41
– Gəl bir-birimizə tapmaca deyək. Sən mənə cavab verə bil-
məsən səndən on manat alacağam. Yox, mən sənə cavab verə bil-
məsəm, yüz manat verəcəyəm.
Birinci tapmacanı Tüfü Tahir deyir:
– O hansı heyvandır ki, ağaca dördayaqlı çıxır, düşəndə isə
ikiayaqlı düşür.
Xeyli fikirləşəndən sonra sualın cavabını tapa bilməyən alim
uduzduğunu boynuna alır. Tahirin yüz manatını verib deyir:
– Bu tapmacanın cavabı məni çox maraqlandırır. Özün de,
görüm nədir?
Tahir ayağa qalxıb deyir:
– Cavabını mən də bilmirəm. Al uduzduğum on manatı. Mən
daha oynamıram, getdim yatmağa (Yeni Şəki lətifələri, Şəki-2008,
s. 25-26).
Bu lətifədə isə əsas personaj fəhminin gücü ilə pul qazanır.
Uydurduğu cavabsız tapmaca onun qələbəsini təmin edir.
Göründüyü kimi hər iki lətifədə tapmaca formasından istifadə
edilmişdir, ancaq müxtəlif məqsədlərlə və müxtəlif üsullarla. Birin-
ci lətifədə tapmaca şəkililərin ləqəblərini nəzərə çapdırmaq və gülüş
doğurmaq üçündürsə, ikinci lətifədə o, sırf aldatma, kələk gəlmə və
əlbəttə, nəticədə gülüş doğurma vasitəsi kimi meydana çıxır.
Daha iki misal.
Hacı dayıya dedilər:
– Ay Hacı, sən bilərsən, qəssabla cərrahın arasında nə fərq var?
Hacı dayı deyir:
– Fərq ondadır ki, qəssab əvvəl kəsib sonra soyur, cərrah isə
əvvəl soyub sonra kəsir.
Hacı dayıdan soruşurlar:
– De görək, kütləvi informasiya vasitələrindən radio ilə qəzet
arasında nə fərq var?
Hacı dayı deyir:
– Fərq ondadır ki, qəzetə əppək (çörək) bükmək olur, radioya
yox.
(Söyləyən: “Zirvə” ansamblının rəhbəri Telman Muxtarov).
42
Bu lətifələrdəki tapmacalılıq isə həmsöhbətin hazırcavablığı-
nı, ağlının itiliyini yoxlamaq üçün verilən suallara əsaslanır.
Bir sıra xalqların folklorunda “nağıl daxilində tapmaca” hadi-
səsi müşahidə olunur və XX əsrdə Rusiya tədqiqatçıları həmin
məsələni müəyyən qədər işıqlandırmışlar. “Lətifədə tapmaca” ba-
rədə isə yuxarıda qeyd etdiyimiz kimi, heç vaxt söhbət açılma-
mışdır. Bu hal Azərbaycan xalq lətifələrində görünür çoxdan möv-
cuddur. Elə Molla Nəsrəddinin əcnəbi alimlə qarşılaşmasını təsvir
edən lətifə özü də bu barədə az söz demir. Çox maraqlıdır ki, əc-
nəbi alimin “lal oyunu” şəklində mollaya verdiyi müəmmalı sual-
lara xalq nağıllarında da təsadüf olunur. Lakin aydın məsələdir ki,
nağıllardakı cavablardan fərqli olaraq Molla Nəsrəddinin cavabla-
rı lətifə janrının tələbləri çərçivəsindədir. “Molla və alim” lətifə-
sində alim dairə çəkməklə yer kürəsinin yumru olduğunu göstərir,
mollanın çəkdiyi dairəni iki bölən xətti isə o, ekvator kimi anlayır.
“Dərzi şagirdi” nağılında da qonşu şahın elçisinin çəkdiyi dairə
bütün dünya kimi, dərzi şagirdinin dairənin ortasından çəkdiyi xətt
isə dünyanın yarıya bölünməsi kimi başa düşülür. Ancaq Molla
Nəsrəddin dairəni bir tava qayğanaq, dairənin xətlə bölünməsini
isə qayğanağın yarı bölünməsi kimi qəbul edir. Bu, lətifə meyarı-
dır, lətifədə belə də olmalıdır.
Şəki folklorunda “Molla və alim” lətifəsinin qəlibi əsasında ya-
ranmış, lakin Hacı dayı ilə bağlı olan bir nümunə qeydə almışıq. La-
kin tədqiqi əhəmiyyəti olan bu bu lətifədə Hacı dayının tapmacanı
açması, yəni alimin suallarına cavabları əsasən qeyri-normativ leksi-
kaya söykəndiyindən onun burada göstərilməsi qeyri-məqbuldur.
Janrın digər nümunələrində olduğu kimi Molla Nəsrəddin lə-
tifələrində də tapmaca və lətifə xüsusiyyətlərinin qaynayıb qarış-
ması müxtəlif şəkillərdə təzahür edir.
Teymur Ləng bir gün mollaya deyir:
– Molla, sənə bir hikmətli sual vermək istəyirəm. De görüm,
o nədir ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?
Molla deyir:
– Bizi işə götürəndə sənin bizə təyin etdiyin maaş.
43
(“Molla Nəsrəddin lətifələri”. Tərtib edən M.H.Təhmasib.
Bakı-1965. səh. 15).
Əgər “Molla və alim”də tapmaca Nəsrəddinin “elmi görüşlə-
ri”nin üzə çıxarılmasına və nəticədə mülayim gülüş doğurmağa
xidmət edirsə, “Teymurun sualı”nda tapmaca elə hökmdarın özü-
nü satira hədəfinə çevirmək üçün qurulur.
Şəki və ümumiyyətlə Azərbaycan folklorunda mövcud olan
tapmacalı lətifələr ətraflı öyrənilməyə layiqdir. Bu nümunələrin
çoxsaylı miqdarda nəzərdən keçirilməsi yəqin ki, onların sabit xü-
susiyyətlərinin müəyyən edilməsinə və həmin xüsusiyyətlərə görə
də təsnif olunmasına imkan verərdi. Mənim buradakı kiçik qeyd-
lərim isə yalnız mövzuya giriş xarakteri daşıyır.
Adı ilə lətifə silsiləsi bağlı olan başqa bir qəhrəmanın – Hacı-
həbillahların Nurunun zarafatlarından bəzilərinə nəzər salaq.
Dağlıq Qarabağ hadisələri barədə gedən söhbətlərin birində
Nuru müəllim deyir:
– Ermənilər Qarabağı bizdən istəyirlər. Yaxşı, tutaq ki, Qara-
bağı verdik ermənilərə. Mən bilmirəm, belə olanda “Qarabağ şi-
kəstəsi”ni hansı erməni oxuyacaq və nə təhər oxuyacaq?!...
Bu doğrudan da dillərə düşməyə layiq bir sözdür.
Daha bir zarafat.
Şapqaçı Valeh bərk xəstə imiş. Nuru müəllim gəlir dostunu
görməyə. Valeh Nurunu görən kimi yataqda dikəlir, özünü şux
göstərmək istəyir. Amma Nuru müəllim burda da zarafatı əldən
qoymur, guya ki, Valehə ürək-dirək verir:
– Səni mənə çox pis demişdilər. İndi allaha şükür, görürəm
ki, hələ üç-dörd gün yaşayacaqsan.
Dostu yəqin ki, zarafatı ürəyinə salıb düz üç gündən sonra və-
fat edir.
Burada qırx il bundan əvvəl atamdan eşitdiyim bir lətifəni xa-
tırlamaya bilmirəm.
Bir qış günü Molla Nəsrəddin ağır xəstə yatan dostunu gör-
məyə gəlir. Hal-əhval tutandan sonra soruşur:
– Şaftalı olsa yeyərsənmi?
Dostları ilə paylaş: |