Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

66 
 
4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması. 
Lakin  «nəhr»  sözü  haqda  deyilən  bütün  mə᾽naları  ayəyə  şamil  edə  bilərik  və  onların  hər  birini 
nəzərdə  tutduqda,  Peyğəmbərin  (s)  ona  bəxş  olunan  ne᾽mətlərə  şükr  etməsi  kimi  qəbul  edə 
bilərik. 
Allah-taala bəxş etdiyi ne᾽mətlərə, Peyğəmbərə (s) şükr etməsini əmr etdikdən sonra növbəti 3-cü 
ayəni  nazil etdi:  «Səni  istehza edən  düşmənin  sonsuz  qalacaqdır  və  onun ad  və  şöhrətindən  heç 
bir əsər-əlamət belə qalmayacaqdır!» 
Peyğəmbərə  (s)  istehza  edən  kəslərin  aqibəti  Qur᾽anın  xəbər  verdiyi  kimi  də  oldu.  Onun  nəsli 
kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı. 
Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır. 
Kovsər surəsi haqda qısa mə᾽lumat verdik. 
İndi  özünüz  deyin,  hikmətlə  dolu  olan  ilahi  kəlamları,  üzdəniraq  yazıçının  bir-biri  ilə  əlaqəsi 
olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?! 
O, Musəyləmə Kəzzabın Qur᾽anla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata 
bilməmişdir. 
DÖRDÜNCÜ FƏSİL 
HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏLƏRİ 
1. Mö᾽cüzəni inkar edən ilk ayənin araşdırılması; 
2. Mö᾽cüzəni inkar edən ikinci ayənin araşdırılması; 
3. Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdırılması; 
4. Həzrət Məhəmmədin (s) Tövrat və İncildə peyğəmbərliyi haqda; 
5. Mətləblərin xülasəsi. 
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI 
İSLAM 
PEYĞƏMBƏRİNİN 
MÖ᾽CÜZƏSİNİN 
DİGƏR 
PEYĞƏMBƏRLƏRİN 
MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ 
Bu  haqda  mə᾽lumatı  olan  hər  bir  şəxs,  Peyğəmbərin  (s)  ən  böyük  mö᾽cüzəsi  olan  Qur᾽anın, 
keçmiş  peyğəmbərlərin  mö᾽cüzəsindən  daha  əhəmiyyətli  olduğunu  çox  gözəl  dərk  edir.  Ötən 
fəsillərdə  Qur᾽anın  bə᾽zi  mö᾽cüzəvi  xüsusiyyətlərinə  və  onun  digər  peyğəmbərlərin 
mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik. 


67 
 
Lakin  Peyğəmbərin  (s)  mö᾽cüzəsi  yalnız  Qur᾽anın  nazil  olması  ilə  bitmir.  Qur᾽ani-kərimdən 
başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Qur᾽an 
isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir. 
Qur᾽anın  digər  mö᾽cüzələrdən  üstünlüyünə  və  Peyğəmbərin  (s)  digər  mö᾽cüzələri  ilə  keçmiş 
peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə 
bilərik: 
1. Mütəvatir hədis və rəvayətlər; 
Müsəlmanlar  Peyğəmbərin  (s)  mö᾽cüzələrinə  dair  yüzlərlə  hədis  və  rəvayətlər  nəql  etmiş,  bu 
barədə  əqidə  ixtilaflarının  olmasına  baxmayaraq,  saysız-hesabsız  kitab  və  elmi  əsərlər  yazıb 
yaratmışlar. 
Peyğəmbərin  (s)  mö᾽cüzəsi  haqda  nəql  olunmuş  mütəvatir  hədislərin,  kitab  əhlinin  öz 
peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır: 
a) Zaman yaxınlığı; 
Peyğəmbərin  (s)  göstərdiyi  mö᾽cüzələr  haqda  nəql  olunmuş  hədis  və  rəvayətlər  zaman 
baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək 
bir o qədər də çətin deyildi. 
b) Hədislərin mütəvatirliyi və çoxluğu. 
Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı 
minlərlə  olduğu  üçün  təbii  ki,  bu  haqda  nəql  olunmuş  hədis  və  rəvayətlər  də  mütəvatir  və  çox 
olmalı  idi.  Həzrət  İsaya  (ə)  və  Musaya  (ə)  iman  gətirənlərin  sayı  az  olduqları  üçün  onların 
mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır. 
Demək  həzrət  İsa  və  Musanın  (ə)  mö᾽cüzələri  haqda  nəql  olunmuş  hədis  və  rəvayətlər  çox  və 
mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha 
çox mütəvatir olmalıdır. 
2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi. 
Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci 
dəlil  bundan  ibarətdir  ki,  o  Həzrət  keçmiş  peyğəmbərlərin  bir  çoxunun  göstərdiyi  mö᾽cüzələri 
həyata  keçirmiş  və  bununla  da  öz  həqqaniyyətini  sübuta  yetirmişdir. Məhz  belə  bir  xüsusiyyətə 
malik  olduğu  üçün  o,  özünü  digər  peyğəmbərlərdən  üstün  və  ən  başlıcası  isə  peyğəmbərlərin 
sonuncusu  olduğunu  bildirmişdir.  Onun  digər  peyğəmbərlərdən  üstün  olma  xüsusiyyəti  bütün 
peyğəmbərlərin  yiyələndiyi  mö᾽cüzələrə  malik  olmasını  tələb  edir.  Belə  ki,  əgər  bir  şəxs 
başqalarından  üstün  olarsa,  bə᾽zi  xüsusiyyət  baxımından  onlardan  naqis  olması  qeyri-
mümkündür.  Məsələn,  təbabət  elmində  hamıdan  bilikli  olduğunu  iddia  edən  hər  hansı  bir  şəxs, 
bə᾽zi  xəstəliklərin  müalicəsinin  öhdəsindən  asanlıqla  gəlməlidir.  Əks  halda  ziddiyyət  meydana 
gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi 


68 
 
bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, 
peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə 
inkar  etmiş  və  bu  məzmunda  nazil  olmuş  Qur᾽an  ayələrini  müxtəlif  mə᾽nalarda  yozmağa  cəhd 
göstərmişlər. 
YANLIŞ TƏSƏVVÜR 
Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, 
heç  bir  elm  və  məntiqə  əsaslanmayan  nadan  və  cahil  şəxslər  də  həzrət  Məhəmmədin  (s) 
mö᾽cüzələrinin  yalnız  Qur᾽andan  ibarət  olduğunu  və  onun  digər  başqa  mö᾽cüzələrə  sahib 
olmadığını  iddia  edirlər.  Hətta  bə᾽zi  sadəlövh  insanlar  əldə  etdikləri  yanlış  mə᾽lumatlara 
əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər. 
Onların  istinad  etdikləri  ayələrdən  bir  neçəsinə  işarə  edib,  məntiqi  dəlillərlə  belə  bir  təfəkkür 
tərzinin yanlış olduğunu sübuta yetirəcəyik. 
«Bizə  mö᾽cüzələr  göndərməyə  mane  olan  şey  ancaq,  əvvəlkilərin  [keçmiş  ümmətlərin]  onları 
yalan  hesab  etmələridir.  Biz  Səmud  tayfasına  açıq-aşkar  bir  mö᾽cüzə  olaraq  dişi  [maya]  dəvə 
verdik,  lakin  onlar  ona  zülm  etdilər  [dəvəni  tutub  kəsdilər].  Biz  mö᾽cüzələri  yalnız 
[bəndələrimizi] qorxutmaq üçün göndərdik.» 
Onlar  deyirlər:  Ayədən  belə  mə᾽lum  olur  ki,  Məhəmmədin  (s)  Qur᾽andan  savayı  başqa  bir 
mö᾽cüzəsi  olmamışdır.  Və  Allah-taala  ona  Qur᾽andan  başqa  ayrı  bir  mö᾽cüzə  vermədiyi  üçün, 
keçmiş  ümmətlər  öz  gözləri  ilə  gördükləri  mö᾽cüzələri  təkzib  edir  və  onun  qarşısında  təslim 
olmurdular. 
Cavab:  Ayədən  məqsəd,  heç  də  Peyğəmbərin  (s)  Qur᾽andan  başqa  digər  mö᾽cüzələrə  malik 
olmaması  deyildir.  Sadəcə  olaraq  o  həzrət  müşriklərin  yersiz  tələblərini  rədd  etmiş  və  onlara 
mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır. 
Başqa  sözlə  desək,  Peyğəmbər  (s)  müşriklərin  əyləncə  məqsədilə  görmək  istədikləri 
mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır. 
Demək  ayədən  məqsəd,  Peyğəmbərin  (s)  bütün  mö᾽cüzələri  deyil,  əyləncə  məqsədilə  görmək 
istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur. 
Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır: 
1.  Ayədə  əlamət  və  nişan  mə᾽nasını  verən  «ayə»  sözünün  cəm  formasından,  yə᾽ni  «ayat» 
sözündən  istifadə  olunmuş,  özü  də  müəyyənlik  formasında,  yə᾽ni  «əlif-lam»  ilə  işlənmişdir.  Bu 
səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik: 
a) «Əlif-lame cinsi»; 
Bu  halda  ayənin  mə᾽nası  aşağıdakı  kimi  olacaqdır.  Allah-taala  Həzrət  Məhəmmədin  (s) 
həqqaniyyətini  sübuta  yetirəcək  heç  bir  dəlil  və  mö᾽cüzə  göndərməmişdir.  Demək,  Allah 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə