Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

90 
 
Həmzənin  vasitəsi  ilə  onun  qiraətini  nəql  edən  şəxslər  Xələf  ibni  Hişam  və  Xəlad  ibni  Xalid 
olmuşlar. 
1. Əbu Məhəmməd künyəsi ilə tanınmış və Bəni-əsəd qəbiləsinə mənsub olmuş Xələf, Bağdadlı 
Hişam ibni Sə᾽lət Bəzadın oğlu olmuşdur. 
İbni Cəzri deyir: «Xələf on məşhur qarilərdən və Səlimin vasitəsilə Həmzənin qiraətini nəql edən 
ravilərdən  biridir.  On  yaşında  ikən  Qur᾽anı  əzbərləmiş,  on  üç  yaşına  çatdıqda  isə  qiraət  elminə 
yiyələnməyə  başlamışdır.  Ümumi  şəkildə  götürsək  Xələf,  Həmzənin  qiraət  üsulundan  istifadə 
etmiş,  lakin  yüz  iyirmi  yerdə  onunla  müxalif  olmuşdur. Xələf Hicrətin  150-ci  ilində  doğulmuş, 
229-cu ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.272.) 
Ləlkai deyir: «Abbas Dovridən, Əhməd ibni Hənbəlin Xələf ibni Hişam haqda nəql etdiyi əhvalat 
barəsində soruşduqda deyir: Bu əhvalatı mən özüm Əhməd ibni Hənbəldən eşitmişəm. Lakin belə 
nəql edirlər ki, günlərin bir günündə Əhməd ibni Hənbələ, Xələf barəsində xoşagəlməz mə᾽lumat 
verirlər.  Belə  ki,  hətta  onu  şərabxorluqda  belə  ittiham  edirlər.  Əhməd  onların  dediklərini  təsdiq 
edir  və  sonra  deyir:  Onun  barəsində  nə  deyirlər  desinlər.  Hər  halda  o,  bizim  nəzərimizdə  ən 
e᾽tibarlı şəxslərdəndir.» 
Nəsai deyir: «Xələf Bağdadi mö᾽təbər şəxslərdəndir.» Dar Qütni isə onun haqda bu sözləri deyir: 
«Xələf  abid və fəzilət sahibidir. Sözünü davam edərək  deyir: Qıldığım qırx  illik namazları Kufi 
məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.» 
 
Xətib  Bağdadi  öz  kitabında  Məhəmməd  ibni  Hatəm  Kəndidən  nəql  edərək  yazır:  «Yəhya  ibni 
Muindən  Xələf  haqda  soruşdum.  Cavabında  dedi:  Xələf  sadəcə  olaraq  hədisin  nə  olduğunu 
bilmir.» (Təhzibut-təhzib, 3-cü cild, səh.156.) 
Müəllif:  Xələfin  barəsində  rəvayət  nəql  edən  şəxslərin  kimliyi  haqda  bir  qədər  sonra  söhbət 
açacağıq. 
2. Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış şəxsiyyətlərindən olmuşdur. 
İbni  Cəzri  onun  barəsində  deyir:  «Xəlad  qiraət  elminə  mükəmməl  yiyələnmiş  təhqiqatçı  alim 
olmuşdur.  Qiraəti  Səlimdən  öyrənmiş  və  onun  özünə  təqdim  etmişdir.  Öz  yaşıdları  arasında 
hamıdan  e᾽tibarlı  və  hafizəli  sayılırdı. Doğum  tarixi  dəqiq  mə᾽lum  deyildir.  Vəfatı  isə  Hicrətin 
220-ci ilinə təsadüf etmişdir. 
Müəllif:  Digər  ravilər  kimi  Xələf  barəsində  rəvayət  nəql  edən  şəxslərin  kimliyi  namə᾽lum 
qalmışdır. 
NAFE᾽ MƏDƏNİ 
Nafe᾽ ibni Əbdürrəhman ibni Əbi Nəim. 


91 
 
İbni Cəzri onun barəsində deyir: «Nafe᾽ tanınmış yeddi qaridən biri hesab olunur. O, əməli-saleh 
və  mö᾽təbər  bir  şəxs  olmuşdur.  Əsli  İranın  İsfahan  şəhərindən  olmuş,  lakin  təhsilini  Mədinə 
tabeinlərindən* almışdır.» 
Səid ibni Mənsur deyir: «Malik ibni Ənəs deyərdi: Mədinə camaatı qiraəti Peyğəmbərdən (s) əxz 
etmişlər. Ondan - Mədinə camaatının qiraəti dedikdə, Nafe᾽nin qiraətini nəzərdə tutursunuz?-deyə 
soruşduqda, «Bəli!» – deyə, cavab vermişdi.» 
Abdulla  ibni  Əhməd  ibni  Hənbəl  deyir:  «Atamdan  qiraətlərdən  hansı  birini  daha  çox  sevdiyini 
soruşdum. Dedi: Mədinə camaatının qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa 
necə? Dedi: Asimin qiraətinə üstünlük verərəm.» 
Nafe᾽nin  doğum  tarixi  haqda  dəqiq  mə᾽lumat  göstərilmir.  Vəfatı  isə  Hicrətin  169-cu  ilinə  aid 
olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh-330.) 
Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Camaat, Qur᾽anı Nafe᾽dən öyrənsələr də, 
nəql etdiyi hədislərə əsla e᾽tina etmirdilər.» 
Dovri,  İbni  Muindən  nəql  edərək  onun  e᾽timad  olunası  şəxs  olmadığına  işarə  etmişdir.  Nəsai 
deyir:  «Nafe᾽nin  heç  bir  nöqsanı  olmamışdır.»  İbni  Həyyan  da  onun  mö᾽təbərliyinə  işarə 
etmişdir. Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rə᾽ylər vermişlər. Belə ki, Əhməd 
ibni Hənbəl onun nəql etdiyi hədisləri bütünlüklə yalan, Yəhya isə mö᾽təbər hesab edir. 
NAFE᾽NİN RAVİLƏRİ 
Nafe᾽nin qiraətini Qalun və Vərəş arada heç bir vasitə olmadan nəql etmişlər. 
1.  Qalun:  İsa  ibni  Mina  ibni  Vərdan,  Əbu  Musa  ləqəbi  ilə  tanınmış  və  Bəni-zəhrə  qəbiləsi 
tərəfindən köləlikdən azad edilmişdir. 
Deyir:  İsa  Rəbib  fitri  iste᾽dada  və  qeyri-adi  hafizəyə  malik  olduğuna  görə,  Nafe᾽  ona  Qalun 
ləqəbini vermişdir. Qalun isə Rum dilində zirək və gözəl mə᾽nasını verir. 
Abdulla ibni Əli deyir: «Ona Qalun ləqəbinin verilməsinin əsas səbəbi əsliyyətcə rumlu və babası 
Abdullahın Rum əsirlərindən olmasıdır.» 
Qalun, qiraəti Nafe᾽dən öyrənmiş və onun özünə təqdim etmişdir. 
İbni  Əbi  Hatəm  deyir:  «Qalun  lal  olduğu  üçün  Qur᾽anı  dodaqlarını  tərpətməklə  oxuyur,  hətta 
başqaları qiraətdə səhvə yol verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun Hicrətin 
120-ci  ilində  doğulmuş  və  220-ci  ildə  100  yaşında  vəfat  etmişdir.»  (Təbəqatul-qurra,  1-ci  cild, 
səh.615.) 
İbni Həcər deyir: «Qalun qiraət elmində hamıdan bilikli və e᾽tibarlı olsa da, nəql etdiyi hədislər 
bir  o  qədər  də  mö᾽təbər  deyildi.  Əhməd  ibni  Saleh,  Misirdən  Qalunun  nəql  etdiyi  hədislər 
barəsində soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql etmək olar?!» 


92 
 
Müəllif: Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi namə᾽lum qalmışlar. 
2. Vərəş: Osman ibni Səid. 
İbni  Cəzri  onun  barəsində  deyir:  «Vərəş  Misirdə  olduğu  illər  ərzində  qiraət  tədrisi  ona  həvalə 
olunmuşdu.  Onun  özünəməxsus  qiraət  üsulu  var  idi.  Qiraətdə  Nafe᾽  ilə  müxalif  olmasına 
baxmayaraq, zəmanəsinin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu.» 
Vərəş  Hicrətin  110-cu  ilində  Misirdə  doğulmuş,  197-ci  ildə  elə  oradaca  vəfat  etmişdir. 
(Təbəqatul-qurra, 1-ci cild, səh-502.) 
KƏSAİ KUFİ 
Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni Firuz, Kəsai ləqəbi ilə məşhur 
olmuşdur. Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.  
İbni Cəzri onun barəsində deyir: «Həmzə Zəyyatdan sonra qiraət elminin tədris olunması Kəsaiyə 
həvalə edildi. O, qiraəti Həmzədən öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.» 
Əbu Ubeyd isə özünün «Əl-qiraət» adlı kitabında yazır: «Kəsainin özünəməxsus qiraət üsulu var 
idi.  Bə᾽zən  o,  Həmzənin  qiraətindən  də  istifadə  edərdi.  Vəfat  tarixi  haqqında  müxtəlif 
mə᾽lumatlar  söylənmişdir,  lakin  daha  dəqiq  nəzərə  çarpan  tarix  Hicrətin  189-cu  ilidir.» 
(Təbəqatul-qurra, 1-ci cild, səh. 535.) 
Kəsai  qiraəti  Həmzə  Zəyyatdan,  Məhəmməd  ibni  Əbdürrəhman  ibni  Əbi  Leyladan  və  İsa  ibni 
Əmr  Ə᾽məşdən  müzakirə  yolu  ilə  və  şifahi  olaraq  öyrənmişdir.  Onun  qiraətini  Süleyman  ibni 
Ərqəm, imam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o, qiraəti Rəşidə və oğlu 
Əminə də tədris etmişdir. (Təhzibut-təhzib, 8-ci cild, səh. 313.) 
Mərzbani  İbni  Ə᾽rabidən  nəql  edərək  deyir:  «Kəsai  şərab  içərək  bilərəkdən  bə᾽zi  günahlara 
mürtəkib  olsa  da,  Qur᾽an  elmlərinə  mükəmməl  yiyələnmiş  və  güclü  hafizəyə  malik  olmuşdur.» 
(Mö᾽cəmül-üdəba, 5-ci cild, səh. 185.) 
KƏSAİNİN RAVİLƏRİ 
Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə olmadan nəql etmişlər. 
1. Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının adı isə Xalid Bağdadi olmuşdur. 
İbni  Cəzri  onun  barəsində  deyir:  «O,  qiraəti  Kəsaidən  öyrənmiş,  öz  elmi  gücü  və  hafizəsi  ilə 
hamıdan fərqlənirdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid 
edilir.» (Təbəqatul-qurra, 2-ci cild, səh. 34.) 
2. Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı mə᾽lumat verdik. 
 
* * * 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə