5
mədəniyyətlərini ən çətin tarixi sınaqlar dövründə belə qoruyub
saxlamışlar. Ancaq qədim türk torpaqlarında qurulmuş yad döv-
lətlər türklərin torpaqlarını müxtəlif adlar altında ərazilərə bölmüş,
bir-birindən aralı salmış, onların iqtisadi və mədəni əlaqələrinə bu
və ya digər formada qadağalar qoymuşdular. Türk xalqlarının
yaşadıqları ucsuz-bucaqsız əraziləri ələ keçirmiş çar hökuməti və
onun mənəvi davamçısı sayılan sovet dövləti onların maddi-mənəvi
mədəniyyətlərinə bu və ya digər formada qadağalar qoymuşdular.
Sovet dönəmində bu qadağa və yasaqlar xüsusilə repressiv xarakter
daşımışdır. Yaradıcısı qədim türklər olan Novruz dəyərləri rəsmi
şəkildə qadağan olunmuşdur. Bu qadağalar təsadüfi deyildir. Sovet
dövlətinin siyasətinə qulluq göstərməyən, onun ideologiyasına sərf
etməyən hər nə varsa yasaqlanmışdır. Türk xalqlarının ümumi mə-
dəni-mənəvi sərvəti olan Novruzun qadağan edilməsinin ən birinci
səbəbi onun mahiyyətində birləşdiricilik xüsusiyyətinin olması idi.
Məlumdur ki. Novruzda insanlar bir yerə toplaşır, söhbətləşir,
təntənəli bayram şənlikləri keçirirlər. Bundan öncə, sovet ideolo-
giyası ilkinliyə, təbiiliyə, həmçinin milliliyə xidmət göstərəcək hər
şeyi ucdantutma ya birdəfəlik ləğv etmiş, ya da ideologiyaya qulluq
edəcək bir formaya salmışdır. Bu tendensiyanı daim işlək halda
saxlamaqda məqsəd özəlliyə, milliliyə xidmət edən milli mədə-
niyyəti tələm-tələsik sıradan çıxarmaq idi. Xalqın tarixinin, ümu-
mən onun min illərlə yaratmış olduğu mədəniyyətinin sıradan çı-
xarılmasında başlıca məqsəd xalqları, o cümlədən Azərbaycan türk-
lərini öz mədəniyyətlərindən uzaqlaşdırmaq, qanıbir, canıbir türk
xalqlarını bir-birindən aralı salmaq idi. Bütün bu qadağa və yasaq-
lar sonda bir çox milli adət-ənənələrin unudulması ilə nəticələn-
mişdi. Əslində, bütün türk xalqları genetik cəhətdən eyni soydan
olduqları kimi, dil və mədəniyyət baxımından da çox yaxındırlar.
Sünicəsinə yaradılmış əngəllər hesabına uzun illər türk xalqları bir-
birindən tədric olunmuş vəziyyətdə yaşamışdılar. Çoxsaylı türk
xalqları arasında uzun illər maddi və mənəvi inteqrasiyanın olma-
ması, demək olar ki, onları bir-birindən dil, düşüncə cəhətdən də
uzaqlaşdırmışdı.
6
Sovet dövlətinin məngənəsində sıxılan türk xalqlarına ümumi
sərvətləri sayılan Novruzun son törənlərini açıq şəkildə qeyd etmək
belə qadağan olunmuşdur. Elə bu siyasi-ideoloji qadağaların ucba-
tından sovet dövründə Azərbaycanda da Novruz fəlsəfəsindən
söhbət açmaq «tabu»ya çevrilmişdir. Sovet hakimiyyəti illərində
Azərbaycanda Novruz şənlikləri ilk dəfə 1967-ci ildə rəsmi səviy-
yədə Bahar bayramı adı altında açıq şəkildə keçirilmişdir. Bu mə-
qamda onu da qeyd etmək yerinə düşər ki, sonradan Novruz adlan-
dırılan bu müqəddəs bayrama qədim və orta əsrlərdə həm də Bahar
bayramı deyilmişdir. Totalitar düşüncənin hakim olduğu dövrdə
Novruz barədə ən cəsarətli fikirlərdən biri elə məhz onun Bahar
bayramı adlandırılması idi. 1967-ci ildə Novruz haqqında uzun illər
ərzində qoyulmuş qadağalar nisbətən aradan qaldırılsa da, onun
həqiqi mahiyyəti barədə hələ də elmi şəkildə danışılmırdı. Ondan
qəzet-jurnal səhifələrində yalnız ildə bir dəfə bayram ərəfəsində
əkin-biçin, təsərrüfat və məişət bayramı kimi söhbət açılmışdır.
Bəli, Novruz yeni mövzu deyildir. Onun tarixi bəşərin (türko-
ğlunun) yaşı qədərdir. Ancaq ilk dəfə bu kitabda Novruz funda-
mental şəkildə tədqiqata cəlb olunubdur. Onu da deyək ki, bu
kitabda ilk dəfə Novruz fəlsəfəsi tamamilə yenil bir yanaşma ilə
araşdırılmışdır. Novruza ilk dəfə bütövlükdə bir sistem kimi yana-
şılmışdır. Novruz məişət-təsərrüfat bayramı səviyyəsindən dünya-
baxış, təfəkkür tərzi səviyyəsinə qaldırılmışdır.
Müəllif, çox doğru olaraq, Novruzun genezisini (mənşəyini)
tarixin ilkin övladları olmuş şumerlərdən başlayır. Şumerlərin
qədim türklərin ulu əcdadları olduqlarını Amerika və Avropa şume-
roloqları birmənalı şəkildə təsdiq etsələr də, sırf konyukturadan
çıxış edən bəzi tədqiqatçılar qısqanclıqdan məqsədli şəkildə qədim
türkləri şumerlərdən uzaqlaşdırmışlar. Mövcud türk dillərinin
şumer dili ilə yaxınlığı, bu gün həmin dillərdə hələ də işlək halda
olan qədim şumer sözləri və s. faktlar türklərin şumerlərin genetik
və mənəvi varisləri olduqlarını təsdiqləyir. Bu genetik və mənəvi
bağı təsdiq edən tarixi faktlardan biri də budur ki. Azərbaycan
türklərinin etnogenizində iştirak etmiş tayfaların nümayəndələri nə
7
az, nə çox, düz, 91 il Şumer-Akkad dövlətinə başçılıq etmişdirlər.
Şumer yazılarına görə. onlar yazın gəlməsini ilin başlanğıcı kimi
hər il təntənəli şəkildə qeyd etmişdirlər. Şumerin paytaxtı olan Ur
şəhərində təzə ay allahı Nanna Sinin məbədi qarşısında, baş mey-
danda yeni il möhtəşəm bayram şənlikləri ilə qarşılanardı. Həmin
vaxt məbədin kahinləri təzə ildə məhsulun bol, əkin-biçinin, mal-
heyvanın, həmçinin insanların arasında artım olması üçün Nanna
Sinin heykəlini qucaqlarında pilləkənlərlə aşağı endirər, ayin
keçirər, sonra onu yenidən məbədə qaldırarmışlar. Həmin ay allahı
Nanna Sinin heykəli insan başlı öküz fiquru obrazında olmuşdur.
Şumerlərdə şir, öküz, maral və başqa heyvanlar səmadakı ulduz
bürclərinin rəmzləri sayılmışdır.
Haqlı olaraq, kitabda Novruzun inkişaf mərhələləri şumerlər-
dən sonra onların genetik və mənəvi davamçıları olan turanlılarla
(türklərlə) davam etdirilmişdir. Şumer sivilizasiyası müxtəlif sə-
bəblərdən tarixə qovuşmuşdur. Ancaq bu zəngin və əzəmətli bəşər
mədəniyyəti digər xalqların mədəni inkişafına güclü təsir göstər-
mişdir. Tarixin çox-çox sonrakı mərhələlərində Novruz adlandı-
rılmış dəyərlər toplusunun ilkin nüvələrindən birini də sırf qədim
türklərlə bağlı olan Ergenekon bayramının komponentləri təşkil
edir. Ergenekondan çıxış qurtuluş sayılıbdır (Transformasiyaya
uğramış Novruzda da, ən azı, qışdan bir qurtuluş vardır). Böyük
ehtimalla deyə bilərik ki, min illərlə Ötükəndə yaşamış türklərin
oradan böyük köçü başlamışdır. Qədim türklərin doğma yurd-
yuvalarından köçməsinin mühüm səbəblərindən biri uzun illər
çinlilərlə aparılmış müharibələr olmuşdur. Qədim Çin mənbələrinin
özündə belə qorunub saxlanılmış «Köç» dastanı da bu tarixi faktı –
türklərin böyük köçünü təsdiqləyir.
Qədim türklərin azadlıq sevdasını M.Ə.Rəsulzadə tarixin
məntiqinə uyğun olaraq çox düzgün şərh etmişdir. M.Ə.Rəsulzadə
«Qurtuluş» məqaləsində yazır: «Qurtuluş, qurtulmaq kimi sözlər,
heç şübhə yoxdur ki, «qurd» sözündən yaranmışdır». M.Ə.Rəsul-
zadə Ankarada yaşadığı illərdə «Azərbaycan» dərgisində (12 mart
1954) Novruzla bağlı dərc olunmuş məqaləsində bir daha qeyd
Dostları ilə paylaş: |