Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

81 
 
«Qur᾽an  islam  dininin  əsasını  təşkil  etdiyi  və  peyğəmbərlərin  həqiqətini  təsdiq  edəcək  ilahi 
mö᾽cüzə olduğu üçün bütün sahələrdə böyük əhəmiyyət kəsb edir.» 
Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və səbəb də, təbii olaraq çox olmuşdur. 
Belə ki, daha çox əhəmiyyət kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması üçün 
bir çox mühəddis və ravilər tərəfindən nəql olunur. 
Bu  səbəbdən  də  hər  hansı  bir  hadisə  və  ya  xəbər  mütəvatir  şəkildə  deyil,  «vahid  xəbər» 
formasında  nəql  olunarsa,  bir  o  qədər  də  əhəmiyyət  kəsb  etmədiyi  üçün  Qur᾽an  hesab 
olunmayacaqdır. 
Süyuti deyir: Qazi Əbu Bəkr özünün «İntisar» adlı kitabında yazır: «Fiqh və kəlam alimlərinin bir 
qismi  belə  bir  əqidədədirlər  ki,  əgər  hər  hansı  bir  ayə  «vahid  xəbər»  formasında  nəql  olunsa, 
qətiyyətlə onu Qur᾽anın bir hissəsi hesab etmək olmasa da, Qur᾽an hökmündə olacaqdır. 
Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil olduğunu bir daha sübuta yetirir. Çünki, 
hər hansı bir mövzu bir neçə səbəblər üzündən «vahid xəbər» formasında nəql olunarsa, özünün 
yalan olduğuna dəlalət edəcəkdir. Çünki, əgər mö᾽təbər olsaydı, mütəvatir olaraq nəql olunardı. 
Məsələn,  əgər  padşahın  şəhərə  daxil  olacağını  bir-iki  nəfər  xəbər  verərsə  (bir  haldakı  padşahın 
şəhərə daxil olmasının gizli qalması şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmən 
xəbəri bu iki nəfər şəxsdən savayı başqaları bilməzsə, xəbəri eşidən dəgər şəxslər özlərində şəkk-
şübhəyə  yol  vermədən  bunun  yalan  olduğunu  qəbul  edəcəklər.  Təbiidir  ki,  belə  bir  vəziyyətdə 
padşahın şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir. 
Buradan  belə  mə᾽lum  olur  ki,  hər  hansı  bir  mətləb  «vahid  xəbər»  formasında  bəyan  edilərsə, 
Allah  kəlamı  və  Qur᾽an  ayəsi  hesab  olunmaz.  Onun  yalan  olduğu  sübuta  yetirildikdə  isə,  onun 
şər᾽i hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır. 
Məzhəbindən  asılı  olmayaraq,  bütün  müsəlmanlar  belə  bir  əqidədədirlər  ki,  Qur᾽an  ayələrinin 
sabit olması yalnız onun mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd edək 
ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir olması arasında heç bir əlaqə yoxdur. 
Ümumiyyətlə  bunun  üçün  heç  bir  lüzum  da  yoxdur.  Qur᾽an  ayələri  mütəvatir  olsa  da,  qiraət 
üsullarının  mütəvatir  olmaması  tamamilə  təbii  bir  haldır.  Çünki,  Qur᾽anın  mütəvatir  olmasını 
qiraət  üsullarının  mütəvatir  olması  üçün  dəlil  hesab  etmək  olmaz.  Belə  ki,  qiraət  üsullarının 
mütəvatir  olmasını  inkar  edən  dəlillər  Qur᾽an  ayələrinin  mütəvatir  olmamasına  dəlil  hesab 
olunmur. Növbəti fəsillərdə bu barədə ətraflı söhbət açacağıq. 
Qiraət  üsullarının  mütəvatir  olmaması  haqda  mövcud  olan  mühüm  bəhslərdən  biri  də  qarilərin 
özü ilə tanışlıq və onların qiraətlərini nəql edən şəxslərin e᾽tibarlı olub-olmamasıdır. Ən məşhur 
Qur᾽an qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər biri haqda ətraflı mə᾽lumat verdikdən 
sonra, onların siyahısına əlavə olunan daha üç qari haqda söhbət açacağıq. 
1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ 


82 
 
Adı: Abdulla ibni Amir Dəməşqi;  
Kunyəsi: Əbu Umran; 
Ləqəbi: Yəhsəbi.  
Abdulla ibni Amir Qur᾽anı Muğəyrət ibni Əbi Şəhabdan öyrənmişdir. 
Heysəm  ibni  Umran  deyir:  Abdulla  ibni  Amir  Əməvi  xəlifəsi  Vəlid  ibni  Əbdülməlikin 
hakimiyyəti dövründə məsciddə imamlıq vəzifəsini daşıyırdı. 
Heysəm  belə  hesab  edir  ki,  Abdulla  Bəni-humeyr  qəbiləsindən  olmuşdur  və  buna  görə  də  o, 
bə᾽zən ona irad tutardı. 
Əbu  Əmr  Dani  deyir:  Abdulla  ibni  Amir  Bilal  ibni  Əbi  Dərdadan  sonra  Şama  baş  qazi  tə᾽yin 
olundu... Şam camaatı Qur᾽an qiraətində onu özlərinə başçı tə᾽yin hesab edirdi. 
İbni  Cəzri  deyir:  İbni  Amirin  qiraəti  haqda  müxtəlif  nəzəriyyələr  irəli  sürülmüşdür.  Bə᾽zən 
onların sayı doqquza çatır. Lakin, mö᾽təbər yazıçılardan bə᾽zilərinin dediklərinə görə İbni Amirin 
qiraəti kimdən öyrənməsi dəqiq mə᾽lum deyildir. 
Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat etmişdir. 
İBNİ AMİRİN RAVİLƏRİ 
İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu iki şəxs Hişam və Zəlvandır. 
1. Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni Musəyrə olmuşdur. Qiraəti Əyyub 
ibni Təmimdən öyrənmişdir. 
Rical*  alimləri  Hişamın  kimliyi  haqda  iki  müxtəlif  nəzəriyyə  irəli  sürmüşlər.  Yəhya  ibni  Muin 
Hişam haqda deyir: «O, mö᾽təbər kəslərdən idi və ona e᾽tibar etmək olardı.» 
Nəsai deyir: «Onun şəxsiyyətində heç bir eyb və nöqsan olmamışdır.» 
Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: «Hamı ona ehtiram qoyar və söylədiklərinin 
həqiqiliyinə kimsə şübhə etməzdi.» 
Amma bütün bunların əksinə olaraq, bə᾽zi rical alimləri onu kəskin şəkildə tənqid etmişlər. Acuri, 
Əbi  Davuddan  nəql  edərək  deyir:  «Əbu  Əyyub  Süleyman  ibni  Əbdürrəhman,  Hişamdan  daha 
mö᾽təbər  olmuşdur.  Çünki,  Hişamın  istinad  etdiyi  hədislərdən  dörd  yüzü  həqiqətə  uyğun 
deyildir.» 
İbni  Davud  deyir:  «Bir  zamanlar  belə  qərara  gəlmişdim  ki,  Hişamın  söylədiyi  hədisləri  nəql 
etməyəm. Çünki o, hədis dəllalı idi!» 
Saleh  ibni  Məhəmməd  deyir:  «Hişam  hədis  nəql  etmək  üçün  pul  alardı.  İstədiyi  məbləği  əldə 
etməyincə hədis nəql etməzdi.» 


83 
 
Mə᾽ruzi  deyir:  «  Əhməd,  Hişamı  xatırlayarkən  bu  sözləri  deyərdi:  «O,  ikiüzlü  və  sadəlövh  bir 
insan  idi.»  Sonra  onun,  Qur᾽anın  məxluq  olduğu  haqda  irəli  sürdüyü  nəzəriyyəni  inkar  edərək 
sözlərini  bu  ifadələrlə  başa  vurmuşdur:  «Onun  arxasında  namaz  qılan  şəxs,  namazını  yenidən 
qılmalıdır!» 
Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin kimlər tərəfindən nəql olunduğunu 
bilmək  üçün,  oxuculara  «Təbəqatul  qurra»  adlı  kitaba  nəzər  salmağı  daha  məqsədəuyğun  hesab 
edir. 
2.  İbni  Zəkvan,  İbni  Amirin  ikinci  ravisi  hesab  olunur.  Adı  Abdulla,  atasının  adı  Əhməd  ibni 
Bəşir  olmuşdur.  Bə᾽zən  onu  Bəşir  ibni  Zəkvan  da  adlandırırlar.  Qiraəti  Əyyub  ibni  Təmimdən 
öyrənmişdir və onun qarşısında tilavət etmişdir. 
Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan qiraəti ondan öyrəndi.» 
İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə vəfat etmişdir. 
Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi tanınmışdır. 
İBNİ KƏSİR MƏKKİ 
Adı  Abdulla,  atası  Kəsir  ibni  Abdulla  ibni  Zadan  ibni  Firuzan  ibni  Hermez,  Məkkənin  «Dar» 
qəbiləsindən olmuşdur. Əslən iranlı olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti 
Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət etmişdir. 
Hafiz Əbu  Ömər  və  başqaları  bu  fikri  qəbul  etmiş  və  onun  doğruluğuna  istinad  etmişlər.  Lakin 
Hafiz Əbu Əla bu məsələyə şübhə ilə yanaşmış və bunu o qədər də mö᾽təbər hesab etməmişdir. 
İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam ibni Abbasa təqdim etmiş və 
onlar tərəfindən təsdiq olunmuşdur. 
İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci ilində elə oradaca vəfat  etmişdir. 
(Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh). 
Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, e᾽tibarlı və inanılmış kəslərdən idi.» İbni 
Sə᾽d onun mö᾽təbər olduğuna işarə etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla 
ibni Saib Məz᾽ufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən öyrəndiyi də göstərilir və bu 
xəbər daha mö᾽təbərdir. (Təhzibut-təhzib. 5-ci cild, 37-ci səh). 
İBNİ KƏSİRİN RAVİLƏRİ 
İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql etmişdir. 
1.  Bəzi  –  Əhməd  ibni  Məhəmməd  ibni  Abdulla  ibni  Qasim  ibni  Nafe᾽  ibni  Ubey  Əsl,  adı  isə 
Bəşardır. Əsli İranın Həmədan vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur. 
Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə