Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

69 
 
tərəfindən  göndərilmiş  peyğəmbərlərin  öhdəsinə  heç  bir  məs᾽uliyyət  düşməmiş  və  onların 
fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta 
yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası 
aşkara çıxarılacaqdır. 
b)  «Əlif-lame cəm᾽i»; 
Bu  mə᾽na  da  peyğəmbərliyi  sübuta  yetirən  mö᾽cüzə  ayələrinin  bütövlükdə  inkar  olunması 
deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır. 
v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan 
«əlif-lam»  şərt  və  əhd  mə᾽nasında  işlənmişdir.  Buradan  belə  mə᾽lum  olur  ki,  Qur᾽anın  inkar 
etdiyi  mö᾽cüzələr  məhz  müşriklərin  əyləncə  məqsədilə  Peyğəmbərdən  (s)  tələb  etdikləri 
mö᾽cüzələrdir. 
2.  Əgər  müşriklərin  inkar  və  təkzib  etmələri  onların  mö᾽cüzə  göstərməsinə  mane  olsaydı, 
Peyğəmbərin  (s)  ən  böyük  mö᾽cüzəsi  olan  Qur᾽ani-kərim  də  nazil  olmazdı.  Çünki,  ümumi  bir 
qanun  olduğu  yerdə  heç  bir  istisnaya  yol  vermək  olmaz.  Belə  bir  nəticəyə  gəlirik  ki,  Qur᾽anın 
inkar  etdiyi  və  ya  daha  dəqiq  desək,  qadağan  etdiyi  mö᾽cüzələr  peyğəmbərlərin  bütün 
mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir. 
3.  Ayədə  mö᾽cüzənin  göstərilməməsi  keçmiş  ümmətlərin  mö᾽cüzəni  təkzib  etmələri  ilə 
əlaqələndirilmişdir.  Bunu  yalnız  o  zaman  qəbul  etmək  olar  ki,  mö᾽cüzənin  həyata  keçməsinə 
ehtiyac  duyulmuş  olsun  və  bunun  qarşısını  alacaq  heç  bir  amil  olmasın.  Qeyri  halda  isə 
mö᾽cüzənin  baş  verməməsini  nə  iləsə  əlaqələndirmək  heç  bir  mə᾽na  daşımayacaqdır.  Məsələn 
biz,  od  olmadığı  bir  halda  ağacların  yaş  olduğu  üçün  yanmadığını  deyə  bilmərik.  O  ki  qaldı 
mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi 
hikmət, ikincisi isə insanların istək və tələbləridir. 
İlahi hikmətin iki səbəbi vardır: 
1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz. 
2.  Əgər  insanları  təkzib  etmək  mö᾽cüzənin  qarşısını  alsaydı,  peyğəmbərlərin  göndərilməsinə  də 
maneçilik törədərdi. 
İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar 
mö᾽cüzəni  gördükdən  və  bütün  lazımı  göstərişləri  peyğəmbərlər  tərəfindən  aldıqdan  sonra  yenə 
də  əyləncə  məqsədilə  mö᾽cüzə  görmək  istəyirdilər.  Belə  bir  halda  mə᾽lum  məsələdir  ki,  Allah-
taala onlara mö᾽cüzə göstərməyəcəkdir. 
Nəticə:  Qeyd  olunan  ayə  peyğəmbərlərin  haqq  olmasını  sübuta  yetirmək  üçün  göstərdikləri 
mö᾽cüzələrə  deyil,  müşriklərin  mö᾽cüzələr  gördükdən  sonra  onlardan  əyləncə  məqsədilə  tələb 
etdikləri mö᾽cüzələrə dəlalət edir. 


70 
 
Burada  belə  bir  sual  meydana  gəlir. Keçmiş  ümmətlərin  mö᾽cüzəni  təkzib  etmələri  sonralar  baş 
verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi? 
Cavab:  Onların  mö᾽cüzəni  təkzib  etmələri  şiddətli  əzaba  düçar  olmaları  ilə  nəticələnə  bilərdi. 
Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr 
və  şiddətli  əzaba  düçar  olardılar. Bunu  da  bilirik  ki,  Allah-taala  öz  peyğəmbərlərinə  öz  ümməti 
arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir. 
«Halbuki  sən  onların  arasında  ola-ola  Allah  [sənə  hörmət  əlaməti  olaraq]  onlara  əzab  verən 
deyil.» (Ənfal-33). 
Bu  səbəbdən  də  əzaba  düçar  olmamaları  üçün  Allah  tərəfindən  heç  bir  mö᾽cüzə 
göndərilməmişdir. 
İnsanlar  tələb  etmədən  peyğəmbərlərin  həqqaniyyətini  sübuta  yetirmək  və  onların  özləri  haqda 
hidayət  məqsədilə  baş  verən  mö᾽cüzələrin  təkzib  olunması  heç  də  peyğəmbərlərin  özlərinin 
təkzib  olunmasından  az  olmayırdı.  İstər  peyğəmbərlərin,  istərsə  də  mö᾽cüzələrin  insanlar 
tərəfindən  təkzib  olunması  axirət  əzabından  başqa  ayrı  bir  şeylə  nəticələnməyir.  Amma  əgər 
əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, 
həm  də  dünyəvi  əzaba  düçar  olmuş  olardılar.  Çünki,  həqiqətə  nail  olmaq  istəyən  şəxs,  gördüyü 
birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər. 
Əgər  bir  şəxs  mö᾽cüzə  görmək  istəyirsə,  əslində  bununla  o,  peyğəmbərlik  iddiası  edən  şəxsin 
həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə 
həm  dünyəvi,  həm  də  axirət  əzabına  düçar  olacaqdır.  Çünki  o,  bu  əməli  ilə  peyğəmbəri  istehza 
etmiş və öz istəyinin əksinə çıxmış olur. 
Tələb  olunan  mö᾽cüzələr  təkzib  olunduğu  üçün  Allah-taala  bu  kimi  mö᾽cüzəni  ayənin  sonunda 
«qorxuducu  mö᾽cüzələr»  adlandırır.  Beləliklə,  Allah-taala  insanlara  peyğəmbərləri  və  onların 
mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq 
bütün  hallarda  deyil,  yalnız  insanları  haqqa  hidayət  edən  və  peyğəmbərlərin  həqqaniyyətini 
sübuta yetirən mö᾽cüzələrdə də  müşahidə edilə bilər. 
4.  Ayənin  mətninə  diqqət  yetirdikdə  bir  daha  bu  həqiqətin  şahidi  oluruq  ki,  Allah  tərəfindən 
qadağan  olunan  mö᾽cüzələr  ümumi  xarakter  daşımır  və  məhz  inadkar  insanların  əyləncə 
məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir. 
a)  İsra  surəsinin  58-ci  ayəsində  insanların  inadkarlıq  üzündən  düçar  olduqları  fəlakətlərə 
toxunulur. 
«Elə  bir  məmləkət  yoxdur  ki,  qiyamət  günündən  əvvəl  biz  onun  əhalisini  məhv  etməyək  və  ya 
onu şiddətli əzaba düçar etməyək. Bu, kitaba [lövhi məhfuzda] yazılmışdır.» 
b) Həmən ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə