Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

55 
 
1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bə᾽zi işləri öz ixtiyarı ilə görməyə qadir 
olduğu kimi, onu tərk də edə bilər. 
Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri saleh əməl və xeyirxah işlərə görə 
daim tə᾽rifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə 
azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə 
aid  olan  işlərdə  azad  olsa  da,  görəcəyi  əksər  işlərin  bir  sıra  başlanğıc  və  müqəddiməsi  onun 
ixtiyarından xaricdir. 
Məsələn,  insanın  görəcəyi  işlərə  səbəb  olan  müqəddimələrdən  biri  də  onun  özünün  mövcud 
olmasıdır.  Həyatı,  onu  əhatə  edən  varlıqları  dərk  etməsi,  görmək  istədiyi  işlərə  qarşı  rəğbət 
bəsləməsini  buna  misal  vurmaq  olar.  Diqqət  yetirilsə  mə᾽lum  olar  ki,  insanın  görəcəyi  işlərin 
özünü  onun  öz  istəyi  ilə,  həmin  işlərin  müqəddiməsini  isə  Allah-taalanın  istək  və  iradəsi  ilə 
əlaqələndirmək olar. 
2.  Fəlsəfədə  sübuta  yetirilmişdir  ki,  aləmdə  mövcud  olan  varlıqları  yaradan  Xaliq,  onları 
yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa 
belə, qəflət etməz. Məxluqat  yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam 
etdirməkdə də qırılmaz şəkildə Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan  heç biri 
Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz. 
Yaradan  ilə  yaradılmışlar  arasında  olan  bağlılığı,  bənna  ilə  onun  tikdiyi  bina  arasında  olan 
rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-
olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şe᾽rə 
də bənzədə bilərik. Belə ki, həmin şe᾽r üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur. 
Yaradanla  yaradılmışlar  arasında  olan rabitəyə,  işıqla  işıq  mənbəyi  arasında  olan  rabitəni  misal 
çəkə  bilərik.  Belə  ki,  lampa  öz  ətrafını  işıqlandırmaq  üçün  ilk  növbədə  elektrik  mənbəyindən 
kifayət  qədər  enerji  almalıdır.  Bu  proses  qırılmaz  şəkildə  həyata  keçməli  və  bir  an  olsun  belə, 
elektrik  lampası  və  enerji mənbəyi  arasında  olan  əlaqə  kəsilməməlidir.  Ani  olaraq  bu  rabitənin 
kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir. 
Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz 
rabitəsi  tələb  olunduğu  kimi,  aləmdə  mövcud  olan  bütün  varlıqların  da  öz  həyatlarını  davam 
etdirməsi üçün  yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq 
bir varlığa ehtiyacları vardır. 
Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir. 
Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. 
Xaliq  ilə  məxluqat  arasında  olan  rabitə  labüd  və  qırılmazdır.  Bu  rabitənin  bir  anlıq  kəsilməsi 
həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir. 
Demək,  insanın  gördüyü  işlər  ya  cəbridir  (icbari),  ya  da  ixtiyari  (azad).  O,  bu  iki  ünsürün  hər 
birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi 
işlərdə  azad  olsa  da,  ixtiyarında  olan  qüdrət  və  iste᾽dadlardan  istifadə  etməkdə  öz  Xaliqinə 


56 
 
tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa 
da, bə᾽zi səbəblərə görə Allahdan asılıdır. 
Qur᾽an da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın 
istək  və  iradəsindən  asılıdır.  Kəlam  alimləri  bu  məsələni  dini  termin  olaraq  «Əmrun  beynə 
əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq 
«cəbr»  (yə᾽ni,  insan  bütün  işləri  ixtiyarsız  və  məcburi  olaraq  həyata  keçirir)  və  «təfviz»  (yə᾽ni, 
insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan 
iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir 
misal çəkməyi daha məqsədə uyğun görürük. 
Bir  anlıq  əlini  tərpədə  bilməyən  əlil  bir  şəxsi  gözləriniz  önünə  gətirin.  Əlini  hərəkətə  gətirə 
bilmədiyi  üçün  onu  müalicə  edən  həkim  kiçik  elektrik  cihazının  vasitəsilə  cərəyan  yaratmaq  və 
onun qolunu hərəkətə gətirməklə bə᾽zi işləri görməkdə ona köməklik edir. O, elektrik cərəyanını 
kəsdikdə,  əlil  yenə  də  hərəkətsiz  qalır.  Sonra  elektrik  cərəyanını  yaratmasını  onun  öz  ixtiyarına 
qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o, 
bizim  nəzərimizdə  elektrik  cihazını  ixtira  edən  adi  bir  şəxs  kimi  olacaqdır.  Xəstənin  öz  əlini 
hərəkətə  gətirməsini  də,  qeyd  etdiyimiz  kimi  «Əmrun  beynə  əmreyn»  prinsipi  əsasında  qəbul 
edəcəyik. Çünki, xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə 
vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının 
cərəyana  qoşulub  oradan  ayrılması  onu  müalicə  edən  həkimin  ixtiyarındadır.  Demək,  xəstənin 
əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir. 
Bu  səbəbdən  də  kəlam  alimləri  insanın  gördüyü  işləri  nə  cəbr  və  nə  də  təfviz  adlandırırlar. 
Onların  fikrincə  insan  görmək  istədiyi  işləri  öz  iradəsi  ilə  həyata  keçirsə  də,  Allahın  istək  və 
iradəsi də buna tə᾽sir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb 
olunur.  Qur᾽anda  rast  gəldiyimiz  bir  çox  ayələr  bu  mətləbə  dəlalət  edir.  Burada  insanın  tam 
ixtiyar  sahibi  olması  ilə  yanaşı,  Allahın  da  istək  və  iradəsinin  tə᾽sirli  olması  açıq-aşkar  bəyan 
olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar. 
Hədislərdən birində deyilir: 
«İmam  Sadiqin  (ə)  səhabələrindən  biri  ondan  soruşur:  Allah  öz  bəndələrini  xoşagəlməz  işlərə 
vadar edirmi? 
Buyurdu: Xeyr. 
Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı? 
Buyurdu: Xeyr. 
Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin. 
İmam  (ə)  buyurdu:  Allah-taala  öz  lütf  və  mərhəmətini  öz  bəndələrinin  üzərindən  bir  an  olsun 
belə,  kəsmir  və  insanlar  gördükləri  işlərdə  cəbr  ilə  təfviz  arasında  olan  mərhələni  qət  edirlər.» 
(Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə