Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə38/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   34   35   36   37   38   39   40   41   ...   68

 
123
lərini,  həmçinin  nəzarət  orqanlarının  təsir  üsullarını  daha  tam  və 
dəqiq müəyyən etməyə imkan verir. Bank nəzarəti üzrə Bazel ko-
mitəsi  milli  nəzarət  orqanlarının  işində  qeyd  olunan  üsullardan 
istifadə etməyə tövsiyə edir.   
İ
nvestisiya  bankları  və  korporasiyaları  tərəfindən  geniş 
istifadə  olunan  üsullara  həmçinin  böhranların  erkən  qarşısının 
alınması üzrə müxtəlif reytinq metodikaları və modelləri aid edilir. 
Reytinqlər  investisiya  qoyulan  obyektin  cari  vəziyyətini  qiymət-
ləndirməyə imkan verirlər. Məsələn, beynəlxalq reytinq agentliklə-
rinin  müstəqil  reytinqləri  xarici  bazarda  borc  götürən  ölkələrin 
ödəmə  qabiliyyətini  qiymətləndirirlər.  Lakin  reytinqlər  maliyyə 
problemlərinin  yaranması  baxımından  gecikən  göstəricilərdir.  Bu 
səbəbdən  banklar  öz  tərəfdaşlarının  və  müştərilərinin  maliyyə 
göstəricilərində  risklərin  və  mənfi  meyllərin  aşkar  edilməsi  və 
milli valyutaların devalvasiyasının və maliyyə böhranlarının proq-
nozlaşdırılması  üçün  erkən  qarşısını  alma  modellərindən  istifadə 
edirlər.  Məsələn,  Doyçe  Bank  dəyişən  təhlil  vasitələrinə  əlavə 
olaraq aşağıdakı dörd sahəyə: hökumət, cəmiyyət, təhlükəsizlik və 
iqtisadiyyata  aid  olan  20  göstəricini  qiymətləndirən  DESIX  adlı 
siyasi sabitlik indeksindən istifadə edir.  
Böhranların  qarşısının  alınmasına  kömək  edən  normaların, 
standartların  və  modellərin  nüfuzlu  institutların  himayəsi  altında 
dünya təcrübəsində geniş tətbiqi zamanı səhvin rolu kəskin surətdə 
böyüyür. Korporasiya və ya bank səviyyəsində, yeni risklər və ya 
gözlənilməz  hadisələr  yarandıqda  yalnız  proqnozlaşdırma  mo-
dellərini deyil, həmçinin böhran əleyhinə siyasəti operativ rejimdə 
düzəltməyə  imkan  verən  daxili  dinamik  əlaqələr  mövcuddursa  bu 
zaman, lakin ancaq zamanla məhdud sınaqdan keçmiş və nüfuzlu 
beynəlxalq institutların himayəsi  altında təklif edilən, qəbul olun-
muş  normalar,  standartlar  və  modellər  istifadə  edilərkən  yalnız 
böhranların  yayılmasını  gücləndirəcək  və  zərəri  artıracaq  gizli 
nöqsanlar  və  ziddiyyətlər  meydana  çıxa  bilər.  Buna  misal  kimi 
BVF-nun  1990-cı  illərdə  iqtisadiyyatın  tənzimlənməsinə  moneta-
rizm yanaşmasına və kapitalın hərəkətinin sürətli liberallaşmasına 


 
124
ə
saslanan  inkişaf  edən  ölkələr  üçün  nəzərdə  tutulmuş  “Vaşinqton 
konsensusu”  adlı  neoliberalizm  doktrinası  ilə  birlikdə  yürütdüyü 
siyasətini göstərmək olar. 1995-ci ildə baş vermiş Meksika böhra-
nından sonra Fond böhranların erkən qarşısının alınması üzrə işlə-
nilməmiş sistemə böyük ümidlər bəsləyirdi. Səhvlərin rolu məlum-
dur – 1995-ci və 1997-1998 illərdə böhranların yayılmasının zən-
cirvarı reaksiyası nəticəsində böyük miqyaslı zərərlər. Beynəlxalq 
təşkilatların maliyyə böhranlarının yaranması ehtimalının artmasına 
təsirinin digər nümunəsi kimi BHB-nın tövsiyələridir ki, hansılarda 
kapitalın  kifayət  etməsi  normativinin  hesablanması  zamanı 
uzunmüddətli  kreditlərdən  fərqli  olaraq  qısamüddətli  kreditlər 
praktiki olaraq risksiz kimi qiymətləndirilir. Bu təcrübə qərb bank-
ları  tərəfindən  formalaşan  bazar  iqtisadiyyatlarının  ehtiyatsız  kred-
itləşməsini  və  onlar  tərəfindən  qısamüddətli  borcun  yığılmasını 
stimullaşdırırdı, bu da Asiya böhranında həlledici amil olmuşdur
104
.  
Bütün  böhranların  tam  qarşısının  alınmasına  zəmanət  ver-
mək  mümkün  deyil,  çünki  bu  inkişaf  prosesinin  ziddiyyətlərinin 
ifadə  formasıdır  və  çox  vaxt  maliyyə  bazarlarından  kənarda  olan 
bir  çox  amillərin  nəticəsidir.  Bu  səbəbdən  böhranların  qarşısının 
alınması  mexanizmləri  yalnız  məlumatlandırma,  nəzarət  və  sa-
bitliyin  möhkəmləndirilməsi  üzrə  lazımi  təcrübənin  tətbiqi  üçün 
deyil, həmçinin böhran vəziyyətlərinin, onların qarşısının alınması 
məqsədilə, müxtəlif inkişaf variantlarının təhlili üçün xidmət etmə-
lidirlər.  Məhz  sarsıntının  test  yoxlamasına  və  ssenari  plan-
laşdırmasına  əsaslanan  bu  üsullar  BVF  tərəfindən  Üzv  ölkələrin 
maliyyə  sabitliyinin  qiymətləndirilməsi  proqramı  çərçivəsində  is-
tifadə olunur və Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən milli 
nəzarət orqanlarına bankların sabitliyinin və bütövlükdə bank sis-
teminin qiymətləndirilməsi üçün tövsiyə olunur.  
                                                 
104
 Монтес М.Ф., Попов В.В. «Азиатский вирус»  или  «голландская болез-
нь
»? Теория и история валютных кризисов в России и других странах». – s. 
124;  Сорос  Дж.  Кризис  мирового  капитализма.  Открытое  общество  в 
опасности
. – s. 195.   


 
125
Təbii fəlakətlərin erkən  qarşısının alınması üzrə bir çox xü-
susiləşdirilmiş sistemlərdə
105
 böhran hadisələrinə reaksiya vermək 
hazırlığının təminatı proseduru mövcuddur. Həmin prosedur çərçi-
vəsində  böhranın  mümkün  inkişaf  ssenariləri  əsasında  reaksiya 
vermə  yolları, böhranların inkişafının qarşısının alınması və zərə-
rin azaldılması üsulları müəyyən olunur, həmçinin böhran əleyhinə 
tədbirlərin  keçirilməsinə  görə  cavab  verən  orqanlar  formalaşır  və 
reaksiya  vermə  üçün  tələb  olunan  vasitələr  ehtiyatda  saxlanılır. 
Maliyyə bazarında böhranların qarşısının alınması üsullarını müza-
kirə  edərkən  BVF-da,  Mərkəzi  Bank  və  korporasiyalarda  analoji 
proseslərin  mövcudluğunu  ehtimal  etmək  olar.  Qeyd  olunan  təş-
kilatların  böhranların  aradan  qaldırılması  üçün  lazımi  vasitələrə 
malik  olmasına  baxmayaraq  böhran  hadisələrinə  reaksiya  vermək 
hazırlığının  təminatı  və  fövqəladə  (təcili)  planlaşdırma  üzrə 
prosedurlar dəsti böhran baş verən bazarların iştirakçılarının aktiv 
reaksiyasını nəzərə alsaq məxfi hesab olunur.      
BVF  böhranların  aradan  qaldırılması  üçün  kredit  vasitələri-
nin geniş dəstinə malikdir. Lakin onun vasitələri məhduddur və o, 
yalnız problemlərlə üzləşən ölkə tərəfindən sorğu edildikdə kömək 
göstərə  bilər.  Dövlət  orqanlarının  və  xüsusi  müəssisələrin  fövqə-
ladə planlaşdırma məqsədləri müxtəlifdir. Xüsusi müəssisələr böh-
ran zamanı satıla bilən  milli aktivləri satıb valyuta almaqla zərəri 
azaldıb  kapitalı  qoruyub  saxlamağa  çalışırlarsa  dövlət  orqanları 
fəaliyyətini  milli  maliyyə,  bank,  valyuta  sistemlərinin  sabitliyinin 
qorunub saxlanılmasına istiqamətləndirir.  
Beləliklə,  böhranların  qarşısının  alınması  üzrə  qazanılmış 
təcrübə  maliyyə  bazarında  böhranların  qarşısının  alınmasına  və 
ölkənin  sabit  sosial-iqtisadi  inkişafı  siyasətinin  formalaşdırılma-
sına istiqamətlənmiş üsulların və modellərin seçimi zamanı ətraflı 
qiymətləndirməni tələb edir.         
                                                 
105
  USAID  Famine  Early  Warning  System,  2000.  Early  Warning  Primer:  An 
Overview  of  Monitoring  and  Reporting  by  C.Chopak.  –  Website: 
http://www.fews.net/resources/gconten/pdf/1000006.pdf.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə