Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

104 
 
Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl  ibni İshaq Maliki  (282-ci  Hicri) öz kitabında iyirmi 
məşhur qari haqda ətraflı mə᾽lumat vermişdir. Onların siyahısında yeddi mö᾽təbər qarinin adlarını 
da  görmək  olur.  Qazidən  sonra  Məhəmməd  Cərir  Təbəri  (301-ci  Hicri)  «Əl-cam»  adlı  kitabını 
yazmış və orada iyirmidən çox qari haqda ətraflı mə᾽lumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd 
ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu 
Cə᾽fər  Təbərinin  də  on  mö᾽təbər  qaridən  biri  olduğunu  qeyd  etmişdir.  Və  nəhayət  Əbu  Bəkr 
Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mö᾽təbər 
qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı mə᾽lumat vermişdir. 
Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları 
haqda  söhbət  açdıqdan  sonra  deyir:  «Qiraətlərin  tarixi  haqda  ətraflı  mə᾽lumat  verməkdən  əsas 
məqsəd, kifayət qədər mə᾽lumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.» 
Çünki  onlar,  Peyğəmbərin  (s)  dəfələrlə  işarə  etdiyi  «yeddi  hərf»  və  «yeddi  oxunuş»  üslubu  ilə 
yeddi mö᾽təbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış 
bir  əqidədir.  Bə᾽zi  mə᾽lumatsız  şəxslər  belə  güman  edirlər  ki,  mö᾽təbər  hesab  olunan  qiraətlər 
yalnız  «Əşşatibiyyə»  və  «Əttəysir»  adlı  kitablarda,  haqqında  söhbət  açılan  qiraətlərdir.  İstinad 
etdikləri  yeganə  mənbə  isə  Peyğəmbərdən  (s)  nəql  olunmuş  «yeddi  hərf»  və  «yeddi  oxunuş» 
hədisidir.  Onlar  hətta  bu  kitabda  adları  çəkilməyən  qiraətləri  qeyri-mö᾽təbər  və  əsassız  hesab 
etmişlər.  Bir  halda  ki,  orada  adları  çəkilməyən  və  yeddi  qiraət  üsullarından  hesab  olunmayan 
bə᾽zi qiraətlər onların bir çoxundan daha mö᾽təbər və daha düzgündür. Belə bir böyük səhvə yol 
vermələrinin əsas səbəbi, onların «Qur᾽an yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları 
səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bə᾽zi mə᾽lumatlardır. Buna 
əsasən də onlar yeddi qiraət üslubu ilə Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında 
heç  bir  fərqin  olmadığını  zənn  etmişlər.  Bir  çox  keçmiş  alimlər  İbni  Mücahidi  qiraətləri  yeddi 
hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə 
tutmuşlar. Çünki, mə᾽lumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin 
olmadığını güman edərək böüyk səhvlərə yol verirlər. 
Əbu  Şammə  deyir:  «Bir çoxları belə  güman  edirlər ki,  yeddi  qiraət  deyildikdə  hədisdə  nəzərdə 
tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə 
bir yanlış mə᾽lumata bu haqda heç bir mə᾽lumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-itqan 
(Süyuti). 1-ci cild, 138-ci səh). 
Dediklərimizdən  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  qiraətlərin  heç  biri  mütəvatir  olaraq  qarilərin 
özləri  və  ya  Peyğəmbər  (s)  tərəfindən  nəql  olunmamışdır.  Onların  mütəvatirliyinin  qarilər 
tərəfindən  nəql  olunduğu  fərz  olunsa  da,  qəti  şəkildə  bilmək  lazımdır  ki,  Peyğəmbərdən  (s)  bu 
məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır. 
Demək,  mö᾽təbər  qiraətlər  ya  vahid  xəbər  formasında  nəql  olunmuş,  ya  da  qarilərin  özlərinin 
ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq: 
1. Bütün qarilərin mö᾽təbər olub-olmaması; 


105 
 
2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü. 
Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq. 
QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA 
ŞƏRİƏT  MƏSƏLƏLƏRİNDƏ  YEDDİ  QİRAƏT  ÜSLUBU  İLƏ  İSTİDLAL  ETMƏK 
OLARMI? 
1. Alimlərin bə᾽ziləri bütün qiraət üslublarını mö᾽təbər hesab edərək bir çox şəriət məsələlərində 
onlara  istinad  etmişlər.  Belə  ki,  Həfs  istisna  olmaqla,  Kufə  qariləri  «Heyz  zamanı  qadınlardan 
kənar  olun,  heyzdən  təmizlənməyənə  qədər  onlarla  yaxınlıq  etməyin»  ayəsinə  istinad  edərək, 
heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi 
onlar  «yəthərnə»  kəlməsini  təşdidlə,  yə᾽ni  «yəttəhhərnə»  oxumuşlar.  Yə᾽ni  «heyzdən  uzaq  olun 
və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin». 
Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir 
halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır: 
Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü; 
İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şər᾽i dəlillərin olmaması ilə 
yanaşı,  əql  və  şəriətin  insana  yəqinlik  hasil  etmədiyi  hər  hansı  bir  şeyə  əməl  etməyi  qadağan 
etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq. 
 
2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları 
heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin 
e᾽tibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mö᾽təbərliyinə dəlalət edəcəkdir. 
Cavab:  Qiraətlərin  rəvayət  olunduğu  sübuta  yetmədiyi  bir  halda  təbii  ki,  vahid  xəbərin  də  dəlil 
olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rə᾽y və 
ictihadları  nəticəsində  meydana  gəlməsinin  ehtimal  verildiyinə  işarə  etdik.  Bə᾽zi  alimlərin  bu 
mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir. 
Əgər  qarilər  arasında  yaranmış  ixtilafların  əsas  səbəbini  ilk  vaxtlar  hərflərin  nöqtəsiz,  durğu 
işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir 
daha  özünü  sübuta  yetirir.  İbni  Əbi  Haşim  bu  barədə  deyir:  Qarilərin  qiraətlərində  yaranmış 
ixtilafların  əsas  səbəbi,  səhabələrin  fəth  olunmuş  məntəqələrə  göndərilərək,  orada  yerli  əhaliyə 
Qur᾽an  ayələrini  nöqtə  və  işarələrsiz  öyrətmələri  olmuşdur.  Yazıb-oxumaq  savadı  olmayan 
şəxslər Qur᾽anı  başqalarından  şifahi  şəkildə  dinləməklə  əzbərləməyə  çalışırdılar.  Əzbərlədikləri 
hər  bir  ayə  Qur᾽an  nüsxələri  ilə  uyğun  gəldikdə  ona  əməl  edir,  ziddiyyətli  nəzərə  çarpdıqda  isə 
onu  tərk  etməli  olurdular.  Beləliklə  də  müxtəlif  şəhər  və  məntəqələrdə  bir-birindən  fərqlənən 
qiraət üsulları meydana gəldi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə