Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

52 
 
fərziyyənin  batil  olduğu  asanlıqla  hamıya  bəlli  olar.  Çünki,  bir  çoxları  Qur᾽anla  mübarizə 
meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün sə᾽y 
və  cəhdlərindən  istifadə  etmiş,  lakin  son  mərhələdə  Qur᾽anın  fəsahət  və  bəlağətinin  qarşısında 
aciz olduqlarını e᾽tiraf etmişlər. 
2. Əgər Qur᾽anın e᾽cazı «Sərfə» ilə bağlı olsaydı, yə᾽ni Allah-taala Qur᾽anı nazil etdikdən sonra 
insanları  onunla  mübarizə  etməkdən  məhrum  etsəydi,  onda  heç  olmasa  Qur᾽an  nazil  olmazdan 
əvvəl yaşamış söz ustalarının əsərlərində Qur᾽anda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər 
belə bir şey olsaydı, Qur᾽an müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və 
onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün mə᾽lum olur 
ki,  Qur᾽anın  e᾽cazı  yalnız  onun  özünə  aiddir  və  onunla  mübarizə  aparmaq  sadəcə  olaraq 
bəşəriyyət üçün qeyri-mümkün bir işdir. 
QUR᾽AN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRMİ? 
4-cü səhv: 
Deyirlər  ki,  Qur᾽anın  mö᾽cüzə  olduğunu  qəbul  etməyi,  onu  gətirən  şəxsin  doğruluğuna  dəlil 
hesab  edə  bilmərik.  Çünki,  Qur᾽anda  nəql  olunmuş  əhvalatlar  Tövrat  və  İncildə  nəql  olunmuş 
əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Bir halda ki, Tövrat və İncil də Allah-taala tərəfindən 
göndərilmiş səmavi kitablardır. 
Cavab: 
Qur᾽an,  Tövrat  və  İncildə  nəql  olunmuş  qondarma  dastanlarla  müxalif  olmaqla  yanaşı,  onları 
tənqid  atəşinə  tutaraq  qətiyyətlə  rədd  edir  və  beləliklə  qəlblərdəki  şəkk-şübhələri  aradan 
aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir. 
Çünki  Qur᾽an,  batil  və  xurafi  əqidələrlə  mübarizə  aparan,  Allah  və  Onun  peyğəmbərlərinin 
müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır. 
Buna əsasən  deyə  bilərik  ki,  Qur᾽anın  Əhdeyn  kitabları  ilə  müxalif  olması,  onun  həqiqi  səmavi 
kitab olmasına tutarlı bir dəlildir. 
Ötən  fəsillərdə  Tövrat  və  İncildə  nəql  olunmuş  xurafi  dastan  və  əhvalatlar  haqda  ümumi 
mə᾽lumat  verib,  onlardan  bə᾽zilərinə  işarə  etdik.  Orada  sübuta  yetirildi  ki,  hal-hazırda  mövcud 
olan  Tövrat  və  İncil  Musaya  və  İsaya  (ə)  nazil  olmuş  həqiqi  ilahi  vəhylər  toplusu  deyildir. 
Qur᾽anın  Allah  tərəfindən  nazil  olmuş  Tövrat  və  İncilə  qarşı  münasibətinə  gəldikdə  isə,  qeyd 
etməliyik  ki,  Qur᾽an  nəinki  onlarla  müxalifətçilik  etmir,  hətta  onları  tamamilə  təsdiq  edən  ən 
mö᾽təbər bir sənəd də sayılır. 
QUR᾽ANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR 
1- ci irad: 


53 
 
Deyirlər ki, Qur᾽anda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi 
kitab olduğuna dair şəkk və şübhə yaradır. 
Cavab: 
Ərəb  dilində  «yovm»  kəlməsi  gün  (gün  çıxandan  gün  batana  qədər  olan  zaman)  mə᾽nasında 
işlənilir. «Ləyl» isə (axşam) gündüzün müqabilində istifadə olunan ifadədir. 
69-cu surənin 7-ci ayəsində deyilir: 
«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.» 
Göründüyü  kimi  burada  «yovm»  kəlməsi  gündüz,  «ləyl»  isə  gecə  mə᾽nasında  işlədilmişdir. 
Bə᾽zən də «yovm» kəlməsinin gecə və gündüz mə᾽nasında işlədilməsinin şahidi oluruq. 
«[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin.» (Hud-65). 
Belə ki, «ləyl» kəlməsi bə᾽zən gecəyə, bə᾽zən də günəşin üfüqdə gizlənməsinə deyilir. 
«And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» (Şəms-1). 
«Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7). 
Bə᾽zən də «ləyl» gündüzlə gecəyə deyilir. 
«[Bir  daha]  xatirinizə  gətirin  ki,  biz  Musaya  [Tur  dağında  vəhy  üçün]  qırx  gecəlik  və᾽də 
vermişdik.» (Bəqərə-51). 
Göründüyü  kimi,  birinci  ayədə  «yovm»  gecə  ilə  gündüz,  ikinci  ayədə  isə  «ləyl»  gecə-gündüz, 
yə᾽ni bir gün mə᾽nasında işlənmişdir. 
Bu  iki  ifadə  -  «yovm  və  ləyl»  Qur᾽ani-kərimin  digər  ayələrində  də  gecə-gündüz  mə᾽nalarında 
işlənmişdir. 
Buradan  belə  mə᾽lum  olur  ki,  ayədə  istifadə  olunan  bu  ifadələrin  hər  biri  eyni  mə᾽na  daşıyır. 
Demək,  ayədə  ziddiyyət  deyil,  əksinə  uyğunluq  nəzərə  çarpır.  Hər  iki  ayə  bir-birini  təsdiq  və 
təfsir edir. 
Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə yalnız gündüz mə᾽nasını daşımış 
olsun. Bir halda ki, «ləyl», həm də «yovm» gecə və gündüz mə᾽nalarını verir və belə olduqda heç 
bir ziddiyyətdən söhbət açmaq olmaz. 
Bu,  inkarolunmaz  bir  həqiqət  olsa  da,  bə᾽zi  inadkar  və  təəssübkeş  insanlar  Qur᾽anın  əzəmətinə 
xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində 
də müşahidə edirik. 
Orada  deyilir:  «Məsih  ölməzdən  əvvəl,  dünyasını  dəyişdikdən  sonra  cəsədinin  yerdə  yalnız  üç 
gün dəfn olunacağı haqda xəbər verdi.» (12-ci fəsl). 


54 
 
Lakin həmən kitabın digər  fəsillərində və digər incillərdə bu haqda deyilir: «Məsih çox qısa  bir 
müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi 
günləri yerdə dəfn olundu. 
Bu  incilləri  diqqətlə  mütaliə  etdikdən  sonra,  onu  ilahi  vəhy  adlandıran  şəxslərdən  soruşun: 
Dediyiniz üç gecə-gündüz ilə incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?! 
Təəccüb doğuran burasıdır  ki, qərb alimləri  xurafat və mövhumatlarla dolu olan incil və tövrata 
iman gətirib, haqq-ədalət me᾽yarı olan Qur᾽andan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk 
etmək istəmirlər. 
Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur. 
2-ci irad: 
Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması 
əlaməti üç gün göstərilir. 
«[Allah]  dedi:  Sənin  nişanən  üç  günün  ərzində  adamlarla  yalnız  işarə  ilə  [əl,  baş  və  gözlə] 
danışmaq olacaqdır.» 
Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib. 
«[Allah]  dedi:  Əlamətin  budur  ki,  sən  sağlam  ikən  üç  gecə  adamlarla  danışa  bilməyəcəksən.» 
(Məryəm-10). 
Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul 
olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir. 
4-cü irad: 
Onlar  deyirlər:  Qur᾽anda  nəzərə  çarpan  ikinci  ziddiyyətli  məsələ  bundan  ibarətdir  ki,  bə᾽zən 
insanların  öhdəsinə  düşən vəzifə  yalnız  onların  özlərinə  aid  edilir  «Kim  istəyir  inansın,  kim  də 
istəyir  inanmasın  [kafir  olsun]»  (Kəhf-29),  bə᾽zən  də  bütün  işlərin  Allahın  ixtiyarında  olduğu 
bəyan edilir. 
«Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (insan)-30). 
Ümumilikdə götürsək, Qur᾽anın bə᾽zi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bə᾽zi 
ayələrdə də onların heç bir ixtiyara malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə 
həyata keçməsi bildirilir. 
Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək 
olmaz. 
Cavab: Qur᾽an insanların öhdəsinə düşən vəzifələri bə᾽zən onların özlərindən, bə᾽zən də Allahın 
istək  və  iradəsindən  asılı  olduğunu  bəyan  edir.  Əlbəttə,  onların  hər  biri  öz  yerində  tamamilə 
düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə