Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə35/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   31   32   33   34   35   36   37   38   ...   68

 
114
Maraqlıdır  ki,  qeyd  olunduğu  kimi  həmin  indikatorlar 
maliyyə  bazarının  bütün  iştirakçılarının  vəziyyətini  və  xarici 
ş
okların  mövcudluğunu  əks  etdirir.  İndikatorların  davranışının 
zaman dinamikasının təhlili onların müxtəlif zaman intervallarında 
böhranın  baş  vermə  ehtimalı  haqqında  işarə  verməsini  müəyyən 
etməyə imkan verdi. İlk iki indikator qısamüddətli, qalan ikisi isə 
uzunmüddətlidir.  Bu,  ölkə  qısamüddətli  satılma  qabiliyyətinlə 
problemlər  yaşadığı  və  ya  bazarlarda  böhranlar  dalğası  yarandığı 
halda, yüksək sürətli reaksiyaya qarşı tələbləri müəyyən edir.  
Beləliklə,  müəyyən  olunmuşdur  ki,  maliyyə  böhranlarının 
müəyyənləşdirilmiş  indikatorları  və  maliyyə  bazarının  müxtəlif 
seqmentləri  üçün  tətbiq  edilən  erkən  qarşısını  alma  modelləri 
birinci fəsildə müəyyən olunan, maliyyə bazarlarının qloballaşması 
şə
raitində  böhranların  baş  verməsi  və  yayılması  səbəblərini  və 
mexanizmlərini təsdiqləyirlər. 
Son on il ərzində valyuta və maliyyə böhranlarının qarşısının 
alınması  üçün  istifadə  olunan  üsulların  sayı  artmışdır.  Onlardan 
ə
sas hesab etdiyimiz bəzilərini müzakirə edək.  
Məlumdur ki, risklər haqqında məlumat yaxud proqnoz artıq 
qarşısını almadır. Onları təşkilatlar yaxud ayrı-ayrı alimlər təqdim 
edir.  BVF,  ÜDB,  BMT,  BHB  kimi  beynəlxalq  təşkilatların, 
universitetlərin  və  özəl  tədqiqat  institutlarının  nəşrləri  böyük 
diqqətlə izlənilir. Tanınmış alimlərin əsərləri böhranların qarşısının 
alınması  üçün  görülən  tədbirlərə  mühüm  təsir  göstərə  bilərlər. 
D.Stiqlitsin qloballaşmaya və dünya miqyasında neoliberal eksper-
imentin yekun nəticələrinin qiymətləndirilməsinə həsr olunmuş ki-
tabında
100
  inkişaf  edən  ölkələrin  iqtisadi  siyasətinin  formalaşması 
zamanı  şablon  tövsiyələrin  istifadəsi  nəticəsində  yaranan  beynəl-
xalq  təşkilatların  problemləri  və  səhvləri  göstərilir.  Beynəlxalq 
ictimaiyyət və ölkələrin hökumətləri böhran hadisələrini azaltmaq 
və  sabit  iqtisadi  inkişafı  təmin  etmək  üçün  həmin  tövsiyələri  nə-
zərə  almalıdırlar.    A.Kobyakov  və  M.Xazin  ABŞ  iqtisadiyyatının 
                                                 
100
 Стиглиц Дж. Глобализация: тревожные тенденции. 


 
115
inkişaf  tendensiyalarını  təhlil  edərək  Amerika  dollarının  ehtiyat 
valyutası  kimi  keyfiyyətlərinin  kəskin  pisləşməsini  və  dünya  val-
yuta  sisteminin  strukturunun  dəyişməsini  proqnozlaşdırırlar
101

Proqnozların və əvvəlcədən deyilənlərin həyata keçməsi çətin ida-
rə  edilən  ehtimal  prosesidir.  Proqnozun  əsas  məqsədi  –  böhranın 
qarşısının  alınması  üsullarının  hazırlanması,  təhlükənin  dəf  edil-
məsinə hazırlığın gücləndirilməsi, qabaqlayıcı tədbirlərin görülmə-
si.  Xəbərdarlıqlara  vaxtında  və  adekvat  reaksiya  verildikdə  proq-
nozda  göstərilən  müddətlər  təxirə  salına,  nəticələrinin  təsiri  isə 
yüngülləşdirilə bilər.  
Məlumatlandırma  KİV,  nəşrlər  və  konfranslarda  edilən 
çıxışlar  vasitəsilə  ya  məxfi  surətdə  həyata  keçirilməklə  risklərin 
təsirinə  məruz  qalan  və  ya  böhranların  qarşısının  alınması  üzrə 
tədbirlər görən məqsədli qruplar üçün yaxud ictimai surətdə həyata 
keçirilməklə dünya ictimaiyyəti, hökumətlər, iqtisadi subyektlər və 
digər maraqlı şəxslər üçün  nəzərdə tutulmuş olur.  
Böhranların  qarşısının  alınması  üçün  mühüm  element  döv-
lətlərin  və  iqtisadi  subyektlərin  iqtisadiyyatının  və  maliyyəsinin 
vəziyyəti haqqında standartlaşdırılmış məlumatın vaxtında təqdim 
edilməsi  və  yayılması,  yalnız  statistik  məlumatların  deyil,  həm-
çinin  qəbul  edilən  qərarların  şəffaflığının  təminatıdır.  Geniş 
mənada,  məlumat  funksiyasına  əlavə  kimi,  böhranların  qarşısının 
alınması mexanizmi maliyyə bazarında böhranların  yaranma  ehti-
malının və onların sosial-iqtisadi nəticələrinin  azaldılması tədbir-
lərini təklif etməlidir.  
Toplanmış  təcrübənin  təhlilini  aparsaq  dünya  təcrübəsində 
istifadə  olunan  maliyyə  bazarı  böhranlarının  qarşısının  alınması 
üzrə aşağıdakı əsas tədbirləri ayıra bilərik:  
•  şəffaflığın  təminatı,  maliyyə  göstəriciləri  və  beynəlxalq 
təşkilatların, hökumət və korporasiyaların siyasəti haqqında məlu-
matlandırma;  
                                                 
101
  Кобяков  А.Б.,  Хазин  М.Л.  Закат  империи  доллара  и  конец  «pax 
americana». – М.: Вече, 2003. – s. 386. 


 
116
•  praktik  fəaliyyətdə  beynəlxalq  səviyyədə  tanınmış  stan-
dartların və məcəllələrin tətbiqi;  
•  əsas  maliyyə  göstəriciləri  və  maliyyə  institutları  təcrübə-
sinin müəyyən olunmuş normalara uyğunluğu üzərində nəzarətdən 
istifadə;  
•  böhranlı vəziyyətlərin proqnozlaşdırılması üçün böhranla-
rın erkən qarşısının alınması modellərindən istifadə, risklərin hər-
tərəfli təhlili və qiymətləndirilməsi.  
Nəzarət böhran sarsıntılarının və normalardan kənarlaşmala-
rın  qarşısının  alınması  məqsədilə  iqtisadiyyatın  bütün  sahələrinin 
tənzimlənməsinin mühüm tərkib hissəsidir.  
Nəzarət  aşağıdakı  nizamlayıcı  orqanlar  tərəfindən  həyata 
keçirilir: Mərkəzi Bank, Bank nəzarət orqanları, Maliyyə nazirliyi, 
Qiymətli  kağızlar  üzrə  komissiya,  Beynəlxalq  təşkilatlar,  Reytinq 
agentliklikləri  və  digər  təşkilatlar.  Xüsusilə,  nizamlayıcı  orqanlar 
qanunvericilikdən  kənarlaşma  və  ya  onun  pozulması  hallarını  aş-
kar etdikdə inandırmadan və xəbərdar etmədən tutmuş sanksiyala-
rın, cərimələrin tətbiqi və alınmış borcların dəyərinin artmasına sə-
bəb olan reytinqlərin aşağı düşməsinə kimi dəyişən düzəldici təd-
birlər görürlər.     
Ə
nənəvi  olaraq  maliyyə  bazarının  tənzimlənməsi  hissələrlə 
və  bir  neçə  nizamlayıcı  arasında  bölüşdürülərək  aparılır.  Maliyyə 
bazarlarının qloballaşması nəticəsində yaranan şəraitə cavab olaraq 
bir  çox  ölkələr  maliyyə  bazarının  bütün  sektorlarına  inteqrasiya 
olunmuş  (birləşmiş)  nəzarətin  yaradılmasına  yönəlmiş  meqatən-
zimləyıcı  institutundan  istifadə  edirlər.  Həmin  institut  açıq  və  li-
berallaşmış bazarlarda maliyyə institutlarının universallaşması ma-
raqlarına  cavab  verir,  bazar  risklərini  daha  operativ  surətdə  idarə 
etmək  qabiliyyətinə  malikdir  və  özündə  qanunvericilik  üsulların-
dan tutmuş əməliyyat üsullarına kimi   birləşdirir.  
Maliyyə  bazarının  dinamik  inkişafı,  yeni  vasitələrin  və 
institutların  yaranması  sabitliyə  qarşı  aşkar  və  gizli  təhlükələrin 
yaranmasına  səbəb  olurlar.  Böhranların  qarşısının  alınması 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə