Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

57 
 
İmam  Sadiqdən  (ə)  nəql  olunmuş  başqa  bir  rəvayətdə  deyilir:  «Bu  nə  cəbrdir  nə  də  təfviz, 
(ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir.» (Həmin mənbə). 
Yuxarıda  qeyd  olunan  mətləblərdən  belə  bir  nəticəyə  gəlirik  ki,  Qur᾽an ayələri zahirdə  cəbr  və 
ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni mə᾽na və eyni məqsəd daşıyırlar. 
Bu  ayələr  (cəbr  və  ixtiyara  dəlalət  edən  ayələr)  bir-birini  tamamlayır  və  təfsir  edir.  Belə  ki, 
ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm 
də  Allahın  istək  və  iradəsindən  asılı  olur.  Bu  növ  əqidə  tərzi  Əhli-beytdən  (ə)  nəql  olunmuş 
hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynə əmreyn» yoludur. 
QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT 
5-ci irad: 
Onlar  deyirlər:  Əgər  insanların  Qur᾽an  kimi  ikinci  bir  kitab  tə᾽lif  edə  bilmədiklərini  mö᾽cüzə 
hesab  edəriksə,  onda  Eqleydsinin  və  Maçestinin  kitablarını  da  mö᾽cüzə  adlandırmalıyıq.  Yə᾽ni, 
təkcə müəyyən bir kitabın oxşarının  yazılmaması mö᾽cüzə  hesab edilərsə, onda dünyada  nə çox 
kitablar vardır ki, onların da bənzəri yoxdur. 
Cavab: 
Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu 
kitabların bənzərinin  hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər 
saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki, son dövrün 
alimləri  bu  kitablardan  dəfələrlə  elmi  və  mükəmməl  kitablar  yazıb-yaratmışlar.  Buraya  əlavə 
mətləblər  daxil edilmiş  və nəzərə çarpan  fəsillərdə  müəyyən  dəyişikliklər  aparılmışdır. Bunu  da 
qeyd edək ki, bir qədər əvvəl mö᾽cüzə haqda söhbət açdıqda mö᾽cüzənin şərtlərindən bir neçəsinə 
işarə  etdik.  Onlardan  biri  bu  idi  ki,  mö᾽cüzə  peyğəmbərlik  iddiası  edən  şəxsin  doğruluğunu 
sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və mö᾽cüzənin digər şərtlərindən biri də 
onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə 
etmirik. 
QUR᾽ANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ 
6-cı irad: 
Onlar deyirlər: Ərəblərin Qur᾽an kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə 
aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur. 
İstər  Peyğəmbərin  (s),  istərsə  də  xəlifələrin  dövründə  iqtidarı  ələ  keçirmiş  müsəlmanlar  böyük 
qüdrət  və  nüfuz  əldə  etdikləri  üçün,  bütpərəst  ərəblər  Qur᾽an  kimi  ikinci  bir  kitab  yazmağa 
cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Qur᾽anla mübarizə müsəlmanlar tərəfindən necə 
qarşılana bilər. 


58 
 
Əməvi  sülaləsi  xilafəti  ələ  keçirdikdən  sonra  isə  mərkəzi  hakimiyyətin  islama və  Qur᾽ana  olan 
marağı getdikcə zəifləyib məhvə doğru  yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Qur᾽an və islam 
dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi. 
Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Qur᾽anın şirin mə᾽na və ifadələrindən ilham alır və 
qəlbən  ona  bağlanırdılar.  İllər  ötdü  və  Qur᾽an  qəlblərdə  dərin  iz  qoydu  və  insanlarla  Qur᾽an 
arasında qırılmaz ünsiyyət yarandı. 
Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik. 
1.  Peyğəbmər  (s)  öz  müxaliflərini  Qur᾽anla  mübarizəyə  də᾽vət  etdiyi  zaman  hələ  Məkkədə 
yaşayır və islamı gizlincə təbliğ edirdi. Mə᾽lum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, 
öz  şe᾽r  və  ədəbiyyatı  ilə  fəxr  edən  Məkkə  müşrikləri  idi.  Amma  buna  baxmayaraq,  fəsahət  və 
bəlağət elmlərinə yiyələnmiş ərəblər Qur᾽anın qarşısında aciz olduqlarını e᾽tiraf edir və həqiqəti 
dərk etdikdə onun qarşısında diz çökürdülər. 
2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Qur᾽an və 
islamla  apardıqları  mübarizəyə  maneçilik  törədə  bilməzdi.  Belə  ki,  islamdan  əvvəl  və  sonra 
Səudiyyə  Ərəbistanında  kitab  əhli  azad  və  toxunulmazlıq  şəraitində  yaşamış  və  müsəlmanlar 
tərəfindən  heç  bir  zorakılığa  mə᾽ruz  qalmamışlar.  Məkkə  bütpərəstləri  də  kitab  əhlinin  malik 
olduqları  toxunulmamazlıq  hüququna  yiyələndikləri  üçün,  kimsədən  çəkinmədən  e᾽tiraz  edə 
bilərdilər.  İctimai  ədalət  müsəlmanların  xəlifələri  tərəfindən  qorunub  saxlanılır  və  qanun 
pozğuntuluğuna  yol  verilmirdi.  Əlinin  (ə)  xilafəti  dövründə  ictimai  ədalətə  daha  çox  diqqət 
yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı. 
Bəli,  belə  bir  azad  şəraitdə  Qur᾽ana  bənzər  ikinci  bir  kitab  yaza  bilməsələr  də,  hamıya  söz 
azadlığı verilir, din və Qur᾽ana qarşı öz e᾽tirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı. 
3.  Fərz  edək  ki,  elə  doğrudan  da  Məkkə  müşriklərində  bu  işdə  onlara  maneçilik  törədə  biləcək 
qorxu hissi olmuşdur. Bəs görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün 
onlar  gizlində  də  olsa,  Qur᾽ana  qarşı  mübarizə  apararaq  istəklərinə  nail  ola  bilməmişlər?  Onlar 
Tövrat  və  İncilə  istənilən  qədər  xurafi  dastanlar  əlavə  etsələr  də,  Qur᾽an  ayələrində  kiçik  bir 
ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər. 
4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın 
nəzərində adiləşir və bir çox hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur. 
Yazılmış  şe᾽r  və  ədəbi  əsərlər  isə  nə  qədər  fəsahətli  və  bəlağətli  olsalar  da,  bir  neçə  dəfə 
oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır. 
Məsələn, insan  yeni  yazılmış  qəsidəni  oxuyur  və  bundan  mə᾽nəvi  zövq  alır,  lakin  bir  neçə  dəfə 
təkrarlandıqdan  sonra  həmin  əsər  öz  təravətini  itirir  və  adiləşir.  Əlinə  yeni  qəsidə  düşdükdə  isə 
onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və 
öz əhəmiyyətini itirməyə başlayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə