Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

78 
 
«Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir mö᾽cüzə gətirə bilməz.» (Rə᾽d-38). 
«Heç bir peyğəmbər Allahın izni olmadan mö᾽cüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi 
barədə]  əmri  gəldikdə  [peyğəmbərlər  və  onları  təkzib  edənlər  arasında]  ədalətlə  hökm  olunar. 
Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.» (Mu᾽min-78). 
Bunu  da  qeyd  etmək  lazımdır  ki,  Qur᾽anda  [bə᾽zi]  mö᾽cüzələri  inkar  edən  ayələrlə  yanaşı, 
Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur. 
Məsələn: 
«Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin mö᾽cüzəsi ilə] parçalandı. 
Əgər  müşriklər  [Məhəmmədin  (s)  peyğəmbərliyinin  həqiqiliyini  təsdiq  edən]  bir  mö᾽cüzə 
görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-
2). 
«Onlara  bir  ayə  gəldiyi  zaman:  Allahın  peyğəmbərinə  verildiyinin  [nübüvvətin,  mö᾽cüzələrin] 
misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.» (Ən᾽am-124). 
Hər  iki  ayədə  istifadə  olunan  «ayə»  kəlməsindən  məqsəd  Qur᾽an  ayəsi  deyil,  mö᾽cüzə  və  onun 
əlamətləridir.  Yə᾽ni  «ayə»  sözü  hər  iki  ayədə  mö᾽cüzə  mə᾽nasında  işlənmişdir.  Çünki,  əgər 
Qur᾽an  ayəsi  nəzərdə  tutulsaydı,  «parçalanmaq»  və  «görmək»  fe᾽lindən  deyil,  «eşitmək» 
fe᾽lindən istifadə olunardı. Ayənin məzmunu da Qur᾽an ayələri ilə deyil, mö᾽cüzə ilə əlaqəlidir. 
Buradan belə mə᾽lum  olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa  digər mö᾽cüzələri də olmuşdur 
və  «uzun  müddət  davam  edən  sehrdir»  cümləsindən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  onun 
mö᾽cüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə 
alaraq biz onları iki hissəyə bölə bilərik. 
1. Müvəqqəti olaraq mö᾽cüzələrin dayandırılmasına dəlalət edən ayələr; 
2. Bu  müddət  başa  çatdıqdan  sonra  yenidən  Peyğəmbərin (s)  göstərdiyi  mö᾽cüzələr  haqda  nazil 
olmuş ayələr. 
İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA 
Qur᾽an,  Tövratda  və  İncildə  həzrət  Məhəmmədin  (s)  zühur  edəcəyi  haqda  xəbər  verildiyinə 
dəfələrlə işarə etmişdir. 
«O  kəslər  ki,  əllərindəki Tövratda  və  İncildə [adını, vəsfini  və  əlamətlərini]  yazılmış  gördükləri 
rəsula-ümmi  [heç  kəsin  yanında  oxuyub  elm  öyrənməmiş  və  ya  məkkəli]  peyğəmbərə  tabe 
olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Ə᾽raf-157). 


79 
 
«Onu  da  xatırla  ki,  bir  vaxt  Məryəm  oğlu  İsa  belə  demişdi:  Ey  İsrail  oğulları! Həqiqətən  mən, 
özümdən  əvvəl  nazil  olmuş  Tövratı  təsdiq  edən  və  məndən  sonra  gələcək  Əhməd  adlı  bir 
peyğəmbərlə [sizə] müjdə verən Allahın elçisiyəm!» (Səf-6). 
Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yə᾽ni məsihi və 
yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi oluruq. 
Kitab  əhlinin  kütləvi  şəkildə  islamı  qəbul  etməsi,  Tövrat  və  İncildə  həzrət  Məhəmmədin  (s) 
zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir. 
Çünki  əgər  bu  kitablarda  Məhəmmədin  (s)  zühur  edəcəyi  haqda  xəbər  verilməsəydi,  yəhudi  və 
məsihilər  çox  asanlıqla  onu  təkzib  edər  və  ona  iman  gətirmək  fikrinə  düşməzdilər.  Qəlblərində 
kin-küdurət  olmayan,  həzrət  Musa  və  İsaya  (ə)  iman  gətirmiş  şəxslər  təbii  ki,  peyğəmbərlərin 
sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər. 
Onlara  iman  gətirməyənlər  isə,  Məhəmmədin  (s)  peyğəmbərliyini  qəbul  edib  ona  iman 
gətirmələri üçün mö᾽cüzə görməli idilər. O ki qaldı Məhəmmədin (s) mö᾽cüzələrinə, Qur᾽andan 
başqa onun bir çox digər mö᾽cüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər 
peyğəmbərlərin mö᾽cüzələrindən daha böyük tə᾽sir göstərmişdir. Çünki, onun mö᾽cüzələri haqda 
nəql olunmuş hədis və rəvayətlər zaman və e᾽tibar baxımından digər peyğəmbərlərin mö᾽cüzələri 
haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mö᾽təbərdir. 
MƏTLƏBLƏRİN XÜLASƏSİ 
1. Qur᾽an ayələri nəinki mö᾽cüzəni inkar etmir, hətta onları sübuta belə yetirir; 
2. Mö᾽cüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o  yalnız Allahın istək və iradəsilə 
mö᾽cüzə göstərə bilər; 
3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün mö᾽cüzə göstərməlidir. Lakin, 
Allah-taala  bundan  artıq  nə  ona  mö᾽cüzə  izni  verməli,  nə  də  özü  mö᾽cüzə  göstərməlidir. 
İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə mö᾽cüzə istəyinə müsbət cavab vermək 
düzgün təvəqqö deyildir. 
4.  Mö᾽cüzə  inkar  və  təkzib  olunduğu  zaman  insanların  əzab  və  fəlakəti  ilə  nəticələnir.  Lakin 
müşriklər bu qəbildən olan mö᾽cüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar 
olmadı; 
5.  Əbədi  olan  yeganə  mö᾽cüzə,  Allah  tərəfindən  peyğəmbərlərin  sonuncusu  olan  həzrət 
Məhəmmədə  (s)  nazil  olmuş  Qur᾽ani-kərimdir.  Məhəmməd  (s),  qiyamət  gününədək  qalacaq  bu 
ilahi  mö᾽cüzə  ilə  müşrikləri  mübarizə  meydanına,  ona  iman  gətirmiş  şəxsləri  isə  haqq-ədalətə 
də᾽vət edirdi; 
6. Məhəmmədin (s) mö᾽cüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o 
həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir; 


80 
 
7. Məhmmədin (s)  mö᾽cüzələri çox olsa da, Qur᾽andan başqa onların hamısı  yaşadığı zaman və 
məkana  aid  olmuşdur. Bu mö᾽cüzələrin  heç  biri  keçmiş  peyğəmbərlərin  mö᾽cüzələri  kimi  əbədi 
olmamışdır. 
BEŞİNCİ FƏSİL 
YEDDİ QUR᾽AN QARİSİ 
1. Abdullah ibni Amir Dəməşqi; 
2. İbni Kəsir Məkki; 
3. Asim ibni Bəhdiləi Kufi; 
4. Əbu Əmr Bəsri; 
5. Həmzə Kufi; 
6. Nafe Mədəni; 
7. Kəsai Kufi. 
 
1. Xələf ibni Haşimi; 
2. Yə᾽qub ibni İshaq; 
3. Yəzid ibni Qə᾽qa. 
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU 
YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ 
Qur᾽anın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. 
Əhli  sünnə  alimlərinin  bir  qismi  belə  bir  fikirdədirlər  ki,  yeddi  qiraət  üsullarının  hamısı 
Peyğəmbərin (s) özünə gedib çatır. Yə᾽ni Peyğəmbər (s) özü Qur᾽anı bu üsullarla tilavət etmişdir. 
Şiə  alimləri  bu  fikirdədirlər  ki,  mütəvatir  olaraq  nəql  olunmuş  yeddi  qiraət  üsulu  və  onların 
Peyğəmbərə  (s)  aid  olması  heç  də  qəti  deyildir.  Əhli  sünnə  alimlərinin  bir  qismi  belə  bir 
nəzəriyyəni qəbul etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha e᾽tibarlıdır. 
Müsəlmanlar arasında  əqidə  ixtilafının  olmasına  baxmayaraq,  onların  hamısı  bu  fikirdədirlər  ki, 
Qur᾽an [və onun qiraəti] yalnız mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər. 
Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək demişlər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə