Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

87 
 
Bəzad deyir: «Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.» 
Yə᾽qub ibni Şeybə deyir: «Nəql etdiyi hədislərdə bir növ zəiflik nəzərə çarpırdı.» 
ƏBU ƏMR BƏSRİ 
Zəbban  ibni  Ə᾽la  ibni  Əmmar  Mazəni  Bəsrə  əhalisindən  olmuşdur.  Bə᾽ziləri,  hətta  onun  iranlı 
olduğunu da qeyd etmişlər. 
Tə᾽qibə mə᾽ruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə məcbur olmuş və qiraət elminə 
Məkkə  və  Mədinədə  yiyələnmişdir.  Bəsrə  və  Kufə  şəhərlərində  də  tanınmış  qiraət  ustalarının 
dərslərində  iştirak  etmiş,  sonralar  daha  da  məşhurlaşaraq  yeddi  qiraət  ustalarının  sırasına  daxil 
edilmişdir. 
Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət üsulundan istifadə edərdi. Amma 
sonralar  İraqdan  Şama  gəlmiş  bir  şəxs  Əməvi  məscidində  Əbu  Əmr  Bəsrinin  qiraətini  geniş 
şəkildə təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi, Əbu Əmrdən nəql edərək 
deyir: «Hətta keçmiş qiraət ustalarından kimsənin məndən bilikli olduğunu güman etmirəm.» 
Əbu  Əmr  Hicrətin  68-ci  ilində  doğulmuş  və  bir  çoxlarının  dediyinə  görə,  154-cü  ildə  vəfat 
etmişdir. 
Dovri,  İbni  Muindən  nəql  edərək  deyir:  «Əbu  Əmr  mö᾽təbər  və  e᾽timad  olunası  bir  şəxs 
olmuşdur.» 
Əbu  Xeysəmə  deyir:  «Əbu  Əmrin  heç  bir  nöqsanı  yox  idi,  lakin  nəql  etdiyi  rəvayətləri  yadda 
saxlaya bilmirdi.» 
Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: «Günlərin bir günündə Şə᾽bə mənə dedi: Əbu 
Əmrin  qiraətinə  diqqət  yetir!  Hər  hansı  bir  qiraəti  seçərsə,  onu  kağız  üzərinə  köçür.  Çünki,  o, 
yaxın gələcəkdə qiraət tədris edəcəkdir.» 
Əbu Müaviyə Əzhəri nəql edərək deyir: «Əbu Əmr bir neçə qiraət üsuluna yiyələnmişdi. O, ərəb 
dilinin incəliklərinə fəsahət alimlərindən daha çox tanış idi.»(Təhzibut-təhzib, 12-ci cild, səh.178-
180) 
ƏBU ƏMRİN RAVİLƏRİ 
Əbu  Əmrin  qiraətini  iki  nəfər  şəxs  Yəhya  ibni  Mübarəkin  vasitəsilə  nəql  etmişdir.  Dovri  və 
Səuəsini də onların sırasına daxil etsək, onların sayı üçə çatacaqdır. 
1. Yəhya ibni Mübarək; 
İbni Cəzri onun haqqında deyir: « Əbu Əmr nəhv və qiraət elmlərini tədris edərdi. O, e᾽tibarlı və 
hamı  tərəfindən  hörmətlə  qarşılanan  şəxslərdən  idi.  Bağdada  gəldikdən  sonra  hamı  onu  Yəzidi 
adlandırmağa başladı. Çünki, Abbasi xəlifəsi Yəzid ibni Mənsur Humeyri ilə sıx əlaqədə idi. Belə 
ki, xəlifənin övladlarının tərbiyəsi də onun üzərinə düşürdü. Yəhya ibni Mübarək qiraət dərslərini 


88 
 
başa  vurduqdan  sonra  onu  Əbu  Əmrə  təqdim  edir.  Əbu  Əmr  ona  öz  nəzəriyyələrindən  istifadə 
etməyi  tövsiyə  edir  və  onu  Qur᾽an  qiraətini  tədris  etmək  üçün  öz  yerinə  canişin  tə᾽yin  edir. 
Yəhya,  Əbu  Əmrlə  yanaşı,  məşhur  qari  Həmzədən  də  dərs  almışdır.  O,  qiraət  elmində  ictihada 
nail  ola  bilmiş  və  ustadı  Əbu  Əmr  ilə  çox  az  məsələlərdə  ixtilafı  olmuşdur.  Qiraəti  isə  ondan 
Dovri və Əbu Şueyb Səuəsi nəql etmişdir. 
İbni  Mücahid  deyir:  «Əbu  Əmrin  digər  şagirdləri  Yəzididən  (Yəhyadan)  daha  fəal  olmalarına 
baxmayaraq, burada məhz onun mö᾽təbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları 
ilə  deyil,  məhz  Əbu  Əmrlə  maraqlanıb  ondan  hədis  nəql  etməsidir.  O,  Əbu  Əmrin  digər 
şagirdlərindən daha fə᾽al və hafizəli idi.» 
Yəhya, Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə vəfat etmişdir. Bə᾽ziləri isə onun 
yaşının daha çox olduğunu qeyd etmişlər. 
2. Dovri,  Yəhyanın  ravisi və  şagirdi  olmuşdur.  Adı  Həfs,  atasının  adı  isə  Əmr  ibni  Əbdül  Əziz 
Dovri, Bəni-əzd və Bağdadi qəbiləsinə mənsub olmuşdur. 
İbni  Cəzri  deyir:  «Dovri  hamı  tərəfindən  hörmət  və  izzətlə  qarşılanan  bir  şəxs  olmuşdur.  Nəql 
etdiyi  bütün  mətləbləri  yazır  və  hifz  edirdi.  O,  qiraət  elminin  qanun  və  qaydalarını  bir  yerə 
toplayan ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq mə᾽lum deyildir, vəfat tarixi isə Hicrətin 246-cı ili 
göstərilir. (Təhzibut-təhzib, 2-ci cild, səh.408.) 
Müəllif:  Dəvəridən  qiraət  haqda  nəql  edən  şəxslərin  kimliyi  digər  ravilər  kimi  mə᾽lum 
olunmamışdır. 
3. Səuəsi – Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni Abdullahdır. 
İbni Cəzri onun haqda deyir: «Səuəsi bütün mətləbləri yazır və onu hifz edirdi. Bu səbəbdən də 
onun nəql etdikləri mö᾽təbər hesab olunurdu. O, öz təhsilini Əbu Məhəmməddən almış və onun 
rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat etmişdir.» .(Təbəqatul-qurra, 1-ci 
cild, səh.261.) 
Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin e᾽tibarlı bir şəxs olduğunu tə᾽yid etmişlər. 
Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin Müslim ibni Qasim Əndəlosi heç bir 
dəlil və əsas olmadan Səuəsini mö᾽təbər hesab etmişdir. (Təhzibut-təhzib, 4-cü cild, səh.392.) 
Müəllif: Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi namə᾽lum qalmışdır. 
HƏMZƏ KUFİ 
Həmzə ibni  Həbib  ibni Əmmarət  ibni  İsmail,  Kufənin  Bəni-təmim  qəbiləsinə  mənsub  olmuş  və 
Əbu Əmmarə ləqəbi ilə tanınmışdır. 
Qiraət  dərslərini  başa  vurduqdan  sonra  qiraətini  Süleyman  ibni  Ə᾽məş  və  Həmran  ibni  Ueynə 
təqdim edir. 


89 
 
«Kifayətul-kubra»  kitabında  deyilir:  «Həmzə,  qiraəti  Məhəmməd  ibni  Əbdürrəhman  ibni  Əbi 
Leyla və Təlhə ibni Musrifdən öyrənmişdir. «Əttəysir» kitabında isə deyilir: «Həmzə, Muğeyrət 
ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət dərslərində iştirak etmiş və ilk təhsilini 
onlardan  almışdır.  «Əttəysir»  və  «Mustəkir»  kitablarının  müəllifi  yazır:  «Həmzə  qiraəti  imam 
Sadiqdən (ə) öyrənmişdir.» 
Bunlar  deyir:  «Həmzə  ilk  qiraət  təhsilini  Həmrandan  almış  və  sonralar  Ə᾽məşə,  Əbu  İshaqa  və 
Əbi  Leylaya  təqdim  etmişdir.  Asim  və  Ə᾽məşdən  sonra  qiraət  tədrisinin  rəhbərliyi  ona  həvalə 
olunmuşdur. 
Həmzə e᾽tibarlı və misilsiz bir şəxsiyyət olmşudur.» 
Abdulla Əcli deyir: «Əbu Hənifə, Həmzəyə deyir: “Qur᾽ana və şəriətin vacib hökmlərinə bizdən 
daha bilikli olduğun üçün bu barədə səninlə bəhs etmək istəmirəm.”» 
Süfyan  Suri  deyir:  «Həmzə  Qur᾽an  və  şəriətin  vacib  hökmlərində  hamıdan  bilikli  idi.»  Abdulla 
ibni Musa deyir: « Ə᾽məş şagirdi Həmzəni hər dəfə gördükdə deyərdi: «Həmzə Qur᾽an elmlərinə 
yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı ilində doğulmuş, 156-cı ilində 
isə vəfat etmişdir.(Təbəqatul-qurra, 1-ci cild, səh.261.) 
İbni Muin deyir: «Həmzənin doğru və mö᾽təbərliyi hamı tərəfindən qəbul olunurdu.» 
Nəsai deyir: «Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.» 
Əcli deyir: «O, əməli-saleh və e᾽tibarlı bir şəxs idi.» 
İbni  Sə᾽d  deyir:  «Qiraət  elmində  özünəməxsus  üsluba  malik  idi.  Öz  e᾽tibarı  ilə  hamıdan 
fərqlənirdi və hamının ehtiramını qazanmışdı.» Saci deyir: «Həmzə düz danışan, amma hafizəsiz 
bir şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də mö᾽təbər hesab etmək olmaz. 
Hədisi əsas me᾽yar götürən bə᾽zi şəxslər onun qiraətinə irad tutmuşlar. Bə᾽ziləri isə onun qiraət 
üsulu ilə qılınan namazları batil hesab etmişlər.» 
Yenə də Saci və Əzdi deyir: «Alimlər Həmzə haqda müxtəlif nəzəriyyələr irəli sürmüş və bə᾽zən 
onu məzəmmət etməyə çalışmışlar.» 
Əsləmət ibni Şəbib deyərdi: «Əhməd ibni Hənbəli namazda Həmzənin qiraətindən istifadə edən 
şəxsin arxasında namaz qılmazdı.» 
Acəri,  Əhməd  ibni  Sənandan  nəql  edərək  deyir:  «Yəzid  ibni  Harun,  Həmzənin  qiraətindən  əsla 
razı deyildi.» Əhməd ibni Sənan deyir: «İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin 
qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri şallaqla cəzalandırardım.» Əbu Bəkr 
Əyyaş,  Həmzənin  qiraətini  bir  növ  bid᾽ət  hesab  edirdi.  İbni  Dərid  deyərdi:  «Çox  istərdim  ki, 
Həmzənin  qiraəti  unudularaq  Kufədə  bir  dəfəlik  aradan  getsin.  (Təhzibut-təhzib,  3-cü  cild, 
səh.27.) 
HƏMZƏNİN RAVİLƏRİ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə