138
BVF modelləri böhranın inkişafına təsir edən dəyişənlərin
seçimi üçün aylıq məlumatlardan istifadə edirlər. Böhran ehtimalı
reqress modeli əsasında qiymətləndirilir. Bu yanaşma ilə iki
üstünlük əldə olunur: 1) model hər dəyişənin statistik əhəmiyyətini
asanlıqla müəyyənləşdirməyə imkan verir və 2) böhran indikator-
ları valyuta böhranının yaranması ehtimalının ümumiləşdirilmiş
göstəricisi şəklində birləşir. BVF modelləri böhranın eyni tərifinə
və eyni proqnozlaşdırma dövrünə malikdirlər. Onların parametrləri
Fondun dünya valyuta sisteminin sabitliyinin qorunub saxlanıl-
masından ibarət olan əsas vəzifəsilə şərtləndirilmişdir.
İ
nvestisiya banklarının modellərində istifadə olunan böhran-
ların tərifləri bir-birindən mühüm dərəcədə fərqlənirlər, bu da on-
ların məqsəd fərqlərilə şərtləndirilmişdir. Özəl bankların əsas məq-
sədi gəlir əldə etməkdir. Banklar şəxsi aktivlərini və müştərilərin
investisiya portfellərini idarə edir və böhran baş verdiyi halda
onların satınalma sürətini müəyyən edən limit siyasəti, qiymətlərin
düşməsinin son hədd səviyyələri və aktivlərin həcmi ilə müəyyən
olunan yol verilən zərərin təsbit olunmuş səviyyəsinə malikdirlər.
Həmin zərər səviyyəsi və böhranın inkişaf mexanizmi haqqında
şə
xsi təsəvvürlər modellərdə qəbul olunmuş valyuta kursunun və
ehtiyatların dəyişməsinin əsas göstəricilərini şərtləndirirlər. Bu
modellərdə əlavə olaraq real sektorun, institusional, siyasi, bazar
böhranlarının və zəncirvarı reaksiyanın yayılması ilə bağlı olan
böhranların göstəricilər qrupundan götürülmüş dəyişən kəmiyyət-
lər istifadə olunmuşdur.
Valyuta böhranlarının proqnozlaşdırma üsulları əsasında
qarşısının alınması sistemlərinin hazırkı inkişaf mərhələsinin
özünəməxsus hüdudu Bergin və Patillonun
122
müvafiq “Valyuta
böhranlarını əvvəlcədən söyləmək olarmı? Testlər” adı altında
elmi əsəri olmuşdur. Həmin əsərdə Asiya böhranından qabaq ha-
zırlanmış üç əsas elmi işin ümumiləşdirilmiş təhlili verilmişdir.
122
Berg A., Pattillo C. “Are Currency Crises Predictable? A Test”, IMF, 1998,
IMF Working Papers, 98/154.
139
Müəlliflərdən heç biri böhranların yaranma vaxtını kifayət qədər
dəqiq proqnozlaşdıra bilməmişdir, yanlış qorxuların sayı düzgün
siqnalların sayını üstələyirdi, statistik əhəmiyyətli nəticələr onu
təsdiqləyirdi ki, bəzi modellər öz nəticələrinə görə məlumatlandı-
rılmış müşahidəçilərin nəticələrindən artıq olmamışdır. Furman və
Stiqlits
123
, həmçinin “The economist”
124
nəşriyyatı tərəfindən apa-
rılan analoji tədqiqatlar oxşar nəticələrə gətirib çıxartmışdır. Bu-
nun səbəblərindən biri kimi son böhranın izahı üçün daha uyğun
olan indikatorların çox vaxt növbəti böhranın izahı üçün uyğun ol-
maması faktı göstərilir.
Zamanla riskin yeni mühüm amilləri yarana bilər, həmçinin
bazarların və onun iştirakçılarının vəziyyəti dəyişə bilər. Məluma-
tın emalı texnologiyasının təkmilləşdirilməsi təqdim edilən model-
lərdə proqnozlaşdırmanın keyfiyyətinin yaxşılaşdırılmasının əsası-
dır. Yanlış qorxuların və nəzərdən qaçırılmış böhranların sayı haq-
qında məlumatlar dəqiq izah edilməlidir. Nəzərdən qaçırılmış böh-
ranların mövcudluğu modellərdə mühüm göstəricilərin və proq-
nozlaşdırmanın keyfiyyətinə təsir göstərən hadisələrin nəzərə alın-
madığını göstərir. Yanlış siqnal gərginliyin olmasına baxmayaraq
böhranın baş vermədiyini ifadə edir. Bu iki səbəbdən mümkündür.
Birincisi, istifadə olunan tərif bəzi hadisələri böhran kimi təsnif-
ləndirmir, lakin modelə daxil olan və həmin hadisələrlə bağlı olan
indikatorların bir hissəsi onun yaxınlaşmasına işarə edə bilər.
İ
kincisi, böhran haqqında xəbərdarlıq maliyyə bazarında möhtəkar
hücumlarının qarşısının alınması üçün istifadə edilə bilər.
Erkən qarşısını alma modellərinin işinin yaxşılaşdırılması
statistik modelin məlumatlarına əsaslanan müxtəlif ölkələr üçün
valyuta böhranının yaranma ehtimalının reytinqinin istifadəsi
ə
sasında, həmçinin proqnozun həmin ölkə üçün səciyyəvi olan
keyfiyyət göstəricilərinin və risklərin ətraflı tədqiqi ilə əlavə
123
Furman J. and J.Stiglitz. Economic crises: evidence and insights from east
Asia. Brookings Papers on Economic Activity, No 98:2, 1998. – S. 1-114.
124
The perils of prediction. The Economist, I August, 1998.
140
proqnozlaşdırma və modellərin özlərinin təkmilləşdirilməsi əsasın-
da mümkündür.
O cümlədən maliyyə bazarında iqtisadi böhranların təbiəti
bir çox amillərdən asılıdır və şəklini dəyişdirə bilər. Maliyyə
bazarlarının qloballaşması və kapitalların beynəlxalq hərəkətinə
qoyulan məhdudiyyətlərin götürülməsi bazarlar və ölkələr arasında
böhran şoklarının yayılmasına səbəb olur. Bu böhranın statistika
baxımından mühüm olan tərkibinin dəyişməsinə və modellərin
proqnozlaşdırılmasının keyfiyyətinin aşağı düşməsinə gətirib
çıxardır. Bu halda diqqəti bütün böhran sarsıntıları üçün səciyyəvi
olan əlamətlərin üzərində cəmləmək yaxud maliyyə bazarında
müxtəlif növ böhranları səciyyələndirən kəmiyyət və keyfiyyət
göstəricilərinin daha tam uçotunu təmin etmək lazımdır. Bir çox
iqtisadçılar bu zaman böhranın bir növünün digərinin yaranmasına
səbəb olduğu valyuta, bank və borc böhranlarının qarşılıqlı
asılılığını, həmçinin böhranın ölkədən ölkəyə yayılması effektinin
ifadəsini qeyd edirlər. Modellərin təkmilləşdirilməsi üçün maliyyə
bazarının müxtəlif seqmentlərində böhranlarla bağlı olan göstəri-
ciləri və qonşu ölkələrdə böhranların mövcudluğunu nəzərə almaq
məqsədəuyğundur. Maliyyə bazarında böhranlar kimi çox amilli
diskret hadisələrinin yüksək dəqiqliklə proqnozlaşdırılması çətin
məsələdir, bu səbəbdən onların erkən qarşısının alınması üzrə
təqdim olunmuş üsullar zəifliyin təhlilinin birinci pilləsi ola və
risklərin və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üsullarını
tamamlaya bilər.
BHB xətti ilə bank nəzarəti təcrübəsində böhranların erkən
qarşısının alınması üsullarının tətbiqi nümunələrini müzakirə edək.
BHB-nın vəzifələrindən biri milli bank sistemlərinin möh-
kəmləndirilməsi və bank böhranlarının qarşısının alınması üçün
mərkəzi bankların əməkdaşlığının inkişaf etdirilməsidir. Bu məq-
sədlə 1988-ci ildə bankların şəxsi kapital norması haqqında Bazel
sazişi (Bazel-1) bağlanmışdır, onun yeni redaksiyası (Bazel-2)
2004-cü ilin iyun ayında nəşr olunmuşdur. Həmin saziş qa-
baqlayıcı tədbirləri təklif edir və bank kapital kifayətliliyinin tə-
Dostları ilə paylaş: |