35
misilsiz istedadla, mən deyərdim ki, dahi qələmi ilə yazılmış ro-
manını tanıyırdı. İranda doğulub böyümədən, fars-müsəlman men-
talitetinin daşıyıcısı olmadan belə bir bədii əsər meydana qoymaq
ağılasığmaz işdir. Məhz buna görədir ki, C.Morierin müəllifliyi
dəfələrlə şübhə altında qoyulmuşdur. Ancaq fakt faktlığında qalır.
Əgər Morierin romanı həqiqəti əks etdirən realist bir əsər ki-
mi oxunursa, Solovyovun romanında müəllif fantaziyasına, bir
növ nağılvariliyə üstünlük verilməsi açıq-aydın görünməkdədir.
L.Solovyov yaşadığı Orta Asiya mühitini diqqətlə müşahidə et-
miş, adət-ənənələrlə, şifahi xalq ədəbiyyatı və o cümlədən Xoca
Nəsrəddin (Nəsrəddin Əfəndi) lətifələri ilə ətraflı tanış olmağa ça-
lışmışdır. Öz əsərində o, Nəsrəddin lətifələrindən çox qənaətlə və
ustalıqla istifadə etmişdir. Kiçik bir lətifəni təhkiyəni və təsviri
genişləndirmək yolu ilə həyat hadisəsinə çevirmək, beləliklə onu
kitabın bir neçə səhifəsinə yaymaq Solovyovun istifadə etdiyi sə-
nətkarlıq üsullarından biridir və xüsusi diqqətə layiqdir.
L.V.Solovyov “Xoca Nəsrəddin”i yazarkən rus dilində olan
müxtəlif mənbələrlə yanaşı böyük Azərbaycan mütəfəkkiri
M.F.Axundovun əsərlərindən də istifadə etmişdir. İstər Azərbay-
can, istərsə də rus ədəbiyyatşünaslığının diqqətindən kənarda qal-
mış bu məsələ hazırki antologiya ilə əlaqədar olaraq yada düşür.
Solovyov öz əsərini yazarkən iki dəfə Axundovun təsirinə
düşmüş və bu təsirdən yaxa qurtara bilməmişdir. Birinci dəfə o,
Mirzə Fətəlinin “Aldanmış kəvakib” povestində təsvir olunan Şah
Abbasın saray məşvərətini (iştirakçılar: Vəzir Mirzə Möhsün, Sər-
dar Zaman xan, Müstövfi Mirzə Yəhya və mollabaşı Axund Sə-
məd - cəmi dörd nəfər) öz romanının birinci hissəsinin 18-ci fəsli-
nə Buxara əmirinin divanının - dövlət şurasının (baş vəzir Bəxti-
yar, saray keşikçilərinin və qoşunun rəisi Arslanbəy, qoca saray
müdriki və ikinci müdrik - cəmi dörd nəfər) yığıncağı kimi gətirir
və onu tamamilə Axundov ruhunda öz sözləri ilə təsvir edir.
Burada bizi daha çox maraqlandıran L.V.Solovyovun Axun-
dov irsinə ikinci müraciətidir. Əvvəlcə M.F.Axundovun 1850-ci
ildə yazdığı və rus dilinə tərcümə edərək 1851-ci ilin iyununda
36
“Kavkaz” qəzetində (№ 44, 45) dərc etdirdiyi “Hekayəti-Molla İb-
rahimxəlil kimyagər” komediyasının 4-cü məclisini xatırlayaq.
Nuxulular Molla İbrahimxəlilə verdikləri sikkəli pulun-misin
müqabilində gümüş almaq üçün otuzuncu günün tamamında onun
yanına gəlirlər. Molla İbrahimxəlil nuxululara deyir ki, gərək otuz
birinci gün gələydilər və tələsdikləri üçün onun bir aylıq zəhməti-
ni zay ediblər. Sonra isə vəziyyətdən çıxış yolu “tapır”. Deyir ki,
gərək iki saat müddətində iksirin kürədə qaynadığı yerdən uzaq-
laşmayasınız, həm də bu müddət ərzində “meymunu yadınıza sal-
mayasanız və meymunun şəklini xatirinizə gətirməyəsiniz”. Yox-
sa iksir puç olub havaya qalxacaqdır.
Əlbəttə, bu psixoloji tələyə düşən nuxulular meymunu xatır-
lamaqdan yaxa qurtara bilmirlər, gülməli bir vəziyyət yaranır. Fı-
rıldağı baş tutan Molla İbrahimxəlil iksirin puç olmasında nuxulu-
ları təqsirləndirir və sudan quru çıxır.
Həmin bu meymun məsələsini L.V.Solovyov demək olar ki,
eynilə “Xoca Nəsrəddin haqqında povest”in birinci kitabının 32-ci
fəslinə köçürür. Burada Xoca Nəsrəddin sələmçi Cəfərin bədənin-
dəki və üzündəki eybəcərlikləri ləğv etmək üçün onun üstünü yor-
ğanla örtür. Cəfərin özünə və bu “müalicəni” müşahidə edən qo-
humlarına deyir: - Mən dua oxuyacağam, siz də gözlərinizi yumub
duanı mənim ardımca təkrar etməlisiniz. Mən yorğanı qaldıranda
Cəfər artıq sağalmış olacaq.
Sonra Xoca Nəsrəddin eynilə Molla İbrahimxəlil kimi şərt
qoyur ki, dua zamanı “heç kəs, xüsusilə də Cəfər özü meymunu
yadına salmamalıdır. Əgər sizlərdən kimsə meymun haqqında fi-
kirləşməyə başlasa və daha pisi, onu öz təsəvvüründə canlandırsa,
... onda əlbəttə, heç bir müalicə olmayacaqdır və ola bilməz” ...”.
Hadisələr sonra da Axundov əsərindəki kimi davam edir. Sə-
ləmçi Cəfərin özü və qohumları da şəkililər kimi meymun surəti-
nin əsarətindən qurtara bilmirlər. Fırıldağı baş tutan Xoca Nəsrəd-
din onları borclu çıxarır, müalicənin müvəffəqiyyətsizliyinin səbə-
bini onların boynuna qoyur.
37
Məlumdur ki, Mirzə Fətəlinin “Hekayəti-Molla İbrahimxəlil
kimyagər” komediyasının əsasında XIX əsrin 30-cu illərində onun
doğma şəhəri Şəkidə (Nuxada) baş verən real bir hadisə durur. La-
kin mütəfəkkirin irsini tədqiq edən alim Nadir Məmmədovun haq-
lı olaraq qeyd etdiyi kimi Axundov “bu real hadisəni olduğu kimi,
heç bir dəyişiklik etmədən əsərinə köçürməmişdir. O, bu hadisə
üzərində yaradıcı iş aparmış, həyat həqiqətini böyük ustalıqla bə-
dii sənət həqiqətinə çevirməyə nail olmuş və onun əsasında Azər-
baycan həyatının geniş real mənzərəsini əks etdirən, dərin ictimai
məzmuna malik olan satirik bir komediya yaratmışdır” (N.Məm-
mədov - İzahlar // Mirzə Fətəli Axundzadə. Əsərləri. Üç cilddə. I
cild. Bakı-2005. səh. 249).
Burada istər-istəməz belə bir sual meydana çıxır: “Meymunu
yadına salma” məsəli və onunla bağlı olan, daha dəqiq desək, onu
doğuran rəvayət Şəkidə və ümumiyyətlə Azərbaycan folklorunda
M.F.Axundova qədər mövcud olmuşdurmu, yoxsa bu, yazıçının
öz təxəyyülünün məhsuludur? Qəti hökm vermək çətindir.
Yazılı və şifahi ədəbiyyat arasındakı qarşılıqlı münasibətləri
müşahidə edərkən belə suallar meydana tez-tez çıxır. Məsələn, bu
gün xalq arasında çox işlənən “Adamı adam eləyən paradır, para-
sız adamın üzü qaradır”, yaxud “Kişi ağladıqca (yəni şikayətlən-
dikcə-F.Ç.) qeyrətsiz olur” atalar sözləri M.Ə.Sabirə qədər möv-
cud idimi, yoxsa folklora şairin yaradıcılığından gəlmişdir?
Sabirin şeirdə “adam” əvəzinə “adəm” yazması birinci səsin
(“a”-nın) uzadılmasına səbəb olur. “Eləyən” əvəzinə “eyləyən”
yazılması isə sözün ləngərini artırır. Nəticədə misralar əruzun də-
qiq ritminə tabe olur:
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
El içində söylənən “Kişi ağladıqca (ağlayanda) qeyrətsiz
olur” atalar sözü M.Ə.Sabirdə bu şəkildədir:
Ağladıqca kişi qeyrətsiz olur.
Dostları ilə paylaş: |