Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

63 
 
müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir mə᾽na nəzərə çarpmır. 
Mə᾽lum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə 
itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala 
bu  ayədə  «Malik»  adlandırılmışdır.  Lakin  yuxarıda  qeyd  olunan  ifadələrdə  biz  bu  mə᾽na  ilə  də 
qarşılaşırıq. 
Bəli,  «Əlməlikud-dəyyan»  «Maliki  yəvmiddin»  ayəsinin  verdiyi  mə᾽naların  heç  birini  daşımır. 
Bu  ifadələrdən  yalnız  bu  nəticəyə  gəlmək  olar  ki,  Allah  öz  bəndələrini  xeyirxah  işlərinə  görə 
mükafatlandırır  və  beləliklə  onları  səadət  və  kamala  sövq  etmiş  olur.  Bu  isə  ayənin  batini 
mə᾽naları ilə olduqca fərqli və hətta ziddiyyətlidir. 
4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.» 
Yazıçı belə güman etmişdir ki, ibadət və  kömək diləmək  yalnız çarəsizlik üzündən edilməlidir. 
Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi 
məsələlərindəki  tövhid  prinsiplərini  və  Allaha  olan  ehtiyac  hisslərini  hətta  ibadətdə  belə  aşkar 
etsinlər. Burada ən başlıca məqsəd, mö᾽minlərin bu həqiqəti e᾽tiraf etmələridir ki, Allahdan başqa 
heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər. 
Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün 
və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi? 
5. «Bizi doğru yola yönəlt» 
Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini 
diləsin.  Bu  yol  onu  saf  əqidəyə,  xeyirli  işlərə  və  bir sözlə  bütün  insani  dəyərlərlə  hidayət  etmiş 
olsun. 
Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur. 
(İhdinas-siratəl iman) 
«Bizi iman yoluna hidayət et.» 
Qeyd olunan ifadədən bu mə᾽nalardan heç birini əldə etmirik. 
Bütün  bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  yuxarıdakı  ifadə  yalnız  haqq  yola  hidayət 
prinsipini  izlədiyi  üçün  bir  o  qədər  də  əhəmiyyət  kəsb  etmir.  Lakin  iman  yolunun  doğru  yol 
olduğuna  və  bu  yolun  yolçularının  heç  vaxt  haqq  yoldan  sapınmayacaqlarına  heç  bir  işarə 
edilməmişdir. 
Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir 
ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin mə᾽na və 
məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yə᾽ni «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə 
düçar olanların və [haqdan] azanların yoluna yox!» 


64 
 
6-7-ci  ayələr  doğru  yolun  mövcud  olduğuna  dəlalət  edir. Allahın  razılığını  qazananlar  bu  yolun 
yolçuları və ilahi ne᾽mətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və 
əməli-saleh  insanların  yoludur.  Allahın  qəzəbinə  düçar  olan  kəslər  isə  haqq  yoldan  azan  və 
inadkarlıq  üzündən  həqiqətdən  üz  çevirənlərdir.  Cəhalət  və  nadanlıq  onları  zəlalətə  doğru 
sürüklədiyi  üçün,  həqiqəti  axtarmaq  əvəzinə  ata-babalarının  getdikləri  yolu  davam  etdirmiş  və 
kor-koranə  təqlidi  hər  şeydən  üstün  tutmuşdur.  Ayələri  diqqətlə  oxuyub  işarə  olunan  mühüm 
mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə 
ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və 
əməli-saleh  insanların  tutduqları  yolu  davam  etdirməlidir.  İndi  özünüz  deyin,  dərin  mə᾽nalı  və 
hikmətli  ilahi  kəlamları  kənara qoyub  hansısa  xəyalpərəst  yazıçının  uydurduğu  əsassız  ifadələrə 
e᾽timad etmək olarmı? 
KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ 
Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir: 
«Biz  sənə  cəvahiri  bəxş  etdik,  sən  də  uca  səslə  namaz  qıl,  sehirbaz  və  cadugərlərin  sözlərinə 
e᾽tina etmə.» 
Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik. 
1. Göründüyü kimi, yazıçı Qur᾽andakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən 
bunun adını mübarizə qoymuşdur. 
2.  Qoşduğu  ifadələrdən  belə  mə᾽lum  olur  ki,  bu  onun  öz  sözləri  deyil,  sadəcə  olaraq 
peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə 
edir: 
«Biz  sənə  [insan]  kütlələr  bəxş  etdik.  Sən  də  namaz  qıl  və  mühacirət  et.  [Və  bil  ki,]  düşmənin 
kafir bir kəsdir.» 
3.  Təəccüb  doğuran  burasıdır  ki,  o,  iki  kəlmənin  qafiyə  baxımından  bir-birinə  oxşar  olmasını 
fəsahət  və  bəlağət  elmlərində  də  bu  qayda  üzərində  olacağını  güman  etmişdir.  Bir  halda  ki, 
fəsahət  qanunlarının  ilk  şərtlərindən  biri  kəlmələr  arasında  uyğunluq  və  rabitənin  olmasıdır. 
Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik. 
4.  Buradan  belə  bir  sual  meydana  gəlir.  Görəsən  hansı  səbəblər  üzündən  yazıçı  «cəvahir» 
kəlməsini müəyyənlik əlaməti olan «əlif-lam» ilə qeyd etmişdir. 
Əgər  müəyyən  cəvahiri  nəzərdə  tutursa, belə  olduqda  heç  bir  müəyyənlik  şəkilçisindən istifadə 
etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki, 
«əlif  və  lam»  hərfləri  ismin  müəyyənlik  formasının  cəm  halına  dəlalət  edir  –  bunu  da  həqiqi 
olaraq  qəbul  edə  bilmərik.  Çünki,  dünyada  mövcud  olan  ləl-cəvahiratın  yalnız  bir  nəfərə 
verilməsi qeyri-mümkündür. 


65 
 
5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə «Vəla 
tə᾽təmidu qovlə sahir – sehirbaz və cadugərlərin söylədiklərinə e᾽tina etməyin» cümləsi arasında 
nə  kimi  rabitə  vardır?  Cadugər  dedikdə  kimləri  nəzərdə  tutur?  «Söylədiklərinə  e᾽tina  etmə» 
dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə 
tutursa  onda,  mətləbin  daha  da  açılması  və  onun  söylədiklərinin  nədən  ibarət  olduğunu  sübuta 
yetirmək  üçün  müəyyən  dəlil  və  sübutlar  gətirməlidir.  Yox  əgər  müəyyən  şəxsi  və  onun 
söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yə᾽ni həm  «qovl» – söyləmək, həm də 
«sahir»  –  sehirkar  qeyri-müəyyənlik  və  inkar  formasında  işlənilmiş  və  ümumiyyət  xarakteri 
daşıyır. Belə olduqda bu mə᾽nanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə 
e᾽tina  etməyin.  Lakin  biz,  cümləni  bu  mə᾽nada  qəbul  edə  bilmərik.  Çünki  bizim,  sehirkarların 
hətta adi məsələlərdə belə söylədiklərinə e᾽tina etməyimizə heç bir əqli dəlilimiz yoxdur. 
Əgər  buradan  məqsəd  sehirkar  və  cadugərlər  olarsa,  yenə  də  biz  bunu  həqiqət  kimi  qəbul  edə 
bilmərik.  Çünki,  cadugərlərin  işi  sehramiz  ifadələr  söyləmək  deyil,  özünəməxsus  hiylə  və 
məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir. 
6.  Kovsər  surəsi  Peyğəmbəri  (s)  istehza  edən  şəxs  barəsində  nazil  olmuşdur.  O,  Peyğəmbər  (s) 
haqda  bu  sözləri  deyirdi:  Məhəmməd  övladı  olmayan  sonsuz  bir  insandır  (övladı  olmayan 
deyildikdə  oğlan  uşağı  nəzərdə  tutulur).  Tezliklə  öləcək  və  gətirdiyi  din  unudularaq  aradan 
gedəcəkdir. 
Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir: 
«Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək 
müsibəti [ölüb getməsini] gözləyirik!» – deyirlər. 
Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə «Kəusər» surəsi nazil oldu. 
(ərə) «Yə᾽ni biz sənə böyük ne᾽mət «kəusəri» bəxş etdik.» 
Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli ne᾽mət idi. Ömrünün son gününədək 
öhdəsinə  düşən  peyğəmbərlik  vəzifəsinə  məs᾽uliyyətlə  yanaşır  və  insanları  təkallahlığa,  haqq-
ədalətə  də᾽vət  edirdi.  Ona  iman  gətirmiş  kəslərlə  düşmənlərə  qarşı  mübarizə  aparır  və  bütün 
ömrünü islamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. 
Dünya  durduqca  onun  nəsli  duracaq,  axirət  dünyasında  isə  birlikdə  kovsər  hovuzunun  kənarına 
yığılıb şəfaətindən bəhrələnəcəklər. 
«Yə᾽ni  bütün  bu  ne᾽mətlərin  müqabilində  Allaha  şükr  et!  Namaz  qıl  və  Allah  yolunda  qurban 
kəs.» 
Ayədəki «Nəhr» sözü bir neçə mə᾽na daşıyır. 
1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə; 
2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə; 
3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə