Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

84 
 
İbni Cəzri deyir: İbni Kəsir illər boyu Qur᾽anı tədris etmiş və müəllimlik vəzifəsində çalışmışdır. 
Onun güclü hafizəsi və Qur᾽an elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş, 
250-ci ilində isə vəfat etmişdir. (Təbəqətul qurra. 1-ci cild, 119-cu səh). 
Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən Əhməd ibni Məhəmməd ibni Ələqədən 
və  Əbul  Əxrix  Vəhəb  ibni  Vadh  Məkkidən  və  Abdulla  ibni  Ziyad  ibni  Abdulla  ibni  Yəsardan 
öyrənmişdir. ( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119). 
Əqili deyir: «İbni Kəsir yalançı və e᾽tibar olunmayan bir şəxs olmuşdur.» 
Əbu  Hatim  deyir:  «O,  hədis  nəql  etməkdə  mö᾽təbər  olmadığı  üçün  mən  ondan  hədis  nəql 
etmirəm.» (Lisanul Mizan. 1-ci cild, səh. 120). 
Müəllif: 
Qiraət  ustalarının  kimliyi  haqda  daha  dəqiq  mə᾽lumat  əldə  etmək  üçün  «Təbəqatül  qurra»ya 
müraciət edin. 
2.  Qənbəl  –  Məhəmməd  ibni  Əbdürrəhman,  Xalid  ibni  Məhəmməd,  Əbu  Əmr  künyəsi  ilə 
tanınmışdır. Məxzum tayfası tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək Məkkədə 
yaşamışdır. 
Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və onun hüzurunda tilavət etmişdir. 
Sonralar  Əhməd  ibni  Məhəmməd  onu  öz  yerinə  Məkkədə  qiraət  ustadı  tə᾽yin  etmişdir.  Qənbəl, 
Bəzidən  də  qiraət  nəql  etmişdir  və  hicazda  Qur᾽anın  tədris  olunmasını  ona  həvalə  etmişdir.  O, 
Məkkədə  xəlifə  ordusunun  hərbiçilərindən  sayılırdı.  Hicrətin  195-ci  ilində  doğulmuş,  291-ci 
ilində vəfat etmişdir. (Təbəqətul qurra. 2-ci cild, 119-cu səh). 
Qənbəl,  sonralar  nizami  orduya  sərkərdə  tə᾽yin  olunur.  Elə  bu  səbəbdən  də  qiraət  üsulunda 
dəyişikliyə yol verir və yaşlandıqca qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır. 
Belə  ki,  vəfatından  yeddi  il  əvvəl  Qur᾽an  tədrisini  və  müəllimliyi  tərk  etməli  olur.  (Lisanul 
Mizan. 5-ci cild, 249-cu səh). 
Müəllif:  Digər  ravilər  arasında  olan  ixtilaf,  Qənbəlin  qiraətini  nəql  edən  ravilərdə  də  nəzərə 
çarpır. 
ASİM İBNİ BƏHDİLƏ KUFİ 
Əbu  Bəkr  ibni  Əbinnucud  Əsədi  Kufə  şəhərində  yaşamış  və  Bəni-əsəd  qəbiləsi  tərəfindən 
köləlikdən azad olunmuşdur. 
Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və Əbu Əmr Şeybanidən öyrənmiş və 
onların qarşısında tilavət etmişdir. 
Əbu Bəkr ibni Əyyaş deyir: «Günlərin bir günündə Asim mənə dedi: Qur᾽an qiraətini mənə tədris 
edən  kəs  yalnız  Əbdürrəhman  Sələmi  olmuşdur. Onun  yanından  qayıtdıqdan  sonra  eşitdiklərimi 
Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.» 


85 
 
Həfs  deyir:  «Asim  nəql  edir  ki,  Qur᾽an  qiraətindən  sənə  tədris  etdiyim  bütün  incəlikləri 
Əbdürrəhman  Sələmidən  o  isə  Əli  ibni  Əbi  Talib  Fəradan  öyrənmişdir.  Və  Əba  Bəkr  Əyyaşa 
tədris etdiyim şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məs᾽uddan öyrənmişdir.» 
İbni Məs᾽ud deyir: «Asim mö᾽təbər kəslərdən idi. Əməşin hafizəsi ondan daha güclü idi.» 
Abdulla  ibni  Əhməd  atasından  nəql  edərək  deyir:  «Asimin  özünəməxsus  qiraət  üslubu  var  idi. 
E᾽tibarlı olduğu üçün Xəlifə Osman tərəfindən Qur᾽an qarilərinin rəhbəri tə᾽yin olunmuşdu.» 
Yə᾽qub ibni Süfyan deyir: «Mö᾽təbər bir şəxsiyyət olmasına baxmayaraq, nəql etdiyi hədislərdə 
bə᾽zi nöqsanlar da nəzərə çarpır.» 
İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və rəvayət nəql edən şəxslər hamılıqla 
zəif hafizəyə malik olmuşlar.» 
Nəsai  deyir:  «Asimdə  heç  bir  nöqsan  nəzərə  çarpmırdı,  lakin  İbni  Xərraş  onun  nəql  etdiyi 
hədisləri qətiyyətlə rədd edirdi. 
Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da onun hafizəsinin zəif olmasıdır. 
Dar  Qutbi  də  Asimə  bu  iradı  tutmuşdur.  Həmmad  ibni  Sələmə  deyir:  «Asim  ömrünün  son 
illərində  hədis  və  rəvayətləri  mö᾽təbərlik  baxımından  ayırd  etməyə  çətinlik  çəkirdi.  Asimin 
doğulduğu il mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində baş vermişdir. 
ASİMİN RAVİLƏRİ 
Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun özündən nəql etmişlər. 
1. Həfs ibni Süleyman Bəni-əsəd qəbiləsindən olmuşdur. 
Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa da, Qur᾽an qiraəti sahəsində bir 
o  qədər  də  e᾽tibarlı  hesab  olunmurdu.  Onun  qiraəti  yazılı  şəkildə  saxlanılırdı.  Həfs  deyərdi: 
Qiraətdə Asimilə  heç  bir ixtilafımız  olmamışdır. Qiraətdə  olan  cüz᾽i  fərq,  yalnız  Rum  surəsinin 
54-cü ayəsində nəzərə çarpır. 
Ayədə deyilir: 
(Allahulləzi xələqəkum min zə᾽fin.) 
Həfs  «zə᾽f»  kəlməsini  zəmmə  ilə,  yə᾽ni  «zə᾽fu»,  Asim  isə  fəthə  ilə,  yə᾽ni  «zə᾽fə»  kimi  qiraət 
etmişdir. 
Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı ilində vəfat etmişdir. (Təbəqatul-
qurra. 1-ci cild, səh.254). 
RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ 


86 
 
İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası Əhməd ibni Hənbəldən nəql edərək 
deyir: «Həfs hədis elmindən uzaq düşmüş və heç bir e᾽tibarı olmayan bir şəxs olmuşdur.» Osman 
Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər mühəddislər kimi bir o qədər də e᾽tibarlı 
deyildi. İbni Mədini deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mö᾽təbər olmuşdur. 
Bu  səbəbdən  də  mən  heç  vaxt  ondan    hədis  nəql  etmirəm.»  Buxari  onun  haqda  deyir:  «Rical 
alimləri onun nəql etdikləri hədisləri qətiyyətlə rədd etmişlər.» 
Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul olunmayan mühəddis olmuşdur.» Nəsai 
onun  haqda  deyir:  «Həfs  mö᾽təbər  şəxs  olmadığı  üçün,  nəql  etdiyi  hədislər  kimsə  tərəfindən 
yazılmırdı.»  Saleh  ibni  Məhəmməd  deyir:  «Onun  nəql  etdiyi  hədislər  yalan  və  əsassız  olduğu 
üçün,  kimsə  onu  yazmaq  fikrinə  düşmürdü.»  İbni  Xərram,  Həfsi  yalan  danışmaqda  və  hədis 
uydurmaqda  ittiham  etmişdir.»  İbni  Həyyanın  fikrincə  Həfs  hədislərin  mətnində  dəyişikliklər 
aparır və sənədi olmayan əsassız hədisləri mö᾽təbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi. 
Bə᾽zən  də  hədisi  vasitəçi  ravilərin  adı  ilə  bağlayırdı.  İbni  Cəzri  özünün  «Movzuat»  kitabında 
Əbdürrəhman ibni Məhdəvidən belə nəql edir:  «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək 
düzgün deyildir.» Dar Qutni deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif olmuşdur.» Saci deyir: 
«Həfs,  nəql  etdiyi  hədislər  aradan  getmiş  kəslərdəndir.  Onun  söylədikləri  yalan  və  iftiradan 
savayı bir şey deyildir.» 
Müəllif:  Rical  alimlərinin  Həfs  ibni  Bəhdilə  haqda  irəli  sürdükləri  nəzəriyyələr  barədə  ətraflı 
mə᾽lumat  əldə  etdiniz.  Bunu  da  qeyd  edək  ki,  Həfs  barəsində  fikir  irəli  sürən  ravilər,  digər 
qarilərin raviləri kimi şəxsiyyəti və kimliyi mə᾽lum olmayan kəslərdir. 
2. Əbu Bəkr – Adı Şə᾽bə, atasının adı Əyyaş ibni Salim Hənatdır. Bəni-əsəd və Kufi qəbilələrinə 
mənsub olmuşdur. 
İbni Cəzri onun barəsində bu sözləri deyir: «O, öz qiraət üslubunu müəllimi Asimə, həmçinin Əta 
ibni Saibə və Əsləmə Munqirə təqdim etmişdir. Şə᾽bə yüz il ömür sürmüş və ölümündən yeddi il 
əvvəl qiraətdən əl çəkmişdir. 
Şə᾽bə zəmanəsinin ən tanınmış qiraət və şəriət alimlərindən biri hesab olunurdu. Bə᾽zən o, özü 
haqda  deyərdi:  Tək  mən  özüm  islam  dininin  yarısını  təşkil  edirəm!  Ölüm  ayağında  bacısını 
ağlayan  görən Şə᾽bə deyir: «Evin o küncünə bax! Mən orada on səkkiz min dəfə Qur᾽anı xətm 
etmişəm.» Şə᾽bə Hicrətin 95-ci ilində doğulmuş, 193-cü və ya 194-cü ilində vəfat etmişdir. 
Abdullah  ibni  Əhməd  ibni  Hənbəl  atasından  Əbu  Bəkr  haqda  deyərdi:  «Şə᾽bə  mö᾽təbər 
şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də çox yol verərdi.» 
İbni Əbi Hatəm deyir: «Atamdan, Əbu Bəkr Əyyaşın və Əbul Əhvəsin kimliyi haqda soruşduqda 
bu sözləri dedi: Onlardan heç birinin mö᾽təbər olmasını təsdiq etmirəm. İbni Sə᾽d deyir: «O, düz 
danışan və e᾽tibarlı bir şəxs idi, hədislə yanaşı digər elmlərə də yiyələnirdi. Lakin səhvə də çox 
yol verərdi.» 
Əbu  Nəsim  deyir:  «Hədis  və  qiraətdə  Əbu  Bəkrdən  çox  səhvə  yol  verən  ikinci  bir  şəxs 
görmədim.» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə