Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

75 
 
üçün gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək 
qeyri-mümkün olmalıdır. 
4. Allahdan məktub gətirmək. 
Bu da qeyri-mümkün olan bir işdir. Çünki, onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-
xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın 
heç bir zərurəti olmazdı. 
Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm 
götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır. 
Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir. 
Həyata  keçməsi  mümkün  olan,  lakin  əqli  baxımdan əsassız  sayılan  tələblər isə bunlardan  ibarət 
idi: 
1. Çeşmənin qaynaması və yerdən su çıxması; 
2. Meyvəli və çeşməli bağlara malik olmaq; 
3. Qızıl evə malik olmaq. 
Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta 
yetirəcək amil hesab etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə 
də, biz onlardan heç birini peyğəmbər hesab etmərik. Başqa sözlə desək, bu iki şeyin arasında heç 
bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək amil deyildir. O 
ki  qaldı  dünyəvi  sərvət  və  əyləncəyə,  bütün  bunlar  fani  və  müvəqqətidir.  Peyğəmbərlərin 
yiyələndikləri  ne᾽mət  isə  ilahi  hikmət  və  elmdir.  Onların  gördükləri  bütün  işlər  və  söylədikləri 
bütün sözlər dərin hikmətə əsaslanır. 
Bə᾽ziləri  belə  təsəvvür  edə  bilərlər  ki,  var-dövlət  adi  yol  ilə  əldə  edildiyi  üçün  bunu, 
peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz, 
bunu [ilahi] mö᾽cüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi 
qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-
adi  yolla  var-dövlət  sahibi  olması  onun  həqqaniyyətinə  dəlalət  edən  dəlil  kimi  hesab  edilsə  də, 
müşriklərin  istəkləri  təkcə  bu  deyildi.  Onlar  belə  güman  edirdilər  ki,  peyğəmbər  adi  yolla  var-
dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir. 
Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur: 
«Onlar  dedilər:  Məgər  bu  Qur᾽an  iki  şəhərdən  [Məkkə  və  Taifdən]  olan  böyük  bir  adama  [ya 
Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məs᾽uda] nazil edilməli deyildimi?» 
Belə  bir  yanlış  təsəvvür  və  əqidəyə  əsaslanan  Məkkə  müşrikləri  Peyğəmbərdən  (s)  var-dövlət 
sahibi olmasını tələb edirdilər. 


76 
 
Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə 
malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s), başqa bir mö᾽cüzə istəmirdilər. Əgər 
onlar,  Peyğəmbərin  (s)  bütün  bunlara  qeyri-adi  yolla  malik  olmasını  və  bunu  onun 
peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istədikləri təqdirdə, belə bir 
uzun  və  zəncirvari  şərtlər  heç  bir  məna-məfhum  kəsb  etməzdi.  Çünki,  peyğəmbərliyinin 
həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın mö᾽cüzə olaraq 
gətirilməsi  kifayət  edərdi  və  belə  bir  qeyri-adi  işi  onun  peyğəmbərliyinin  həqqaniyyətini  sübuta 
yetirəcək  amil  kimi  qəbul  etmək  olardı.  Və  belə  olduqda,  meyvəli  bağların  və  qızıl  evin 
yaradılmasına heç bir ehtiyac duyulmazdı. 
O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu 
idi  ki,  Peyğəmbər  (s)  yerdən  çeşmələr  qaynatmaq  və  s.  vasitələrdən  istifadə  etməklə  öz 
imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun. 
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI 
«Müşriklər:  «Barı  peyğəmbər  [bizə  dediklərinin  doğru  olduğunu  bilməyimiz  üçün]  Rəbbi 
tərəfindən  bir  mö᾽cüzə  nazil  edəydi!»  –  deyirlər.  Onlara  belə  cavab  ver:  «Qeyb  [aləmi]  ancaq 
Allaha  məxsusdur.  Elə  isə  [Allahın  əzabını]  gözləyin.»  Doğrusu  mən  də  sizinlə  birlikdə 
gözləyirəm!» (Yunus-20). 
Onlar deyirlər: Ayənin məzmunundan belə mə᾽lum olur ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzə 
gətirməsini  istədikdə  o,  mö᾽cüzənin  onun  ixtiyarında  deyil,  Allahın  istək  və  iradəsindən  asılı 
olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç 
bir  mö᾽cüzəsi  olmamışdır.  Bu  məzmunda  ayələrə  Qur᾽anın  digər  surələrində  də  rast  gəlirik. 
Məsələn Rə᾽d surəsinin 1-ci və Ən᾽am surəsinin 37-ci ayəsində deyilir. 
«Kafir olanlar: «Məgər ona Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?» – deyirlər. Sən ancaq 
[insanları  Allahın  əzabı  ilə]  qorxudansan,  hər  tayfanın  [doğru  yol  göstərən]  bir  rəhbəri 
[peyğəmbəri] vardır.» (Rə᾽d-7). 
«[Məkkə  müşrikləri]  dedilər:  “Məgər  ona  [Peyğəmbərə  Rəbbindən  bir  mö᾽cüzə  endirilməli 
deyildimi?”  De  ki:  Allah  mö᾽cüzə  endirməyə  qadirdir.  Lakin  onların  əksəriyyəti  [belə  bir 
mö᾽cüzə  göndərildikdə,  onu  inkar  edəcəkləri  təqdirdə  başlarına  gələcək  müsibət  və  fəlakəti] 
bilməz!» ( Ən᾽am-37). 
Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik. 
Birinci cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan mö᾽cüzələr Peyğəmbərin 
(s)  bütün  mö᾽cüzələri  deyil,  müşriklərin  inadkarlıqla  Peyğəmbərdən  (s)  tələb  etdikləri 
mö᾽cüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb etdikləri mö᾽cüzələri peyğəmbərlərə 
iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail 
olmaq üçün idi. 


77 
 
Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir 
məntiqə əsaslanmırdı. 
Qur᾽ani-kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş 
ayələrdən bir neçəsinə işarə edirik. 
«Onlar  dedilər:  Məgər  ona  [həzrət  Məhəmmədə  peyğəmbərliyinin  həqiqi  olmasını  təsdiq  edən] 
bir mələk endirilməli deyildimi?» (Ən᾽am-8). 
«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən. Əgər 
sən  doğru  danışanlardansansa  [peyğəmbər  oldğun  barədəki  iddian  düzgündürsə]  mələkləri  bizə 
gətirsənə!”» (Hicr 6-7). 
«Müşriklər dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona 
özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq 
edən bir mələk göndərilməli deyildimi? 
Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və 
ya  onun  [meyvəsindən]  yeyib  dolanmaq  üçün  bir  bağı  olmalı  deyildimi?”  Zalimlər  [müşriklər 
mö᾽minlərə]  dedilər:  “Siz  ancaq  ovsunlaşmış  [buna  görə  də  ağlını  itirmiş]  bir  adama  tabe 
olursunuz!”» (Furqan 7-8). 
Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən 
(s) tələb etdikləri mö᾽cüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli 
dəlillərə  əsaslanmamışdır.  O  ki  qaldı  Peyğəmbərə  (s),  o  da  müşriklərin  ardı-arası  kəsilməyən 
tələblərinin  qarşısında  təslim  olmamalı  və  onlara  müsbət  cavab  verməməli  idi.  Çünki,  qeyd 
etdiyimiz  kimi  müşriklər  bu  tələbləri  peyğəmbərə  iman  gətirmək  məqsədilə  deyil,  əyləncə  və 
inadkarlıq  üzündən  tələb  edirdilər.  Bu  səbəbdən  də  əgər  onlar,  mö᾽cüzələrdən  hər  birini 
Peyğəmbərin  (s)  həqqaniyyətinə  dəlalət  edəcək  amil  kimi  qəbul  etsəydilər,  onlara  mənfi  cavab 
verməzdi.  Belə  olduqda,  heç  olmasa  Qur᾽anı  bir  mö᾽cüzə  olaraq  onların  qarşısına  qoyar  və 
mübarizə meydanına də᾽vət edərdi. 
Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik. 
1.  Peyğəmbər  (s)  ixtiyarında  olan  mö᾽cüzələrdən  yalnız  biri  ilə,  yə᾽ni  Qur᾽anla  müşriklərin 
mübarizə  meydanına  varid  oldu.  Başqa  cür  ola  da  bilməzdi.  Çünki,  əbədi  peyğəmbərlik  əbədi 
mö᾽cüzəyə əsaslanmalıdı və belə bir əbədi mö᾽cüzəvi xüsusiyyətə yalnız Qur᾽an malikdir. Digər 
mö᾽cüzələr isə müvəqqəti və məhduddur. Yə᾽ni bütün insanlara deyil, bə᾽zi zaman və ərazilərdə 
yaşamış millətlərə şamildir. 
2.  Mö᾽cüzə  göstərmək  peyğəmbərin  ixtiyarında  deyildir.  O,  Allah  tərəfindən  peyğəmbərliyə 
tə᾽yin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür. 
Bu xüsusiyyət təkcə həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, 
Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də mö᾽cüzə göstərmişlər. Qur᾽ani-
kərimdə bu haqda deyilir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə