26
Həsrət motivləri həmişə çoxrənglidir, çoxçalarlıdır. Həsrəti
sözlə ifadə etməyin üsulları isə saysız-hesabsızdır və onların ha-
mısı ürək yanğısı ilə poetik istedadın nə cür və nə dərəcədə qovuş-
masından asılıdır. Bu qovuşmaların sonunda isə artıq Füzuli şeiri
də var, hər misrası qəlb titrədən bayatı da.
Biz dəfələrlə eşitdiyimiz bayatıları sevsək də, əzbərləsək də
çox vaxt onların içini əməlli-başlı görə bilmirik. Ancaq elə ki, gün-
lərin bir günü zərbə birbaşa ürəyimizə dəyir, onda bayatılar özləri
gəlib yada düşür, həm də tam mənası, tam açıqlığı ilə. İztirab eyni-
liyi bizi bayatı qəhrəmanı ilə mehribanlaşdırır, qohumlaşdırır.
Yuxarıdakı misalları çəkməkdə məqsədim klassik folklorda
insanın mənəviyyatı ilə, onun taleyi və düşüncəsi ilə əlaqələnmə-
yən bir nümunənin belə olmadığını təkrarən xatırlamaq və xatır-
latmaqdır (Yeri gəlmişkən qeyd edim ki, əldəqayırma sovet folk-
lorunda məhz bu cəhət, yəni insan ürəyinin səsi çatışmırdı). Bax
həmin səbəbdən də folklorşünaslıq elminin əsas tələbi el sözünün
zədələnmədən yazıya alınmasıdır.
Bu nəzər nöqtəsindən yanaşdıqda Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun son illərdə buraxdığı antolo-
giyalar böyük əhəmiyyət kəsb edir. XX əsrin ikinci yarısında çap
olunmuş və ən müxtəlif səviyyələrdə tərtibçi müdaxiləsinə məruz
qalmış (ədəbi dilə uyğunlaşdırma, eyni əsərin müxtəlif variantları-
nın bir mətndə birləşdirilməsi – qarışdırılması, uydurulma sözlərin
və epizodların əlavə edilməsi və s.) folklor məcmuələrinə bənzə-
məyən və xalq poetik yaradıclığının saflığını mümkün qədər qoru-
yan bu antologiyalar şübhəsiz ki, Azərbaycan folklorşünaslığını
yeni bir mərhələyə qaldırmış oldu. Başqa sözlə desək, Azərbaycan
XXI əsrə yeni praktiki folklorşünaslıqla qədəm qoydu və bu da öz
növbəsində nəzəri folklorşünaslığın yeni cığırlarını müəyyənləş-
dirməyə başladı. El hikmətinin xiridarı Hikmət Əbdülhəlimovun
meydana çıxardığı yeni “Azərbaycan folkloru antologiyası”nda
(Şəki folkloru) da elmi-nəzəri fikrin gedişinə təkan verəcək çox
qiymətli materiallar vardır. Mən yalnız bunlardan bəzilərini göz
önünə çəkmək niyyətindəyəm.
27
Antologiyanın “Atalar sözü və məsəllər” bölməsində elmi ba-
xımdan maraq doğuran nümunələr çoxdur.
1. Burada məşhur atalar sözü və məsəllərin diqqətçəkən vari-
antları və ekvivalentləri vardır. Onlardan bəzilərini nişan verək.
Məşhur məsəl: “Mən bəylərlə aş yemirəm ki, bığlarım yağa
batar”.
Antologiyadakı nisbətən cavan ekvivalent: “Mən faytonda
oturmuram ki, faytonçunun dalı ma olar”.
Məşhur məsəl: “Harda aşdı, orda başdı”.
Antologiyadakı yumoristik səciyyəli variant:
“Harda aşdı,
Orda başdı.
Harda işdi,
Ordan kişdi”.
Toyuğu qovanda ona “kiş” deyirlər. Tənbəl adam da beləcə
öz-özünə işdən kişlənir, qaçır.
Məşhur atalar sözü: “Yaxşı at qamçı götürməz”.
Antologiyadakı variant: “Yaxşı at qamçı götürməz, yaxşı
adam söz”.
2. Antologiyaya daxil olan bəzi atalar sözü və məsəllər şifahi
söz sənətinin digər janrları ilə əlaqə nümayiş etdirməkdədir.
“Dev qurbağaya aşiq olan kimi aşiq olub” məsəli sehirli nağıl-
larla bağlıdır.
“Şakirə baxmış Şükürə min şükür” məsəli “ş” səsinin aparıcı
mövqeyinə görə yanıltmac janrına çox yaxınlaşır.
Alliterasiya hadisəsi yanıltmac janrının canında, qanındadır,
bu janrın həyatverici qüvvəsidir. Yanıltmaclarda əksər hallarda
vahid nümunə daxilində iki “qonşu” səsin alliterasiyası baş verir
və həmin səslərin toqquşması, bir birinə keçməsi yanıltmacın
məğzini təşkil edir. Məşhur yanıltmacı xatırlayaq:
Aşbaz aş asmışdı,
Asmışdısa da aşı az asmışdı.
Burada həm “ş”, həm də “s” səslərinin alliterasiyası müşahidə
edilməkdədir. Lakin bir səsin alliterasiyasına əsaslanan yanıltmac-
28
lar da çoxdur (“Dadaş dayı” silsiləsinə daxil olan yanıltmacları və
həmin qəbildən olan digər nümunələri yada salaq) və belə allitera-
siya atalar sözü və məsəllərə də xas olan əsas xüsusiyyətlərdən bi-
ridir. Odur ki, “Şakirə baxmış Şükürə min şükür” tipli alliterasiya
ilə zəngin olan məsəllərin bifunksional folklor nümunəsi kimi iki
müxtəlif janr çərçivəsində yaşaması təbii, həm də maraqlı folklor
hadisəsidir.
Antologiyada elə atalar sözləri və məsəllər vardır ki, onlar ilk
baxışda digər janrlarla əlaqəli görünsələr də əslində əlaqədən
məhrumdurlar. Məsələn, antologiyadakı “Dəyməli göz daşı parça-
lar” deyimini aşağıdakı lətifə ilə müqayisə edək.
Kiş çayına yenə sel gəlir. Sel çox böyük bir daş gətirir. Baxır-
lar ki, onu yerindən tərpətmək qeyri-mümkün məsələdir. Nə elə-
sinlər, necə eləsinlər?
Bir nəfər deyir:
– Doduda (Şəki şəhərinin yuxarı hissəsi - F.Ç.) bir Koramal
Əhməd var. Gözü nəyə dəysə tələf eləyir. Çağırın, bəlkə köməyi
dəydi.
Koramal Əhmədi çağırırlar. Gəlib daşın böyüklüyünü görən
kimi deyir:
– Allah, allah, daşa bax ey!..
Daş o saat olur parça-parça. Amma daşın parçaları da böyük
olur. Görürlər ki, daşıya bilməyəcəklər. Kimsə deyir:
– Qışlaqda (Şəki şəhərinin aşağı hissəsi - F.Ç.) Gürzə Məm-
məd var, onun gözü lap bərk dəyir. Onu çağırın. Gedib Gürzə
Məmmədi gətirirlər. O gəlib parçalanmış daşı görən kimi deyir:
- Allah, allah, gözə bax ey!..
(Gürzə Məmməd Koramal Əhmədin gözünü necə çıxartdı.
Söyləyən Fazil Çələbiyev. “Azeri” qəz., (SPb), dekabr 2002, №
11, səh. 12)
Bir çox məsəllərin, hətta bəzən atalar sözlərinin də hər hansı
bir tarixi hadisə, rəvayət, yaxud lətifə ilə birbaşa bağlı olduğu mə-
lum məsələdir. Misal gətirdiyimiz lətifə ilə “Dəyməli göz daşı
parçalar” deyimi arasındakı mövzu və məna yaxınlığı (bəlkə də