Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

59 
 
İnsanın  yeniliyə  və  dəyişikliyə  olan  meyli  təkcə  ədəbiyyatda  deyil,  yemək-içməkdə,  geyinib-
keçinməkdə və s. şeylərdə də özünü büruzə verir. 
Əgər  Qur᾽an  mö᾽cüzə  olmasaydı,  bəşəriyyətin  yenilikaxtarma  hissi  özünü  burada  da  büruzə 
verərdi. Mə᾽lum olduğu kimi, bu müqəddəs kitabın  nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə 
baxmayaraq,  dəfələrlə  oxunmuş,  əzbərlənmiş  amma  öz  təravət  və  şirinliyini  qoruyub  saxlaya 
bilmişdir. 
Əgər  Qur᾽an  da  oxucu  və  ya  dinləyicidə  yorğunluq  hissi  yaratsaydı,  müxaliflər  bunu  mübarizə 
üçün ən gözəl üsul hesab edərdilər. Qur᾽an nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o 
qədər  çox  qoruyub  saxlayır  və  oxunduqca  özünə  qarşı  rəğbət  hissinin  artmasına  səbəb  olur. 
Qur᾽anın  tilavəti  insanda  ruh  yüksəkliyi  yaradır  və  imanın  daha  da  möhkəmlənməsinə  böyük 
tə᾽sir  göstərir.  Belə  bir  xüsusiyyət  nəinki  Qur᾽anın  əzəmətinə  xələl  gətirmir,  hətta  onu  daha  da 
dəyərləndirir və ilahi mö᾽cüzə olduğunu bir daha sübuta yetirir. 
5.  Müxaliflərin,  «müsəlmanlar  əsrlər,  illər  boyu  Qur᾽anla  ünsiyyətdə  olmuş  və  bu  səbəbdən  də 
onunla  mübarizə  etməmişlər»  iddiasına  gəldikdə  isə,  bunu  biz  yalnız  müsəlmanlar  barəsində 
qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da Qur᾽anın tilavətindən mə᾽nəvi zövq 
aldıqlarını e᾽tiraf etmiş və mə᾽nasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və 
ruh yüksəkliyi duymuşlar. 
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ 
7-ci irad: 
Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Qur᾽anı vahid kitab halına salmaq istədikdə Ömərə 
və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Qur᾽an ayəsi olması təsdiq 
edilən  cümlələri  yazmağı  və  nəticədə  onları  kitab  halına  salmağı  əmr  etdi.  Qərara  alınmışdı  ki, 
onların toplayıb təsdiq  etdikləri  və vahid nüsxə halına  saldıqları  nümunə hamı tərəfindən qəbul 
edilsin.  Əgər  Qur᾽an  həqiqətən  mö᾽cüzə  olsaydı,  nə  onların  şəhadətinə  ehtiyac  olardı,  nə  də 
kimlərinsə onu vahid nüsxə halına salmasına. 
Cavab: 
Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik: 
1. Qur᾽anın  mö᾽cüzə  olması  onun  kəlmələrinin  ayrı-ayrılığında  deyil,  fəsahət  və  bəlağətindədir. 
Qur᾽anın  bir  yerə  yığılması  məsələsinə  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  orada  artıq  kəlmə  və 
hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər 
şəxsin  –  əgər  bunu  həqiqət  hesab  etmək  olarsa  –  şəhadət  verməsini  (yə᾽ni  toplanmış  nüsxələrə 
nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı. 
2. İnsanlar Qur᾽anın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar 
ona  oxşar,  hətta  bir  kəlmə  və  ya  bir  ayə  gətirməyə  belə  qadir  deyillər.  Qur᾽an  ayələrinə  oxşar 
ikinci  bir  ifadəni  bəyan  etmək  bəlkə  də  onlar  üçün  mümkün  olmuşdur,  lakin  müsəlmanlar  heç 


60 
 
vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qur᾽ana, o da öz müxaliflərini öz ayələrinə oxşar 
bir ayə  deyil,  bir  surə  gətirmələrini  tələb  edir.  Buna əsasən  deyə  bilərik  ki,  iki  nəfərin,  yığılmış 
nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır. 
3.  Səhabələrdən  ikisinin  məsciddə  bir  şahid  kimi  iştirak  etmələri  haqda  nəql  olunmuş  rəvayətə 
gəldikdə  isə,  onun  mö᾽təbərliyinə  bir  o  qədər  də  istinad  etmək  olmaz.  Çünki, rəvayət  mütəvatir 
hədislər silsiləsinə daxil deyildir. 
4.  Rəvayətin  məzmunu  bu  haqda  nəql  olunmuş  digər  rəvayətlərlə  ziddiyyət  təşkil  edir.  Belə  ki, 
Qur᾽an Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. 
Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı 
Qur᾽an hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı  yüzlərlə, bəlkə də minlərlə idi. 
Belə  olduğu  bir  halda  səhabələrdən  yalnız  ikisinin  Qur᾽an  nüsxələrinə  və  tilavətinə  etdikləri 
nəzarət bir o qədər də düzgün olmazdı. 
Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Qur᾽anı tilavət edir və onu 
zehnlərinə  həkk  edirdilər.  Qur᾽an  hafizlərinin  bol  olduğu  bir  şəraitdə  belə  bir  məs᾽uliyyətli  işin 
yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı. 
QUR᾽ANIN İFADƏ TƏRZİ İLƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ 
8-ci irad: 
Onlar deyirlər: 
Qur᾽anın bəyan tərzi ilə, mahir ədib və şe᾽r ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. 
Belə  ki,  surələrdə  bir  neçə  mövzuya  və  bir-biri  ilə  əlaqəsi  olmayan  mətləblərə  toxunulduğunun 
şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-
veriş  və  ya  digər  mövzulara  da  toxunulur.  Əgər  Qur᾽anda  hər  bir  mövzu  üçün  ayrıca  fəsil 
ayrılsaydı, daha yaxşı olardı. 
Cavab: 
Qur᾽an, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq 
üçün nazil olmuşdur. Qur᾽an fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq 
və fəsillər ayrılmamışdır. 
Şübhəsiz, Qur᾽anın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə 
tutulan  mövzunu  oxuculara  daha  tez  çatdırır.  Qur᾽an  surələrindən  hər  birini  mütaliə  etdikdə 
yaradılış,  mə᾽ad,  əxlaq  və  keçmiş  qövmlərin  tarixi  haqda  dəyərli  mə᾽lumatlar  əldə  etməklə 
yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin 
bir çox şər᾽i məsələləri ilə yaxından tanışlıq hasil olur. 
Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə 
də ümumi mə᾽na baxımından heç bir nizamsızlıq müşahidə etmirik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə