Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

73 
 
«[Qur᾽anın  əzəməti,  fəsahət  və  bəlağəti  qarşısında  aciz  qalan,  lakin  özlərini  sındırmayan 
müşriklər]  belə  dedilər:  «Biz  yerdən  [Məkkədən]  bir  bulaq  çıxarmayınca:  Yaxud  [ağacları] 
arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü 
parça-parça  edib  başımıza  endirməyincə,  yaxud  da  Allahı  və  mələkləri  [peyğəmbərliyinin 
doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, 
yaxud sən göyə  qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq  üçün bizə [səmadan] 
bir  kitab  endirməyəsən,  göyə  qalxmağına  da  əsla  inanmayacağıq!»  [Ya  Məhəmməd!]  De  ki, 
Rəbbim  pak  və  müqəddəsdir!  [Allah  gedib-gəlmək,  enib-qalxmaq  kimi  məxluqata  aid  olan 
xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, 
heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!] 
Deyirlər:  Ayənin  məzmunundan  belə  bir  nəticəyə  gəlirik  ki,  müşriklər  Peyğəmbərdən  (s) 
mö᾽cüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir. 
«De  ki,  Rəbbim  pak  və  müqəddəsdir!  [Allah  gedib-gəlmək,  enib-qalxmaq  kimi  məxluqata  aid 
olan  xüsusiyyətlərdən  uzaqdır!]  Mən  isə  yalnız  peyğəmbər  olan  bir  insanam!»  [Allahın  izni 
olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]» 
Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır. 
Cavab: Bu məsələyə dair bir neçə cavab vermək olar. 
1.  Ayədəki  müşriklərin  tələb  etdikləri  mö᾽cüzələr  əsassız  olaraq  Məkkə  müşriklərinin 
inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu 
kimi mö᾽cüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Demək bu 
ayədə,  peyğəmbərlərin  öz  həqqaniyyətini  sübuta  yetirmək  üçün  gətirdikləri  ibtidai  mö᾽cüzələrə 
deyil,  inadkar  müşriklərin  əyləncə  və  bəhanə  olaraq  tələb  etdikləri  mö᾽cüzələrə  dəlalət  edir. 
Çünki onlar peyğəmbərlərin, öz həqqaniyyətini sübuta yetirmək üçün qarşılarına müəyyən şərtlər 
qoyur,  hətta  hansı  mö᾽cüzəni  göstərmələrini  belə,  əvvəlcədən  tə᾽yin  edirdilər.  Əgər  onlar 
doğrudan  da  həqiqəti  bilmək  istəsəydilər,  zəmanə  peyğəmbərlərinin  göstərdikləri  mö᾽cüzələrlə 
kifayətlənməli  və  onlara  iman  gətirməli  idilər.  Belə  olduqda  peyğəmbərlərdən  mö᾽cüzə  tələb 
etmək  və  mö᾽cüzələrin  birini  digərindən  üstün  tutmağa  heç  bir  lüzum  olmayacaqdı.  Bütün 
bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) mö᾽cüzə yolu ilə göyə qalxmağı 
və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər. 
Görəsən Peyğəmbərin (s) göyə qalxması bir mö᾽cüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq 
üzündən  irəli  sürdükləri  puç  və  əsassız  iddialar  təbii  ki,  onları  həqiqəti  dərk  etməkdən  məhrum 
etməli idi. 
2.  Peyğəmbər  (s),  «Rəbbim  pak  və  müqəddəsdir»  deməklə,  heç  də  bu  işin  qarşısında  aciz 
olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb 
və  nöqsanlardan  uzaq  və  mümkün  olan  hər  bir  şeyə  qadir  olduğunu  bəyan  etmək  istəmişdir.  O, 
uca  və  münəzzəh  olduğu  üçün  gözlərə  görünməz  və  cism  olaraq  bizim  gözlərimiz  önündə 
canlanmaz.  O,  təsəvvür  olunandan  daha  uca  və  daha  qüdrətlidir.  Demək  Onun,  insanların  şəxsi 


74 
 
meyl və istək üzündən tələb etdikləri mö᾽cüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O 
ki qaldı Peyğəbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və 
Onun izni olmadan nə bir mö᾽cüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün 
işlər  Allahın  istək  və  iradəsindən  asılıdır.  O,  istədiyini  edir  və  nəzərdə  tutduğu  hər  bir  işi 
peyğəmbərlərinin vasitəsilə həyata keçirir. 
3.  Ayəyə  diqqət  olunsa  mə᾽lum  olar  ki,  müşriklərin  Peyğəmbərdən  (s)  tələb  etdikləri 
mö᾽cüzələrin  bir  qisminin  həyata  keçməsini  qeyri-mümkün,  digərlərini  isə  peyğəmbərin 
həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də hətta əgər əyləncə 
və şəxsi istək üzündən  tələb olunan mö᾽cüzələrin həyata keçməsi  vacib  olarsa,  yenə də  bu kimi 
istəklər cavabsız qalacaqdır. 
İzah: Müşriklərin tələb etdikləri mö᾽cüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da, 
onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik. 1. Göylərin yerə enməsi; 
Göy  cisimlərinin  parçalanaraq  yerə  tökülməsi  qeyri-mümkün  olan  bir  işdir.  Çünki  göy 
cisimlərinin  parçalanaraq  yer  kürəsinə  tökülməsi,  yer  əhalisinin  hamılıqla  məhvinə  səbəb  ola 
bilərdi. 
Belə bir hadisə isə  yalnız dünyanın sonunda yə᾽ni, qiyamət günündə baş verəcəkdir. Allah-taala 
bu  hadisəni  öz  peyğəmbərlərinə  qabaqcadan  xəbər  vermişdi.  Belə  ki,  ayədə  gətirilmiş 
«düşündüyü  kimi»  ifadəsi  də  Peyğəmbəri  (s)  baş  verəcək  bu  böyük  hadisədən  xəbərdar  edirdi. 
Qur᾽ani-kərimdə  bu  mətləbə  dəfələrlə  toxunulmuş  və  bu  haqda  bəşəriyyətə  ciddi  xəbərdarlıq 
edilmişdir. 
«Göy yarıldığı zaman.» (İnşiqaq-1). 
«Göy parçalandığı zaman.» (İnfitar-1). 
«Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.» (Səba-9). 
Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın 
buna  qadir  olmadığını  təsəvvür  etməməliyik.  Sadəcə  olaraq  bu  hadisələrin  baş  verməsi  üçün 
lazımi  şərait  yaranmalıdır.  İnsanların  təkamülü  hər  şeydən  önəmli  olduğu  üçün  ilahi  hikmət 
prinsipləri  tələb  edir  ki,  bu  prosesin  həyata  keçməsi  üçün  müəyyən  zaman  və  şərait  yaranmış 
olsun.  Hər şey  başa  çatdıqdan  sonra isə  Allahın  əmri  ilə  yer  və  digər  səma  cisimləri  öz  hərəkət 
dairəsindən  xaric  olub  şiddətli  toqquşma  və  dəyişikliklərə  səbəb  olacaqdır.  Bu  ilahi  əmr  daim 
qüvvədə  olub  və  olacaqdır.  Hər  şeyə  qadir  olan  Allahın  isə  öz  və᾽dəsinə  xilaf  çıxması  qeyri-
mümkündür. 
2. Allahın gətirilməsi; 
Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən 
və biz onu öz gözlərimizlə görək. Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, 
müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. O, cism olmadığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə