Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

93 
 
Yeddi  məşhur  qari  və  onların  raviləri  haqda  ətraflı  mə᾽lumat  əldə  etdik.  Onlardan  əlavə,  Xələf 
ibni Hişam, Yə᾽qub ibni İshaq və Yəzid ibni Qə᾽qadan ibarət olan başqa bir üçlük də vardır. İndi 
isə onlar barəsində: 
XƏLƏF İBNİ HİŞAM 
Həmzənin  şərh-halını  verərkən  Xələf  barəsində  də  kifayət  qədər  mə᾽lumat  əldə  etdik.  Xələfin 
qiraətini nəql edənlər də iki nəfər olmuşdur. 
1.  İshaq:  İbni  Cəzri  onun  barəsində  deyir:  «Adı  İshaq,  atasının  adı  İbrahim  ibni  Osman  ibni 
Abdullah,  künyəsi  isə  Əbu  Yə᾽qub  olmuşdur.  Əsli  Mərv  vilayətindən  olsa  da,  Bağdadda 
yaşamışdır.  Xələfin  hədislərini  köçürür  və  onları  nəql  edirdi.  İshaqın  düzlüyü  və  mö᾽təbərliyi 
hamıya  bəlli  idi.  Doğum  tarixi  dəqiq  mə᾽lum  deyildir,  vəfatı  isə  Hicrətin  286-cı  ilinə  təsadüf 
edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 155.) 
Müəllif: Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də kimliyi mə᾽lum deyildir. 
2. İdris: İbni Cəzri onun barəsində deyir: «Adı İdris, atasının adı Əbdülkərim Həddad, künyəsi isə 
Əbül  Həsəndir;  Bağdadda  sakin  olmuşdur.  Güclü  hafizəyə  malik  olduğu  üçün  şəriət  elminin 
dərinliklərinə  yiyələnə  bilmişdir.  Nəql  etdiyi  hər  bir  şey  hamı  tərəfindən  rəğbətlə  qarşılanardı. 
Qiraəti ona Xələf tədris etmişdir. 
Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: «İdris inanılmış və e᾽tibarlı bir şəxsdir. 
Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir.» (Təbəqatul-
qurra, 1-ci cild, səh. 154.) 
Müəllif: Digər ravilər kimi İdrisin də qiraətini nəql edən şəxslərin kimliyi namə᾽lumdur. 
YƏ᾽QUB İBNİ İSHAQ 
Adı Yə᾽qub, atasının adı isə İshaq olmuşdur. Bəsrənin Bəni-həzrəm qəbiləsi tərəfindən köləlikdən 
azad olunmuş və Əbu Məhəmməd künyəsi ilə tanınmışdır. 
Əbu Cəzri onun barəsində deyir: «Yə᾽qub on məşhur qarilərdən biri hesab olunurdu. Öz dediyinə 
görə, qiraəti ilk dəfə Səlam adlı şəxsin  yanında öyrənmiş və beş gün müddətində Şəhab Şərnəfə 
Məcaşeyinin  qarşısında  tilavət  etmişdir.  Şəhab  özü  isə  doqquz  gün  müddətində  öz  qiraətini 
Muslimət ibni Məharib, Müslim isə Əbul Əsvəd Duəliyə və nəhayət Əbul Əsvəd Duəli də qiraəti 
ilk dəfə Əlidən (ə) öyrənmişdir. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə 88 yaşında ikən 
Hicrətin 205-ci ilinə təsadüf edilir. 
Əhməd,  Əbu Hatəm  və  İbni Həyyan  onun  doğruluğuna  və  mö᾽təbərliyinə  istinad  etmişlər.  İbni 
Sə᾽d isə onun rical alimləri tərəfindən bir o qədər də rəğbətlə qarşılanmadığını söyləmişdir. 
Yə᾽qubun qiraətini Ruvəys və Ruh adlı şəxslər nəql etmişlər. 


94 
 
1.  Ruvəys:  Adı  Məhəmməd,  atası  isə  Bəsrə  sakini  və  Lu᾽luyi  ləqəbi  ilə  məşhur  olan  bir  şəxs 
olmuşdur. 
İbni Cəzri deyir: «Ruvəys güclü hafizəyə malik idi. Qur᾽an elmlərində özünəməxsus iste᾽dad və 
məharətə  yiyələndiyi  üçün  qiraəti  tədris  edirdi.  Özü  isə  bu  sahədə  Yə᾽qub  Həzrəminin  şagirdi 
olmuş və elə ona da təqdim etmişdir.» 
Dani  deyir:  «Ruvəys,  Yə᾽qubun  ən  fə᾽al  və  iste᾽dadlı  şagirdlərindən  biri  idi.  Məhəmməd  ibni 
Harun Təmmar və Əbu Abdulla Zubeyr ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab 
olunurlar.» 
Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 338-ci ilinə təsadüf olunur.” (Təbəqatul-
qurra, 2-ci cild, səh.233.) 
2.  Ruh:  Əbdül  Həsən  künyəsi  ilə  məşhur  olmuşdur.  Atası  Əbdülmu᾽min  Bəni-hüzəl  qəbiləsi 
tərəfindən köləlikdən azad olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur. 
İbni Cəzr onun barəsində deyir: «O, Bəsrənin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu. 
Alimliklə  yanaşı  hərbi  işlərlə  də  məşğul  olurdu.  Qiraəti  Yə᾽qubdan  öyrənmiş  və  onun  ən 
iste᾽dadlı  şagirdlərindən  biri  kimi  tanınmışdı.  Doğum  tarixi  dəqiq  mə᾽lum  deyildir.  Vəfatı  isə 
Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur.» (Təbəqatul-qurra, 1-ci cild, səh.285.) 
Digər ravilər kimi onun da raviləri hələ də namə᾽lum qalmışdır. 
YƏZİD İBNİ QƏ᾽QA 
İbni  Cəzri  deyir:  «Yəzid  ibni  Qə᾽qa  bir  rəhbər  kimi  tanınmışdı.  Mədinənin  Bəni-məxzum 
qəbiləsinə mənsub olmuş və Əbu Cə᾽fər künyəsi ilə şöhrət tapmışdı. 
O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla ibni Əyyaş ibni Əbi Rəbiədən, 
Abdullah ibni Abbasdan və Əbu Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.» 
Yəhya ibni Muin deyir: «İbni Qə᾽qa Qur᾽an elmlərinə mükəmməl yiyələndiyi üçün Mədinəyə baş 
qari  tə᾽yin  olunmuşdu.  Bu  səbəbdən  də  hamı  onu  Qari  adlandırırdı.  O  bir  alim  kimi  hamı 
tərəfindən sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az rəvayət nəql edərdi.» 
İbni  Əbi  Hatəm  deyir:  «Atamdan  İbni  Qə᾽qanın  necə  şəxsiyyət  olduğunu  soruşduqda,  onun 
mö᾽təbər şəxs olduğunu e᾽tiraf etdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 130-
cu ilinə təsadüf olunur.» 
Yəzid ibni Qə᾽qanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər olmuşdur. 
1. İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan İsa ibni Vərdan. 
İbni  Cəzri  deyir:  «İsa  qiraət  və  hədis  elmlərinə  mükəmməl  yiyələnmiş,  nəql  etdiyi  hədislər  isə 
hamı tərəfindən rəğbətlə qarşılanmış mö᾽təbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş və 


95 
 
Qur᾽an  elmlərində  bir  çox  təhqiqat  işləri  aparmışdır.  Qiraəti  ilk  dəfə  Əbu  Cə᾽fər  Şeybdən  və 
sonralar Nafe᾽dən öyrənmişdir.» 
Dani deyir: «İsa, Nafe᾽nin ilk şagirdlərindən biri olmuşdur. Bə᾽zən hədislərin nəql olunmasında 
və  mənbələrin  araşdırılmasında  Nafe᾽yə  dəyərli  məsləhətlər  verərdi.  Mənə  belə  gəlir  ki,  İsa 
Hicrətin 160-cı ilində vəfat etmişdir.» 
2.  İbni  Cəmmaz:  Adı  Süleyman,  atasının  adı  Müslim  ibni  Cəmmaz,  künyəsi  isə  Əbdürrəb 
olmuşdur. Bəni-zəhra qəbiləsi tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır. 
İbni Cəzri deyir: «O, güclü hafizəyə malik idi. Qiraət elmini tədris etməklə yanaşı, hərbi işlərlə də 
məşğul  olurdu.  «Əl-Kamil»  və  «Əl-Mustənir»  kitablarının  yazdıqlarına  görə,  İbni  Cəmmad 
qiraəti  ilk  dəfə  Əbu  Cə᾽fər  Şeybədən  və  sonralar  Nafe᾽dən  öyrənmişdir.  Deyilənlərə  görə  İbni 
Cəmmaz Hicrətin 170-ci ilində vəfat etmişdir.» 
Yuxarıda  adları  çəkilən  şəxslər  Qur᾽an  elmlərinə  mükəmməl  yiyələnmiş  on  məşhur  qari  hesab 
olunurlar.  Onların  kimliyi  və  nəql  etdikləri  rəvayətlərin  mö᾽təbər  olub-olmaması  haqda  rical 
alimləri arasında fikir aydınlığı olsa da, biz kimsəyə irad tutmaq fikrində deyilik. 
ALTINCI FƏSİL 
YEDDİ QİRAƏT ÜSULU 
1. Yeddi qiraət üsulunda nəzərə çarpan mütəvatirsizlik; 
2. Yeddi qiraət üsulunun mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdırılması; 
3. Yeddi qiraət üsulu; 
4. Yeddi qiraət üsulunun düzgünlüyü və mö᾽təbərliyi. 
YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK 
QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DƏLALƏT EDƏN DƏLİLLƏR 
Bir qədər əvvəl qeyd etdik ki, Qur᾽an hər bir müsəlman tərəfindən mütəvatir olaraq qəbul edilir. 
Bu  müqəddəs  kitabın  qiraəti  haqda  isə  bir  neçə  müxtəlif  nəzəriyyələr  irəli  sürülmüş  və  onun 
mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta yetirilmişdir. 
 
1.  Qiraət  ravilərinin  şərhi-halını  nəzərdən  keçirdikdən  sonra  bir  daha  bəlli  olur  ki,  qiraətlər 
mütəvatir  şəkildə  deyil,  vahid  xəbər  formasında  nəql  olunmuşdur.  Belə  olduqda  onlardan 
bə᾽zilərinin  doğru  və  mö᾽təbər  olması  bizim  üçün  müəmmalı  qalır.  Demək  biz,  qiraətlərin 
mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç bir söz deyə bilmərik. 
2.  Qiraət  ustalarının  qiraəti  harada  və  necə  öyrənmələri  bir  daha  qiraətin  onların  özlərinə 
mütəvatir olaraq deyil, vahid xəbər formasında nəql olunuduğunu sübuta yetirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə