Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

27 


      Sutkalıq  yağıntıların  miqdarı  0,1mm-dən  artıq  olan  günlərin  il  ərzində 

paylanması  ilə  yanaşı,  ən  çox  sutkalıq  yağıntı  miqdarı  da  böyük  maraq  doğurur. 

lbəil  təkrar  olunan  az  intesivlikli  yağış  landşaftın  normal  dinnamikası 

çərçivəsindən kənara çıxan hadisələr törətmir. Lakin 10 ildə, yaxud 50-100 ildə bir, 

yaxud  bir  neçə  dəfə  təkrarlanan  ən  böyük  miqdarlı  sutkalıq  yağıntılar  dəhşətli 

yağıntılarla,  eroziya  prosesinin  ciddi  artması  ilə,  güclü  dəhşətli  sellərin  əmələ 

gəlməsilə, sürüşmələrin fəallaşması ilə, uçqunlar, daşqınlar baş verməsilə, kiçik su 

tutuarlara  böyük  təhlükə  yaratması  ilə  nəticələnir.    Bəzən  bir  sutkada  düşən 

intensiv  yağışın  miqdarı  illik  yağıntı  miqdarının  25-30%-i  təşkil  edir,  hətta  bunu 

keçir. Bu isə dağıdıcı hidrometeoroloji hadisələrin yaranması üçün zəmin yaradır. 

Aəzərbaycan  ərazisində  1950-ci  illərin  axırına  qədər  aparılan  meteoroloji 

müşahidə  məlumatlarının  təhlilinə  əsasən,  Ə.M.Şıxlinski  müəyyən  etmişdir  ki, 

maksimum  sutkalıq  yağıntı  miqdarı  Ələtdə  111  mm,  Şamaxıda  125  mm, 

Zaqatalada  171  mm,  Əlibəylidə  188  mm,  Şəkidə  118  mm,  Astarada  294  mm 

olmuşdur.  Astarada  maksimal  sutkalıq  yağıntı  həcmi  Putada  2  ildə  düşən  yağıntı 

normasından 2,6 dəfə çoxdur.  

M.Ə.  Məmmədovun  məlumatına  görə  maksimum  sutkalıq  yağıntı  miqdarı 

16.VIII.  1955-ci  ildə  Lənkəran  bölgəsinin  Biləsuvar  məntəqəsində  220-334  mm 

olmuşdur. Həmin gün Bursulumda 226 mm, Yardımlıda 73 mm, Qonaqkənddə 67 

mm, Füzulidə 97 mm yağış düşmüşdür.  

       Şimal-Şərqi  Azərbaycanda  sutkalıq  yağıntıların  maksimumu  Xınalıqda  56 

mm, Altıağacda 132 mm, Kiçik Qafqazda, Şəmkirdə 42 mm, Msinkənddə 140 mm, 

Naxçıvanda 32 mm, Şahbuzda 39 mm, Paizdə 40 mm, Culfada 67 mm, Nünsüdə 

68 mm olmuşdur.  

        Azərbaycanın  ayrı  –  ayrı  bölgələri  leysan  yağışların  intensivliyinə  və 

təkrarlanmasına  görə  bir-birindən  fərqlənir.  Dağlıq  vilayətlərdə,  xüsusilə  Böyük 

Qafqaz  dağlarında  leysan  yağışların  intensivliyi  və  təkrarlanması  qalan 

vilayətlərdə,  xüsusilə  düzənlik  bölgələrdə  olduğundan  xeyli  çoxdur.  Leysan 

yağışların ən çox intensivliyi ilə yanaşı, onların davamlılığı da mühüm göstəricidir. 

ntensivliyi  2-3mm/dəqiqə  təşkil  edən  leysan    2-3  dəqiqə  davam  edərsə  çox 




 

28 


təhlükəli  vəziyyət  yarada  bilməz.    Lakin  30  dəqiqə,  yaxud  bir  neçə  saat  davam 

edərsə və damcıların böyüklüyündən asılı olaraq böyükdağıdıcı qüvvəyə malik ola 

bilər (cədv.1.6). 

                                                                                                                Cədvəl 1.6. 

1.6.Yağışın növündən asılı olaraq damcıların diametri 

Yağıntıların  ümumi  şəkildə  qəbul 

olunmuş adı 

Damcıların diametri, mm-lə 

Quru duman 

0,01 


Çən 

0,1-0,2 


Zəif yağış 

0,45 


Güclü yağış 

1,0 


Leysan 

2,1 


Güclü leysan 

3,0 


 

     


Azərbaycan ərazisində yağıntılar, əsasən yağış və qar halında düşür ( cədvəl 

1.1).  Dağlıq  və  dağətəyi  zonalarda  dolu  düşməsi  halları  da  müşahidə  ediliir. 

Havada  olan  rütubət  həmçinin  başqa  formalarda  da  torpaq  və  bitkilərin  səthini 

nəmləndirir. Bu, şeh və qırov düşən vaxt və sıx duman olan zaman baş verir. Bu 

axırıncıların  əmələ  gəlməsi  adi  yağıntı  (yağış,qar,  dolu)  əmələ  gəlməsindən  çox 

fərqlənsə  də,  havada  olan  su  buxarının  müxtəlif  səbəblərdən  yer  səthinin 

nəmlənməsində iştirak etməsi baxımından məzmunu dəyişmir.  

     


Azərbaycan  subtropik  enliklərdə  yerləşdiyinə  görə  onun  ərazisində 

yağmurlar  əsas  etibarilə  yağış  halında,  dağlıq  ərazilərdə  yağış  və  qar  halında, 

yüksəkdağlıqda (3000m-dən yuxarı) əksər hallarda qar kimi düşür.        

 

 



 

1.3. Azərbaycan ərazisində qar örtüyünün paylanması 

 

 



Azərbaycanda  qar  örtüyünün  paylanması  da  DHMH  yaranmasında  rolu  az 

deyil. Ölkə ərazisində qar örtüyünün paylanması və onun davamiyyətini  müəyyən 




 

29 


etmək  üçün  ayrı  –  ayrı  əraziləri  nəzərdən  keçirək.  Kür-Araz  ovalığında  qar 

örtüyünün  yatımı    davamiyyətsizdir.  Qış  dövründə  maksimal  qalınlıq  6-7  sm  ola 

bilər  Böyük  Qafqazın  cənub  yamacı  Azərbaycan  üzrə  ən  böyük  qar  örtüyünə 

malikdir. 

Ə

razinin hündürlüyü artdıqca qar örtüyünün qalınlığı qeyri bərabər dəyişir. 



Absolyut  hündürlük  artdıqca  qar  örtüyünün  qalınlığı  əvvəlcə  yavaş  artır.Qarın 

intensiv toplanması 2000 m – dən yüksəkdə baş verir.Bu həmin ərazidə atmosfer 

yağıntılarının bol olması ilə izah edilir. Bunların isə böyük bir hissəsi bərk halda 

olur  


Qar  örtüyünün  hündürlüyü  və  yatımının  davamiyyəti  dağ  ətəklərinin 

ekspozisiyasından asılıdır. Şimal və qərb ekspozisiyasında qar örtüyünün qalınlığı 

cənuba  nisbətən  böyükdür.  Həm  də  bu  fərq  hündürlük  artdıqca  artır,  bəzən  30% 

çatır(cədvəl 1.5).  

Yüksəklik  dağlıq  zonasında  güclü  küləklərin  təsiri  altında  qar  örtüyünün 

paylanmasında  kəskin  qeyri  bərabərlik  müşahidə  edilir.Qar  örtüyünün  marşrut 

müşahidələrinə görə Kiş cayı hövzəsində bəzi sahələrdə qar örtüyünün hündürlüyü 

2-3 m-dən yüksək olur (orta hündürlük 0.70 sm). 

Böyük  Qafqazın  cənub  yamacında  1200-1300  m  hündürlüyə  qədər  qar 

örtüyü qışın ortalarında yox ola bilər. Dağətəyi zonalarında qar örtüyünün qalınlığı 

3-10 sm olan qış 50%  qədər təşkil edir. Lakin absolyut hündürlük artdıqca əksinə 

azalır.Beləki,  Əlibəy stansiyasında (1700 m ) açıq sahələrdə 3-10 sm qar örtüyü 

olan qışların təkrarlanması 5-6% təşkil edir. 

Sərt  qış  olan  dövrlərdə  hətta  dağətəyi  ərazilərdə  davmlı  qar  örtüyünün 

qalınlığı  30-40-  sm,  bəzən  isə  hətta  50-60  sm  təşkil  edir.  Şəki  və  Zaqatala 

ə

razilərində belə qışların təkrarlanması 6-7%-dir.  Əlibəy stansiyasında maksimal 



qar örtüyünün  maksimal  hündürlüyünün orta  dekada  qiyməti  çox  vaxt 60-70- sm 

(açıq sahələrdə) və 80-90 sm (qorunan sahələrdə) olur. Qışda maksimal dekada qar 

örtüyü qalınlığı 1,5 m təşkil edir.  

 

Böyük Qafqazın cənub hissəsinin şərq hissəsi qar örtüyünün hündürlüyünün 



paylanmasına  görə  qərb  hissəsinə  ümumən  oxşardır.  Lakin  burada  qar  örtüyünün 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə