Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

96 
 
3.  Bütün  qiraət  üsullarının  ravilərinin  bütün  təbəqələrdə  mütəvatir  olduğunu  və  nəql  etdikləri 
rəvayətlərdə  yalana  yol  vermədiklərini  fərz  etsək  də  belə,  nəticədə  ravilərə  yetişəcək  sənəd 
silsiləsi  mütəvatirlik  baxımından  öz  e᾽tibarını  itirəcək  və  vahid  xəbər  formasında  bəyan 
ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız bir qari tərtib edərək özünəməxsus üsulla qiraət 
etmişdir. 
4. Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun düzgünlüyünə istinad edərək, həmən 
dəlillərlə  digər  qiraət  üsullarına  qarşı  çıxır.  Buradan  belə  mə᾽lum  olur  ki,  hər  bir  qiraət  üsulu 
qarilərin şəxsi rə᾽y və nəzərlərindən irəli gəlmişdir. Çünki, əgər onların hər biri Peyğəmbərdən (s) 
mütəvatir olaraq nəql olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac duyulmazdı. 
5.  Bə᾽zi  böyük  alim  və  qiraət  ustalarının,  digər  qiraət  üsullarına  qarşı  çıxaraq  onları  inkar 
etmələri,  qiraət  üsullarının  bütünlüklə  mütəvatir  olmamasını  sübuta  yetirir.  Çünki,  əgər  qiraət 
mütəvatir  olaraq  nəql  olunarsa,  onun  alim  və  mütəxəssislər  tərəfindən  inkar  olunması  qeyri-
mümkün  olardı.  Belə  ki,  İbni  Cərir  Təbəri,  İbni  Amirin  qiraətini  bütünlüklə  və  digər  qarilərin 
qiraətini  isə  qismən  inkar  və  tənqid  edir.  Qiraət  ustaları  Həmzənin,  Əbu  Əmrin,  İbni  Kəsirin 
qiraətlərini  də  qeyri-mö᾽təbər  hesab  edərək  onları  qətiyyətlə  rədd  etmişlər. Alimlərdən  bir  çoxu 
kökü  ərəb  dili  ilə  əlaqəli  olmayan  qiraət  üsullarını  inkar  etmiş  və  bu  üsullar  əsasında  Qur᾽anı 
tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar. 
Həmzənin  şərh-halını  nəzərdən  keçirərkən  bunun  şahidi  olduq  ki,  onun  qiraəti  Hənbəli 
məzhəbinin banisi Əhməd ibni Hənbəl, Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və  İbni 
Dərid tərəfindən qətiyyətlə rədd edilmişdir. 
Zərkeşi,  qiraətlərin  ictihad  yolu  ilə  formalaşmamasına  əsaslanaraq  deyir:  “Zəməxşəri  və  onun 
kimi  bir  çoxları,  qiraətlərin  ixtiyari  olaraq  ictihad  və  ərəb  dili  mütəxəssisləri  tərəfindən  tərtib 
olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.” Sonra onların nəzəriyyələrini rədd 
etmək  məqsədilə  Həmzənin  qiraətini  misal  çəkərək  deyir:  Həmzə  səhv  olaraq  «Vəl  ərham» 
kəlməsində  həmzəni  kəsrə  ilə,  yə᾽ni  «irham»  kimi  tələffüz  etmişdir.  Yə᾽qub  və  Həzrəmi  onun 
«Və maəntum bimusriki» ayəsini kəsrə ilə oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr 
də  yol  vermişdir.  «Yəğfirkum»  kəlməsində  (ra)  hərfini  (lam)  ilə  idğam  etməsi  onun  ən  böyük 
səhvlərindən biridir. 
MÜTƏXƏSSİSLƏR  TƏRƏFİNDƏN  QİRAƏTLƏRİN  MÜTƏVATİR  OLMAMASINA  DAİR 
İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR 
1. İbni Cəzri deyir: «Qiraət üsullarından hər biri ərəb dilinin qarammatikası və ya xəlifə Osmanın 
zamanında yığılmış Qur᾽an nüsxələri ilə uyğun gələrsə, onun mö᾽təbərliyinə istinad etmək olar. 
Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Qur᾽anın nazil olmuş orjinal nüsxəsi arasında heç 
bir  fərq  nəzərə  çarpmır.  Belə  bir  halda  hər  bir  müsəlman  -  istər  yeddi  mö᾽təbər  qari  tərəfindən 
nəql olmuş olsun, istərsə də yox - onu düzgün qiraət üsulu kimi qəbul etməlidir. 
Qiraət  bu  xüsusiyyətlərdən  birinə  malik  olmadıqda  isə,  yeddi  mö᾽təbər  qari  tərəfindən  nəql 
olunmasına baxmayaraq batil və əsassız hesab edilməlidir. 


97 
 
Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Əbu Əmr Osman 
ibni Səid Dani, Əbu Məhəmməd ibni Əbitalib Məkki, Əbul Abbas Əhməd ibni Əmmar Məhdəvi 
də bu mətləbi açıq-aşkar bəyan etmişlər. 
Əbi  Şammə  ləqəbi  ilə  tanınan  məşhur  təhqiqatçı  Əbül  Qasim  Əbdürrəhman  ibni  İsmayıl  da 
keçmiş  alimlərin  əsaslandıqları  bu  nəzəriyyəni  əlində  əsas  tutmuşdur.  Və  bu  nəzəriyyədə 
kimsənin onlarla müxalif olduğu qeydə alınmamışdır. 
2.  Əbu  Şammə  özünün  «Əl-mürşidul  vəciz»  adlı  kitabında  yazır:  «Əsaslı  dəlillər  olmayınca 
qiraətlərdən hər hansı birinin, hətta yeddi məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də, 
həqiqətən  Qur᾽anın  nazil  olmuş  orjinal  nüsxəsilə  tamamilə  eyni  olduğunu  qəbul  etmək  heç  də 
düzgün olmazdı. Əgər müəyyən bir qiraət yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç 
də o demək deyildir ki, həmən qiraət səhv və əsassızdır. Çünki, qiraətin düzgün olub-olmamasına 
dəlalət  edən  əsas  me᾽yar,  onun  kimlər  tərəfindən  nəql  olunmasında  deyil,  mö᾽təbərliyini  sübuta 
yetirən  özünəməxsus  xüsusiyyətlərdir.  Lakin,  yeddi  məşhur  qarinin  qiraətlərinin  ərəb  dilinin 
qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin ki, onların digər qarilərdən daha çox 
şöhrət tapmalarından irəli gəlir. 
2.  İbni  Cəzri  deyir:  «Son  illərin  mütəxəssisləri  bu  qənaətə  gəlmişlər  ki,  qiraətlərin  doğru  və 
düzgün  olması  vacib  olduğu  kimi,  onların  mütəvatir  olması  da  lazım  və  zəruridir.  Demək, 
Qur᾽anın sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql edilməsi lazımdır. Əks 
təqdirdə biz onu Qur᾽an adlandıra bilmərik. Nəticə olaraq qeyd etməliyik ki, Qur᾽anın mütəvatir 
olması zəruri olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və zəruridir. 
Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: Belə bir nəzəriyyəni qəbul etmək 
məntiqdən  uzaq  olardı.  Çünki,  əgər  qiraətlər  mütəvatir  olsaydı,  biz  artıq  heç  bir  şərt  və 
xüsusiyyətlərə  ehtiyac  duymazdıq.  Belə  ki,  Peyğəmbər  (s)  tərəfindən  nəql  olunmuş  hər  bir 
mütəvatir hədis və rəvayəti arada heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət 
üsullarının  mütəvatir  olmasını  lazımı  şərtlərdən  biri  hesab  edəriksə,  onda  bir  çox  qiraətlər 
mütəvatir olmadıqları üçün istər-istəməz aradan gedəcəkdir. 
İbni  Cəzri  sözlərinə  əlavə  edərək  deyir:  Əvvəllər  mən  də  bu  əqidəyə  əsaslansam  da,  sonradan 
böyük  səhvə  yol  verdiyimi  başa  düşüb  yanlış  əqidəmdən  əl  çəkdim  və  qiraət  elmində  müasir 
alimlərin fikirlərini qəbul etməyə başladım. 
4.  Əbu  Şammə  özünün  «Əl-Murşid»  adlı  kitabında  yazır:  «Bə᾽zi  qiraət  mütəxəssisləri  yeddi 
qiraət  üsulunun  hər  birini  mütəvatir  hesab  edirlər.  Onlar  bu  qiraət  üsullarının  Allah  tərəfindən 
nazil olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir müsəlmana zəruri hesab edirlər. 
Sonra  deyir:  Biz  də  belə  bir  əqidəyə  əsaslanırıq.  Lakin  bütün  qiraətlərdə  deyil,  yalnız  bütün 
ravilər  tərəfindən  qəbul  olunmuş  və  kimsənin  inkar  etmədiyi  qiraətləri.  Bir  haldakı,  qiraətlər 
ətrafında  yaranmış  ixtilaf  və  qarşıdurmalar  istənilən  qədərdir.  Bu  səbəbdən  də  əgər  qiraət 
mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da səbəb olmamalıdır.» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə