Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

100 
 
Qiraətlər  isə  qarilər  tərəfindən  yeddi  və  ya  on  mö᾽təbər  üsullara  bölünərək,  ayrı-ayrılıqda 
məktəblərin  yaranmasına  səbəb  oldu.  Bu  məntiqə  əsaslanaraq,  bütün  qiraət  üsullarının  hamısını 
birlikdə  mütəvatir  və  ya  qeyri-mütəvatir  hesab  etməliyik.  Birinci  nəzəriyyə,  yə᾽ni  bütün 
qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yə᾽ni qiraətlərin 
heç birinin mütəvatir olmadığını qəbul etməliyik. 
3.  Yeddi  qiraət  üsullarının  mütəvatir  olmaması,  Qur᾽anın  mütəvatir  olmaması  deməkdir.  Və 
Qur᾽anın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir 
olmaması batil və əsassızdır. Hamıya mə᾽lumdur ki, Qur᾽anın orjinal mətni bizlərə məhz qari və 
hafizlərin  vasitəsilə  gəlib  çatmışdır.  Əgər  onların  qiraəti  mütəvatirdirsə,  demək  Qur᾽an  da 
mütəvatirdir  və  əgər  qiraətlərdə  nöqsana  yol  verilibsə,  onda  Qur᾽anın  orjinal  mətninə  də  şəkk-
şübhə ilə yanaşılacaqdır. 
Müəllif:  Əvvəla  Qur᾽anın  və  qiraətin  mütəvatirliyi  arasında  heç  bir  zərurət  yoxdur.  Çünki,  hər 
hansı  bir  kəlmənin  tələffüzündə  mövcud  olan  ixtilaf  onun  əsl  mə᾽nasına  heç  bir  mənfi  tə᾽sir 
göstərmir.  Məsələn,  Mutənəbbinin  şe᾽r  və  qəsidələrini  nəql  edən  ravilərin,  onun  istifadə  etdiyi 
ifadələrin  hər  hansı  birində  bir-birinə  müxalif  olan  nəzəriyyələr  irəli  sürmələrinə  baxmayaraq, 
qəsidənin  ümumi  mətninə  heç  bir  zərər  yetirməmişlər.  Və  qəsidələrin  Mütənəbbiyə  mənsub 
olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət 
Peyğəmbərin  hicrəti  buna  aid  olan  digər  bir  misaldır  ki,  onun  xırdalıqları  haqda  fikir  ayrılığı 
olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.  
İkincisi  də,  qarilər  tərəfindən  bizə  gəlib  çatan  yalnız  onların  yiyələndikləri  qiraət  üsullarının 
xüsusiyyətləridir. Qur᾽anın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə 
bizə gəlib çatmışdır. Hamıya mə᾽lumdur ki, müsəlmanlar bütün dövrlərdə Qur᾽anı yazılı və şifahi 
şəkildə  hifz  edərək  bir-birlərinə  nəql  etmiş  və  onu  bizlərə  çatdırmışlar.  Qarilər  isə  Qur᾽anın 
gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər. 
Buradan  belə  bir  nəticəyə  gəlirik  ki,  yeddi  və  ya  on  mö᾽təbər  qarinin  Qur᾽anın  mütəvatirliyini 
nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Qur᾽anın mütəvatirliyinin 
sübuta  yetirilməsində heç bir tə᾽sir göstərməmişdir. Çünki, Qur᾽an təsəvvür olunduğundan  daha 
uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə 
qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur. 
4.  Əgər  qiraətlər  mütəvatir  olmazsa,  Qur᾽anda  istifadə  olunan  «Məlik»  və  «Malik»  və  bu  kimi 
ifadələri  də  mütəvatir  hesab  etmək  olmazdı.  Çünki,  bu  qiraətlərdən  birinin  qəbul,  digərinin  isə 
rədd  olunması  əsassız  bir  iddiadır.  Bu  səbəbdən  də  biz  onların  hər  ikisini  mütəvatir  hesab 
etməliyik. 
İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları ondan təqlid etmişlər. 
Müəllif:  Qiraətdə  olan  ixtilaf  yalnız  kəlmələrin  quruluşunda  və  ya  onun  tələffüzündə  nəzərə 
çarpır və kəlmənin özünün və Qur᾽anın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə 


101 
 
əsaslanaraq, bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir 
dəlil yoxdur. 
Alimlərdən bə᾽zilərinin  yeddi  və  ya on qarini  digər qarilərdən üstün tutmasını isə xüsusilə  qeyd 
etmək lazımdır. Fərz edək ki, doğrudan da  yeddi məşhur qari digər qarilərdən daha mö᾽təbər və 
Qur᾽an  elmlərinə  onlardan  daha  yaxşı  yiyələnmişlər.  Lakin  buna  baxmayaraq,  yeddi  qarinin 
mö᾽təbər olduğunu bilavasitə Qur᾽anın mütəvatirliyinə də me᾽yar olaraq qəbul edə bilmərik. Bəli, 
yeddi  qarinin  üstün  xüsusiyyətlərini  nəzərə  alaraq,  onları  digər  qarilərdən  daha  mö᾽təbər  hesab 
etmək  olar.  Qur᾽anın  mütəvatirliyinə  gəldikdə  isə,  bir-birindən  fərqli  olan  bu  iki  şeyi  əsla 
əlaqələndirmək olmaz. 
Nəticə: Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mö᾽təbər 
hesab  edə  bilmərik.  O  ki  qaldı  digər  qiraət  üsullarına,  onların  mütəvatir  olduqlarına  kimsə 
əsaslanmır. 
ARAŞDIRMA 
Belə bir nəticəyə gəlirik ki, Qur᾽anla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir 
lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: «Alimlərdən 
bə᾽ziləri  bu  məsələni  daha  da  şişirdərək,  yeddi  qarinin  mö᾽təbərliyini  qəbul  etməyən  şəxsləri 
küfrdə  ittiham  etmişlər.  Çünki  onlar,  qiraətləri  mütəvatir  hesab  etməyən  şəxsləri  Qur᾽anı  da 
mütəvatir  hesab  etməməkdə  günahlandırır  və  bu  səbəbdən  də,  belə  şəxsləri  küfr  etməkdə 
suçlayırlar.  Bir  zamanlar  Əndəlosun  (İspaniyanın)  müftisi  olmuş  Əbu  Səid  Fərəc  ibni  Ləb,  bu 
əqidənin  bünövrəsini  qoymuş  ilk  şəxslərdən  olmuşdur.  O,  öz  əqidəsini  sübuta  yetirmək  üçün 
böyük sə᾽y göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş 
və  Əbu  Səid  öz  əqidəsini  sübuta  yetirə  bilməmişdir.  Bir  qədər  əvvəl  qeyd  etdik  ki,  qiraətlə 
Qur᾽anın  mütəvatirliyi  arasında  olduqca  böyük  fərq  vardır.  Məgər  Qur᾽an  qiraətlər  olmadan 
mütəvatir  ola  bilməzmi?  Necə  ki,  bütün  qarilərə  gəldikdə,  onlar  hamılıqla  mütəvatir  hesab 
olunurlar. 
Alimlərin  bə᾽ziləri  deyirlər:  «Qiraətlərlə  Qur᾽anın  mütəvatir  olması  arasında  heç  bir  əlaqə 
yoxdur.  Üsul  alimlərindən  kimsə  bu  haqda  heç  bir  nəzər  irəli  sürməmişdir.  Bu  barədə,  sayı 
həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.» 
 
Zərkeşi  «Burhan»  kitabında  yazır:  «Qur᾽an  və  qiraət  bir-birlərindən  fərqlənən  iki  müxtəlif 
həqiqətlərdir.  Onların  arasında  olan  müştərəklikdən  danışa  bilmərik.  Çünki  Qur᾽an  həzrət 
Məhəmmədə  (s)  nazil  olmuş  ilahi  vəhy,  qiraət  isə  tələffüz  və  yazılış  baxımından  bir-birindən 
fərqlənən  özünəməxsus  bir  elmdir.  Bununla  yanaşı  bə᾽ziləri  qiraətləri  mütəvatir,  bə᾽ziləri  isə 
sadəcə olaraq mö᾽təbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər 
qarilər  tərəfindən  mütəvatir  olaraq  nəql  olunmuşdur.  Lakin  qarilərin  özlərinin  Peyğəmbər  (s) 
tərəfindən mütəvatir olaraq nəql olunmaları, yə᾽ni mö᾽təbər olduqlarına dəlalət edən hədisin nəql 
olunması  kimsəyə  mə᾽lum  deyildir.  Çünki,  qiraətlər  Peyğəmbər  (s)  tərəfindən  vahid  xəbər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə