23
“Azərbaycan dilinin Nuxa dialekti”. Azərbaycan SSR Elmlər
Akademiyası nəşriyyatı. Bakı-1968. ss. 234-266) də daxil ol-
maqla 1268 söz verilmişdir.
Böyük Salman Mümtaz (Salman Məşədi Məhəmmədəmin oğlu
Əsgərzadə 1844-1941) yazırdı: - ana dilimiz olduqca varlı və zən-
gindir. Yalnız çalışmaq və itmiş-batmış sözlərimizi aramaq və tap-
maq gərəkdir. Bu baxımdan itib-batmaq təhlükəsi qarşısında olan
yerli dialektdə işlənən sözlərin toplanıb lüğət kimi təqdim edilməsi
istiqamətində aparılan işi davam etdirmək çox önəmli və qiymətlidir.
Şəkidə ağız ədəbiyyatının toplanması, tədqiqi və nəşrinə
yenidən nəzər salarkən çox vacib bir məsələ barəsində - folklorun
yazıya alınması prosesində yerli dialekt və şivənin nəzərə alınma-
sı ilə bağlı bir sıra sanballı elmi mülahizələr söylənildiyini
görürük, bu kitabın tərtibində həmin mülahizələri nəzərə almağa
səy göstərmişik. (N.Aşmarin, Y.Qarayev, T.Hacıyev, M.İslamov,
F.Çələbi və b.).
Kitabda verilən qeyd və şərhlər vasitəsilə Azərbaycan dilinin
Şəki dialektinin antologiyada işlədilən bəzi sözlərinə, terminlərinə,
şəxs və yer adlarına, müqəddəs sayılan yerlərin, ləqəblərin, məhəl-
lələrin etimologiyasına aydınlıq gətirilir, toponimlər, tarixi hadisə-
lər, məqamlar, münasibətlər, maddeyi-tarixlər haqqında açıqlamalar
verilir (Maddeyi-tarixlər. Tarixdəki bir çox adamlar, hadisələr
haqqında dolğun bilgi verir, Şəkinin o dövrkü tarixi haqqında
geniş təsəvvür almağa kömək edir. Məhəmməd Füzuli adına
Respublika Əlyazmalar İnstitutunda saxlanılan beş farsca qay-
naqdan götürülmüş bu maddeyi-tarixlərin heç birinin müəllifi,
yazılma tarixi göstərilməyib. Sayılıb-seçilən ziyalımız f.e.n.
Ədalət Tahirzadə maddeyi-tarixləri çox-illik ağır zəhməti ba-
hasına ərsəyə gətirərək “Şəkinin tarixi qaynaqlarda” kitabına
daxil etmişdir.).
Araşdırmalar zamanı məlum oldu ki, “Şişəngi” aşıq havası
əslində “Şəki həngi”dir. “Həngi” sözü “ahəngi” sözünün təhrifidir.
“Şəki həngi” (ahəngi) təhrif olunaraq “şəkəngi”, “şişəngi” kimi
yayılmışdır. “Güllü Şəkihəngi” (“Güllü şişəngi”) də çox yayılmış-
24
dır. “Şəkihəngi”nin etimologiyası haqqında Şamaxılı folklor bili-
cisi, müğənni, sinədəftər Ağakərim Nafiz vaxtilə ustad aşıq Abba-
sın dilindən bu barədə eşitdiklərini Respublika radiosunun birinci
proqramında çıxışı zamanı bildirmişdi.
Bəzi Şəki ifadələri – frazeologiyasının da əhəmiyyətini nəzə-
rə alaraq bu topluya daxil etdik. Oxuculara “Şəkidə bəzi məhəllə,
nəsil və tayfa adları”, “Müqəddəs sayılan yerlər” (Babaratma Piri,
Oxut Piri, Mustafa Əfəndi ziyarətgahı, Şeyx Nurullah Əfəndi
Ziyarəti, Güldəstə piri), Toy adətləri, xalq mahnıları, Aşıq hava-
ları, oyun havaları, “Keçmişdə Şəkidə həccə getmək adəti”, lə-
qəblər, lüğət və b. dəyərli etnoqrafik məlumatlar da çatdırılır.
Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün:
“Kültür baxımından Milli mənliyini bilməyən millətlər başqa
millətlərin şikarıdır” kəlamı bu gün xüsusi aktuallıqla səslənir.
Müstəqillik qazanmış xalqımızın milli mənliyini bilməsi, tanıması
və dərk etməsi kontekstində əxlaqi, mənəvi dəyərlərin tükənməz
xəzinəsi olan folklorumuzun toplanması, tədqiqi və təbliği müs-
təsna əhəmiyyət kəsb edir.
Həyatımın ayrılmaz bir hissəsi hesab etdiyim folklorumuzun
toplanması, tədqiqi, nəşri və təbliğinə sərf olunan ömrümü və
əməyimi mənsub olduğum doğma xalqıma halal edir, gördüyüm
işlərin gerçək dəyərinin gələcəkdə veriləcəyinə əminliklə sözümü
yekunlaşdırıram.
Fürsətdən istifadə edərək kitabın nəşrə hazırlanmasında də-
yərli məsləhətləri ilə mənə köməklik göstərmiş Hüsniyyə xanım
Qaffarovaya və sənətşünas alim F.Çələbiyə öz dərin minnət-
darlığımı bildirirəm.
Prof. Y.Qarayevin “Milli folklorun toplanması, tədqiqi və
nəşri – milli intibahın şərti və zəminidir” ifadəsi folklor cəfa-
keşlərinə verilən ədalətli qiymətdir. Hazırki Şəki folkloru Anto-
logiyasının meydana gəlməsində zəhməti olanlara – varını verən
sinədəftər el övladlarına dərin minnətdarlığımı bildirir, dünyasını
dəyişmiş söz sahiblərinə qəni-qəni rəhmət diləyirəm.
Hikmət ƏBDÜLHƏLİMOV
25
ŞƏKИ FOLKLORUNA DAHA BИR NƏZƏR
Şəki folkloru haqqında söhbətə başlamazdan əvvəl Azərbay-
canda məşhur olan bəzi şifahi söz sənəti nümunələrini yada salaq.
Molla Nəsrəddindən soruşdular:
– Qışa nə hazırlamısan?
Dedi:
– Yaxşıca üşümək, bir də titrəmək.
Bu lətifəni eşidənlərin hamısı gülür. Amma ömrü boyu soba-
sında odunu çatışmayan, gödək yorğanı ayağını örtəndə sinəsi
açıq qalan, sinəsini örtəndə isə ayğı üşüyən kasıbın gülüşündə
onun özündən asılı olmayan bir nigarançılıq var, mən deyərdim –
nisgillə yoğrulmuş nigarançılıq. Çünki o, lətifəyə gülməklə bəra-
bər tezliklə yenə qışın gələcəyi barədə düşünür. Əgər belə olma-
saydı “Qışı kasıb üçün deməyiblər” kəlamı meydana çıxmazdı.
Beləliklə, Mollanın gülüş doğuran zarafatına zahirdən yox,
daxildən baxdıqda, onun xalq fəlsəfəsinin gözəl nümunələrindən
biri olduğunu görürük.
Başqa bir misal.
Ədəbi təxəllüsü ilə şeiriyyəti, mənəviyyatı qətiyyən uyuşma-
yan dahi türk övladı yazır:
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Həmin şairin əli qələm tutmayan, lakin elə onun özü kimi
tanrıdan şairlik bəxşişi almış qardaşı, yaxud bacısı isə deyir:
Əzizinəm uşdum, gəl!
Özgə bağa düşdüm, gəl!
Yaxşı günümün dostu,
Yaman günə düşdüm, gəl!
Yaxud
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım cəllad əlində,
Dilim səni haraylar.