Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

98 
 
5.  Süyuti  deyir:  «Qiraət  barəsində  söylənilən  ən  gözəl  sözlərə  Əbülxeyr  ibni  Cəzrinin  kitabının 
əvvəlində söylədiyi ifadələrdə rast gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır. 
1. Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı; 
2. Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı; 
3. Sənəd baxımından doğru və mö᾽təbər olmalıdır. 
Sonra əlavə edərək deyir:  İbni Cəzri olduqca mühüm bir mətləbə toxunmuş və məntiqi dəlillərə 
əsaslanmışdır.» (Əl-itqan. 1-ci cild, 129-cu səh). 
6. Əbu Şammə özünün «Əl-bismilə» adlı kitabında qarilər arasında yaranmış ixtilaflı məsələlərə 
toxunaraq  deyir:  «Biz  onları  bütünlüklə  mütəvatir  hesab  etmirik.  Onlardan  bə᾽ziləri  mütəvatir, 
bə᾽ziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox gözəl dərk edir.» 
7. Alimlərdən bə᾽ziləri deyirlər: «Üsul alimlərindən kimsə hələ də qiraətlərin mütəvatirliyi haqda 
bir söz deməmişdir. Bə᾽zilərinin fikrincə isə, yeddi mö᾽təbər qarinin hər birinin nəql etdiyi qiraət 
özləri  kimi tamamilə düzgün və mö᾽təbərdir. Lakin, onların Peyğəmbər (s) tərəfindən mütəvatir 
olması  sual altındadır. Çünki, mö᾽təbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin 
Peyğəmbərə (s)  mütəvatir olaraq deyil, vahid  xəbər formasında çatmasını e᾽tiraf edir.» (Tibyan 
105-ci səh). 
8.  Son  dövrün  mütəxəssisləri  deyirlər:  «Üsul  alimlərindən  bir  qismi  yeddi  qiraət  üsulunun 
hamısının mütəvatir olduğunu iddia etmişlər. Bə᾽ziləri isə belə bir iddianı on qari barəsində irəli 
sürmüşlər.  Lakin,  onların  bu  əsassız  iddiaları  sübuta  yetirəcək  heç  bir  məntiqi  dəlilləri  yoxdur. 
Belə ki, qarilərin özləri yeddi qiraət üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-
mütəvatir  olmasını  dəfələrlə  e᾽tiraf  etmişlər. Belə  bir halda, artıq  digər  on  qari  barəsində  nə  isə 
demək  tamamilə  yersiz  olardı.  Bəli,  bütün  qiraət  üsullarının  mütəvatir  olması  üsul  alimlərinin 
şəxsi  nəzəridir.  Lakin,  hər  bir  elm  və  fənnin  mütəxəssisləri  yiyələndikləri  sahənin  sirlərinə 
hamıdan daha çox agahdırlar.» (Tibyan 106-cı səh). 
9.  Məkki,  qiraətlər  barəsində  deyir:  «Bir  çoxları  Asim  və  Nafe᾽nin  qiraətini  mö᾽təbər  hesab 
etmişlər.  Çünki  onların  qiraətləri  daha  düzgün  və  ərəb  dilinin  fəsahət  və  bəlağətinə  daha 
yaxındır.» (Tibyan 90-cı səh). 
10.  Qiraətlərin  mütəvatir  olmasına  əsaslanan  şəxslərdən  biri  də,  məşhur  qiraət  ustadı  şeyx 
Məhəmməd  Səid  Üryandır.  O,  öz  yaddaşlarının  birində  yazır:  «Qiraətlərin  hər  birinin  müəyyən 
irad  və  nöqsanları  vardır.  Biz  bu  kimi  nöqsanları  hətta  mö᾽təbər  hesab  olunan  yeddi  qiraət 
üsullarında da müşahidə edirik.» 
Sonra  əlavə  edərək  deyir:  Lakin,  bu  qiraətlərin  e᾽tibar  baxımından  daha  düzgünü  Asim  və 
Nafe᾽nin qiraətləridir. Fəsahət elmi baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti 
digər qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.» 
NƏTİCƏ 


99 
 
Qiraətlərin  mütəvatir  olmadıqlarına  dair  irəli  sürülən  nəzəriyyələri  və  qarilərin  özlərinin  bu 
həqiqəti e᾽tiraf etmələrini ixtisarla da olsa, nəzərdən keçirdik. 
Əziz  oxucular,  indi  özünüz  nəticə  çıxarın.  Qarilər  özləri  bu  qiraətlərin  mütəvatir  olmadığını 
e᾽tiraf  etdikləri  bir  halda, heç  bir  sübut  və  dəlilə əsaslanmadan  təəssüb  hissi  ilə  belə  bir  əsassız 
iddianı bir daha irəli sürmək olarmı?! 
Lakin,  daha  təəccüblüsü  budur  ki,  Qazi  Əbu  Səid  Müfti  Əndəlosi,  qiraətləri  mütəvatir  hesab 
etmədiyi üçün Kəsaini kəskin şəkildə tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir 
etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir olduğuna əsaslanmışlar. Məgər 
bunu əldə əsas tutaraq müsəlman bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir 
olmaqda ittiham etmək olarmı?! 
Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin zəruri məsələlərindəndir. Məgər 
belə bir zərurət qarinin özünə sabit olmayınca, onu küfrdə ittiham etmək olarmı?! 
İlahi!  Sən  özün  daha  yaxşı  bilirsən  ki,  belə  bir  iddianı  irəli  sürmək,  Sənin  qanunlarına  qarşı 
çıxmaqdan və müsəlmanlar arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir. 
QİRAƏTLƏRİN  MÜTƏVATİRLİYİ  HAQDA  İRƏLİ  SÜRÜLMÜŞ  NƏZƏRİYYƏNİN 
ARAŞDIRILMASI 
Qiraətlərin  mütəvatir  olduğunu  iddia  edən  şəxslər  irəli  sürdükləri  nəzəriyyəni  sübuta  yetirmək 
üçün bir neçə dəlilə istinad edib deyirlər: 
1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən 
hamılıqla qəbul edilən bir məsələdir. 
Müəllif: Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki qaldı 
onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş 
şəxslər  bu  barədə  öz  ziddiyyətli  nəzəriyyələrini  irəli  sürməmiş  olsunlar.  Bir  haldakı  yeddi  qari 
üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki, hər 
bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar. 
2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş 
müsəlmanların  Qur᾽ana  hər  şeydən  daha  çox  əhəmiyyət  vermələri,  bütün  qiraətlərin  mütəvatir 
olmasına səbəb olmalı idi. 
Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir. 
Müəllif:  Müsəlmanların  Qur᾽ana  əhəmiyyət  vermələri  onun  qiraətinin  deyil,  özünün  mütəvatir 
olduğunu sübuta  yetir. Bunu  da qeyd edək ki, Qur᾽an qiraətinin düzgünlüyü bə᾽zi  qarilər üçün, 
hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur. 
Əgər  bu  doğrudan  da  həqiqətdirsə,  onda  bu  məsələ  yeddi  və  ya  on  mö᾽təbər  qiraət  üsullarında 
deyil,  Qur᾽anın  bütün  qiraət  üsullarında  müşahidə  olunmalıydı.  O  ki  qaldı  istifadə  olunan  bə᾽zi 
terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə