Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

71 
 
v)  Bu  mö᾽cüzələr  həmən  xəbərdarlıq  ayələri  altında  qeyd  olunmuş  və  «Biz  mö᾽cüzələri  yalnız 
[bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır. 
Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi 
ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur. 
5.  Bu  mətləbə  toxunan  digər  Qur᾽an  ayələrində  də  qadağan  olunmuş  mö᾽cüzələrin  müşriklərin 
əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə 
araşdırdıqda  mə᾽lum  olur  ki,  müşriklər  özləri  üçün  əzab  göndərilməsini  istəmiş  və  ya  tələb 
etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar. 
Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür. 
1. Bəla istənilən ayələr; 
2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr; 
3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr. 
1. BƏLA İSTƏNİLƏN AYƏLƏR 
«Bir  zamanda:  Ya  Allah!  Əgər  [Qur᾽an]  Sənin  tərəfindən  gəlməsi  haqdırsa,  onda  başımıza 
göydən  daş  yağdır  və  ya  şiddətli  bir  əzab  göndər.  Halbuki,  sən  onların  arasında  ola-ola  Allah 
[sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən 
də Allah onlara əzab verməz.» (Ənfal 32-33). 
«De  ki:  Bir  deyin  görək  əgər  Allahın  əzabı  sizə  gecə,  yaxud  gündüz  gəlsə  [nə  edərsiniz?] 
Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər?» (Yunus-50). 
«Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: «Bu əzabı gecikdirən 
[ona mane olan] nədir?» deyəcəklər.» (Hud-8). 
«Müşriklər  [istehza  ilə]  səni  tələsdirib  əzabın  tez  gəlməsini  istəyirlər.  Əgər  [bunun  üçün] 
əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab 
onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53). 
«Onlara  bir  ayə  gəldiyi  zaman:  «Allahın  peyğəmbərinə  verildiyinin  [nübüvvətin,  mö᾽cüzələrin] 
misli  bizə  verilməyincə  biz  iman  gətirməyəcəyik!»  –  deyərlər. Allah  peyğəmbərliyi  hara [kimə] 
göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə 
və şiddətli əzaba düçar olacaqlar.» (Ən᾽am-124). 
«[Onlar  belə  dedilər.  Əgər  o  həqiqi  peyğəmbərdirsə  bunu  sübut  etmək  üçün]  qoy  əvvəlki 
peyğəmbərlər kimi bizə bir mö᾽cüzə gətirsin!» (Ənbiya-5). 
«Dərgahımızdan  müşriklərə  haqq  [Qur᾽an  və  peyğəmbər]  gəldikdə  onlar:  «Musaya  verilən 
[mö᾽cüzələri]  nə  üçün  eynilə  ona  da  verilmədi?»  –  dedilər.  Məgər  onlar  daha  öncə  Musaya 
verilənləri danıb: «İki sehr [tövrat və Qur᾽an] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və 


72 
 
Məhəmməd bir-birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Qur᾽anı, Musanı 
və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48). 
3. MÖ᾽CÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL 
OLMUŞ AYƏLƏR 
«Onlardan  əvvəlkilər  də  hiylə  qurmuşdular.  Allah  onların  binalarını  təməlindən  sarsıtdı,  dərhal 
tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.» (Nəhl-26). 
«Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də 
heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.» (Zümər-25). 
Dediklərimizin xülasəsi. 
Haqqında  bəhs  etdiyimiz  ayə  bir  qrup  inadkar  insanların,  peyğəmbərlərin  həqqaniyyətini  dərk 
edərək  onların  mö᾽cüzələrini  öz  gözləri  ilə  müşahidə  etdikdən  sonra,  bir  daha  mö᾽cüzə  tələb 
etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər. 
Ayədən mə᾽lum olur ki, bu kimi mö᾽cüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir. 
Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə mənbələrində 
nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik. 
1.  İmam  Baqir  (ə)  buyurur:  «Müşriklərdən  bir  neçəsi  Peyğəmbərdən  (s)  mö᾽cüzə  göstərməsini 
istədilər.  Cəbrail  nazil  olub  Peyğəmbərə  (s)  dedi:  Ya  Məhəmməd!  Allahın  buyurur  ki,  onların 
istəklərinə  (yə᾽ni  mö᾽cüzənin  göstərilməsinə)  mane  olan  yalnız  keçmiş  peyğəmbərləri  təkzib 
etmələridir. Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara mö᾽cüzə göstərsəydik və onlar 
da  keçmiş  ümmətlər  kimi  mö᾽cüzələrimizi  təkzib  etsəydilər,  onlara  da  əzab  nazil  edərdik.  Bu 
səbəbdən də biz mö᾽cüzələri bir qədər tə᾽xirə salırıq.» (Təfsir burhan. 1-ci cild, 607-ci səh). 
2. İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: «Məkkə camaatı Peyğəmbərdən (s) mö᾽cüzə yolu 
ilə Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer 
ilə  bərabər  etməsini  tələb  edirdilər.  Dərhal  Allah  tərəfindən  belə  bir  vəhy  nazil  oldu:  Əgər 
istəyirsənsə  onların  istəklərini  bir  qədər  tə᾽xirə  salım.  Bəlkə  də  onların  arasında  kimsə  iman 
gətirmiş  olsun.  Yox  əgər  istəyirsənsə  onların  istəklərini  yerinə  yetirim.  Amma  əgər  təkzib 
edərlərsə  keçmiş  ümmətlər  kimi  onları  da  hamılıqla  həlak  edəcəyəm.  Peyğəmbər  (s)  buyurdu: 
İlahi!  Bir  qədər  onlara  möhlət  ver!  Sonra  Allah-taala  bu  ayəni  nazil  etdi.  Mö᾽cüzənin 
göndərilməsinə  mane  olan  yeganə  şey  varsa  o  da  keçmiş  peyğəmbərlərin  təkzib  olunması  və 
əzabın göndərilməsidir.» (Təfsir Təbəri. 15-ci cild, 74-cü səh). 
Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Maraqlananlar hədis kitablarına müraciət 
edə bilərlər. 
MÖ᾽CÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI 
İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə