» 
Keçmişdə  müfəssirlər  ayədəki  «təlqih»  kəlməsinin  lüğəvi  (yükləmək)  mə᾽nasından  istifadə 
edərək, ayəni  belə  təfsir  etmişlər:  «Buludları  yükləyib  hərəkətə  gətirmək  üçün küləyi  göndərdik 
və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.» 
Lakin  bu  nəzəriyyə,  ayənin  mə᾽nası  ilə  bir  o  qədər  də  uyğun  gəlmir.  Çünki,  əvvəla  nəzərdə 
tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Qur᾽anın şə᾽nindən olduqca aşağıdır. 
Sonra isə onlar buna diqqət  yetirməli idilər ki,  külək buludları  yalnız hərəkətə gətirir və onların 
qatlarına heç bir şey yükləmir. 
Demək,  ayə  bə᾽zi  keçmiş  müfəssirlərin  dərk  edə  bilmədiyi  və  olduqca  əhəmiyyətli  elmi  bir 
məsələyə də᾽vət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi 
cütləşmə  prosesini  keçməlidirlər.  Və  bu  proses  bitkilər  aləmində  əksər  hallarda  külək  vasitəsilə 
həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin 
cütləşməsi  yalnız  tozlanma  yolu  ilə  həyata  keçir.  Tumurcuqların  içindəki  kisəciklər  yetişdikdən 
sonra  açılır  və  küləklə  ətrafa  yayılan  erkək  toz dənələri  onlara  daxil  olur  və  beləliklə tozlanma 
prosesi başa çatır. 
3. QUR᾽ANDA EVLƏNMƏ QANUNU 
Qur᾽an, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını təkcə insan və heyvanlarda deyil, 
bitkilər aləmində də baş verdiyini bizə xəbər verir. 
«Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla] cüt-cüt yetişdirən... 
Odur.» (Rə᾽d-3). 
«Yerin  yetişdirdiklərindən,  onların  [insanların]  özlərindən  və  bilmədiklərindən  [erkək-dişi 
olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir! 
[Eybsiz və nöqsansızdır!]» (Yasin-36). 
«O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]...» (Taha-20). 


46 
 
Qur᾽an,  çox  zərif  və  incə  ifadələrdən  istifadə  edərək  yer  üzünü  döşəyə  və  ya  uşaq  beşiyinə 
bənzətmişdir.  Mə᾽lum  olduğu  kimi,  ayədə  istifadə  olunan  «məhd»  kəlməsi,  ərəb  dilində  uşaq 
beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər 
(gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mə᾽nəvi rahatlığın və 
asayişin yaranmasına səbəb olur. 
Təbiətdə  baş  verən  dəyişikliklər  təkcə  insanlarda  deyil,  heyvan  və  bitkilər  aləmində  də  asayişin 
bərqərar olmasına səbəb olur. 
Göründüyü  kimi,  ayədə  yerin  hərəkət  etməsinə  ötəri  və  qısa  ifadələrlə  işarə  olunur.  Bunun  isə 
əsas səbəbi Ərəbistan yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur. 
Yerin  sabit  və  hərəkətsiz  olduğuna  əsaslanan  nadan  bir  camaata  təbii  ki,  elə  bir  şəraitdə  yerin 
daim  hərəkətdə  olmasını  birbaşa  açıq-aşkar  ifadələrlə  bəyan  etmək  olmazdı.  (Peyğəmbərin  (s) 
vəfatından  on  əsr  sonra  Qaliley,  yerin  iki  növ  hərəkətdə  (həm  öz  oxu  ətrafında  fırlanması  və 
günəş  qalaktikasındakı  daimi  hərəkəti)  olduğunu  sübut  etməyə  cəhd  etdi.  Lakin  onun  irəli 
sürdüyü  nəzəriyyə  iqtidarda  olan  katolik  keşikçiləri  tərəfindən  küfr  kimi  qarşılandı.  Qaliley 
işkəncələrə  mə᾽ruz  qalaraq  zindanlara  atıldı.  Beləliklə,  Avropa  alimləri  öz  ixtiralarını  kimsəyə 
bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Qur᾽an yerin hərəkət etməsini icmali və qısa 
ifadələrlə bəyan edir. 
5. QUR᾽ANDA TANINMAYAN QİTƏLƏR 
Qur᾽anın  on  dörd  əsr  bundan  əvvəl  açdığı  sirlərdən  biri  də,  yer  üzündə  mövcud  olan  digər 
qitələrdir. Qaf surəsinin 17-ci ayəsində bu haqda deyilir: 
«İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi] 
Odur.» 
İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə 
cəlb  etmişdir.  Onlardan  bə᾽ziləri  ayəni  təfsir  edərkən  iki  məşriq  və  məğribdən,  bir  məşriq  və 
məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq 
və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər. 
Lakin  bu  məzmunda  nazil  olmuş  digər  ayələr  yer  üzündə  mövcud  olan,  hələ  o  zaman  kəşf 
olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir: 
«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.» 
Ayədən belə mə᾽lum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir. 
Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mə᾽nalandırmaq 
olmaz.  Çünki,  onların  arasında  olan  məsafə  bir  o  qədər  də  uzaq  deyildir.  Demək,  məşriq  və 
məğrib  deyildikdə,  şərq  və  qərb  tərəfindən  əhatə  edən  qitələri  nəzərdə  tutmalıyıq.  Belə  ki,  şərq 
hesab  etdiyimiz  qitədə  yaşayan  əhali  yer  kürrəsinin  ikinci  yarısında  yaşadıqları  üçün,  bizim 
yaşadığımız  qitəni  artıq  şərq  deyil,  qərb  hesab  etməliyik.  Göründüyü  kimi  Qur᾽an,  on  dörd  əsr 
əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə