Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

61 
 
Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı 
olmazdı.  Belə  ki,  hər  hansı  bir  mövzunu  mütaliə  edən  oxucu,  Qur᾽anın  digər  müqəddəs 
hədəflərindən  xəbərsiz  qalar  və  nəticədə  ən  başlıca  məqsədə,  yə᾽ni  kamala  çatmaqdan  məhrum 
olardı. 
Qur᾽ana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi 
yaraşıq verir. 
Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş 
insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir. 
Əgər  Qur᾽an  ayrı-ayrı  fəsillərə  bölünsəydi  başqa  bir  ciddi  çatışmamazlıqla  qarşılaşardı.  O  da 
Qur᾽anda  bir  neçə  dəfə  təkrar  olunan  keçmiş  peyğəmbərlərin  əhvalatı  və  tarixi  əhəmiyyət  kəsb 
edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Qur᾽an 
öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir mə᾽na kəsb etməzdi. 
QUR᾽ANLA MÜBARİZƏ 
9-cu irad: 
«Husnul  iycaz»  kitabının  müəllifi  deyir:  Qur᾽anda  istifadə  olunan  oxşar  ifadələrin  yerini 
dəyişdirməklə,  Qur᾽an  kimi  ikinci  bir  kitab  yazmaq  heç  də  çətin  deyildir.  O,  öz  iddiasını  isbat 
etmək  üçün  Qur᾽anın  müxtəlif  yerlərindən  cümlələr  toplamış  və  bununla  da  fəsahət  və  bəlağət 
elmlərinə dair olan mə᾽lumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir. 
Cavab: 
Bir  qədər  sonra  müəllifin  Qur᾽anla  mübarizə  tədbirində  istifadə  etdiyi  ifadələrə  və  onun  zəif 
nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhətul e᾽caz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq. 
FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ 
Bu  xəyalpərəst  insan  elə  güman  edir  ki,  ağlına  gəldiyi  bu  qısa  ifadələr  Fatihə  surəsindən  qısa 
olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur: 
«Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] 
mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!» 
Dərin  mə᾽nalı  Qur᾽an  ayələrini,  heç  bir  mə᾽na  kəsb  etməyən  qısa  ifadələrdən  ayıra  bilməyən 
yazıçıya təəccüb edirik?! 
Yaxşı  olardı  ki,  yazıçı  hər  şeydən  əvvəl  öz  yazılarını  ərəb  ədəbiyyatı  ilə  tanışlığı  olan  məsihi 
alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi. 
O, bilməli idi  ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr mə᾽na və 
heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır. 


62 
 
Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə 
istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər 
mübarizə  bu  qədər  asan  olsaydı,  Peyğəmbərlə  (s)  mübarizə  aparan  Məkkə  müşrikləri  belə  bir 
əlverişli  üsuldan  istifadə  edər  və  asanlıqla  öz  məqsədlərinə  nail  olardılar.  Lakin  onlar  ədəbi 
mübarizə  üsulunun  nə  olduğunu  çox  gözəl  dərk  edir  və  bu  səbəbdən  də  Qur᾽anla  mübarizə 
aparmağa cəsarət etmirdilər. 
Onlardan  bə᾽ziləri  həqiqəti  yə᾽ni,  Qur᾽anın  ilahi  mö᾽cüzə  olduğunu  dərk  edib  iman  gətirdi. 
Qəlbləri  daşdan  da  möhkəm  olan  inadkar  və  cahil  kəslər  isə  Qur᾽anı  sehr  və  cadu  adlandıraraq 
dedilər: 
«Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24). 
Görəsən  özünü  bu  dərəcədə  rüsvay  edən  yazıçının  bəlağət  elmindən  heç  bir  mə᾽lumatı 
olmamışdırmı? 
1. Axı necə demək olar ki, «Şükr olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükr Allaha» kəlməsi 
ilə  mə᾽na  və  məfhum  baxımından  eynidir.  Bir  halda  ki,  «Allah»  kəlməsi  Allah-taalanın  bütün 
sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir. 
Demək,  «Əlhəmdulillah  –  həmd  olsun  Allaha»  kəlməsindəki  şükürdən  məqsəd,  Allah  adının 
bütün sifətlərə şamil olması, «Şükr Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən 
məqsəd  isə,  yalnız  Allahın  Rəhman  sifətinə  edilən  şükürdür  və  göründüyü  kimi,  burada  artıq 
Allahın digər sifətləri nəzərdə tutulmur. 
2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq mö᾽minlərə mərhəmətli 
olana» ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan 
edir. Bu qısa ifadə isə hər iki ayənin mə᾽na və məfhumunu bütünlüklə aradan aparır. Çünki, hər 
iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna 
dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir. 
Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mə᾽nasız bir ifadədən əldə etmək olarmı? 
Bir halda ki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mə᾽nalarını verir. Malik və başçı mə᾽nasını 
verən  «Rəbb»  kəlməsini  məsdər  halında  işlənilən  «  Əkvan»  kəlməsinə  birləşdirmək  isə 
qrammatik  qanunlarla  əsla  uyğun  gəlmir.  Cümlə  quruluşuna  gəldikdə  isə,  «xaliq»  ifadəsindən 
istifadə  edərək  «xaliqul  əkvan»  –  yə᾽ni  «varlıqların  xaliqi»  deyə  bilərik.  «Əkvan»  kəlməsinə 
gəldikdə isə, onu nə aləmlər mə᾽nasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan 
daimi rəhmətinə. 
3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-
dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir mə᾽na 
əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki, ayə Allahın qiyamət 
gününün  sahibliyinə,  müəllifin  uydurduğu  ifadə  isə  Allahın  [mö᾽minlərə]  mükafat  verəcəyinə 
dəlildir.  Göründüyü  kimi  burada  qiyamət  gününə  və  orada  insanların  gördükləri  işlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə